Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1171/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəfat etmiş dövlət qulluqçusunun yetkinlik yaşına çatmayan övladına ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “yetkinlik yaşına çatmayan övlada ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 mart tarixli, 2-1(103)-315/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yetkinlik yaşına çatmayan övlada ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 06 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, «Əmək pensiyala rı haqqında» Azərbaycan Respublikası Qanununun 20.11.1 və 20.11.2-ci maddələrinə, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. xnın dövlət qulluqçusu kimi iş stajı 15 ildən az olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsinə əsasən övladı Xyə ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 28 aprel tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək sabiq dövlət qulluqçusunun ailə üzvü olması ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının arvadı X5 2016-cı il 11 may tarixdə vəfat etmişdir. Onların birgə nikahdan Esmiralda adlı övladı doğulmuşdur. Uşaq hazırda onun (İddiaçı) himayəsindədir. O, həmin uşağın böyütməklə məşğuldur. İddiaçı sabiq dövlət qulluqçusunun övladı kimi uşağa ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 2020ci il 06 fevral tarixli məktubla məsələnin həllindən imtina etmişdir. x ölümündən əvvəl Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 04 oktyabr tarixli sərəncamı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2016-cı il 12 iyul tarixli qərarı ilə 2016-cı il 11 may tarixdən ölümü ilə əlaqədar onun hakimlik fəaliyyətinə xitam verilmişdir. Mərhuma məxsus əmək kitabçasındakı qeydlərdən aydın olmuşdur ki, onun dövlət qulluğunda 10 ildən artıq iş stajı olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun və «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun onun vəfat etdiyi tarixdə qüvvədə olan müddəalarında dövlət qulluqçusu üçün əmək pensiyasının təyin olunması üçün 15 il və daha çox qulluq stajı nəzərdə tutulmamışdır. Cavabdeh inzibati orqanın istinad etdiyi “15 il və daha yuxarı qulluq stajı”nın toplanması «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinin 2017-ci il 01 iyul tarixdən qüvvəyə minmiş yeni redaksiyada olan tələblərində nəzərdə tutulur. Cavabdehin istinad etdiyi normalar həmin tarixdən sonra yaranan hüquq münasibətlərinə şamil olunmalıdır. Buna baxmayaraq, cavabdeh inzibati orqan qanunvericiliyin bu dəyişikliyini Xyə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması məsələsinə baxılarkən düzgün tətbiq etməmişdir. Ona görə də cavabdehin bu hərəkəti qanuni sayıla bilməz. Cavabdehin bu hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinin tələblərinə uyğun deyildir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 04 sentyabr tarixli, 2-1(112)-4340/2020 n ömrəli qərarı ilə iddia təmin edilmiş, mərhum X1 dövlət qulluqçusu olması nəzərə alınaraq yetkinlik yaşına çatmayan övladı 2014-cü il 05 dekabr tarixdə doğulmuş X2 ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mərhum X3 2016-cı il 11 may tarixədək dövlət qulluğunda iş stajına münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun 20.11.1 və 20.11.2-ci maddəsinin və «Dövlət qulluğu haqqında» Qanunun 23.2ci maddəsinin həmin tarixədək qüvvədə olan tələbləri tətbiq edilməlidir. Cavabdeh inzibati orqanın həmin qanunların qeyd olunan maddələrinə Azərbaycan Respublikasının 2018-ci il 06 mart tarixli, 1025-VQD nömrəli və 2017-ci il 10 mart tarixli, 543-VQD nömrəli qanunları ilə edilmiş əlavə və dəyişikliklər rəhbər tutulmaqla sabiq dövlət qulluqçusu kimi mərhumun iş stajının yetərli həddə olmaması qənaəti ilə onun övladının ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasından imtina etməsi qanuna zidd sayılmalı və şəxsin hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 mart tarixli, 21(103)-315/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 04 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə sinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
13. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun (2016-cı il 11 may tarixdə qüvvədə olan redaksiyada): Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 18 yaşına çatmamış;... Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş d övrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı ol an şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 15. “Dövlət qulluğu haqqında” Qanun (2016-cı il 11 may tarixdə qüvvədə olan redaksiyada): 23.1. Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum hədd i 5 ildir.
16. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəm əsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİY A İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
20. Cavabdeh imtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 20.11.1 və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun hazırda qüvvədə olan 23.2-ci maddəsinə istinad etmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X5 2016-cı il 11 may tarixdə vəfat etdiyindən, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxtda qüvvədə olmuş qanunvericilik normaları tətbiq edilməlidir və cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 20.11.1 və 20.11.2-ci maddələrinə istinad etməsi əsassızdır.
22. Vəfat etmiş dövlət qulluqçusunun yetkinlik yaşına çatmayan övladına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün X4 dövlət qulluğunda 5 ildən artıq əmək stajının olması işin mübahisələndirilməyən halıdır. 23. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş şərt də hazırkı işdə ödənilmişdir. Belə ki, mərhum ailə başçısının 1980-ci ildə doğulduğu və 2016-cı ildə vəfat etdiyi nəzərə alındıqda, hazırkı məzmunda əmək pensiyasının təyin edilməsi üçün cəmi 7 il sosial sığorta stajı (36-15=21x4/12) tələb olunur. X4 əmək kitabçasının məlumatlarına əsasən, o, vəfat etdiyi 2016-cı ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, hazırkı məzmunda əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajına malik olmuşdur.
24. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normaların tələblərindən irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
25. Apellyasiya instansiyası məhkəmə sinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 mart tarixli, 21(103)-315/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.