Məhkəmə qərarları › İş №2-1(102)-1169/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1169/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1169/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin olunması; eyni diaqnoz əsasında şəxsə daha əvvəl əlilliyin təyin edilməsi; diaqnozun əlilliyə əsas verməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1966; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(104)193/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2010-cu il tarixdə “Sağ bud sümüyünün aşağı 1/3 nahiyəsindən qəlpəli qeyri-düzgün bitmiş sınığı yivli mil+osteosinez C/ə sonrakı vəz. Sağ bud sümüyünün osteoparezi. A/ə dərin xr.tromboflebiti. A/əVQDÇ-İİ dərc. Yerişin nəzərə çarpacaq dərəcədə pozulması ilə” diaqnozu əsasında “Ümumi xəstəlik” səbəbindən 1 il müddətinə ilkin üçüncü dərəcəli, xx. xx.2011-ci il tarixdə isə eyni diaqnoz əsasında təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur.

2. Daha sonra xx.xx.2014-cü il tarixdə “Sağ bud sümüyünün aşağı 1/3 nahiyyəsindən qəlpəli qeyri-düzgün bitmiş sınığı. Sağ bud sümüyünün osteoparezi. A/ə dərin venaların xr.tromboflebiti. QDÇ-İİ dər.” diaqnozu ilə təkrar ikinci dərəcəli, xx.xx.2015ci il tarixdə isə həmin diaqnoz əsasında üçüncü dərəcəli əlillik təyin olunmuşdur.

3. Sonuncu dəfə xx.xx.2016-cı il tarixdə “Sağ bud sümüyünün aşağı 1/3 nahiyyəsindən qəlpəli qeyri-düzgün bitmiş sınığı. Sağ bud sümüyünün osteoparezi. A/ə dərin venaların xr.tromboflebiti. QDÇ-İİ dər.” diaqnozu ilə 5 il müddətinə təkrar üçüncü dərəcəli əlillik təyinatı aparrılmışdır.

4. İddiaçının əlilliyi ilə bağlı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci, xx.x x.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə aparılmış müayinələr nəticəsində “Əlavə müalicəyə ehtiyacın olması” və “Göndərişin natamam doldurulması” səbəbləri ilə cavabdeh tərəfindən əlilliyin təyin olunmasından imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı əlilliyin bərpa edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən tibbi sənədlərinə uyğun olaraq ona 2-ci dərəcəli əlillik təyin edilmiş və indiyə kimi davamlı olaraq xəstəxanalarda müalicə olunmuşdur. 2021-ci ildə heç bir əsas və səbəb olmadan əlillik dərəcəsi şübhə altına alınmış və pensiya ödənişi dayandırılmışdır. 2021-ci ildə cavabdeh tərəfindən əlilliyə görə aldığı pensiya dayandırıldıqdan sonra 4 dəfə Göygöl rayon Mərkəzi Xəstəxanası tərəfindən Forma 088 tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında TSEK-yə göndərilmiş, lakin hər dəfə TSEK eyni məzmunlu imtina cavabı vermişdir. xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi Göygöl Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixə kimi Abbas Səhhət adına 1 nömrəli şəhər Xəstəxanasında, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixə kimi Abbas Səhhət adına 1 nömrəli şəhər Xəstəxanasında, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixə kimi Abbas Səhhət adına 1 nömrəli şəhər Xəstəxanasında, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi Abbas Səhhət adına 1 nömrəli şəhər Xəstəxanasında, xx.xx.2021-ci il tar ixdən xx.xx.2021-ci il tarixə kimi ET Travmatologiya və Ortopediya İnstitutunda, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Abbas Səhhət adına 1 nömrəli şəhər Xəstəxanasında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Abbas Səhhət adına 1 nömrəli şəhər Xəstəxanasında və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi ET Travmatologiya və Ortopediya İnstitutunda stasionar müalicələrdə olmuşdur. Əvvəlki imtina məktublarında göstərdikləri çatışmamazlıqları aradan qaldırmağına baxmayaraq 4-cü dəfə TSEK-in imtina məktubu xx.xx.2022-ci il tarixdə ona göndərilmişdir. İmtinada “dövlət səhiyyə müəsissəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: instrumental müayinələrlə xəstələyin ağırlaşması arasında uyğunsuzluq var” göstərilmiş, h albuki Forma 088-lər səhhətinə uyğun olaraq tərtib edilmişdir.

7. Məhkəmə qərardadı əsasında təyin edilmiş, lakin cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 tərəfindən təqdim olunmuş T372/2022 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “S72-bud sümüyünün sınığı, sağ bud sümüyünün aşağı 1/3-nin qəlpəli yerinidəyişmiş sınığı”; Ağırlaşma: Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, yivli millər və İA ilə osteosintezi cərrahi əməliyyatdan sonrakı vəziyyət (2009); sağ bud sümüyünün qeyri-düzgün bitişmiş sın ığı, postravmatik kobud döyənəyi” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərar ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür.

8. Gəncə İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(114)-1872/2022 nömrəli qərarı (hakim F.C.Hüseynov) ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi ekspert rəyini əsas götürərək iddia tələbinin təmin olunmaması qənaəti nə gəlmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2023-cü il tarixli, 2-1(104)-198/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 tərəfindən verilmiş T 422/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “S72-bud sümüyünün sınığı, sağ bud sümüyünün aşağı 1/3-nin qəlpəli yerinidəyişmiş sınığı”, Ağırlaşma: Z98.8digə r dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, yivli millər və 1A 1lə osteosintezi cərrahi əməliyyatdan sonrakı vəziyyət (2009); sağ bud sümüyünün qeyrdüzgün bitişmiş sınığı, posttravmatik kobud döyənəyi” diaqnozunda sağ bud sümüyünün sınığı yerində sümük döyənəyi əmələ gəlmiş, hazırda hər hansı bir bərpa müalicəsini davam etdirməyə ehtiyac yoxdur, əgər zərurət yaranarsa, onda müalicəyə cəlb oluna bilər.

13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 21(104)-198/2023 nömrəli qərardadı ərizə icraata qəbul edilmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(104)-198/2023 nömrəli qərarı ilə (hakimlər A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(114)-1872/2022 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlilliyinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh orqan eyni diaqnoz əsasında iddiaçıya əvvəlki göndərişlər əsasında əvvəlki müddətlərdə (xx.xx.2010-cu, xx.xx.2011-ci, xx.xx. 2014-cü, xx.xx.2015-ci və xx.xx.2016-cı illər) əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin diaqnoz əsasında xx.xx.2021, xx.xx.2022, və xx.xx.2022-ci il tarixlərdə verilmiş göndərişlərdən “Əlavə müalicəyə ehtiyacın olması” və “Göndərişin natamam doldurulması” səbəbləri ilə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir.

16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətində formal dəlillərə istinad edərək qeyd etmişdir ki, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə ə sas verməmişdir.

18. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəb ul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir....

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışd ır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.... 1.6. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əli lliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş gününd ən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılma sı, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur): 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlil lərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqlar ın sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur..... 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olun muş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.... Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdi kdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəm əsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquq i məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona əlilliyinin təkrar qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Əlilliyi olan şəxs müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Bu həssas kateqoriyadan olan şəxslərin cəmiyyətin həyatında bütün lazımi imkanlara malik bərabərhüquqlu subyekt kimi qəbulu, onların qarşısına çıxan problemlərin kompleks həlli, o cümlədən onların hüquqlarının effektiv müdafiəsinin təmin olunması zərurəti müvafiq beynəlxalq və daxili normativ hüquqi sənədlərin qəbulunu şərtləndirmişdir. Azərbaycan Respublikasında müstəqilliyin qazanıldığı ilk illərdən bu sahədə hüquqi tənzimləməni həyata keçirən müvafiq normativ hüquqi baza formalaşdırılmış və zamanla dəyişən ictimai münasibətlərə adekvat olaraq təkmilləşdirilmişdir. Azərbaycan Respublikası 02 oktyabr 2008-ci il tarixli, 686-İİİQ nömrəli Qanunla Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Ə lilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşularaq əlilliyi olan şəxslər tərəfindən bütün insan hüquqlarının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsinin təmin edilməsi sahəsində üzərinə öhdəliklər götürmüşdür.

34. Həmin öhdəliklərin icrası istiqamətində qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategi ya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

35. Əlilliyi olan şəxslərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Bunun üçün də ilk növbədə qanunvericilik səviyyəsində şəxslərin əlilliyinin qiymətləndirilməsi qaydası və əlilliyin müəyyən edilməsi meyarları müvafiq normativ hüquqi aktlarla təsdiq edilmiş, habelə əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqi nin genişləndirilməsi, habelə əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bir sıra tədbirlər (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və X2 (TSERAS) yaradılmış və s.) görülmüşdür.

36. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də inzibati orqan kimi “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələbləri ni nəzərə almağa borcludur.

37. İddiaçıya əlilliyin təyin edilməsindən imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, obyektiv və əsaslandırılmış qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə əlilliyin təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardı ğı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv və əsaslandırılmış qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

38. Belə ki, hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya ilk dəfə 2010-cu ildə “Sağ bud sümüyünün aşağı 1/3 nahiyəsindən qəlpəli qeyri-düzgün bitmiş sınığı yivli mil+osteosinez C/ə sonrakı vəz. Sağ bud sümüyünün osteoparezi. A/ə dərin xr.tromboflebiti. A/əVQDÇ-İİ dərc. Yerişin nəzərə çarpacaq dərəcədə pozulması ilə” diaqnozu ilə ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli, daha sonra 2011-ci ildə həmin diaqnoz əsasında 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. 2014 və 2015-ci il tarixlərdə 1 il müddətinə, 2016-cı il tarixdə isə 5 il müddətinə olmaqla “Sağ bud sümüyünün aşağı 1/3 nahiyəsindən qəlpəli qeyri-düzgün bitmiş sınığı. Sağ bud sümüyünün osteoparezi. A/ə dərin venaların xr.tromboflebiti. QDÇ-İİ dər.” diaqnozu ilə əlillik təyinatı aparılmışdır. İddiaçı barəsində 2021-ci ildən etibarən tərtib olunmuş növbəti Forma 88 göndərişlərdə eyni diaqnozun qeyd edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müxtəlif səbəblər əsas gətirilərək ona əlilliyin təyin olunmasından imtina edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin olunmasından imtinasının dəlili olan, həmçinin xx.xx.2021, xx.xx.2022, və xx.xx.2022-ci il tarixlərdə verilmiş göndərişlərdə öz əksini tapan “əlavə müalicəyə ehtiyacın olması” və “göndərişin natamam doldurulması” ilə əlaqədar əsaslar iddiaçıya münasibətdə əlilliyin təyin olunmaması ilə bağlı gəlinmiş nəticəyə münasibətdə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı uzun müddət göstərilən xəstəliklərdən müalicə almış, bu davamlı xarakter daşımış, müalicə səmərəli nəticələrlə müşayiət olunmamışdır. 40. “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X3n xx.xx.2021-ci il tarixli göndərişində isə iddiaçının əsas diaqnozu “S72-bud sümüyünün sınığı, sağ bud sümüyünün aşağı 1/3nin qəlpəli yerinidəyişmiş sınığı”; Ağırlaşma: Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, yivli millər və İA ilə osteosintezi cərrahi əməliyyatdan sonrakı vəziyyət (2009); sağ bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı, postravmatik kobud döyənəyi” kimi qiymətləndirilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspe rtizası əsasında təqdim olunmuş ekspert rəyində də göndərişdə göstərilən diaqnozun mövcudluğu öz təsdiqini tapmışdır.

42. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.6-cı bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (N11) üst-üstə düşür, eləcə də iddiaçıya məxsus tibbi sənədlərdə qoyulmaqla ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir.

43. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsas ında iddiaçıya əvvəlki göndərişlər əsasında əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin diaqnoz əsasında sonradan əsassız olaraq əlilliyin müəyyən olunmasından imtina etmişdir.

44. Məhkəmə kollegiyası buna münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.

45. Məhkəmə kollegiyasi apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 2010-cı ildən etibarən qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin tam reabilitasi ya olunmadığı təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalı, bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmalıdır.

46. Həmçinin qeyd edilməlidir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəs inin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi nin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

47. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

48. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

49. Həmçinin nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

50. Beləliklə ki, qanunvericiliyin tələbləri b axımından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(104)-193/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar