Məhkəmə qərarları › İş №2-1(102)-117/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-117/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-117/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1950; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1933/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. DSMF-nin Nəsimi rayon şöbəsinin 09 yanvar 2007-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2006-cı il tarixindən sabiq hakim kimi (Azərbaycan Respublikası Arbitraj Məhkəməsi sədrinin İ müavini) əlilliyə görə 1354 manat məbləğində əmək pensiyası təyin olunmuşdur.

2. İddiaçı daha sonra, onu əlillik pensiyasından yaşa görə əmək pensiyası növünə keçirilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş və sonuncunun xx.xx.2021-ci il tarixli qərarı ilə ərizə təmin olunaraq, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsa sən, xx.xx.2021-ci il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli qərarına uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsində nəzərdə tutulan əlavələrin ona təyin olunmuş yaşa görə əmək pensiyasının hesablanması zamanı nəzərə alınmasını xahiş etmişdir.

4. Cavabdeh 26 iyul 2021-ci il tarixli **********2 nömrəli imtina məktubu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına istinadən bildirmişdir ki, “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissəsinə daxil olmuş və verilmiş ödənclərdəki ar tımları nəzərdə tutur. Əmək pensiyalarının 1.0.1, 1.0.2, 1.0.5, 9.5, 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortaya cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında əmək haqqındakı “sonrakı dəyişikliklər” anlayışı pensiya hüququ olan şəxsin vaxtilə aldığı əmək haqqının tərkib hissəsi olan pul təminatlarına aiddir. İddiaçının müraciətində göstərdiyi əlavələr, vaxtilə işlədiyi dövrdə ödənilmədiyindən, orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımınd an mümkün sayılmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli qərarının icra edilməsi və “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsində nəzərdə tutulan AR Ali Məhkəməsi sədrinin vəzifə maaşına hakimiyyət səlahiyyətinin icrasına görə 25 faiz əlavə, Ali Məhkəmənin hakimlərinə yüksək ixtisasına görə ödənilən 15 faiz əlavə və 3 dəfə aldığı maddi yardımın ona təyin olunmuş əmək pensiyasına yenidən hesablanması və xx.xx.2021-ci il tarixindən ödənilməmiş fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələb ini onunla əsaslandırmışdır ki, o, 1981 - 2000-ci illərdə Ali Məhkəmə statusunda olan Azərbaycan Respublikasının Dövlət Arbitrajında Dövlət arbitri və Baş Dövlət arbitrinin müavini vəzifəsində çalışmışdır. Ona 2006-cı ildən əlilliyə görə sabiq hakim kimi pensiya təyin olunmuş və bu zaman pensiyası tələb etdiyi əlavələrlə birlikdə 2021-ci ilə kimi ödənilmişdir. 2021- ci ilin may ayında ərizə ilə cavabdehə pensiya növünün dəyişdirilməsi ilə bağlı müraciət etdikdən sonra yaşa görə pensiya hesablanarkən isə qeyd etdiyi əlavələr nəzərə alınmamışdır. Halbuki, pensiya məbləği dəyişdirilərkən onun pensiya məbləği azaldıla bilməzdi. Cavabdeh tərəfindən onun yaşa görə əmək pensiyası hesablanarkən qanunvericiliyin tələbləri pozulmuş və Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli qərarı nəz ərə alınmamışdır.

7. Cavabdeh məhkəməyə iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz 26 iyul 2021-ci il tarixli imtina məktubu ilə eyni məzmunda tərtib edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 4 mart 2022-ci il tarixli, 2-1(112)-1697/2022 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia qismən təmin edilmiş, iddiaçıya işlədiyi dövrdə 3 dəfə ödənilmiş maddi yardımlar, yəni 18 oktyabr X1 münasibəti ilə 207500 manat (AZM), Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə 415000 manat (AZM) və 28 May – Respublika Günü münasibəti ilə 207500 manat məbləğində ödənilmiş maddi yardımlar nəzərə alınmaqla, onun əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2021-ci tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, qalan hissədə (25 və 15 faiz əlavələr) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi dövrdə aldığı maddi yardımlar nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması hissəsində iddia tələbi əsaslıdır. Belə ki, iddiaçının pensiya işində olan Azərbaycan Respublikası İqtisad Məhkəməsi tərəfindən verilmiş 14 fevral 2006-cı il tarixli iddiaçının 5 illik əmək haqqının aylar üzrə məbləği əks olunmuş arayışdan görünür ki, iddiaçı 1997 və 1998-ci illərdə müvafiq maddi yardımlar almışdır. Məhkəmə sorğusuna əsasən, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli cavab məktubu ilə isə müəyyən edilmişdir ki, iddiaçı 18 oktyabr X1 münasibəti ilə məhkəmənin 14 oktyabr 1997-ci il tarixli əmri ilə 20 7500 manat (AZM), Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə məhkəmənin 11 dekabr 1997-ci il tarixli əmri ilə 415000 manat (AZM) və 28 May – Respublika Günü münasibəti ilə məhkəmənin 12 may 1998-ci il tarixli əmri ilə 207500 manat məbləğində maddi yardım almışdır. Qeyd olunan məbləğ də əmək haqqının tərkibinə daxil edildiyindən, əmək pensiyasının məbləği müəyyən edilərkən nəzərə alınmalıdır.

10. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarı konkret olaraq sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xi dmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsini qanunun tələblərinə uyğun hesab etməmişdir. İddiaçının əmək pensiyasının məbləği hesablanarkən nəzərə alınmasını istədiyi həmin əlavələr isə, məhz onun işlədiyi dövrdə almadığı, daha sonrakı dövrlərdə işləmiş hakim statusunda olan şəxslərə ödənilməsi nəzərdə tutulmuş əlavələrlə bağlıdır. Odur ki, iddia tələbi 25 və 15 faiz əlavələr hissəsində əsassızdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1933/2022 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov – sədrlik edən və məruzəçi, H.Həmidov və N.Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 mart 2022-ci il tarixli, 2-1(112)-1697/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. İddiaçı kassasiya şikayətini əsaslandırmışdır. iddia ərizəsinin məzmunu na uyğun b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1933/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmç inin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübah isə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏR İ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, qərar ləğv edilməklə, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

21. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının tələbi 3 hissədən ibarət olmuşdur hakimiyyət səlahiyyətinin icrasına görə 25 faiz əlavə, Ali Məhkəmənin hakimlərinə yüksək ixtisasa görə ödənilən 15 faiz əlavə və işlədiyi dövrdə aldığı 3 dəfə maddi yardımın yaşa görə əmək pensiyasının hesablanması zamanı nəzərə alınması.

22. Birinci instansiya məhkəməsi iddianı qismən - işlədiyi dövrdə aldığı 3 dəfə maddi yardım nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının yenidən hesablanması hissəsində təmin, qalan hissədə isə rədd etdiyindən, həmin qərardan isə yalnız iddiaçı apellyasiya şikayəti verdiyindən və apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxladığından, kassasiya icraatının predmetini “hakimiyyət səlahiyyətinin icrasına görə 25 faiz əlav ə və Ali Məhkəmənin hakimlərinə yüksək ixtisasa görə ödənilən 15 faiz əlavə nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının yenidən hesablanması” təşkil edir.

23. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya təyin edilmiş əlilliyə görə pensiyanın məbləği hesablanarkən hakimiyyət səlahiyyətinin icrasına görə 25 faiz əlavə və Ali Məhkəmənin hakimlərinə yüksək ixtisasa görə ödənilən 15 faiz əlavə nəzərə alınmış, lakin iddiaçı pensiya növünün dəyişdirilməsi ilə bağlı müraciət etdikdən sonra və yaşa görə pensiya məbləğinin hesablanması zamanı qeyd edilən əlavələr nəzərə alınmamışdır. Cavabdeh əlavələrin nəzərə alınmaması ilə bağlı mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına istina dən əsaslandırmış, işə baxan aşağı instansiya məhkəmələri də həmin qərardakı hüquqi mövqedən çıxış etməklə, iddianı “15 faiz və 25 faiz əlavə hissəsində” rədd etmişlər.

24. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlar a pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir...bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.”

26. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının tələb etdiyi əlavələri işlədiyi dövrdə almamasına istinadən iddianın əsaslı olmaması nəticəsinə gəlsə də, hazırkı işin fərdi hallarını nəzərə almamış, öz təşəbbüsü ilə pensiya məbləğinə daxil edilmiş əlavələrin sonradan pensiya növünün dəyişdirilməsi zamanı nəzərə alınmaması ilə bağlı cavabdehin hərəkət lərinin Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə uyğunluğu baxımından qiymətləndirməmiş və əsaslandırmamışdır.

27. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 21(103)-1933/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar