Məhkəmə qərarları › İş №2-1(102)-1170/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1170/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1170/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1170/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi barədə qərarın ləğv edilməsi və s. tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegi yasının xxxx 2018-ci il tarixli, 21(103)-2730/2018 saylı qərardadından iddiaçı X1 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Habibullah Rezayee cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1979-cu ildə Əfqanıstan İslam Respublikasının Qəzni (Ghazni) vilayətinin Cağori rayonunun Hotqul kəndində anadan olduğunu, Əfqanıstan İslam Respublikasının vətəndaşı, etnik mənşəyinə görə Həzaralar etnik qrupuna, İslamın şiə məzhəbinə aid olduğunu, ailəli, iki uşaq atası olduğunu, arvadı-1996-cı il təvəllüdlü X1, uşaqları-2012-ci il təvəllüdlü oğlu X2 və 2014-cü il təvəl lüdlü X1, onun 3 bacısı və 4 qardaşı olduğunu, onlardan 3-çünün Pakistanda, digərlərinin isə Əfqanıstanda yaşadığlarını, atasının vəfat etdiyini, anası ilə Əfqanıstanda yaşadığını, bir neçə il yerli məktəbdə təhsil aldığını, lakin oranı bitirmədiyini, 12 yaşından başlayaraq çoban kimi işləyib, eyni zamanda kənd təsərrüfatı işləri ilə məşğul olduğunu, 17 yaşında qeyri-qanuni yolla ilk olaraq Pakistana, sonra isə iş axtarmaq məqsədilə İran İslam Respublikasına getdiyini, bundan sonrakı 23 il ərzində o, mütəmadi olaraq işləmək üçün İrana getdiyini və çox vaxt hüquqi sənədləri olmadığından, oradan geri Əfqanıstana deportasiya edildiyini, sonuncu dəfə 2017-ci ilin xxxx aylarında İrana səfər etdiyini, 2017-ci ildə onun X1 adlı dostunun ona kənddə spirtli içki satmaq təklifi ilə razılaşdığını, ra zılaşmaya əsasən, o və dostu “Bank Azizi”-nin Polisorxi adlanan yerdə yerləşən binanın zirzəmisindən spirtli içkini almağı, Qəzni vilayətinə gedən yük maşınlarına yükləməli və kənddə satmalı olduqlarını, spirtli içkiləri müştərilərə evlərinə yaxın yerlərdə görüşüb və təhvil verməli olduğlarını, bu razılaşmadan təqribən 3 ay sonra onun yaşadığı kəndin mollaları onun və dostunun bu əməllərindən xəbər tutduqalırın və buna son qoymağa məcbur etdiklərini, lakin ailəsini saxlamaq üçün başqa gəlir mənbəyi olmadığından, spirtli içki satmaqda davam etdiyini, bu işlə bir il ərzində məşğul olduğunu, Kabilə getdiyi günlərdən birində dostu ona zəng edərək kəndə geri qayıtmamaqla bağlı ona xəbərdarlıq etdiyini, sonra onun arvadının ona zəng edərək evlərinə təhdid məktubunun atıldığını bildirdiyini, müəy yən müddət ərzində təhdidlə bağlı qorxduğu üçün yaşadığı kəndə qayıtmadığını, Kabildə gizləndiyini, sonradan onun ailəsi Kabilə gələrək, onu axtardığını və tapdığını,öz ailəsi ilə birlikdə bir ay ərzində Kabildə arvadının qohumlarına məxsus və ***** adlanan yerdə yerləşən evdə yaşadıqlarını, Kabildə təhlükəsiz olmadıqları üçün öz ailəsi ilə birlikdə İran İslam Respublikasına viza alaraq əvvəl Məşhəd şəhərinə, sonra isə Qum şəhərinə gəldiklərini, İranda bir müddət qaldıqdan sonra Kabilə qayıtdıqlarını, Kabildə olan zaman ailəsi ilə birlikdə Qazaxıstana viza aldığını, 2 ay müddətində Qazaxıstanda qalaraq və bu müddət ərzində sığınacaq almaq üçün **** yerli ofisinə müraciət etsələr də, ***** yerli ofisi onu və ailə üzvlərini qeydiyyata almaqdan imtina etdiklərini, Qazaxıstandan Azərbaycan Res publikasına viza alaraq ailə üzvləri ilə birlikdə 18.11.2017-ci il tarixində Azərbaycan Respublikasına gəldiklərini, xxxx 2017-ci ildə sığınacaq vəsatəti ilə cavabdehə müraciət etdiyini, xxxx 2018-ci ildə cavabdeh, **** saylı qərarı ilə vəsatətini rədd etdiyini, cavabdehin qərarından inzibati şikayət verdiyini, xxxx 2018-ci ildə cavabdehin şikayət instansiyasının inzibati şikayəti rədd etdiyini bildirərək, cavabdehin **** saylı, xxxx 2018-ci il tarixli və 38 saylı, xxxx 2018-ci il tarixli qərarlarının ləğv edilməsi, “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilərək, onun ailə üzvləri: arvadı-1996-cı il təvəllüdlü X1, oğlanları – 2012-ci il təvəllüdlü X2 və 2014-cü il təvəllüdlü X3-ə “qaçqın” statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-3278/2018 saylı qərardadı ilə iddiaçı X1 arvadı X2 qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi hissəsində iddia mümkün sayılmamışdır (hakim – A.A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2730/2018 saylı qərardadı ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) iddiaçı X1 apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadından iddiaçı X1 və onun vəkili Vəkil kassasiy a şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, cavabdehin **** saylı, xxxx 2018-ci il tarixli və 38 saylı, xxxx 2018-ci il tarixli qərarlarının ləğv edilməsi, cavabdehin üzərinə qaçqın statusunun verilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddianın predmetini iddiaçının «qaçqın statusunun verilməsi barədə vəsatəti”nin təmin edilməsi təşkil edir, həmin vəsatətdə iddiaçı özünə və arvadı X1 «qaçqın statusunun» verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, beləliklə, «qaçqın statununu » verilməsi tələbinə dair vəsatətin təmin edilməsi arzulanan inzibati akt əlverişli inzibati akt kateqoriyasına aiddir, bu vəsatəti verməklə iddiaçı onun BMT-nin 1951-ci il tarixli Konvensiyası, Konvensiyanın 1967-ci il tarixli Protokolu və «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülən şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunun müvafiq müddəaları ilə tanınan qaçqın kimi sığınacaq almaq hüququnu təsdiq etmək istəyir, bu baxımdan qaçqın statusunun verilməsi barədə qərar əlverişli inzibati aktdır, 1-ci instansiya məhkəməsi iddiaçının vahid iddiasını bölərək, onun ailə üzvünə «qaçqın statusunun» verilməsi hissəsində mümkün saymayaraq yanlışlığa yol vermiş, tələbin vahidliyi və bölünməzliyi prinsipini pozmuş, nəticə etibarı ilə məhkəmə maddi və prosessual hüquq n ormalarını pozmuş, halbuki iddiaçının arvadına münasibətdə onun qanunla qorunan maraqlarına toxunduğu halda istənilən iddianın qaldırılması üçün subyektiv hüquqa malikdir, digər tərəfdən məhkəmə iddianın djəqiqləşdirilməsi barədə təklif irəli sürməmiş və Azərbaycan Respublikası İPM-nin 13 və 48-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadının ləğv edilməsi, cavabdehin ***** saylı, xxxx 2018-ci il tarixli və 38 saylı, xxxx 2018-ci il tarixli qərarlarının ləğv edilməsi, cavabdehin üzərinə qaçqın statusunun verilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə ba xılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2730/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1979-cü il təvəllüdlü X1 xxxx 2017-ci il tarixdə “qaçqın statusu verilməsi haqqında” vəsatətlə A zərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, onun vəsatəti üzrə ***-**** saylı şəxsi iş açılmış, onunla müsahibə keçirilmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xxxx 2018-ci il tarixli, ***** saylı qərarına əsasən Habibullah Rezayee və onun ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilmiş, iddiaçı həmin qərardan cavabdehin şikayət instansiyasına şikayət vermiş və cavabdehin xxxx 2018-ci il tarixli 38 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı özü, habelə ailə üzvləri, o cümlədən arvadı, 1996-ci il təvəllüdlü X1 barəsində "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət etsə də, iddiaçının arvadı ilə cavabdeh inzibati orqan arasında müsahibə keçirilmiş və onunla inzibati münasibət yaranmış, cavabdeh orqan tərəfindən iddiaçı və ailə üzvləri barəsində eyni tarixli, saylı qərar verilsə də, bu iddiaçının yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətli ailə üzvü kimi öz adından iddia ilə müraciət edə bilər, yəni iddiaçının arvadı X1 tam fəaliyyət qabiliyyətli şəxs kimi şəxsən öz adından müraciət edə bilər. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, xxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını,.. yoxlamalıdırlar (2.3-cü bənd). Apellyasiya Məhkəməsi iş üzrə həmçinin qeyd etmişdir ki, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sah əsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsind ə onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələbindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsi 3-cü şəxsin adından iddia qaldırılmasını istisna edir və şəxsin özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halında iddianın mümkünlüyünü müəy yən edir. Məhkəmələr iş materiallarına istinad etməklə iddiaçının arvadı Fatima Rezayeeyə qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hazırkı iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyini, iddiaçı özü, habelə ailə üzvləri, o cümlədən arvadı, 1996-ci il təvəllüdlü Fatima Rezayee barəsində "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət etsə də, iddiaçının arvadı ilə cavabdeh inzibati orqan arasında müsahibənin keçirildiyini və onunla inzibati münasibətin yarandığını, iddiaçının arvadı Fatima Rezayeenin tam fəaliyyət qabiliyyətli şəxs ki mi şəxsən öz adından iddia ilə müraciət edə bildiyini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarında vurğulanmış hüquqi mövqeyi nəzərə alaraq kassasiya şikayətinin işin faktiki halları ilə bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2730/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2730/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar