Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1170/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Bakı şəhəri Təcili və X1 Stansiyası) torpaq sahəsi və yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)16/2023 nömrəli qərarından və qərardadından müvafiq olaraq cavabdeh, üçüncü şəxslər Bakı şəhəri Təcili və X1 Stansiyası və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 992 saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 9-cu mikrorayonun şərq hissəsində 3160-3243 məhəllədə 400,0 kv. metr torpaq sahəsi ayrılmış, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır.
2. Həmin torpaq sahəsində inşa edilməsi nəzərd ə tutulan fərdi yaşayış evinin eskiz layihəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş və iddiaçı tərəfindən həmin torpaq sahəsində 2 mərtəbəli, hündürlüyü 9 metrə qədər olan yaşayış evi inşa edilmişdir. İddiaçı həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli, **********26 saylı məktubla iddiaçıya sənədlərin əslinin təqdim edilməməsi və torpaq sahəsində əlavə olaraq 2 mərtəbəli yaşayış evi inşa edildiyi səbəbə, xx.xx.2015-ci il tarixli, **********67 saylı məktubla hüquqmüəyyənedici sənədlərin əslinin təqdim edilməməsi, iddiaçı tərəfindən əlavə torpaq sahəsindən istifadə edilməsi və Bakı şəhəri Binəqədi rayon İHB-nın 992 saylı, xx.xx.1999cu il tarixli sərənca mının həqiqiliyi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə sorğu göndərilməsi səbəbi ilə imtina cavabı verilmiş; xx.xx.2018-ci il tarixli, **********35 saylı məktubla Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı iddiaçıya xx.xx.2018-ci il tarixli, **********06 nömrəli məktubla cavab verildiyi bildirilərək, həmin cavab məktubunda qeyd edilən araşdırmanın nəticəsindən asılı olaraq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələsinə baxılacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli, 992 sərəncamı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, H.Babaşov küçəsi, 2-c i dalanda ayrılmış 400 kv. metr torpaq sahəsi və həmin ünvanda yerləşən 2 nömrəli fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin xx.xx.1999-cu il tarixli müraciəti əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 819 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonun şərq hissəsində 31603243 nömrəli məhəllədə, həmin müəssisəyə ayrılmış 2900,0 kv.m. torpaq sahəsinin 400,0 kv.m. hissəsi Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 992 nömrəli sərəncamı ilə müəssisəsinin işçisi kimi ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün eskiz layihəsi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edildikdən sonra o, həmin torpaq sahəsində yaşayış evi inşa etmişdir. Sonradan Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/7485 nömrəli, xx.xx.2004-cü il tarixli məktubu ilə onun tərəfindən inşa edilmiş fərdi yaşayış evinə "ünvan 1 ünvanı verilmişdir. O, qeyd olunan ünvandakı torpaq sahəsinə və torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, onun müraciəti təmin edilməmişdir.
6. İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən torpaq sahəsinin mövcud ist ifadə vəziyyətinin araşdırılması Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən aparılır və qeyd olunan araşdırmanın nəticəsindən asılı olaraq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələsinə baxılacağı iddiaçıya bildirilmişdir. İddiaçının iddia ərizəsində göstərilən torpaq sahəsi elektron kadastr məlumatına əsasən təcili yardım stansiyasına ayrılmış 8,2 ha əraziyə aiddir və dövlət əmlakıdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə, sözügedən torpaq sahəsində 2 mərtəbəli yaşayış evi və anbar inşa olunduğu müəyyən edilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli 2-1(81)270/2019 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs qismində cəlb edilmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-270/2019 saylı, 19 fevral 2019-cu il tarixli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi X5 stansiyasının ərazisində deyil, onun yaxınlığında yerləşir. İddiaçıya ayrılmış torpaq sahəsinin hər hansı başqa bir hüquqi və ya fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
10. Cavabdeh və üçüncü şəxs Bakı şəhəri Təcili və X1 Stansiyası apelyasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-35/2020 saylı, 11 mart 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.M.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-270/2019 saylı, 19 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxslər kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Üçüncü şəxs Bakı şəhəri Təcili və X1 Stansiyasının kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1439/2020 saylı 22 sentyabr 2020-ci il tarixli qə rardadı ilə mümkün sayılmamışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1439/2020 saylı, 11 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-35/2020 saylı, 11 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, iddiaçıya müvafiq torpaq sahəsi "xxxx" MMM-nin müraciəti əsasında Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ayrılmışdır. Belə olan halda isə, ilk növbədə məhkəmə həmin torpaq sahəsi üzərində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin sərəncam vermək səlahiyy ətinin olub-olmamasını və ayrılan torpaq sahəsinin kateqoriyasını müəyyən etməli idi. Əgər sözügedən torpaq sahəsi üzərində sərəncamvermə səlahiyyəti Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə aid olmuşsa, bu zaman torpaqayırmanın qanunla müəyyən edilmiş qaydada həyata keçirilib-keçirilməməsinə qiymət verilməlidir. Belə ki, iş materiallarında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” mövcuddur. Həmin plan və ölçünün verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varislərindən tələb edilməlidir. Bundan əlavə, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina etməsinin əsas səbəbi iddiaçıya ayrılmış torpaq sahəsinin Bakı şəhər X2 İcraiyyə Komitəsinin 1971 -ci il tarixli protokol qərarı ilə Təcili X3 ayrılmış 8 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi ilə bağlıdır. Bununla bağlı, apelyasiya məhkəməsi tərəfindən torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilsə də, torpaq sahələrinə dair hüquqmüəyyənedici, həmçinin torpaq sahəsinin texniki göstəricilərini əks etdirən sənədlərin (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, sxem və sair) rəsmi surətdə təqdim edilməməsi, xidmət haqqının ödənilməməsi, tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaradılmaması səbəbindən ekspert tədqiqatının aparılması mümkün olmamışdır. Buna baxmayaraq, işə baxan apelyasiya instansiya məhkəməsi tərəflərdən lazımi sənədləri tələb etmək, həmin sənədlərin təqdim edilməsini tərəflərin vəzifələri oldu ğunu xatırlamaq əvəzinə, bu halı iddiaçının xeyrinə olaraq tətbiq etmiş və torpaq sahələrinin üst-üstə düşməməsi qənaətinə gələrək (ekspert və mütəxəssis rəyi olmadan) iddianı təmin etməklə, İPM-in 12-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iş materiallarında üçüncü şəxs Təcili X3 Bakı şəhər X2 İcraiyyə Komitəsinin 1971-ci il tarixli protokol qərarı ilə ayrılmış 8 ha torpaq sahəsinin hüdudlarını müəyyən etməyə imkan verən hüquqmüəyyənedici sənəd yoxdur. Torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin üzərində hüquqların qeydə alınmasına dair iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin statusu və iddiaçıya qanuni əsaslarla məxsus olması ilə bağlı məsələ həll edildikdən sonra, bu məsələyə hüquqi qiymət verilə bilər. Ape lyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Apellyasiya məhkəməsi tərəfindən Ali Məhkəmənin qərarında göstərilənlərlə əlaqədar iddiaçıya məxsus hüquqmüəyyənedici sənədlər tələb edilmiş, əslinə baxış keçirildikdən sonra işdə olan ksero-surətlərinə uyğunluğu müəyyən edilmiş və iddiaçıya geri qaytarılmışdır.
17. İddiaçıya müvafiq torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ayrılması zamanı onun belə torpaqayırma səlahiyyətinin olub-olmamasının yoxlanılması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə müvafiq sorğu məktubu ünvanlanmışdır. Həmin sorğu məktubuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd edilmişdir ki, hər hansı fiziki və hüquqi şəxslərə torpaq ayrılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir.
18. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 9 saylı xx.xx.1971-ci il tarixli protokolun 100-cü punktu Dövlət Arxivinin Bakı filialında mövcud olduğundan, həmin sənədin arxiv çıxarışı məhkəməyə təqdim olunsa da, adı çəkilən protokola ayrıc aktı, plan-sxem, cizgi sənədinin əlavə olunmadığı bildirilmişdir.
19. Hazırki iş üzrə iddiaçıya ayrılmış torpaq sahəsinin hüquqi rejimi və kateqoriyası, reyestrdə hansı hüquqla kimin adına (dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət növündə) qeydiyyata alınması, həmin torpaq sahəsinin ilkin ayrıc aktındakı cizgilərin torpaq sahəsinin plan və ölçüsü sənədindəki koordinatlara uyğunluğu, bundan sonra iddiaçıya Bakı şəhəri, 9-cu mikrorayonun şərq hissəsində 3160-3243 saylı məhəllədə ayrılmış 400 kv.m. torpaq sahəsinin ilkin yerləşmə cizgisi və torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatların Bakı şəhəri X2 İcraiyyə Komitəsinin xx.xx.1971-ci il tarixli protokol qərarı ilə Azərbaycan SSR Səhiyyə Nazirliyinin xahişi nəzərə alınaraq, X5 xəstəxanasının tikintisi məqsədilə keçmiş Kirov rayonunun şimal-qərb hissəsində 3247-3250-ci məhəllədə ayrılmış 8 ha torpaq sahəsinin iş üzrə üçüncü şəxs X5 Stansiyasının istifadəsində olan ərazisi ilə faktiki olaraq üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi məqsədilə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikin ti-texniki ekspertizası təyin edilmiş, lakin mütəxəssis rəyi ilə bağlı çəkilmiş xidmət haqqı iddiaçı tərəfindən ödənilmədiyindən müvafiq mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır.
20. Sonradan məhkəmənin 01 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-dən mütəxəssis cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında İddiaçı Binəqədi RİH Başçısının 992 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı ilə 9-cu mikrorayonun şər q hissəsində 3160-3243 məhəllədə ayrılmış 400.0 kv.m torpaq sahəsinin hüquqi rejimi və kateqoriyası, reyestrdə hansı hüquqla kimin adına (dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət növündə) qeydiyyata alınmasının, İddiaçı Binəqədi RİH başçısının 992 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı ilə 9-cu mikrorayonun şərq hissəsində 3160-3243 məhəllədə ayrılmış 400.0 kv.m torpaq sahəsinin ilkin ayrıc aktındakı (sərəncama əlavə edilmiş) cizgilərin torpaq sahəsinin plan və ölçüsü sənədindəki koordinatlara uyğun olub-olmadığı, İddiaçı Bakı şəhəri, 9-cu mikrorayonun şərq hissəsində 3160-3243 saylı məhəllədə ayrılmış 400 kv.m. torpaq sahəsinin ilkin yerləşmə cizgisi (sərəncama əlavə edilmiş) və torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatların (hər birinin ayrı- ayrılıqda) Bakı şəhəri X2 İcraiy yə Komitəsinin xx.xx.1971-ci il tarixli protokol qərarı ilə Azərbaycan SSR Səhiyyə Nazirliyinin xahişi nəzərə alınaraq, X5 xəstəxanasının tikintisi məqsədilə keçmiş Kirov rayonunun şimal-qərb hissəsində 32473250-ci məhəllədə ayrılmış 8 ha torpaq sahəsinin iş üzrə üçüncü şəxs X5 Stansiyasının istifadəsində olan ərazisi ilə faktiki olaraq üst-üstə düşüb- düşmədiyinin müəyyən edilməsi ilə bağlı suallar qoyulmuşdur.
21. Qərardadın icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, koordinatlarla göstərilmiş 400.0 kv.m torpaq sahəsi NECAs (TEKUİS) məlumatlarına əsasən yaşayış məntəqələri olmaqla dövlət mülkiyyətindədir (1-ci sual üzrə), sahəyə dair təqdim edilmiş cizgidə istinad məsafələri və perimetrik ölçülər qeyd edilməmişdir, cizgidə 2 nömrə sahə kimi işarələnmiş (2-ci sual üzrə), iddia olunan 400.0 kv.m. torpaq sahəsi yuxarıda qeyd edilmiş X5 xəstəxanasının tikintisi üçün nəzərdə tutulan ərazi ilə bağlı elektron kadastr bazaya daxil edilmiş ərazi ilə üst-üstə düşür.
22. Həmçinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş 10/6895 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinin məzmunu mütəxəssis rəyinin məzmunu ilə eynilik təşkil etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-16/2023 nömrəli qərardadı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) ilə i şə Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsi haqqında qərardad ləğv olunmuşdur.
24. Apellyasiya instansiyası hesab etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi əsassız olmuşdur. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarı ilə qanunla qorunan hüquq və maraqlarına toxunan şəxs deyildir.
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-16/2023 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi və 3-cü şəxs Bakı şəhəri Təcili və X1 Stansiyası tərəfindən ayrı-a yrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-270/2019 saylı, 19 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 138 saylı 16 iyun 1999cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 28.1-ci bəndinə əsasən müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək İcra Hakimiyyəti başçısının səlahiyyətinə aid edilmişdir. Göründüyü kimi, iddiaçıya Binəqədi rayon İcra Hakimiyyəti başçısının 992 saylı, xx.xx.1999-cu il tarixli Sər əncamı ilə müvafiq torpaq sahəsi ayrılarkən həmin orqan həm 29 iyun 2004-cü ildə qəbul edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi ilə, həm də həmin Qanun qüvvəyə minənədək Azərbaycan Respublikası Prezidentinin 138 saylı 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş yuxarıda adı çəkilən Əsasnaməyə uyğun olaraq torpaqayırma səlahiyyətinə malik olmuşdur. Bundan başqa iş materiallarında üçüncü şəxs Təcili X3 Bakı şəhər X2 İcraiyyə Komitəsinin 1971-ci il tarixli protokol qərarı ilə ayrılmış 8 ha torpaq sahəsinin hüdudlarını müəyyən etməyə imkan verən sənəd mövcud deyildir.
27. Əmlak Məsələləri Dövlət Xidməti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərardadından kassasiya şikayəti verərə k qərardadın ləğv edilməsini xahiş etmişdir.
28. Cavabdeh və üçüncü şəxs Bakı şəhəri Təcili və X1 Stansiyası apellyasiya instansiyası məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarından ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
29. Əmlak Məsələləri Dövlət Xidməti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhər Baş Səhiyyə İdarəsinin istifadəsində olmaqla dövlət mülkiyyətindədir və yerli icra hakimiyyəti orqanlarının dövlət müəssisələrinin daimi istifadəsində olan torpaq sahələrinə münasibətdə sərəncam vermək səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır.
30. Cavabdeh kassasi ya şikayətini onunla əsaslandırmışdır ki, idarənin elektron kadastr məlumatlarına əsasən müvafiq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi təcili yardım stansiyasına ayrılmış 8,2 ha torpaq sahəsidir və sözügedən torpaq sahəsi dövlət əmlakıdır. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən müvafiq ünvanda yerləşən torpaq sahələrinin mövcud istifadə vəziyyəti araşdırılır. Qeyd olunan səbəblərə görə, ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubları ünvanlanmışdır.
31. Cavabdeh hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının mübahisəli qərarı qəbul olunarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci, 11.1-ci, 23-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.1-ci, 46.2-ci, 46.4cü, 67-ci, 68-ci 111.1-ci m addələrinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, həmçinin şikayətdə qeyd olunan digər hallar qanuna müvafiq qaydada araşdırılmadığından sözügedən məhkəmə aktı ləğv olunmalıdır.
32. Üçüncü şəxs Bakı şəhəri Təcili və X1 Stansiyasının kassasiya şikayətinin əsaslarına görə barəsində mübahisə olunan ərazi Bakı Şəhəri Təcili və X1 Stansiyasına məxsusdur. Bunu Bakı şəhər X2 İcraiyyə Komitəsinin 1971-ci il tarixli protokolu da müəyyənləşdirir. Belə ki, apellyasiya instansiyası məhkəməsində həmin protokola düzgün hüquqi qiymət verilməmiş və eyni zamanda sənədin təqdim edilməsi, lakin həmin sənədin əlavələri, o cümlədən texniki pasport, sxem və s. rəsmi surətdə təqdim edilməməsi səbəbindən həmin protokolun hüquqi qüvvəsi tanınmamış, bu səbəbdən də Bakı Apellyasiya Mə hkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qəbul edilərkən yalnız iddiaçının mübahisəli daşınmaz əmlakın ona məxsus olmasını təsdiqləyən Bakı Şəhər Binəqədi rayon İcra Hakimiyyətinin İcra başçısının 992 saylı, xx.xx.1999-ci il tarixli sərəncamı əsas götürülmüşdür. Bu hal isə Bakı şəhəri Təcili və X1 Stansiyasının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Belə ki, həmin protokol əsasında mübahisəli əmlakın Bakı şəhəri Təcili və X1 Stansiyasına məxsus olması mübahisə doğurmur. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 31 avqust 2018-ci il tarixli, 03 nömrəli əmrinə əsasən Bakı Şəhəri Təcili və X1 Stansiyasının 9 saylı Köməkçi Stansiyasının istifadəsində olan ******* manat dəyərində inzibati bina Bakı Şəhəri Təcili və X1 Stansiyasını n balansına qəbul edilmişdir. Üstəlik mübahisə edilən daşınmaz əmlak dövlət qeydiyyatında da birbaşa Bakı Şəhər Təcili və X1 Stansiyasının mülkiyyəti kimi tanınsa da, Bakı Apellyasiya Məhkəməsi bu məsələyə səthi mövqe sərgiləmiş və nəticədə iddianın təmin edilməsi haqqında qərar qəbul etmişdir. Lakin həmin torpaq sahəsinin iddiaçıya Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilməsi birbaşa əsassız və qanunsuz hesab edilməlidir.
33. Məhkəmə baxışı zamanı ekspert və mütəxəssis rəyinə səthi şəkildə yanaşılmış və bu rəy əsasında mübahisə edilən torpaq sahəsinin dövlət qeydiyyatı əsasında Bakı Şəhər Təcili və X3 məxsus olması qəbul edilsə də, üçüncü şəxsin həmin torpaq sahəsinin ona məxsus olmasını sübuta yetirən sənədə əlavə edilməli olan sənədləri təqdim etməməsi səbəbindən həmin daşınmaz əmlaka olan hüquqları tanınmamış və bu səbəbdən mübahisə edilən qərar çıxarılmışdır. Ekspert və mütəxəssis rəyi bu torpaq sahəsini Bakı Şəhər Təcili və X1 Stansiyasına aid etmişdir. Belə olan halda 1971-ci ildə mövcud olan protokolu nəzərə almadan Binəqədi rayon İcra Hakimiyyəti başçısının torpaqayırma həyata keçirərək 1999-cu ildə sərəncam qəbul edərək həmin torpaq sahəsini iddiaçıya verməsi əsla ədalətli sayıla bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikası Konstitusiyası Maddə
29. İİİ hissə. hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyə tçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.2. daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda da tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 146.2. daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlar a xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2-ci Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edil məsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahə si üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bö lməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 10.2.1 hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Maddə 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilir. 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasə n dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 38. “İnzibati icraat haqqında” Azərbayca n Respublikası Qanunu Maddə 11.1 inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 15.2. qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta ye tirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; Maddə 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Maddə 58.1. inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; Maddə 32.3. inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; Maddə 67. əsa sən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əs asında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhk əmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müst əqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə 98-1. Kasasiya instansiyası məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi... 98-1.3. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. 98-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. 98-1.5. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 981.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Üçüncü şəxs Bakı şəhəri Təcili və X1 Stansiyasının kassasiya şikayəti mümkün sayılmır.
41. Cavabdehin və üçüncü şəxs Əmlak məsələləri Dövlət Xidmətinin kassasiya şikayətləri mümkündür.
42. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərç ivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs Bakı şəhəri Təcili və X1 Stansiyasının kassasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1439/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qərardadı ilə üçüncü şəxs Bakı şəhəri Təcili və X1 Stansiyasının kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyinə görə mümkün sayılmamışdır. Hazırkı mübahisəyə münasibətdə Ali Məhkəmənin həmin qərardadı üçüncü şəxs Bakı şəhəri Təcili və X1 Stansiyasına münasibətdə qanuni qüvvəyə mindiyindən onun şikayəti üzrə kassasiya mümkün sayıla bilməz.
45. Cavabdehin və üçüncü şəxs Əmlak məsələləri Dövlət Xidmətinin kassasiya şikayətlərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətlər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının və qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “... Məhkəmə cəlbetmə barə də qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında i ştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır....”
47. İş materiallarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinin zəruriliyi birinci instansiya məhkəməsinin 08 yanvar 2019-cu il tarixli 2-1(81)-270/2019 nömrəli qərardadında əsaslandırılmamış, hazırkı mübahisənin həmin inzibati orqanın hansı maraqlarına toxunduğu müəyyən edilməmişdir.
48. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə qəbul ediləcək qərar Əmlak Məsələləri Dövlət Xidmətinin qanunla qorunan maraqlarına toxunmadığından, həmin inzibati orqanın ü çüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi əvvəldən səhv olmuşdur. Bu səbəbdən apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və məhkəmə tərəfindən əsaslı olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində zəruri cəlb edilməsi barədə qərardad ləğv edilmişdir.
49. Sonda məhkəmə kollegiyası Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayətində göstərdiyi mübahisə predmeti olan torpaq sahəsinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin istifadəsində olmaqla dövlət mülkiyyətində olması və yerli icra hakimiyyəti orqanlarının dövlət müəssisələrinin daimi istifadəsində olan torpaq sahələrinə münasibətdə sərəncam vermək səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmaması ilə bağlı kassasiya dəlilinə münasibətdə qeyd edir ki, işin apelyasiya araşdırması zamanı qeyd olunan hallarla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Yalnız Əmlak Məsələləri Dövlət Xidmətinə tabe iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti olan torpaq sahəsinin dövlətin mülkiyyətində olduğunu bildirmiş, lakin konkret faktlarla bunu sübut etməmişdir.
50. Odur ki, apellyasiya instansiyası məhkəməsinin Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində işə cəlb edilməsinin ləğv olunması barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
51. Hazırki mübahisənin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, X4 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdi yi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
52. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Ali Məhkəmənin göstərişləri nəzərə alınaraq hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
53. Bununla belə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
54. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 992 saylı, xx.xx.1999-cu il tarixli sərəncamından görünür ki, "KAM-EL” MMC-yə məxsus torpaq sahəsinin 1900,0 kv metr hissəsi fərdi yaşayış evlərinin tikintisi üçün əlavə olunmuş cizgidə göstərilən ölçülərlə kollektivin üzvlərinə, o cümlədən 400 kv. metr torpaq sahəsi iddiaçıya ayrılmışdır. Həmin sərəncamın 3.5-ci bəndində torpaq sahəsinin ayrılmış məqsəd üçün istifadə olunması, torpaq sahəsi üzərində hüququn torpaq şöbəsi tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilməsi və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməsi qərara alınmışdır.
55. Binəqədi rayon İcra Hakimiyyəti başçısının aparatının təsərrüfat şöbəsinin müdiri tərəfindən imzalanmış ərazinin sxematik planına əsasən iddiaçıya ayrılmış torpaq sahəsi təcili yardım stansiyasının yaxınlığında yerləşir.
56. Azərbaycan Respublikasının Dövlət Torp aq və Xəritəçəkmə Komitəsinin verdiyi "Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, həmin torpaq sahəsinin planı və ölçüsü Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində yerləşən, Binəqədi rayon İcra Hakimiyyətinin başçısının 992 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün 400 kv. metr torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı tərtib edilmişdir. Fərdi yaşayış evinin tikintisi üçün Binəqədi RİH Başçısının 992 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı ilə vətəndaş İddiaçı 9-cu mikrorayonun şərq hissəsində 3160-3243 məhəllədə ayrılmış 400,0 kv. metr torpaq sahəsində inşa edilmiş yaşayış evinin layihəsinə əsasən iddiaçının inşa etdiyi ev 2 mərtəbəlidir, hündürlüyü 8,20 metr təşkil edir. Həmin layihə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini və Binəq ədi rayon İcra Hakimiyyətinin memarı tərəfindən imzalanmışdır.
57. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 03 saylı, 31 yanvar 2018-ci il tarixli əmri ilə Bakı şəhər Təcili və X1 Stansiyasının 9 saylı köməkçi stansiyasının istifadəsində olan 1.684.087 manat dəyərində olan inzibati binanın Bakı şəhər Təcili və X1 Stansiyasının balansına qəbul edilməsi qərara alınmışdır.
58. İddiaçının tələbi “Binəqədi rayon İcra Hakimiyyəti başçısının 992 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, H.Babaşov küçəsi, 2-ci dalanda ayrılmış 400.0 kv.m torpaq sahəsinin və həmin ünvanda olan 2 saylı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir.
59. Bununla bağlı o, cavabdeh inzibati orqan a müraciət etsə də, sonuncu tərəfindən “hüquqmüəyyənedici sənədlərin əslinin təqdim edilməməsi, eyni zamanda torpaq sahəsində əlavə ikimərtəbəli yaşayış sahəsinin inşa edilməsi və əlavə torpaq sahəsinin istifadə edilməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir.
60. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi və hüquqmüəyyənedici sənədləri tam mövcud olan 400.0 kv.m. torpaq sahəsinin X5 xəstəxanasının tikintisi üçün nəzərdə tutulan ərazi ilə üst-üstə düşməsi sonuncunun adına olan ayrıc aktı və cizgisi olmadan yalnız elektron kadastr bazaya daxil edilmiş məlumat əsasında müəyyən edilir. Həmin məlumatın isə elektron kadastr bazaya məhz hansı cizgi və ya plan-sxem, ayrıc aktı ilə daxil edilməsi cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmir. Belə olan halda, iddiaçının mövcud torpaq sahəsi və üzərindəki tikiliyə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciətinin təmin olunmasından cavabdeh orqan imtina etməkdə haqlı sayıla bilməz.
61. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas olan lazımi hüquqmüəyyənedici sənədlər təqdim olunduğu üçün və həmin hüquqmüəyyənedici sənədlər əsasında hüququn qeydə alınmasından imtinanın əsasları sübuta yetirilmədiyindən, tələb olunan qeydiyyatın aparılması üçün şərtlər tam ödənilmiş sayılır.
62. Nəzərə almaq lazımdır ki, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparıl mış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.
63. Kassatorların dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
64. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 36-38-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
65. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
66. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar pozulmadığından, mübahisələndirilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.
67. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Bakı şəhəri Təcili və X1 Stansiyasının kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 21(103)-16/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 21(103)-16/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.