Məhkəmə qərarları › İş №2-1(102)-1171/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1171/2019

23.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1171/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiyanın yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3026/2018 saylı iş üzrə 27 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi əlilliyə görə aldığı müavinətlə hərbi qullu qçu kimi aldığı əmək pensiyası arasındakı fərqin 06.07.2017-ci il tarixdən 22.01.2018-ci il tarixədək olan müddət üçün cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edərkən 1993-cü ildə xidməti vəzifələrinin icrası zamanı xəsarət (travma) almışdır (Funksional mədə pozğunluğu). Bu mədə pozğunluğu nəticəsində o, sağlamlığını itirmiş və 06.07.2017-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir və həmin tarixdən ona DSMF-nin Qaradağ rayon şöbəsi tərəfindən 2-ci qrup ümumi əlil kimi müavinət təyin edilmişdir. Bu zaman, əlilliyin səbəb əlaqəsi «ümumi xəstəlik» ifadəsi ilə göstərilmişdir. O, əlil liyinin səbəb əlaqəsi ilə razı olmadığına görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş və 14.07.1993-cü ildə aldığı xəsarətin (travmanın) səbəb əlaqəsi haqqında ona müvafiq qərarın verilməsini xahiş etmişdir. Müraciətinə baxılmış və ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 61 №-li, 10.11.2017-ci il tarixli qərarı verilmiş və qərarda aldığı xəsarətin (travmanın) səbəb əlaqəsi «hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» ifadəsi ilə göstərilmişdir. Əlillik dərəcəsinin səbəb əlaqəsinin dəyişdirilməsi haqqında müraciətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Komissiyasının 22.01.2018-ci il tarixli müayinə aktına əsasə n 06.07.2017-ci ildə TSEK tərəfindən ona təyin edilmiş əlilliyinin səbəb əlaqəsi «ümumi xəstəlik» ifadəsindən «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik» ifadəsinə dəyişdirilmişdir. Bundan sonra DSMF-nin Qaradağ rayon şöbəsi tərəfindən 06.07.2017-ci il tarixdə ona təyin edilmiş əlilliyə görə müavinət dayandırılmış və cavabdeh tərəfindən ona 22.01.2018-ci il tarixdən hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. DSMF-nin Qaradağ rayon şöbəsi tərəfindən 06.07.2017-ci il tarixdə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin əslində «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik» olduğuna görə ümumi əlilliyə görə aldığı müavinətlə hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin 06.07.2017-ci il tarixdən 22.01.2018- ci il tarixədək olan müddət üçün cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi üçün o, 27.05.2018-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3989/2018 saylı, 12 oktyabr 2018-ci il tarixli qərarı (hakim - E.Q.Məmmədov) ilə iddia tələbi təmin edilmiş, İddiaçı 22.01.2018-ci il tarixdən təyin edilmiş (səbəb: Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır) əlilliyə görə pensiyanın 06.07.2017-ci il tarixdən fərqi tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həv alə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3026/2018 saylı, 27 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3989/2018 saylı, 12 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarını ləğv edərək iş üzrə iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya inst ansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, əlilliyi təyin edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasıdır. Vətəndaşa verilən əlilliyin neçənci qrup olduğu, nə vaxtdan təyin edildiyi və əlilliyin səbəbi TSEK müayinə aktından çıxarışında qeyd edilir və həmin çıxarış pensiya təyinatı aparan orqana göndərilir. İddiaçıya ilkin olaraq əlillik İİ qrup “ümumi xəstəlik” olaraq təyin edilmişdir. Daha sonra iddiaçı TSEK-ə müraciət edərək əlilliyin səbəbini “Azərbaycan Respublikasının müdafəsi zamanı alınmışdır”a dəyişdirmişdir. Bundan sonra isə ona əlillik səbəbinin dəyişdirildiyi tarixdən əmək pensiyası təyin edilmişdir. Tərəflərin izahatl arı Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş üzrə idd ianın rədd edilməsinə dair yeni qərar çıxarılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünün ki, iddiaçıya əvvəlcə ümumi əsaslarla ikinci qrup əlilliyə görə müavinat, sonradan isə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat vərəqəsi tərtib edilərək, cavabdeh inzibati orqana göndərilmiş və iddiaçıya hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bu zaman iddiaçıya ödənilən əmək pensiyasının məbləği əvvəlki pensiya məbləğindən daha yüksək olmaqla fərqlənsə də, əvvəlki dövr üçün pensiya fərqi ödənilməmişdir. İddiaçı pensiya hüququ yarandığı tarixdən əlilliyin səbəbli əlaqəsinin dəyişdiyi tarixədək almadığı pensiya məbləğinin hesablanıb v erilməsini tələb etsə də, müraciətinə cavab verilməmişdir. Apellyasiya məhkəməsi iddiaçının tələbini haqlı hesab edərək buna dair mövqeyini onunla əsaslandırmışdır ki, əlilliyin səbəbinin sonradan dəyişməsi heç də iddiaçıya keçmiş dövr üçün alınmamış pensiya məbləğinin verilməsindən imtina üçün əsas hesab edilə bilməz və iddiaçıya ümumi əsaslarla 06.07.2017-ci il tarixdən pensiya təyin edildiyindən, əlilliyin səbəb əlaqəsi isə 22.01.2018-ci il tarixdə dəyişdiyindən, hazırkı işə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa 01.07.2017-ci il tarixdən edilmiş dəyişikliklər nəzərə alınmalıdır və iddiaçının 22.01.2018-ci il tarixdən hərbi qulluqçu kimi əlilliyə görə pensiyaçı olması onun pensiya hüququ yarandığı tarixdən, yəni 06.07.2017-ci il tarixdən pensiya fərqini almasına mane olmur. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi iddianın təmin edilməli olduğuna dair nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-invəzifələrindən biridir. Həmin Əsasnamənin 4.26-cə bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının q əbul edildiyi tarixdən hesablanır. Həmin Əsasnamənin 5.4-cü bəndinə əsasən, TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən, TSEK-inqərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya d igər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən normativ aktların müddəalarından göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfin dən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in belə qərarları inzibati aktdırlar. Çünki onlar iddiaçı üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Kollegiya qeyd edir ki, əlilliyin səbəbini TSEK müəyyən etdiyindən və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Çünki cavabdehin hansısa ödənişlər etmək vəzifəsi məhz TSEK-in müvafiq qərarı əsasında yaranır. Hazırkı işin mübahisələndirilməyən hallarından isə müəyyən edilir ki, iddiaçıya ilkin olaraq TSEK tərəfindən 06 iyul 2017-ci il tarixdə səbəbi ümumi xəstəlik kimi göstərilməklə 2-ci qrup əllilik təyin edilmiş və həmin tarixdən də ona özünün bildirdiyinə görə DSMF Qaradağ şöbəsi tərəfindən müavinat ödənilməyə başlanılmışdır. Daha sonra isə TSEK-in 22.01.2018-ci il tarixli qərarı ilə əlilliyin səbəb əlaqəsi dəyişdirilmiş, səbəb kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik göstərilməklə 2-ci qrup əllilik təyin edilmişdir. Cavabdeh buna müvafiq olaraq 22.01.2018ci il tarixdən ona əmək pensiyası təyin etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin pensiya təyin etmək öhdəliyi TSEK-in 22.01.2018-ci il tarixli qərarından sonra yaranmış, öz növbəsində də cavabdeh qanundan irəli gələn həmin öhdəliyini yerinə yetirmişdir. Ona görə də, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilmədiyi üçün apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi isə qanuni və əsaslı olmadığı üçün təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3026/2018 saylı iş üzrə 27 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə ümumi əlilliyə görə aldığı müavinətlə hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin 06.07.2017-ci il tarixdən 22.01.2018-ci il tarixədək olan müddət üçün cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar