Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-117/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı, X4 dəri-xammal bişiricisi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X3, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və keçmiş dövr üçün pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1545/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx xxxx 1966-ci ildə doğulmuşdur. 1982-ci ildə əmək fəaliyyətinə başlamı şdır. xx.xx.1982-ci ildən xx.xx.1997-ci ilədək X4 5-ci dərəcəli dəri xammal biçicisi peşəsində işləmişdir. xx.xx.1997-ci ildə 1 saylı anbara çeşidləyici fəhlə işinə keçirilmişdir. xx.xx.2005-ci il tarixdə Buzovna sahəsinə həmin işə keçirilmişdir. xx.xx.2006-ci il tarixədək müəssisədə xammal çatışmamazlığı ilə əlaqədar olaraq öz hesabına məzuniyyətdə olmuşdur. “xxxx” Dövlət Konserninin xx.xx.1990-ci il tarixli 321 saylı əmrinə əsasən X13 X7 ilə birləşmiş, Bakı Xalq Tələbatı Malları İstehsal edən Eksperimental Təcrübə müəssisə yaradılmışdır. xx.xx.1997-ci il tarixdə 832 saylı sərəncama əsasən Bakı Xalq Tələbatı Malları İstehsal edən X1 adı dəyişdirilərək “xxxx” ASC olmuşdur. 2. “xxxx“ ASC-nin xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı x xxxxxx 1982-ci il tarixdən xx. xx.1997-ci il tarixədək X5 3 saylı sexində 5-ci dərəcə ilə dəri xammal biçicisi peşəsində işləmiş, xx xxxxxx 1997-ci il tarixdə 1 saylı anbara çeşidləyici işinə keçirilmiş, xx.xx.2006-ci il tarixdə işdən azad edilmişdir.
3. İddiaçı 52 yaşından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.
4. Cavabdehin xx xxxxxx 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İd diaçı xx xxxxxx 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2018-ci ildən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006- ci il tarixə 20 ildən artıq ümumi əmək stajı yaranmış və həmin stajın 10 ili güzəştli şərtlərlə əmək pensiyası hüququ verən staj təşkil edir.
7. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İdarənin imtinası “Əmək pens iyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrinə əsaslanmaqla qanunidir. Qanunun 9.8-ci maddəsi əmək stajı əvvəlki qanunun “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə yaranmış şəxslərə münasibətdə həm staj, həm də yaşla bağlı şərtlərin həmin qanununa uyğun müəyyənləşdirilə biləcəyini qeyd edir. Başqa sözlə iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 2 sığorta hadisəsi əvvəlki qanuna uyğun müəyyənləşdirilə bilər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b)bəndi ilə (müvafiq dəyişiklikdən sonra), kişilər üçün pensiya yaşı 57 ümumi staj 25 il, xüsusi staj 12 il 6 ay müəyyən edilmişdir. Lakin idarənin imtinasının əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil etməyib. İddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim Hаcıbəyоvа Miminаt Tаcib qızı, 2-1(112)3629/2020 saylı iş) x xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya xx.xx.2018-ci ildən yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajı 23 il 11 ay 18 gün, xx.xx.2006-cı ilə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (kod 2210800a-18658 - dəri-xəz xammalın çeşidləyiciləri, 2210800a- 17742 - dəri xammalını biçənlər) nəzərdə tutulan peşələrdə iş stajı 23 (iyirmi üç) il 11 ay 18 gün olduğundan 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X11-məruzəçi, X9 və X15, 2-1(103)1545/2020 saylı iş) xx xxxxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməm iş, birinci instansiya məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
12. Cavabdeh x xxxxxxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 13. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı.
14. Qanunun 9.8-ci maddəsi (“Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı ol an şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.”) əmək stajı əvvəlki qanunun “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə yaranmış şəxslərə münasibətdə həm staj, həm də yaşla bağlı şərtlərin həmin qanununa uyğun müəyyənləşdirilə biləcəyini qeyd edir. Başqa sözlə, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 2 sığorta hadisəsi əvvəlki qanuna uyğun müəyyənləşdirilə bilər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13 maddəsinin (b) bəndi ilə (müvafiq dəyişiklikdən sonra), kişilər üçün pensiya yaşı 57, ümumi staj 25 il, xüsusi staj 12 il 6 ay müəyyən edilmişdir.
15. İdarənin imtinasının əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil etməyib. xx xxxx 2 017-ci il tarixli Qanunla (2017-ci ilin iyul ayında qüvvəyə minib) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir.
16. Həmin Qanunun 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə (yaş və staja) görə əvvəlki qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərdə tutub. Yəni iddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır.
17. İddiaçıya İdarə tərəfindən verilmiş cavab məktubundan göründüyü kimi, qeyd edilən məktub xx xxxxxx 2019-cu ildə tərtib edilib. İddiaçının məhkəməyə verdiyi iddia ərizəsi məhkəməyə xx.xx. 2020-ci il tarixdə verilməklə idarənin vermiş olduğu imtina cavabından 3 ay sonra verilmişdir. İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xa hiş etmişdir.
20. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın s ığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 23. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olun anadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Cavabdehin şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan pensiya kapitalı mövcud olmadığından və məcburetmə iddia növü üzrə 30 günlük iddia müddəti buraxıldığından iddia əsaslı sayıla bilməz.
29. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin tələblərinə görə iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər iddiaçının 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 3) xx.xx.2006-cı ilə qədər iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması.
31. İddiaçının iş yerindən verilmiş arayışlara əsasən o, 4 yanvar 1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək X5 3 saylı sexində 5-ci dərəcə ilə dəri xammal biçicisi peşəsində işləmiş, xx xxxxxx 1997-ci il tarixdə 1 saylı anbara çeşidləyici işinə keçirilmiş, xx.xx.2006-ci il tarixdə işdən azad edilmişdir.
32. İddiaçının x xxxxxx 2006-cı ilə qədər işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısında (kod 2210800a-18658 - dərixəz xammalın çeşi dləyiciləri, 2210800a- 17742 - dəri xammalını biçənlər) nəzərdə tutulan peşələri üst-üstə düşmüş, nəticədə onun x xxxxxx 2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajı və azı 10 il güzəştli iş stajı mövcud olmuşdur.
33. Cavabdeh imtina və şikayətində bu barədə mübahisə açmamışdır.
34. İddiaçının pensiya hüququ 52 yaşının tamam olduğu xx xxxx 2018-ci ildə yaranmasına baxmayaraq həmin vaxt (hazırda da) qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin müddəaları, o cümlədə lazımi həddə pensiya kapitalının mövcudluğu tətbiq edilə bilməz. Çünki bu maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. 35. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən t am əmək stajı olan şəxslərdən bəhs edilir. Əgər iddiaçının pensiya hüququ 50 yaşının tamam olduğu xx xxxxxx 2007-ci ildə yaranmışsa, həmin vaxt qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinin müddəaları hazırkı mübahisəyə tətbiq edilə bilməz. 36. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya nə qədər yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilə bilər.
37. Apelyasiya məhkəməsi də “Əmək pensiyaları haqqında” Q anunun 9.8-ci “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmışdır.
38. Şikayətin iddia müddətinin buraxılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia növü məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddia olduğundan, prosessual qanunvericilikdə öhdəliyin icrası haqqında iddia növü üzrə iddia müddəti nəzərdə tutulmadığından, həmin dəlil əsaslı sayıla bilməz.
39. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
40. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
41. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1545/2020 saylı, xx xxxxxxxx 2020-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.