Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-117/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı “xxxnın” cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-117/2019 Bakı şəhəri xx xxxxxx 2020-ci il 29.01.2020 Açar sözlər: iddianın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakları ilə, iddiaçı “xxxnın” sədri xxx1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2433/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı “xxx” (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi (yığıncaqlar və birləşmək azadlığı), Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi (sərbəst toplaşmaq azadlığı) ilə müəyyən olunmuş hüquq və azadlıqların pozulmasının tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxx 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş partiya xx xxxxxx 2019-cu il tarixdə, saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunda mitinq keçirtmək məqsədilə cavab dehə müraciət etmiş, cavabdeh isə əsassız olaraq mitinqin həmin ünvanda keçirilməsinin məqsədəmüvafiq olmadığını qeyd etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının xx xxxxxx 2019-cu il tarixdə mitinq keçirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli müraciətinə xx xxxxxx 2019-cu il tarixli, 7-58/17 nömrəli məktub göndərilmiş və iddiaçıya mitinq keçirilməsi haqqında müraciətinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinin tələblərinə cavab vermədiyi qeyd olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)2293/2019 saylı qərardadı ilə (hakim Elçin Məmmədov) iddia mümkün sayılmamışdır. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbini müəyyən et mə və tanınma haqqında iddia növünə aid etsə də, iddia tələbinin inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmamışdır. Belə ki, iddianın müəyyən etmə tanınma növü hər-hansı hüquq münasibətinin mövcud olması və ya artıq icra olunmuş inzibati aktın qanunsuz sayılması tələbinə dair ola bilər. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2433/2019 saylı qərardadı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməd ən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərinə görə müəyyənetmə və tanınma iddia növü vasitəsilə iddiaçı hər-hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud artıq icra olunmuş inzibati aktın etibarsızlığının tanınmasını tələb edə bilər. Lakin iddiaçı məhkəməyə müraciət etdiyi zaman cavabdeh inzibati orqan tərəfindən artıq icra olunmuş inzibati akt qəbul edilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.1, 36.2, 35.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin icraata qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsinin iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etdiyi dövrdə cavabdeh icra olunmuş inzibati aktın qəbul olunmamasına dair mövqeyi əsassız olmuşdur. Belə ki, iddiaçı cavabdehə mitinqin keçirilməsinə icazə verilməsi ilə bağlı müraciət etmişdir ki, cavabdehin imtinası inzibati orqanın iradə ifadəsi kimi nəzərə alınmalıdır. İddiaçı həmçinin qeyd etmişdir ki, qanunvericiliyin tələblətinə görə iddianın mümkünlük şərtləri ilə bağlı məsələ yarandıqda, yəni iddianın mümkün sayılmamasına səbəb olan hallar mövcud olduqda məhkəmə ilk öncə bunu iddiaçının diqqətinə çatdırmalı olduğu və iddiaçıya hüquqi yardım göstərməli olduğu halda bunu etməmiş, iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmiş, apellyasiya məhkəməsi isə göstərilən məqama diqqət yetirmədən qərardadı qüvvədə saxlamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 13, 48-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etdiyi zaman, cavabdeh inzibati orqan tərəfindən artıq icra olunmuş inzibati akt qəbul edilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verilmədiyini apellyasiya məhkəməsi müəyyən etmiş və iddiaçı tərəfindən məsələ mübahisələndirilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı məhkəməyə müraciət etdiyi zaman cavabdeh inzibati orqan tərəfindən artıq icra olunmuş inzibati akt qəbul edilmədiyindən, müəyyənetmə və tanınma iddia növü üzrə mümkünlük şərtləri ödənilməmişdir. