Məhkəmə qərarları › İş №2-1(102)-1169/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1169/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1169/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi) 01.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1973-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial X1rşı “müddətsiz ikinci dərəcəli əlilliyin qeydə alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-388/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə 7 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Şizofreniya paranoid forma natamam remissiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şizofreniya paranoid forma natamam remissiya” səbəbi ilə bir il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir.

2. Daha sonra, h əmin Poliklinikanın xx.xx.2015-ci il tarixli 0170003AABUN saylı göndərişi əsasında “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Şizofreniya paranoid forma, natamam remissiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Paranoid şizofreniya” səbəbi ilə bir il müddətinə iddiaçıya ikinci əlillik dərəcəsi verilmişdir.

3. Həmin Poliklinikanın xx.xx.2016-cı il tarixli 0170003AACC6 saylı göndərişi əsasında “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simpt omatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi; Diaqnozun mətni: üzvi mənşəli şəxsiyyət pozuntusu. Başbeyin travmatik xəstəliyi; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə iddiaçıya beş il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir. 4. 05.03.2021-ci il tarixli 0170003AAD3B saylı göndəriş əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X3: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 – Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Əsas diaqnoz F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beynin travmatik xəstəliyi (keçirilmiş KBT) nəticəsində kəskin nəzərəçarpan şəxsiyyət pozuntusu, yaddaş zəifləməsi ilə. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beynin travmatik xəstəliyi (keçirilmiş KBT) nəticəsində kəskin nəzərəçarpan şəxsiyyət pozuntusu, yaddaş zəifləməsi ilə. Yanaşı xəstəliklər M23.3 Meniskin digər zədələnmələri, Sol diz oynağının menisk yırtığı. Sidik turşusu diatezi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: - Xəstənin əmək müqaviləsi var əmək qabi liyyətinin itirilmə vərəqələrinin günləri reyestrdə göstərilməyib, dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir.

5. İddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci ildə sözügedən poliklinikanın 0170003AAD3B saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X3: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beynin travmatik xəstəliyi (keçirilmiş KBT) nəticəsində kəskin nəzərəçarpan şəxs iyyət pozuntusu, yaddaş zəifləməsi ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 10 iyun 2021-ci il tarixdə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Tibbi-Sosial X1rşı Bakı İnzibati Məhkəməsində müraciət edərək müddətsiz ikinci dərəcəli əlilliyin qeydə alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üz ərinə, əlilliyə görə müddətsiz əmək pensiyasının ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 30 mart 1991-ci il tarixdə X5 gedən zaman Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini 709 və 181 saylı Hərbi birliklərdə keçərək Ağdam rayonunun Abdal Gülablı kəndində gedən döyüşlərdə iştirak etmiş və Ağdamın işğaldan azad edilməsi uğrunda döyüşmüşdür. Bu döyüşlər zamanı Ağdam rayonunun Abdal Gülablı kəndi yaxınlığında gedən qızğın döyüşlər zamanı düşmən tərəfdən atılan artilleriya mərmisinin partlaması nəticəsində ağır yaralanmışdır. Bundan sonra mü alicə olunmaq üçün Hərbi Hospitala yollanmış və orada müayinə zamanı iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmət dövründə qazanılan “şizofreniya paranoid forma” və “Sol dirsək oynağı nahiyəsinin xoralaşmış kelloid çapığı, oynağın kontrakturası” və s. diaqnozlar qoyulmuşdur. 6 dekabr 1999-cu il tarixli M/V № 935193 nömrəli Vəsiqə ilə iddiaçının müharibə veteranı olduğu tam olaraq öz təsdiqini tapır. Hərbi xidmətdən tərxis olunduqdan sonra uzun müddət müalicə almağına baxmayaraq səhhəti əvvəlki qaydasına düşmədiyindən 2007-ci il tarixdə Xətai 2 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə “Ümumi əlillik” səbəbi ilə əmək qabiliyyətsiz hesab edilmiş və ona 2-ci qrup əlillik verilmişdir. Məhz buna görə də hərbi xidmətdən 19 96-cı il tarixdə tərxis olunmağına baxmayaraq onda olan xəsarətlərin hərbi xidmət dövründə alınması barədə heç bir qeyd edilmədiyindən əlillik də iddiaçıya ümumi səbəbdən verilmiş və hərbi xidmətdə xəsarət alınmağı TSEK-da qeyd edilməmişdir. Qeyd edilən problemin aradan qaldırılması üçün o, 2013-cü il tarixdə hüquqi faktın tanınmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 14 mart 2013-cü il tarixli 2(011)-61/2013 nömrəli qətnaməsinə əsasən, iddiaçının ərizəsi təmin edilmiş, hərbi xidmət vəzifələrini yerinə yetirərkən 1993-cü ilin iyul ayının 18-də Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmağı faktı müəyyən edilmişdi. Həmin qətnamə 15 aprel 2013-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bundan sonra o, Bakı şəhəri Xətai rayon ƏSMM t ərəfindən 16 sentyabr 2013-cü il tarixdə Qarabağ müharibəsi əlili vəsiqəsi ilə təmin olunmuşdur. xx.xx.2007-ci il tarixli SER TSE-01 № 045397 saylı, xx.xx.2008-ci il tarixli SER TSE-01 № 588606 saylı və xx.xx.2010-cu il tarixli SER TSE-01 № 988797 saylı Arayışlarda Ümumi əlillik səbəbindən komissiyadan keçməyi qeyd edilsə də, xx.xx.2011-i il tarixli SER TSE-02 № 153121 saylı arayışında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmağı öz əksini tapmışdır. İddiaçı faktiki 2007-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlil kimi qeydə alınmış və ona İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin tarixdən bu ilin fevralınadək o, İİ qrup əlil lər üçün nəzərdə tutulan əmək pensiyasını alsa da, bu ilin fevral ayında Tibbi Sosial Ekspert Komissiyasına müayinə üçün dəvət olunmuşdur. Həmin tarixdə müayinələrdən keçərək sənədlərini Komissiyaya təqdim etsə də, sənədlərində çatışmazlıq aşkar olunduğundan iddiaçıdan bəzi sənədlərin təqdim edilməsi istənilmişdir. O, çatışmayan sənədləri də toplayaraq yenidən komissiyaya təqdim etmişdir. Bakı şəhəri 7 saylı Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının sədri X6 tərəfindən verilən № 0170003AAD8G saylı xx.xx.2021-ci il tarixli bildirişdən də görünür ki, onun sənədləri xx.xx.2021-ci il tarixdə TSEK-na göndərilmişdir. Həmin tarixdən artıq 35 gün keçməsinə baxmayaraq bu günə kimi iddiaçının sənədləri barəsində heç bir yekun qərar verilməmişdir. Cavabdehin etirazları:

8. Cavabdeh tərəfin dən iddia tələbinə verilən yazılı etirazda hazırkı qərarın 1-4-cü bəndlərində qeyd edilən hallar sadalanmışdır. Cavabdeh əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bununla əlaqədar iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1233/20 22 nömrəli qərardadı (hakim M.T.Hacıbəyova) ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əlilliyə görə müddətsiz əmək pensiyasının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1233/2022 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia təmin edilmiş, iddiaçının müddətsiz ikinci qrup əlilliyinin qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci hissəsinin 2.4-cü bəndində sadalanan xəstəliklər m övcuddur və iddiaçıya 2007-ci ildən 2021-ci ilə qədər fasiləsiz olaraq 2-ci dərəcə əlillik müəyyən edilmişdir, belə olan halda artıq iddiaçının 2017-ci ildə ona müddətsiz əlillik təyin edilməsi hüququ olmuşdur. Lakin iddiaçının həmin hüququ cavabdeh tərəfindən təmin edilməmişdir.

12. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Halbuki inzibati icraat zamanı işin bütün hallarının araşdırılması, inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə cavabdehin imtinasını formal olduğu üçün əsassız hesab edir. Cavabdehin imtinasının əsassız olmasına o da dəlalət edir ki, məhkəmə iddiaçının əyani tibbi-sosial ekspertiza müayinəsindən keçirərək onda olan xəstəliklər əsasında əlilliyin qeydə alınması barədə rəy verilməsinin cavabdehə həvalə edilməsi barədə hazırki iş üzrə 19 aprel 2022-ci il tarixli qərardadını icra etmək üçün cavabdehə göndərsə də həmin qərardad icra edilməmiş, iddiaçının əyani müayinəsinin aparılmasından boyun qaçırılmışdır.

13. İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəsini almışdır.

14. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1233/2022 nömrəli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-388/2022 nömrəli qərarı (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1233/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh qeyd edir ki, müddətsiz əlillik təyin edilməsi üçün əlilliyin təyin edilməsinə səbəb verən xəstəlik mövcud olmalıdır. Belə ki “Əlilliyin və sağlamlıq i mkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarında ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsinin əsasları göstərilmişdir. Həmin əsaslara daxildir: ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0, 113.0-113.2, İ23-İ23.8, 124124.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması – ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); emosional-iradi pozun tular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79): dağınıq skleroz (G35); bir budun güdülü (Z89.8); bir əlin olmaması (Q7İ.2, Z89.1); beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0Z95.8, T82.5); tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). İddiaçının diaqnozu isə, “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Baş-beynin travmatik xəstəliyi (keçirilmiş KBT) nəticəsində kəskin nəzərəçarpan şəxsiyyət pozuntusu, yaddaş zəifləməsi” kim i qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının xəstəliyi adıçəkilən qərardakı meyarlarda təsbit olunmamışdır.

19. Bundan başqa, cavabdeh əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edil miş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir.

20. Məhkəmə iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarında nəzərdə tutulan “Əlilliyin müəyyən olunması meyarları”nda mövcud olan xəstəliklər olmadan, yəni əlilliyin təyin edilməsinə əsas verən əlillik təyin edən xəstəlik olmamasına rəğmən əlilliyin təyin edilməsi öhdəliyini cavabdehin qoymuşdur. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibb i sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə yuxarıda qeyd olunan maddi sübutları nəzərə almadan yalnız iddiaçının şifahi ifadələrinə əsaslanmaqla ona əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlillik təyin etmişdir. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-388/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndəriş i müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.... 23. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (Azərbaycan Respublikası Naz irlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir)

2. Əlilliyin müəyyən olunması meyarları... 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixot ik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1)....

4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir....

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının tə qdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası mə hkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanu niliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

28. Cavabdeh qeyd edir ki, müddətsiz əlillik təyin edilməsi üçün əlilliyin təyin edilməsinə səbəb verən xəstəlik mövcud olmalıdır.

29. Məhkəmə kollegiyası nəzərə alır ki, əlilliyin hətta müddətsiz təyin olunduğu hallarda belə, ümumiyyətlə əlilliyin təyin edilməsi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsasların mövcud olduğu müəyyən edilməlidir.

30. İş materiallarında olan tibbi sosial ekspert komissiyasının arayışlarından, göndərişlərdən və müayinə aktlarından aydın görünür ki, iddiaçıya ilk dəfə ikinci dərəcəli əlillik xx.xx.2007-ci ildə təyin edilmiş, bundan sonra iddiaçıya hər dəfə 1 il, sonuncu dəfə isə xx.xx.2016-cı il tarixdə b eş il olmaqla təkrar olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya sonuncu dəfə ikinci dərəcəli əlilliyin təyin edilməsinə səbəb olan xəstəliyin əsas diaqnozu “üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beyin travmatik xəstəliyi; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” qeyd edilmişdir.

31. Bundan sonra, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci ildə 0170003AAD3B saylı göndərişi əsasında baxılmış və bu zaman da onun xəstəliyinin əsas diaqnozu “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beynin travmatik xəstəliyi (keçirilmiş KBT ) nəticəsində kəskin nəzərəçarpan şəxsiyyət pozuntusu, yaddaş zəifləməsi ilə” qeyd edilmiş, lakin diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.

32. Cavabdehin əsas dəlili iddiaçıya qoyulmuş diaqnozun əlillik təyini üçün əsas verməməsi olsa da, yuxarıda qeyd olunan sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya 2016-cı ildə təkrar əlilliyin təyini, eləcə də, sonuncu müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur.

33. Belə ki, iddiaçıya 2016-cı ildə əlillik təyin edilərkən və 2021-ci ildə təkrar müayinə zamanı X2 V sinfinin (Psixi pozğunluqlar və davranış pozğunluqları) F07 koduna (Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları) istinad edilmişdir.

34. Başq a sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlillik təyinindən imtina etmiş və diaqnozun əlillik təyini üçün əsas olmadığını qeyd etmişdir.

35. Halbuki, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda qeyd edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh isə, bunun əksinə olaraq, eyni mühüm faktiki halların mövcudluğu halında fərqli qərar qəbul edərək əlilliyin təyin edilməsindən imtina etmiş, əvvəlki mövqeyindən fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, bununla da iddiaçının əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarını pozmuşdur.

36. Bundan başqa, nəzərə alınmalıdır ki, 2021-ci ildə təkrar qiymətləndirmə zamanı qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

37. İşin mübahisələndirilməyən hallarına əsasən, iddiaçıya ilk dəfə 2007-ci ildən təyin edilən ikinci dərəcəli əlillik fasiləsiz olaraq sonuncu dəfə 2016-cı ildə növbəti beş il üçün (2021-ci ilə qədər) təyin edilmişdir. Belə olan halda, iddiaçının təkrar qiymətləndirilməsinin aparıldığı 2021-ci ildə qüvvədə olan “Əlilliyin və sağlamlıq i mkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, iddiaçıya növbəti əlillik müddətsiz təyin edilməlidir.

38. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin olunmasından imtina edilməsinin əsassız olması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni hesab olunmalıdır.

39. Şikayətin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

40. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqan ın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 41. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

42. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

43. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-388/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar