Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1170/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinə görə ödənilən kompensasiya, torpağın bazar qiyməti Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslim oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə1, cavabdeh Bakı şəhəri Cavabdeh vəkili X7, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X29, vəkili X24 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respub likası Maliyyə Nazirliyi, bundan sonra üçüncü şəxs) “iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh tərəfindən təklif olunmuş 55.000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq, təzminat məbləğinə 438.257 manat əlavə edilməsi və həmin məbləğin dövlət büdcəsi hesabına cavabdehdən tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-267/2021 saylı, 12 fevral 2021-ci il tarixli qərarından iddiaçı, cavabdeh və üçüncü şəxsin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13.03.2019-cu il tarixli çıxarışa əsasən ünvan 1 ün vanında yerləşən 110 kv.m. torpaq sahəsinin mülkiyyətçisi iddiaçıdır. 2. “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan cavabdeh müəyyən edilmiş, cavabdehə tapşırılmışdır ki bu qərarın 1-ci hi ssəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.
3. Qərarın icrası məqsədi ilə cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir.
4. İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli Qərarının təsirinə düşür.
5. Dövlət ehtiyacları üçün satın alınma layihəsi ilə bağlı keçirilmiş tenderin qalibi olmuş olu nmuş mənzillərin əsas və köməkçi sahələrinin hər kv.m. üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə 1 kv.m. üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında, torpaq sahəsinin hər kv.m.-i üçün son hədd əlavələr də nəzərə alınmaqla 500 manata qədər qiymətləndirilir.
6. İddiaçıya məxsus torpaq sahəsi onun istifadəsindən çıxsa da, bu vaxta qədər ona qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməmişdir. İddiaçı, bununla bağlı, müxtəlif dövlət orqanlarına, o cümlədən cavabdehə müraciətlər etsə də mübahisə öz həllini tapmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 26 noyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Tor pağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, 16.02.2018-ci il tarixli qərarının icrası ilə əlaqədar onun mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh tərəfindən təklif olunmuş 55.000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq, təzminat məbləğinə 438.257 manat əlavə edilməsi və həmin məbləğin dövlət büdcəsi hesabına cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsi əvəzi ödənilmədən dövlət ehtiyacları üçün alınmış və həmin torpaq sahəsi üzərində dövlətin sahiblik hüququ əldə edilmişdir. Torpaq sahəsi 26.05.2006-cı il tarixli borc müqaviləsi əsasında yaranmış 350.000 ABŞ dolları borcun əvəzinə verilmişdir. Əvvəlki mülkiyyətçilər arasında yaranmış məhkəmə mübahisəsi zamanı 05.08.2008-ci il tarixli “Barışıq razılaşması haqqında” müqavilə imzalanmış və həmin müqavilə Yasamal Rayon Məhkəməsinin 2(004)-2635/08 saylı, 19.08.2008-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Torpağın dəyəri 25.09.2006-cı il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,9 AZN, yəni borc müqaviləsinin bağlanma tarixinə 350.000 ABŞ dolları 315.000 manat təşkil etmiş və 1 kv.m torpağın dəyəri 2864 manat; 05.08.2008-ci il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,8096 AZN, yəni barışıq sazişinin bağlanması tarixinə 350.000 ABŞ dolları 283.360 manat təşkil etmiş və 1 kv.m torpağın dəyəri 2576 manat; 19.08.2008-ci il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,8151 AZN, yəni qərardadın təsdiq olunma tarixinə isə 350.000 ABŞ dolları 285 285 manat təşkil etmiş və 1 kv.metr torpağın dəyəri 2593 manat müəyyən edilir. 2019-cu ildən hal-hazıradək 1 ABŞ dollarının manata məzənnəsi 1.7 AZN-dir. Deməli, həmin dövrdən hazıradək manatın ABŞ dollarına nisbətdə inflyasiyanın təqribən 80%-dən artıq olmasını göstərir. Hazırda isə Yasamal RİH-in əməkdaşları tərəfindən qeyri-rəsmi şəkildə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsaslanaraq 1 kv.metr torpağın dəyəri təqribən 1000 manat olmaqla, 110.000 manat məbləğində kompensasiyanın ödənilməsi təklif olunmuşdur ki, bu məbləğdə 64.705 ABŞ dolları təşkil edir. Açıq-aşkardır ki, təklif olunan kompensasiya məbləği ədalətli olmamışdır. Təklif olunan kompensasiya qüvvədə olan normativ hüquqi aktın tələblərinə uyğun hesablanmamış, həmçinin 350.000 ABŞ dollarına nisbətdə 5,4 dəfə azdır. Odur ki, göstərilən məsələyə aydınlıq gətirilməsi üçün bir sıra dövlət hakimiyyət orqanlarına rəsmi müraciətlər edilmişdir. Cavabdeh tərəfindən bilə-bilə qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verilmiş, yəni dövlət ehtiyacları üçün alınan torpaq sahəsinə görə 1 kv.m. üçün əvvəlcə 1000 manat təklif edilsə də və o, bu məbləğin ədalətli olmadığına görə müvafiq qurumlara müraciət etdikdən sonra həmin kompensasiyanın 500 manata azaltmaqla yeni təklifin 500 manat hesablanmasının heç bir hüquqi əsası ola bilməz. Odur ki, ödəniləcək kompensasiyanın qiymətləndirilməsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 56.1.2-ci və 56.1.5-ci maddələrinin tələblərini nəzərə alaraq, ona ödəniləcək kompensasiya məbləğinin 438.257 manat təşkil etdiyini müəyyən etmək olar. Belə ki, 110 kv.m. torpaq sahəsinin 350.000 ABŞ dollarına (285.285 manat) əldə olunmasını və həmin dövrdən hal-hazıradək manatın ABŞ dollarına nisbətən 81,1% (inflyasiyaya faizi) aşağı düşməsinin nəzərə alınmasını, yəni Mərkəzi Bankın mövqeyinə əsasən kompensasiyanın 516.651 manat (285.285x181,1%) təşkil etdiyini, Dövlət Statistika Komitəsinin mövqeyinə əsasən isə həmin dövrdən 2019-cu ilin avqust ayınadək 164,7% inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə nisbətdə kompensasiyanın 469.864 manat (285.285x164,7%) təşkil etdiyini və hər 2 hesablama üsuluna nisbətdə orta məbləğ olan - 493.257 manat ((516.651+469.864):2) kompens asiyanın ədalətli olduğu hesab edilməlidir.
9. Cavabdeh iddia dair etirazında göstərmişdir ki, X25, X15, X16, X8, X26, X6 və X2 arasında bağlanmış 05.08.2008-ci il tarixli barışıq razılaşması haqqında müqavilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.08.2008-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 599,4 kv.m. torpaq sahəsində X9 hissəsi 294,475 kv.m, X10 hissəsi 60 kv.m, X1 hissəsi 60 kv.m və Bakı şəhəri, Q.Qarayev prospekti, ev 116, mənzil 30-da qeydiyyatda olan iddiaçının hissəsi 110 kv.m. müəyyən edilmişdir. Sözügedən qərardad əsasında iddiaçı ünvan 3 ünvanında yerləşən 599,4 kv.m. torpaq sahəsinin 110 kv.m. hissəsinə dair 13.03.2019-cu il tarixli çıxarış almışdır. ünvan 3 ünvanında yerləşən 110 kv.m. torpaq sahəsinin dövlət eht iyaclarına görə alınması ilə bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi üçün iddiaçı “Daşınmaz əmlakın alınması qrupu”nun sakinlər üçün keçirdiyi iclaslara dəfələrlə dəvət olunmasına baxmayaraq iclaslarda iştirak etməmişdir. Bu səbəbdən həmin torpaq sahəsinə görə iddiaçıya kompensasiya məbləğinin hesablanması mümkün olmadığından kompensasiya ödənilməmişdir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun həyata keçirilir. İddiaçının tələb etdiyi kompensasiya məbləğinin verilməsi mümkün deyil, çünki iddiaçı şişirdilmiş kompensasiya məbləği tələb edir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasına dair qəbul edilməsi xahiş edilmişdir. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5061/2019 saylı, 26.11.2019-cu il tarixli qərarda dı əsasında təyin olunmuş "xxxx" MMC-nin ƏEM/D 491029/19 saylı, 18.12.2019-cu il tarixli ekspert rəyindən görünür ki, mübahisələndirilən torpaq sahəsinin 1 kv.m.-nin bazar qiyməti 2500 manat olmaqla, 110 kv.m. torpaq sahəsinin 18.12.2019-cu il tarixə bazar dəyəri 275 000 manat təşkil edir.
11. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 10 iyul 2020-ci il tarixli, DX-03/01-03-827 №li məktubdan görünür ki, Xidmətdə Cavabdeh tərəfindən iddiaçının adına hesablanmış kompensasiyanın məbləği barədə hər hansı bir məlumat və Yasamal rayonu, X44 küçəsi, dalan 2, ev 9 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd olmadığından məktubda göstərilən məsələyə münasibət bildirilməsi imkan xarici ndədir. İddiaçı hal-hazıradək cavabdehdə fəaliyyət göstərən “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etməmiş, bu səbəbdən ona kompensasiya hesablanmamış və ödənilməmişdir. Onunla eyni ünvanda qeydiyyatda olmaqla mülkiyyət hüquqları olan digər şəxslərə məxsus torpaq sahəsinin hər kv.m üçün qiymətləndirici şirkət tərəfindən müəyyənləşdirilmiş 500 manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçı cavabdehdə fəaliyyət göstərən “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etməsi məqsədəmüvafiq hesab olunur.
12. İddia ərizəsi məhkəmənin icraatında olarkən cavabdeh tərəfindən iddiaçıya hər kv.metri 500 manat olmaqla kompensasiyanın ödənilməsi təklif edilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin (hakim X17, 2-1(112)-666/2020 saylı iş) 4 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli Qərarının icrası ilə əlaqədar – iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh tərəfindən təklif olunmuş 55.000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq təzminat məbləğinə 209.000 manat əlavə edilməsi və cəmi 264.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki işdə iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpa qdan istifadə və üzərində sərəncam vermək imkanı itirilmiş və beləliklə də həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafiə olunan mülkiyyət hüququna müdaxilə edilərək həmin hüquqları pozulmuşdur. İddiaya qarşı qeyd olunan hallar, o cümlədən mülkiyyət haqqında sənədlərin təqdim edilmədiyi üçün kompensasiyanın hesablanmaması və hal-hazıradək ödənilməməsi onu göstərir ki, iddiaçının çoxsaylı müraciətləri və onun təqdim etdiyi sənədlər ümumiyyətlə araşdırılmamış, nəticədə iddiaçının qanunla qorunan hüquqları və mənafeyi pozulmuşdur. Hazırkı iş üzrə bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu üçün əsas olmuş halları sübut etmək vəzifəsini həmin müdaxiləni etmiş cavabdeh daşıyır. İddiaçıya ödənilməli kompensasiyanın müstəqil ekspert tərəfindən hesablanmaması və çoxsaylı müraciətlərdən sonra cavabdeh tərəfindən kompensasiyanın təklif edilməsi onu göstərir ki, kompensasiyanın qiymətləndirilməsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri ümumiyyətlə nəzərə alınmamışdır. Halbuki, həmin maddələrin tələblərinə əsasən iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsinin dövlət ehtiyacları üçün alınarkən ödəniləcək kompensasiyaya həm torpağın bazar dəyəri, həm də mövcud inflyasiya nəzərə alınmaqla müəyyən edilməli idi.
15. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın – təzminat məbləğinə 209.000 manat əlavə edilməsi və cəmi 264.000 manat məbləğində kompensasiyanın tutulması hissəsinin dəyişdirilməsi, yəni təzminat məbləğinə 438.257 manat ə lavə edilməsi və cəmi 493.257 manat məbləğində kompensasiyanın tutulması ilə əvəz olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın - “iddia qismən təmin edilsin və 55000 manat təzminat məbləğinə 209.000 manat əlavə edilsin və cəmi 264.000 manat məbləğində kompensasiya ödənilsin” hissəsində ləğv edilməsi, iddia tələbinin “55 000 manat məbləğində kompensasiya ödənilməsi” hissəsində təmin edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X37məruzəçi, X27 və X18, 2-1(103)-267/2021 saylı iş) 12 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şi kayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilərək iddiaya 275.000 manat kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.
18. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlsə də, cavabdehdən tutulmalı olan kompensasiya məbləğinin müəyyən edilməsi zamanı, ağlabatan məbləğ olaraq ekspert rəyi ilə müəyyən edilən 2500 manat məbləğdən aşağı 2400 manat müəyyən etməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hər kv. metri üçün 2500 manat müəyyən edilən məbləği ağlabatan, ədalətli və qanuni hesab edir. Həmi n məbləğin məhkəmə tərəfindən azaldılması üçün hər hansı əsas müəyyən edilmir.
19. İddiaçı 9 aprel 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın - “275.000 manat məbləğində və iddia qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilməsi, yəni “493.257 manat məbləğində və iddia tam təmin edilsin hissələri ilə əvəz edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh 15 aprel 2021-ci il tarixdə qərarın surətini almış, 7 may 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
21. İddiaçının kasa siya şikayətinin əsaslarına görə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları qanunvericiliyin tələblərinə görə düzgün qiymətləndirilsə də, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tərəfindən tərtib olunmuş ekspert rəyinə uyğun olaraq yekunda təzminat məbləğin cəmi 275.000 manat məbləğində müəyyən edilməsi hissəsi bir qədər ədalətsiz olmuşdur.
22. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan 110 kv.m. torpaq sahəsi cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmışdır, həmin torpaq sahəsinin alınmasına görə kompensasiya hesablanması cavabdeh tərəfindən sifariş edilməmiş, hal-hazıradək ödəniləcək kompensasiya məbləği barədə qiymətləndirmə komissiyasının qərarı və qiymətləndirmə rəyi mövcud deyildir və iddiaçıya kompensasiya öd ənilməmişdir, cavabdeh tərəfindən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin 1 kv.m üçün 500 manat məbləğində kompensasiya təklif olunmuşdur, kompensasiya ilə bağlı iddiaçı tərəfindən həm cavabdehə, həm də kompensasiyanın hesablanmasına məsul olan digər orqanlara çoxsaylı yazılı müraciətlər edilmişdir.
23. Yasamal rayon Məhkəməsinin 19.08,2008-ci il tarixli qərardadından müəyyən olunur ki, 26.05.2006-cı il tarixli borc müqaviləsi əsasında yaranmış 350.000 ABŞ dolları borcun əvəzi olaraq, ünvan 2 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Deməli, 10,165 kv.m. yaşayış obyektinə görə toplam 30.000 (15248+14 752) manat kompensasiya ödənilməsini nəzərə alsaq, 1 kv.m üçün 2951 (30000\10,165) manat kompensasiya ödənilməsini müəyyən edirik.
24. Məhkəmə ko llegiyası tərəfindən torpaq sahəsinin 1 kv.m üçün yalnız bazar qiyməti olaraq 2500 manat kompensasiya hesablamaqla, bir qədər ədalətsizliyə yol verilmişdir.
25. Bakı şəhəri, Yasamal rayonu üzrə torpaq sahəsinin satışı ilə bağlı “Arenda Az” saytında 2017-ci il tarixdən 2020-ci il tarixədək verilmiş elanların məlumatlarından məlum olur ki, 2017-ci ildən başlayaraq torpağın 1 sotunun satış dəyəri təqribən 233333 – 240000 (yəni 1kv.m 2333 - 2400) manat; 2018-ci ildə 200000 - 250000 (yəni 1kv.m 2000 2500) manat; 2019-cu ildə 175000 - 425000 (yəni 1 kv.m 1750 - 4250) manat; 2020-ci ildə 400000 - 496000 (yəni 1kv.m 4000 - 4960) manat təşkil etmişdir. “Arenda Az” saytından çıxarılmış elanlar əlavə edilməklə, elanların tərtib olunmuş cədvəli iş materiallarına əlavə olunmuşdur.
26. İddiaçıya ödənilm əli kompensasiyanın hesablanması zamanı torpaq sahəsinin bazar qiymətindən başqa kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı olan digər amillər də nəzərə alınmalıdır.
27. Cavabdehin kasasiya şikayətinin əsaslarına görə məhkəmə "xxxx" MMC-nin ekspert rəyini mötəbər sübut hesab edərkən yanlış nəticəyə gəlmişdir.
28. Mübahisə predmeti olan torpaq sahəsinin real bazar qiymətinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssisləri cəlb edilməklə təkrar məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı apellyasiya məhkəməsinə vəsatət təqdim edilsə də, vəsatət təmin edilməmişdir. MPM-in 102.1- ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. 29. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı olan amillərdən biri bazar qiymətidir.
30. Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsində yerləşən torpaq sahəsinin digər payçıları olan X3, X4 və X5 mülkiyyətlərində olan torpaq sahələrinin hər 1 kv.m. sahəsi 500 manat məbləğində qiymətləndirilərək həmin şəxslərlə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanaraq onlara kompensasiya ödənilmişdir, (müqavilə və “Qiymətləndirilmə Cədvəli” iş materiallarına əlavə edilmişdir) Qeyd olunan şəxslərlə cavabdeh arasında bağlanmı ş alqı-satqı müqavilələrinin surəti məhkəməyə təqdim edilsə də, məhkəmə sözügedən müqavilələrə hüquqi qiymət verməmişdir və iddiaçının torpaq sahəsinin qiymətləndirilməsi zamanı “Sovetski” adlandırılan ərazidə formalaşmış bazar qiymətini də nəzərə almamışdır.
31. Beləliklə, Bakı İnzibati Məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun 23.1.4, 26.1,26.3, 55, 58, 56.1.1-ci və 56.1.6-cı maddələrinə, İnzibati Prosessual Məcəlləsinin 12-ci, 68.2-ci və 69.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 102-ci maddəsinə zidd olaraq qərar qəbul etmişdir. Hər iki instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən obyektiv olmamış, bazar qiymətinin müəyyən etmək üçün standartlara cavab verməyən ekspert rəyinə əsaslanaraq, məhkəməyə təqdim edilən mübahisə predmeti olan torpaq sahəsinin digər paylı mülkiyyətçilərlə cavabdeh arasında bağlanmış müqavilələrə hüquqi qiymət verməyərək, iddiaçının torpaq sahəsinə görə öz formal mülahizələrə uyğun kompensasiya müəyyən edərək, beləliklə də sosial ədalət prinsipini, eyni zamanda həm maddi, həm də prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
34. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini, cavabdehin ka ssasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
35. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında cavabdehin mövqeyini müdafiə etdiyini, iddiaçının kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 36. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
37. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərər in əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə
211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə
157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş ha llarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi ha qqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 39. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınma sına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən i stifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətl əndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydad a təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında m övcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
40. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam f ormada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyas iya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibat i mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
41. Mülki Prosessual Məcəllə Maddə
101. Ekspert rəyi (-). 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. (-). Maddə
102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Kasasiya şikayətlərinin mümkünlüyü, kasasiya baxışının hədləri
42. Kasasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir. Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir.
43. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
45. İddiaçının əsas dəlili ondan ibarətdir ki, müstəqil ekspert, iddiaçıya ödəniləcək kompensasiyanı qiymətləndirərkən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunun 56.1.2-ci, 56.1.3-cü və 56.1.5ci maddələrinin tələblərini ümumiyyətlə nəzərə alınmamış və heç bir əsas olmadan qiyməti təyin etmişdir; 2011-ci ildə hər 1 kv.m. üçün 1500 manat kompensasiya ödənilməsi üçün müvafiq dövlət qurumları arasında razılıq əldə olunmuşdursa, hazırda isə hər 1 kv.m. üçün 500 manat kompensasiya ödənilməsi barədə cavabdehin hərəkətlərini qanuni hesab etmək olmaz; apellyasiya instansiyası məhkəməsi təqdim olunan sübutları müvafiq olaraq maddi hüquq normasının tələblərinə uyğun dəyərləndirmə aparmamış, iddiaçıya ödənilməli kompensasiyanın hesablanması zamanı torpaq sahəsinin bazar qiymətindən başqa, kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı olan digər amillər də nəzərə alınmamışdır.
46. Cavabdehin əsas dəlili ondan ibarət olmuşdur ki, mübahisə ilə bağlı məsələnin araşdırılması üçün «Daşınmaz əmlakın alınması qrupu»na və qiymətləndirməni həyata keçirən müstəqil qiymətləndirici "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvana müraciə t edilməsi iddiaçıya tövsiyə olunsa da, yalnız yazılı məktublarla müraciət etmişdir; “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinə istinad edilərək, qeyd olunmuşdur ki, «Daşınmaz əmlakın alınması qrupu» ilə və qiymətləndirmə komissiyası ilə kompensasiya ilə bağlı həm yazılı, həm də şifahi danışıqların aparılmasından birmənalı şəkildə iddiaçı tərəfindən imtina edilmişdir; yalnız alan orqana və digər dövlət orqanlarına çoxsaylı məktubların göndərilməsi ilə kifayətlənmişdir və sonra birbaşa məhkəməyə müraciət etmişdir; apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin ekspert rəyini mötəbər sübut hesab edərkən yanlış nəticəyə gəlmiş və təkrar ekspertizanın keçirilməsinə dair vəsatətə ümumiyyətlə qiymət verilməmişdir.
47. Apelyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qərarından həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti verdiklərindən, apellyasiya baxışının hədlərinin qərarın qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil etməlidir; işin mübahisəsiz halıdır ki, hazırki işdə iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə və üzərində sərəncam vermək imkanı itirilmiş və beləliklə də həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafiə olunana mülkiyyət hüququna müdaxilə edilərək həmin hüquqları pozulmuşdur; cavabdeh tərəfindən iddiaçının çoxsaylı müraciətləri və onun təqdim etdiyi sənədlər ümumiyyətlə araşdırılmamış, nəticədə iddiaçının qanunla qorunan hüquqları v ə mənafeyi pozulmuşdur; birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlsə də, cavabdehdən tutulmalı olan kompensasiya məbləğinin müəyyən edilməsi zamanı, ağlabatan məbləğ olaraq ekspert rəyi ilə müəyyən edilən 2.500 manat məbləğdən aşağı 2.400 manat müəyyən etməsini əsaslandırmamışdır; ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hər kv. metri üçün 2500 manat müəyyən edilən məbləği ağlabatan, ədalətli və qanuni hesab olunmalı və həmin məbləğin məhkəmə tərəfindən azaldılması üçün hər hansı əsas müəyyən edilməmiş; iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qərar dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.
48. Kasasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
49. Yasamal rayon Mə hkəməsinin 19 avqust 2008-ci il tarixli qərardadı ilə barışıq razılaşması haqqında müqavilə təsdiq edilərək ünvan 3 ünvanında yerləşən 110 kv.m torpaq sahəsi iddiaçıya verilmişdir. 50. 110 kv.metr torpaq sahəsinə 13 mart 2019-cu il tarixdə iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. 51. “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, 16.02.2018-ci il tarixli Qərarına əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqanın Bakı şəhəri Cavabdeh müəyyən edilməsi, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etməsi Cavabdehnə tapşırılmışdır.
52. İddiaçını n mülkiyyətində olan 110 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, 16.02.2018-ci il tarixli Qərarının təsirı altına düşmüşdür.
53. İddiaçının mülkiyyətində olan 110 kv.m torpaq sahəsinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li 16.02.2018-ci il tarixli qərarının təsiri dairəsinə düşdüyündən dövlət ehtiyacları üçün müvafiq qanuna əsasən dəyəri ödənilməklə alınması zərurəti yaranmış, iddiaçıya məxsus torpaq sahəsi onun istifadəsindən çıxsa da, bu vaxta qədər ona qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməmişdir. İddiaçı bununla bağlı müxtəlif dövlət orqanlarına, o cümlədən cavabdehə müraciətlər etsə də, mübahisə öz həllini tapmamışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatında olarkən cavabdeh tərəfindən iddiaçıya hər kv.metri 500 manat olmaqla kompensasiyanın ödənilməsi təklif edilmişdir.
54. Cavabdeh iddiaçının mülkiyyətində olan 110 kv.m torpaq sahəsinin hər kv.metrinə görə 500 manat ödənilməsi barədə gəldiyi nəticəni həmin ünvanda olan torpaq sahəsinin bir kvadratmetrinin 500 manata satılması barədə notarial qaydada təsdiq olunmuş 27 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinə istinad etmişdir.
55. İddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə və üzərində sərəncam vermək imkanı itirilmiş və beləliklə də həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafiə o lunun mülkiyyət hüququna müdaxilə edilərək hüquqları pozulmuşdur.
56. İddiaçıya ödənilməli kompensasiyanın müstəqil ekspert tərəfindən hesablanmaması və çoxsaylı müraciətlərdən sonra cavabdeh tərəfindən kompensasiyanın təklif edilməsi onu göstərir ki, kompensasiyanın qiymətləndirilməsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun yuxarıda qeyd edilən normalarının tələbləri ümumiyyətlə nəzərə alınmamış, alınmanın təsirinə məruz qalan iddiaçı ilə razılıq əldə olunmamış, torpaq sahəsinin bazar qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyi daşıdığı halda bu öhdəliyi yerinə yetirməmişdir. 57. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülk iyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
58. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə bağlı öz qərarlarında qeyd etmişdir ki, kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyrimütənasib yük qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71-ci bənd; Plataku Yunanistana qarşı iş, 55-ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mü lkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; X11rşı, 103-cü bənd; X42 və başqaları Portuqaliyaya qarşı, 76- cı bənd). 59. “X12rşı” işi üzrə isə Məhkəmənin qərarında göstərilmişdir ki, kompensasiya məbləği mütləq əşyanın tam dəyərində olmamalıdır, bəzi amillər kompensasiyanın əşyanın dəyərindən daha az məbləğdə olmasını haqlı göstərə bilər. L akin belə hallarda da kompensasiya məbləği əşyanın əsl dəyərinə münasibətdə ağlabatan olmalıdır. 60. “Axverdiyev Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur və özbaşına şəkildə müəyyən olunmu ş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu fakta əsasən cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır.
61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X13rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir.
62. Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan c əhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9A52, 1982)
63. Yenə həmin qərarda göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalarsa”, ədalətli tarazlıq pozulmuş olur.
64. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etdi ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olar aq qalardı.
65. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etdi ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).
66. Cavabdeh torpaq sahəsinin bazar qiyməti ilə bağlı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələb etdiyi qaydada məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir.
67. Cavabdeh şikayətində həmin ünvanda digər şəxslərlə bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsinə istinad edərək qiymətləndirmə rəyi ilə razılaşmadığını bildirmişdir.
68. Məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1 və 58.2-ci maddələrinə istinad edərək bildirir ki, bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edi lir.
69. Cavabdehin istinad etdiyi alqı-satqı müqaviləsi və razılaşma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1 və 58.2-ci maddələrinin tələblərinə cavab vermədiyindən hazırkı işdə sübut kimi qəbul edilə bilməz.
70. Əmlak Ekspert Mərkəzi 2019-cu ilin dekabr ayında iddiaçının mülkiyyətində olan 110 kv.m torpaq sahəsinin bazar dəyərinin hər kvadratmetrinin 2.500 manat olmaqla cəmi 275.000 manat hesablanması barədə rəy tərtib etmişdir.
71. Ekspert rəyindən görünür ki, torpaq sahəsi qiymətləndirilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun yuxarıda bəhs olunan müddəaları nəzərə alınmamışdır. Torpaq sahəsinin hər kvadratmetrinin məhz 2.500 manat müəyyən edilməsi rəydə əsaslandırılmamışdır.
72. Rəydə qiymətləndirmə aparılarkən ərazi üzrə daşın maz əmlak bazarının monitorinqinin aparılması və təhlil olunması, monitorinq bazasında toplanan, əməkdaşlıq edilən reiltor qurumlarından, alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunduğu qeyd edilmiş, lakin həmin məlumatlar rəydə ətraflı göstərilməmiş və rəyə əlavə edilməmişdir.
73. İddiaçı tərəfindən birinci instansiya və apelyasiya məhkəməsinə təqdim edilmiş internet və digər məlumatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində torpaq sahələrinin satış qiyməti göstərilmiş, apelyasiya məhkəməsi həmin məlumatlara münasibət bildirməmişdir.
74. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarını təzminat məbləğinə 209.000 manat əlavə edilməməsi hissəsində mübahisələndirmiş, apel yasiya məhkəməsi iddiaçının şikayətinin dəlillərinə münasibət bildirməmişdir.
75. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya hesablanmamasında və iddiaçıya kompensasiya ödənilməməsində cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasını müəyyən etməklə düzgün nəticəyə gəlsə də, həm iddiaçının, həm də cavabdehin "xxxx" MMC-nin ekspert rəyi ilə razı olmadığına, eləcə də cavabdehin nümayəndəsinin təkrar ekspertiza keçirilməsinə dair vəsatətinə ümumiyyətlə qiymət verməmiş, həmin vəsatətin hansı səbəbdən qəbul edilməməsi araşdırılmamışdır.
76. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim olunmuş sübutların müqayisəli təhlil edilməklə dəyərləndirilməsi xahiş olunsa da, apellyasiya instansiyası məhkəməsi həmin sübutları da dəyərləndirməmişdir.
77. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlarla bağlı tam və hərtərəfli araşdırma aparmamış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpağın bazar qiymətini müəyyən etməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.
78. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətlərdə göstərilən dəlillər əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməli, kasasiya şikayətləri qismən təmin edilməli, əhə miyyətli sayda və geniş həcmdə sübutların araşdırılmasına zərurət yarandığından iddianın təmin edilməsi hissəsində şikayət təmin olunmamalıdır.
79. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5.1, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayətləri qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-267/2021 saylı 12 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərar qətidir.