Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1170/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili, cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “52 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-375/2020 nömrəli, 12.02.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiaçı **.**.1961-ci ildə anadan olmuş, 09.04.1979-cu il tarixdən 01.05.1980-ci il tarixədək Azərbaycan Dəmir Yollarının Baş Ələt Stansiyasında texniki kontorun operatoru vəzifəsində işləmiş, 05.1980-ci ildən 05.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, 01.09.1982-ci il tarixdən 15.04.1983-cü il tarixədək orta texniki-peşə məktəbində təhsil almış, 18.04.1983-cü il tarixdən 10.01.1986-cı il tarixədək N.Mərimanov adına NQÇİ-nin sexində 4-cü və 5-ci dərəcəli elektrik qaynaqçı sı vəzifəsinə qəbul edilmiş, 13.01.1986-cı il tarixdən 01.01.1988-ci il tarixədək Azərbaycan AES TMİ-də 5-ci və 6-cı dərəcərəli elektrik qaynaqçısı vəzifəsində işləmiş, 01.01.1988-ci il tarixdən 27.03.1989-cu il tarixədək ƏliBayramlı TMİ-nin Nəvai sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmiş, 01.04.1989-cu il tarixdən 01.09.1993-cü il tarixədək “X” trestində 4-cü və 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmiş, 03.09.1993-cü il tarixdən “X” NQÇİ-nin 3 saylı İTTİdən keçirilməklə RSB-da 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 01.06.1994-cü il tarixdən RSB sexinin ləğv edilməsi ilə əlaqədar olaraq İALTS 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsinə keçirilmiş, 01.09.1994-cü il tarixdən QƏYT sexinə 4-cü dərəcəli qülləquraşdırıcı vəzifəsinə keçirilmiş, 02.01.1997-ci il tarixdən 5-ci dərəcəli qülləquraşdırıcı peşəsi verilmiş, 16.05.2005-ci il qülləquraşdırıcı peşəsinə keçirilmiş, 01.09.2006-cı il tarixdən struktur dəyişiklikləri ilə əlaqədar olaraq işdən azad edilmişdir. İddiaçı, göstərilən müddətlər nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə 21.06.2019-cu il tarixli, ****** saylı məktubu ilə bundan imtina etmiş və imtinanın əsası kimi qeyd etmişdir ki, təqdim edilmiş sənədlərə əsasən 01 yanvar 2006-cı ilədək iddiaçının güzəştli iş stajı 12 il 3 ay 28 gün təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi). Bununla razılaş mayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 02.04.2013-cü il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən, iddiaçının 01.01.2006-cı il tarixədək 10 ildən çox dövrdə dəniz şəraitində güzəştli şərtlərlə iş stajı və 20 ildən çox ümumi sosial sığorta stajı var və bu hal ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.12.2019-cu il tarixli, 2-1(81)3351/2019 saylı qərarı ilə iddia təmin edilmiş, Iddiaçı na 52 yaşdan, yəni 02.04.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.12.2019-cu il tarixli, 2-1(81)3351/2019 saylı qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 2-1(103)-375/2020 nömrəli, 12.02.2020-ci il tarixli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.12.2019-cu il tarixli, 2-1(81)- 3351/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmələr hesab etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 10 il güzəştli şərtlərlə pensiya təminatına imkan verən xüsusi stajı və 20 il ümumi stajı olduğundan güzəştli şərtlərlə əmək pensiyası 52 yaşdan, yəni 02.04.2013-cü il tarixdən təyin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-375/2020 nömrəli, 12.02.2020-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə iddiaçıy a 52 yaşdan pensiya təyin edilə bilməsi üçün iddiaçının 01.01.2006-cı ilədək 20 il ümumi stajı olmalı və onun 10 ilini Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıdakı peşələrlə əlaqədar yığmış olmalı idi. İddiaçının 01.09.1994-cü ildən 31.08.2006-cı ilədək “X” Neft və Qazçıxarma İdarəsində Quyuların əsaslı yeraltı təmir sexində və istehsalata xidmət bazasında işlədiyi qüllə quraşdırıcı peşəsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahıda nəzərdə tutulmamışdır. Kassator, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-375/2020 nömrəli, 12.02.2020ci il tarixli qərarının ləğv edilməsini və idd ia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-375/2020 nömrəli, 12.02.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2). Kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-375/2020 nömrəli, 12.02.2020-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiyası məhkəməsində araşdırlan hallarından görünür ki, Iddiaçı 03.09.1993-cü il tarixdən 31.08.1994-cü il tarixədək X” Neft və Qazçıxarma İdarəsində Təmir tikinti briqadasında və İstismar avadanlıqlarının kirayə təmir sexində elektrik qazqaynaqçısı peşəsində işləmişdir. Ümumi peşələrin siyahısına əsasən güzəştli sayılır, güzəştli staj 11 ay 28 gün təşkil etmişdir. 01.09. 1994-cü il tarixdən 31.08.2006-cı il tarixədək “X” Neft və Qazçıxarma İdarəsində Quyuların Əsaslı yeraltı təmir sexində və İstehsalata xidmət bazasında qülləquraşdırıcı peşəsində işləmiş, güzəştli stajı 12 il təşkil etmişdir. 01.09.2006-cı il tarixdən 09.02.2011-ci il tarixədək N.Nərimanov adına Neft və qazçıxarma İdarəsində İstehsalata xidmət bazasında və Quyuların Əsaslı yeraltı təmir sexində qülləquraşdırıcı peşəsində işləmişdir. Güzəştli sayılır və güzəştli stajı 04 il 05 ay 08 gün təşkil etmişdir. 10.02.2011-ci ildən hal-hazırki dövrə qədər N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində Dəniz Neft-mədən hidrotexniki qurğularının sahəsində dəniz buruq özülləri və estakadaların quraşdırılması üzrə çilingər peşəsində işləyir. Güzəştli stajı 08 il 03 ay 12 gün. Güzəştli əmək stajı 22.05. 2019-cu il tarixinə 25 il 08 ay 18 gün təşkil edir. Qeyd olunmuş bütün ixtisas dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlər də çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixinədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin maddəyə 13.06.1997-ci ildə edilmiş dəyişikliyə görə maddədə nəzərdə tutulmuş yaş həddi 01.08.1997-ci il tarixindən başlayaraq 01.08.2000-ci il tarixinədək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixinədək 20 il ümumi iş stajı, 10 il güzəştli iş stajı olduğu halda 52 yaşda n güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Cavabdeh kassasiya şikayətinin dəlillərində iddiaçının 01.09.1994-cü ildən 31.08.2006-cı ilədək “X” Neft və Qazçıxarma İdarəsində Quyuların əsaslı yeraltı təmir sexində və istehsalata xidmət bazasında işlədiyi qüllə quraşdırıcı peşəsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahıda nəzərdə tutulmadığını bildirsə də məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 22 may 2019-cu il tarixli güzəştli arayışdan və iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən müəyyən edilmişdir ki, id diaçının “X” Neft və qazçıxarma İdarəsində Quyuların Əsaslı yeraltı təmir sexində və İstehsalata xidmət bazasında 01.09.1994-cü il tarixdən 31.08.2006-cı il tarixədək işlədiyi qülləquraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı siyahının Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlı X bölməsinin 1100000a-11587 kod nömrəli güzəştli iş stajı verən qüllə quraşdırıcı peşəsinə uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin i crası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, qeyd edilənlərə əsasən Ali Məhkəmə Kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-375/2020 nömrəli, 12.02.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1170/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1170/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver