Məhkəmə qərarları › İş №2-1(102)-1170/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1170/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1170/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müraciətlərə cavab verilməsi öhdəliyinin qoyulması) Giriş hissə: Hakimlər: Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, İlqar Hüseynov, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “müraciətlərə cavab verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-599/2022 nömrəli iş üzrə 17 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müraciətlərinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müraciətlərinə cavab verməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, bir neçə dəfə cavabdehə 16 saylı cəzaçəkmə mü əssisəsində hədə-qorxu ilə tələb etmə faktı ilə əlaqədar müraciət etmiş, cavabdeh onun müraciətinə cavab verməmiş və ərizələrini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərmişdir. O, bir dəfə də olsun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə çağırılmamış, onu orada sorğu-sual etməmişlər. Cavabdeh tərəfindən də bu günədək müraciətlərinə cavab verilməmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1193/2021 nömrəli (sədrlik edən hakim P.A.Hüseynov) qərarı ilə iddia rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli ərizələrlə cavabdehə müraciətlər etmiş, cavabdeh tərəfindən də həmin müraciətlərə cavab verilmişdir. iddiaçı həmin mürac iətlərinə cavabdeh tərəfindən cavab verilmədiyini bildirsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktublarından görünür ki, iddiaçının ərizələrinə cavabdeh tərəfindən baxılaraq cavablar verilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini, cavabdeh tərəfindən onun ərizələrinə cavab verilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 21(103)-599/2022 nömrəli (hakimlər C.A.Yusifov -sədrlik edən və məruzəçi, V.Ə.Baxışova və E.E.Nağıyeva) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı ərizə təqdim edərək, kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 6 aprel 2022-ci il tarixli, 2-1(103)-599/2022 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, apellyasiya məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilmişdir.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarını qismən ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri.

12. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati icraat haqqında” Qanun Maddə 33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən gec i 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Maddə 33.2. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir.

15. İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi (...) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 9

1. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (...) 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (...) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (...) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir

16. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və or ada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predme tini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Belə ki, iddiaçı xx.x x.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müraciətlərinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinin Ədliyyə Nazirliyinə ünvanladığı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli, Müdafiə Nazirliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli, Daxili İşlər Nazirliyinə ünvanladığı xx.xx.2020-ci il, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli, Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2020 və xx.xx.2020-ci il tarixli, Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubları iddiaçının müraciətlərinə cavab verilməsi ilə əlaqədar olan və baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqanlara göndərilən və bu barədə iddiaçıya məlumat verilməsini ehti va edən cavab məktublarıdır.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

24. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-599/2022 nömrəli iş üzrə 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-599/2022 nömrəli iş üzrə 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar