Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1170/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Kürdəmir rayonu Sor-Sor kəndi ərazis ində yerləşən dövlət ehtiyat torpaqlarından əkin məqsədilə icarə və istifadəsinə verilmiş 200 ha və 180 ha torpaq sahələrinə “torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-0495 saylı 90600048 kodlu və JN-0195 saylı 90600048 kodlu şəhadətnamələri əsasında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-511/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində yerləşən dövlət ehtiyat torpaqlarından əkin məqsədilə icarə və istifadəsinə verilmiş 200 ha və 180 ha torpaq sahələrinə “torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-0495 saylı 90600048 kodlu və JN-0195 saylı 90600048 kodlu şəhadətnamələri əsasında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. Şirvan İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(120)664/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə Kürdəmir rayon İcra Hakimiyyəti, X2 Cəmiyyəti və X3 Cəmiyyətinin üçün cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. (adi cəlbetmə qaydasında)
3. Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)50/2023 saylı qərarı ilə (hakim Ş.Musayev) iddia təmin edilmiş, Kürdəmir rayonu SorSor kəndi ərazisində yerləşən dövlət ehtiyat torpaqlarından əkin məqsədilə icarə və istifadəsinə verilmiş 200 ha və 180 ha torpaq sahələrinə “torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-0495 saylı 90600048 kodlu və JN-0195 saylı 90600048 kodlu şəhadətnamələri əsasında çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə qoyulmuşdur.
4. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keç irilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülməsi qərara alınmışdır.
5. Məhkəmə hesab etmişdir ki, Kürdəmir rayon İcra Hakimiyyətinin 01 aprel 2008-ci il tarixli 11 saylı sərəncamı ilə 200 (iki yüz) hektar və Kürdəmir rayon İcra Hakimiyyətinin 17 mart 2011-ci il tarixli 45 saylı sərəncamı ilə 180 (yüz səksən) hektar torpaq sahələri 99 il müddətinə kənd təsərrüfatı məhsullarının (əkinçilik üzrə) istehsalı üçün onunla icarə verilmişdir. Həmi n tarixlərdə onunla Kürdəmir rayon İcra Hakimiyyəti arasında torpaq sahələrinin icarəyə verilməsinə dair müqavilələrin bağlandığını, Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahələrinin yerləşmə cizgilərinin tərtib edildiyi iş materialları ilə müəyyən olunur. Həmin sərəncamların qanunla müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyi, qüvvədə olma müddəti qurtardığını və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsini cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
6. Həmçinin iş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi iddiaçı tərəfindən təyinatı üzrə istifadə olunur.
7. Bundan b aşqa cavabdeh inzibati orqanın imtinasında elektrik xəttinin keçməsi halı göstərilsə də, sərəncamların mahiyyəti ilə müəyyən olunan əkin məqsədi ilə icarəyə və istifadəsinə verilmiş torpaq sahələrində elektrik naqillərinin keçməsinin torpağın təyinatı üzrə istifadəsinə hansı qaydada maneələr törətməsini inzibati orqan nə inzibati icraatı aparıldığı müddətdə, nədə məhkəmə iclaslarında sübuta yetirə bilməmişdir
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-511/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər: S.Həsənov - sədrlik edən və məruzəçi, M.Həsənov və C.İmanov) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-50/2023 saylı qərarı 04 noyabr 2023-cü il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş və həmin şikayət xx.xx.2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin elektron kabinetinə yerləşdirilmişdir (daxil olma nömrəsi 760). Yəni, iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti həmin qərarın rəsmi qaydada alındığı gün dən 1 ay 2 gün sonra məhkəməyə daxil olmuşdur. Başqa sözlə, verilmiş apellyasiya şikayəti, qanunla şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətdən 2 gün gec verilmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür..
11. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-50/2023 saylı qərarı xx.xx.2023-cü il tarixdə şənbə qeyri iş günü Ərazi İdarəsinə təqdim edilmiş, buna görə də 04 noyabr (şənbə) və 05 noyabr (bazar) günləri qeyri iş günləri olduğuna görə həmin qərar 06 noyabr 2023-cü il tarixində 16 saylı Ucar Ərazi İdarəsində rəsmi qeydiyyata alınmışdır.
13. Bununla yanaşı qeyd edilməlidir ki, Ərazi İdarəsinin daxil olan sənədlərin elektron qeydiyyatı sisteminə (DƏQKİS) qeyri-iş günlərində sənəd qeydiyyatının aparılması mümkün olmadığından sistem sənədləri qəbul etmir, buna görə də qərarın 04 noyabr 2023-cü il tarixində qeydiyyatının aparılması mümkün olmamışdır, buna görə də sənədin daxil olması tarixi 04 noyabr deyil, məhz 06 noyabr 2023-cü il hesab olunmalıdır. Deməli apellyasiya şikayəti də məhz həmin tarixdən 30 gün ərzində verilmişdir, buna görə də vaxtında v erilmiş hesab edilməli, apellyasiya şikayəti mümkün hesab edilməli idi. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
24. Prosessual müddətlərin bərpa olunması... 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar ist isna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hall arda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkün sayılmaması və qəbulundan imtina edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İPM-in 85.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu g ündən 30 (otuz) gün müddətində verilir.
21. İşin mübahisəsiz hallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-50/2023 saylı qərarı, xx.xx.2023-cü il tarixdə cavabdehin səlahiyyətli nümayəndəsi – Gülnar Abdullayevaya imza etdirməklə rəsmi qaydada təqdim edilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışa əsasən, cavabdeh tərəfindən tərtib edilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə, (daxil olma nömrəsi 760) Şirvan İnzibati Məhkəməsinin elektron kabinetinə yerləşdirilmişdir. Yəni, iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayəti, qanunla şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətdən 2 gün gec verilmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tu tulmuş 30 günlük müddəti ötürmüşdür.
22. Cavabdehin kassasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə şənbə qeyri iş günü Ərazi İdarəsinə təqdim edilmiş, buna görə də 04 noyabr (şənbə) və 05 noyabr (bazar) günləri qeyri iş günləri olduğuna görə həmin qərar 06 noyabr 2023-cü il tarixində 16 saylı Ucar Ərazi İdarəsində rəsmi qeydiyyata alınmışdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edildiyindən İPM-in 22.1-ci maddəsinin tələbinə uyğun olaraq, şikayət verilməsi üçün 30 günlük müddətin axımı həmin gündən başlamış və cavabdeh apellyasiya şikayətinin verilməsi üçün 30 günlük prosessual müddəti ötürmüşdür.
24. Nəzərə alınmalıdır ki, prosessual müddətlərin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
25. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edi lmiş prosessual müddət üzrsüz səbəblərdən ötürüldüyündən apelyasiya instansiyası məhkəməsi həmin şikayət üzrə аpellyаsiyа icraatını mümkün saymamaqda haqlı olmuşdur.
26. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayəti mümkün sayılmayarkən prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-511/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.