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, iddiaçı cavabdehə mitinqin keçirilməsinə icazə verilməsi ilə bağlı müraciət etmişdir ki, cavabdehin imtinası inzibati orqanın iradə ifadəsi kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, h abelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; - 36.1-cı maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın eti barsızlığının tanınmasını məhkəmədən tələb edə bilər; - 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər; - 36.3-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Müəyyən etmə və ya tanınma haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olma ması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, iddiaçı ilə inzbati orqan arasında hüquq münasibətlərinin mövcud olubolmaması və belə münasibətlərin müəyyən edilməsində iddiaçının marağının xarakteri, habelə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və yaxud qəbul edilmiş inzibati aktın artıq icra edilib-edilməməsi yoxlanılmalıdır. Habelə, müəyyən etmə və ya tanınma haqqında iddia yalnız o halda mümkün hesab oluna bilər ki, əgər həmin növ iddia iddiaçının inzibati orqanla münasibətlərin qısa müddətdə müəyyən edilməsində maraqlı olduğu hallarla əsaslandırılmışdır. İddiaçının tələbinin əsaslandığı hallara görə, xx xxxxxx 2019-cu il tarixdə, saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunda mitinq keçirtmək məqsədilə cavabde hə müraciət etmiş, cavabdeh isə əsassız olaraq mitinqin həmin ünvanda keçirilməsinə dair rədd cavabı vermişdir. Qeyd edilmiş məsələnin maddi hüquq əsasını “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edir ki, onun 5-ci maddəsində sərbəst toplantıları təşkil edən şəxslər tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan azı 5 iş günü əvvəl yazılı surətdə xəbərdar edilməsi, 7-9 maddələrində toplantıların keçirilməsinə qoyulan məhdudiyyətlərə, qadağan edilməsinə, dayandırılmasına və sair hallara dair, 10-ci maddəsində toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının onun keçirilməsinə azı 3 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanları tərəfindən qərarların qəbul edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası ilk olaraq iddiaçı nın o dəlili ilə razılaşır ki, onun müraciətinə rədd cavabı verildiyi halda, həmin imtina məktubu mahiyyətinə görə inzibati akt kimi qiymətlndirilməlidir. Bu nəticə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanının razılığı» müddəasının şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarından da irəli gəlir. Həmin qərarda ifadə edilmiş hüquqi əsas görə, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nətic ələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Lakin apellyasiya məhkəməsinin işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən artıq icra edilmiş hər hansı bir inzibati akt qəbul edilməmişdir. Belə ki, işə əlavə edilmiş sənədlərlə iddiaçının xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunda mitinq keçirilməsi barədə müraciət edilməsi və bununla bağlı cavabdehin imtinası, yəni inzibati aktın qəbul edilməsi müəyyən edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlər və cavabdehin etirazla bildiyi əsaslar digər tarixlərdə və yerlərdə toplantının keçirilməsinə aiddir ki, bununla bağlı iddia tələbini əsaslandırdığı hallarda bildirilməmişdir. İddiaçı digər dəlilində göstərmişdir ki, iddianın mümkünlük şə rtləri ilə bağlı məsələ yarandıqda, yəni iddianın mümkün sayılmamasına səbəb olan hallar mövcud olduqda məhkəmə ilk öncə bunu iddiaçının diqqətinə çatdırmalı olduğu və iddiaçıya hüquqi yardım göstərməli olduğu halda, bunu etməmişdir. Məhkəmə kollegiyası dəlillə razılaşmadığını aşağıdakılardan irəli gəldiyini bildirir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə nin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin xx xxxx 2019cu il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, sədrlik edən hakim tərəfindən Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin müddəaları izah edilməklə iddianın mümkünlüyü ilə bağlı iddiaçının vəkilinin fikri öyrənilmişdir. Lakin iddiaçının vəkili tərəfindən iddiaya mahiyyəti üzrə baxılması xahiş edilmişdir. Apellyasiya məhkəməsinin icraatına aid olan işin sənədlərindən göründüyü kimi, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, lakin xx xxxxxxx 2019cu il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən prosessual qanunveriliy in tələblərinə riayət edilmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı “xxxnın” sədri xxx1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2433/2019 saylı qərardadıdəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-117/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-117/2020
29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver