Məhkəmə qərarları › İş №2-1(102)-1171/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1171/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1171/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial X14 X3rşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1171/2020) Açar sözlər: ötən dövr üçün pensiyanın ödənilməsi. Bakı şəhəri xx xxxxxx 2020-ci il 05.08.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X11 və X5 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil Babalı oğlunun və cavabdehin vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X12rşı onun «ötən dövr üçün hərbi qulluqçu kimi almalı olduğu pens iyanın hesablanıb ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-341/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur və hazırda Abşeron rayonun Mehdiabad qəsəbəsində yaşayır. İddiaçıya xx.xx.1995-ci ildən İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir. Əmək və X10 Nazirliyi X2 sonuncu müayinəsindən sonra ona xx.xx.2018-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə DSMF-nin Xüsusi X8 müraciət edərək, ona 1993-cü ildən 2018-ci ilə qədər olan dövr ərzind ə əlilliyə görə pensiya təyin olunmasını xahiş etmişdir. DSMF-nin X13 İdarəsi iddiaçıya 1993-2018-ci il tarixədək olan dövr ərzində pensiya təyin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli **********9 saylı məktubla cavab verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanlara əsasən, keçmiş müddət üçün hesablanmış 8124,67 manat məbləğində fərq x xxxxxxx 2018-ci il tarixindən etibarən hissə-hissə onun pensiyasının üzərinə əlavə olun maqla müvafiq kart hesabına köçürülür. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab etmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 1993-cü il tarixdən xx xxxx 2015-ci il tarixə qədər hərbi qulluqçu kimi almalı olduğu pensiyanın hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Göyçay rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx xxxx 1993-cü ildə döyüşlərdə ağır yaralanmış, ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Sonradan Müdafiə Nazirliyinin X7 rəyi ilə təsdiq edilmişdir ki, onun döyüş zamanı aldığı xəsarət «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Lakin əvvəllər hə rbi qulluqçu kimi ona pensiya verilməmiş, dəfələrlə müraciət etdikdən sonra Müdafiə Nazirliyi tərəfindən cavabdehə göndərilmiş xx.xx.2018-ci il tarixli MN-10114 №-li məlumat vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixdən ona hərbi qulluqçu kimi İİ qrup Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış əlilliyinə görə son üç il ödənilməklə əmək pensiyası təyin edilmişdir. Hesab edir ki, cavabdeh 1993-cü ildən 2015-ci ilə qədər olan müddət üçün də hərbi qulluqçu kimi ona pensiya hesablamalıdır. Cavabdehin etirazları: Cavabdehin etiraz dəlilləri, iddiaçıya pensiya təyin etməkdən imtina etmək barədə xx.xx.2019-cu il tarixli **********9 saylı məktubda göstərilən dəlillərlə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı (hakim T.Əzizova) ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-341/2020 saylı qərarı ilə cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya m əhkəməsi tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, 1993-cü ildən 2018-ci ilə qədər hərbi qulluqçu kimi almalı olduğu əlilliyə görə pensiya cavabdeh tərəfin günahı ucbatından ona verilməmişdir. O, rəsmi olaraq cavabdehə müraciət etmiş, cavabdeh isə ona bildirmişdir ki, əvvəlki ən çoxu 3 il üçün hesablanmış pensiya haqqı ona ödənilir, qalan haqlar isə ödənilmir. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunvericiliyin tələblərinə ziddir. Ona görə onun 1993-cü ildən bu günə qədər döyüşlərdə aldığı əlilliklə əlaqədar bütün müavinətlər ona verilməlidir Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil Babalı oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillə rini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili X1 şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya "Əmək pensiyaları haqqında" qanunun 20.16.1-ci maddəsinə əsasən pensiya təyin olunmuşdur. Həmin maddəyə görə hərbi qulluqçuların əmək pensiyalarına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi;... Hazırda mübahisə edilən məsələ, iddiaçıya pensiyanın müraciət etdiyi vaxtdan əvvəl, yəni bu əsasla pensiya almaq hüququ yaranan vaxtdın ödənilməsi barədədir. İddiaçı pensiya hüququnun yarandığı vaxtı xx xxxx 1993-cü il tarixi hesab edir. İddiaçının bu tələbinin hüquqi əsa sını təşkil edən "Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (bu normanın birinci gümləsi qanuna xx xxxx 2017-ci il tarixli 543-VDQ nömrəli Qanunla əlavə olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı çoxsaylı qəlpə yaraları almış, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının müayinəsi əsasında ona yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi travma, bəli, Azərbaycan Resp ublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyən edilmiş və xx.xx.1994-cü il tarixli 239 saylı qərarla rəsmiləşdirilmişdir (həmin qərarda onun atasının adı "Alaverdi" kimi qeyd olunmuşdur). xx xxxxxxxx 2012-ci il tarixdə iddiaçıya İİ qrup əlillik barədə 215657 saylı vəsiqə verilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçının barəsində çıxardığı xx xxx 2018-ci il tarixli 915 saylı qərarında isə, xx.xx.1994-cü il tarixli 239 saylı qərar ləğv olunmuşdur. İş materiallarından bu qərarın nəyə görə ləğv olunması aydın deyil. Məhkəmələr həmin qərarın hazırki tələbin həllinə təsirini araşdırmamışlar. Bu həm də ondan irəli gəlir ki, birinci instansiya məhkəməsi ümumiyyətlə iddia tələbinin hüquqi əsaslarını "Əmək pensyaları haqqında" Qanunun müddəaları əsasında təhlil etməmiş, yalnız "Tibbi-sosial ekspert komissiyaları haqqında" Əsasnamənin müddəalarını sadalamış və iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçıya əlillik təyin edilən vaxtlarda əlilliklə bağlı müayinə aktlarında TSEK-in diaqnozu qeyd edilmiş, həmin aktlarda qeyd edilən əlilliyin səbəbi iddiaçıya bəlli olmuş, lakin sonrakı dövrdə iddiaçı həmin aktlarla bağlı mübahisə açmamış, TSEK-in qərarından inzibati qaydada və məhkəməyə şikayət verməmişdir. iddiaçının əlilliyinin səbəbi bvrədə TSEK tərəfindən əvvəllər qəbul edilmiş qərar iddiaçıya məlum olmuş, onun tərəfindən mübahisələndirilməyərək hüquqi cəhətdən qüvvədə olmaqla etibarlılıq xüsusiyyətlərinə malik olmuşdur. Həmin inzibati akt əlilliyin səbəbinin dəyişdirilməsi barədə yeni akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilm əmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab olunmamışdır. Məhkəmə hesab edir ki, əlilliyin səbəbini TSEK müəyyən etdiyindən və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Çünki cavabdehin hansısa ödənişlər etmək vəzifəsi məhz TSEK-in qərarı əsasında yaranır. Birinci instansiya məhkəməsinin bu məzmunda əsaslandırması, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçının barəsində çıxardığı xx.xx.1994-cü il tarixli 239 saylı qərarın alınıb işə əlavə olunmasını, məzmununun, xüsusilə əlilliyin yaranma vaxtı və səbəb əlaqəsinin öyrənilməsini, onun ləğv olunmasının səbəblərini araşdırmağı tələb edirdi. İşə baxmış apelyasiya instansiya sı məhkəməsi də birinci instansiya məhkəməsinin qərarında əksini tapmış bu hüquqi məsələlərə münasibət bildirməmiş, ziddiyyətli əsaslara söykənən qərarı dəyişdirmədən qüvvədə saxlamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-341/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar