Məhkəmə qərarları › İş №2-1(102)-1171/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1171/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1171/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarların ləğv edilməsi, ƏDV məbləğlərinin ƏDV bəyannamələri üzrə bərpa edilməsi və şəxsi vərəqdə əks olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi, ƏDV məbləğlərinin ƏDV bəyannamələri üzrə bərpa edilməsi və şəxsi vərəqdə əks olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3061/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı tərəfindən cavabdehə 2021-ci ilin yanvar-iyun, iyul-sentyabr və oktyabr-dekabr ayları üzrə ƏDV bəyannamələri təqdim edilmiş, sonradan həmin dövrlər üzrə dəqiqləşdirilmiş dövriyyələr 2022-ci ildə təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş və 2021-ci ilin dekabr ayı üzrə 2.413.818,03 manat (ƏDV məbləği 434.487,25 manat), 2022- ci ilin yanvar ayı üzrə 912.138,36 manat (ƏDV məbləği 164.184,90 manat), 2022-ci ilin fevral ayı üzrə 731.930,63 manat (ƏDV məbləği 131.747,51 manat) olmaqla ümumilikdə 4.057.887,02 manat (ƏDV məbləği 730.419,66 manat) azaldılmışdır.

2. Daha sonra cavabdeh tərəfindən iddiaçı barədə kameral vergi yoxlaması aparılmış və kameral vergi yoxlaması nəticəsində iddiaçı barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2022-ci il 27 may tarixli **********946000, **********936300, **********943900 nömrəli qərarlar qəbul edilmişdir. Həmin qərarlar nəticəsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya 2021-ci ilin dekabr ayı üzrə 434.487,25 manat, 2022-c i ilin yanvar ayı üzrə 164.184,90 manat və 2022-ci ilin fevral ayı üçün isə 131.747,51 manat olmaqla, ümumilikdə qeyd olunan dövr üzrə 730.419,66 manat əlavə dəyər vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 may 2022-ci il tarixli **********946000, **********936300, **********943900 nömrəli qərarlarının ləğv edilməsi, cavabdehin üzərinə dəqiqləşdirilmiş dövriyyələr əks etdirilmiş 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral aylarının ƏDV bəyannamələri üzrə ƏDV məbləğlərinin bərpa edilməsi və şəxsi vərəqədə əks olunması öhdəliyinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral aylarının ƏDV bəyannamələrinin 318-319-cu sətirlərində Vergi Məcəlləsinin 163-cü maddəsinə uyğun olaraq əvvəlki dövrləri əhatə edən bəyannamələrlə təqdim edilmiş dövriyyələr dəqiqləşdirilərək azaldılmışdır. Belə ki, 2021-ci ilin yanvar-iyun ayları üzrə dəqiqləşdirilmiş dövriyyələr həmin ilin dekabr ayı üzrə, 2021-ci ilin iyul-sentyabr ayları üzrə dəqiqləşdirilmiş dövriyyələr 2022-ci ilin yanvar ayı üzrə və 2021-ci ilin oktyabr, dekabr ayları üzrə dəqiqləşdirilmiş dövriyyələr 2022-ci ilin fevral ayı üzrə təqdim edilmi ş bəyannamələrdə əks etdirilmiş və 2021-ci ilin dekabr ayı üzrə 2413818,03 manat (ƏDV məbləği 434487,25 manat), 2022-ci ilin yanvar ayı üzrə 912138,36 manat (ƏDV məbləği 164184,90 manat), 2022-ci ilin fevral ayı üzrə 731930,63 manat (ƏDV məbləği 131 747,51 manat) olmaqla, ümumilikdə 4057887,02 manat (ƏDV məbləği 730419,66 manat) azaldılmışdır. Dəqiqləşmələrə səbəb iki ölkənin, Azərbaycan və X3 administrasiyaları rəhbərləri arasında imzalanmış razılaşma protokolu olmuşdur. xx.xx.2021-ci il tarixli sonuncu razılaşma protokoluna əsasən 2021-ci il üzrə tərəflər bir-birlərinin inventar parkına aid olan bütün növ vaqonlara görə ilk 8 sutka üzrə hər iki tərəf, karbamid daşınmasında istifadə olunan taxıldaşıyan tip Gürcüstan vaqonlarına görə "xxxx" QSC isə ilk 12 sutka vaqonların istifadə haqqın dan azad edilirlər. MDB üzvü olan ölkələr tərəfindən X4nın işlərinin dövlətlərarası səviyyədə koordinasiya olunması və onun razılaşdırılmış fəaliyyət prinsiplərinin hazırlanması məqsədilə xx.xx.1992-ci il tarixli Sazişə əsasən MDB Birliyinə üzv olan 11 dövlətin X4nın idarəetmə orqanlarının administrasiyalarının rəhbərlərindən ibarət X4 Şurası yaradılması barədə razılığa gəlinmişdir. Daha sonra xx.xx.1992-ci ildə MDB-yə üzv olan ölkələrin başçılarının qərarı ilə Şura və onun Müdirliyinin Əsasnamələri təsdiq edilmişdir. Şura tərəfindən təsdiqlənmiş sənədlər üzv ölkələrin dəmir yolu administrasiyaları üçün icrası labüd olan beynəlxalq sənədlər hesab olunurlar. X4 Şurasının 5 aprel 1996-cı il tarixli qərarı ilə “Digər dövlətlərin yük vaqonlarının istismarı, uçotu və istifadəsi üzrə hesablaşmal arın aparılması qaydası” təsdiq edilmişdir. Həmin Qaydaların 1.31-ci bəndinə əsasən Sazişin iştirakçısı olan digər dövlətlərin dəmir yolu administrasiyalarının maraqlarına toxunmursa Sazişin iştirakçısı olan dövlətlərin dəmir yolu administrasiyaları öz aralarında vaqonlardan qarşılıqlı istifadəyə dair, o cümlədən istifadə şərtləri və qarşılıqlı ödəniş tariflərinin məbləği və hesablaşmalar barədə ikitərəfli və çoxtərəfli xüsusi sazişlər bağlaya bilərlər (müqavilənin bağlanması barədə dəmir yolu administrasiyaları tərəfindən Şuranın Müdirliyinə bildirilməklə). Qaydaların 4-cü hissəsində “vaqon istifadəsinə görə haqq” dövlətlərarası qovşaq nöqtəsində sahibinə və ya üçüncü ölkəyə təhvil verildiyi ana qədər vaqon-sutka əsas götürülmüş hesablanmış məbləği ehtiva edir. Qaydaları əsas götürərək Az ərbaycan və X3 administrasiyaları öz aralarında hər iki tərəfin maraqlarını təmin edəcək şərtlərlə yük vaqonlarından istifadəyə görə Protokol (Razılaşma) imzalamışlar. 20 may 2021-ci il tarixdə imzalanmış protokolda 2021-ci il üzrə tərəflər bir-birlərinin inventar parkına aid olan bütün növ vaqonlara görə ilk 8 sutka üzrə hər iki tərəf, karbamid daşınmasında istifadə olunan taxıldaşıyan tipli Gürcü vaqonlarına görə isə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilk 12 sutka üzrə vaqonların istifadə haqqından azad edilirlər. Başqa sözlə göstərilən qaydada hesablaşma “Digər dövlətlərin yük vaqonlarının istismarı, uçotu və istifadəsi üzrə hesablaşmaların aparılması qaydaları”nın 1.31-ci bəndinə uyğun olaraq “0” tarif tətbiq etməklə aparılmışdır. 20 may 2021-ci il tarixdə imzalanmış Protokola əsasən hesa blaşmaların aparılması baza tarifləri əsasında tərtib edilmiş ilkin hesabatların, hər ay üzrə tərtib edilən Protokollar əsasında yenidən hesablanaraq tərtib edilməsi nəzərdə tutulmuşdur. Lakin qeyd edilən hallara baxmayaraq 2021-ci ilin ilk 6 ayı üzrə yenidən hesablaşma üçün əsas olan Protokol 22-24 dekabrda, iyul-sentyabr ayları üzrə 18 yanvar 2022-ci ildə, oktyabr-dekabr ayları üzrə isə xx.xx.2022- ci ildə tərtib edilərək nəzərdə tutulan qaydada hər ay üzrə deyil, gecikmə ilə rəsmiləşdirilmişdir. Protokolların gec tərtib edilərək rəsmiləşdirilməsi səbəbindən tərəflər vaqonlardan istifadəyə görə haqları baza tarifləri əsasında tam məbləğdə hesablamışlar. Başqa sözlə yuxarıda qeyd edilən aylar üzrə ƏDV bəyannamələrində 20 may 2021-ci il tarixli Protokolda nəzərdə tutulduğu kimi 8 və 12 sut kaya görə azad olma (“0” tarif) tətbiq edilmədən hesablanmış dövriyyələrlə əks etdirilmişdir. Protokollar imzalandıqca iddiaçı yuxarıda göstərilən qaydada bəyannamələrdə dövriyyələr dəqiqləşdirilmişdir. Yəni 2021-ci ilin dekabr ayında imzalanmış Protokola əsasən həmin ayın bəyannaməsində 2021-ci ilin yanvar- iyun ayları üzrə, 2022-ci ilin yanvar ayında imzalanmış protokola əsasən həmin ayın bəyannaməsində 2021-ci ilin iyul-sentyabr ayları üzrə, 2022-ci ilin mart ayının 1-də imzalanmış Protokola əsasən fevral ayının (2022-ci il) bəyannaməsində 2021-ci ilin oktyabr-dekabr ayları üzrə dövriyyələr dəqiqləşdirilərək azaldılmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi təqdim edilmiş dövriyyələrin dəqiqləşdirilməsi nə əsas olan sənədləri və izahat məktublarında göstərilmiş açıqlamaları və izahatları nəzərə almadan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli, **********936300, **********946000, **********943900 nömrəli qərarlar qəbul edərək dövriyyələrin dəqiqləşdirilməsi nəticəsində azaldılmış ümumilikdə 730419,66 manat ƏDV məbləğlərini ləğv etmişdir. Həmin qərarların ləğv edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müraciət edilsə də, müraciət təmin edilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5098/2023 nömrəli, 15 may 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, cavabdeh Azərb aycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barədə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 may 2022-ci il tarixli **********946000, **********936300, **********943900 nömrəli qərarlarının ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin dəqiqləşdirilmiş dövriyyələri əks etdirilmiş 2021ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral aylarının ƏDV bəyannamələri üzrə ƏDV məbləğlərinin bərpa edilməsi və şəxsi vərəqədə əks olunması öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Birinci instansiya məhkəm əsi hesab etmişdir ki, vergi qanunvericiliyində ƏDV üzrə mövcud olmayan öhdəliyin əvəzləşdirilməli olması nəzərdə tutulmamışdır, bu səbəbdən də məhkəmə hesab edir ki, ödənişlərin həyata keçirilmədiyi halda cavabdeh tərəfindən ödənilməmiş məbləğlərlə bağlı ƏDV hesablanması barədə qərarların qəbul edilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin qanunvericiliyinə uyğun olmamışdır, bu səbəbdən iddiaçı cavabdehin ”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2022-ci il 27 may tarixli, **********946000, **********936300, **********943900 nömrəli qərarlarının ləğv edilməsini, cavabdehin üzərinə dəqiqləşdirilmiş dövriyyələr əks etdirilmiş 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral aylarının ƏDV bəyannamələri üzrə ƏDV məbləğlərinin bərpa edilməsi v ə şəxsi vərəqədə əks olunması öhdəliyinin qoyulması tələbini irəli sürməkdə haqlıdır.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdi. b. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3061/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, İ.Şirinov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd ed ilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəmiyyət tərəfindən Azərbaycan Respublikasında “X3” QSC-yə göstərilmiş xidmətlərin dəyəri ƏDV-nin məqsədləri üçün vergiyə cəlb olunur və xidmətin dəyəri müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmada) sütununun 301.1-ci sətrində “Malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə əməliyyatlar”, qarşılıqlı hesablamalar aparıldıqda öhdəliyin ləğv edildiyi hissəsi bəyannamənin “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununun 301.1-ci sətrində “Malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə əməliyyatlar”, qarşılıqlı olaraq öhdəliyin ləğv edilmədiyi, barter əməliyyatının həyata keçirilmədiyi, tələb hüququ güzəşt edilmədikdə və ya nağd pul vəsaitini almadıqda, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba mədaxil olmadığı hallarda, qalan vəsait bəyannamənin “Hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği” sütununun 307.1-ci sətrində “ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” bəyan edilməlidir.

12. Eyni zamanda, “Azərbaycan Dəmir Yolları" QSC və “X3” QSC tərəfindən inventar parklarına aid olan bütün növ vaqonlara görə ilk 8-12 gün üzrə hesablaşmaların qarşılıqlı olaraq ləğv edilməsi ƏDV-nin məqsədləri üçün 18 faiz dərəcə ilə vergi tutulan əməliyyat olduğu və göstərilmiş bu xidmətlər üzrə hesablaşmaların qarşılıqlı olaraq əvəzləşdirildiyi vaxt vergi tutulan əməliyyatın aparıldığı vaxt hesab edildiyi üçün qeyd olunan hallar Vergi Məcəlləsinin 163-cü maddəsinin müddəalarına aid edilmir.

13. Məhkəmə apellyasiya şikayətini rədd edərkən xx.xx.1996-ci il tarixli qaydalara, xx.xx.2021-ci il tarixli protokola istinad etmiş və ƏDV dövriyyələri üzrə azalma verilmənin əsası kimi Azərbaycan və X3 arasında olan razılaşmaya əsasən “0” tarif qiymətinin olduğunu bildirmişdir.

14. Həmçinin məhkəmə bildirmişdir ki, ƏDV üzrə mövcud olmayan öhdəliyin əvəzləşdirilməli olması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

15. İstinad edilən sazişdə və qaydalarda hər hansı vergi güzəşti nəzərdə tutulmamış, sadəcə iki vergi ödəyicisi arasında hesablaşmalar bir birinə göstərilmiş xidmətlərlə əvəzləşdirilmiş və sadəcə bir birilərinə ödəniləcək məbləğlər qarşılıqlı surətdə əvəzləşdirilmişdir. Lakin məhkəmə tərəfindən bu hesablaşma araşdırılmamış və vergi ödəyicisinin qarşı tərəfə ödənilməli və qarşı tərəfdən alınmalı olan məbləğlərinin qarşılıqlı əvəzləşmələr nəticəsində öhdəliklərinin bağlanıldığına qiymət verilməmişdir.

16. Əlavə olaraq onu qeyd edir ki, saziş üzrə hər hansı xidmətləri qarşılıqlı olaraq “0” tariflə müəyyənləşdirilməsi yalnız sazişin tərəfləri arasında olan münasibətlərə tətbiq edilə bilər. Başqa sözlə həmin razılaşma vergi ödəyicisinin vergi öhdəliklərinə münasibətdə hüquqi təsirə malik olmasından ötrü həmin sazişin özündə vergi güzəştləri və azadolmaları ilə bağlı normalar öz əksini tapmalıdır.

17. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş sənəd lərin qiymətləndirilməsini həyata keçirməmiş və həmin sənədlər üzrə heç bir araşdırma aparmamış, işin həqiqi hallarının müəyyən edilməsi istiqamətində heç bir addım atmamışdır.

18. Məhkəmə kollegiyası sadəcə vergi ödəyicisinin iddia ərizəsində göstərilənləri nəzərə almış heç bir əlavə araşdırma aparmamışdır.

19. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Vergi Məcəlləsi: Maddə 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış fai zləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Maddə 23.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təq dim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədl ər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır.

22. İnzibati Prosessual Məcəllə: Maddə

55. İddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxarışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xit am verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSA SİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx" QSC ərizə ilə Ali Məhkəmənin İnzibati Kollegiyasına xx.xx.2024-cü il tarixli, 131/2-4155/2024 saylı ərizə ilə müraciət edərək bildirmişdir ki, “cavabdehlə qismən razılığa gəlib, 2022-ci ilin fevral ayının ƏDV bəyannaməsi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli, **********943900 nömrəli qərar əsasında aparılmış və şəxsi vərəqədə əks etdirilmiş dəyişiklikləri qəbul edirik.

26. Bu səbəbdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı 2022-ci ilin fevral ayı ilə bağlı heç bir tələbimiz yoxdur. Nəzərə almağınız xahiş olunur”.

27. Beləliklə iddiaçı iddia ərizəsində irəli sürülmüş iddia tələblərinin birindən, konkret olaraq ƏDV bəyannaməsi üzrə tələbdən imtina etmişdir.

28. Belə olan halda həmin tələb üzrə İPM-in 55-ci maddəsinə görə icraata xitam verilməlidir.

29. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının digər tələbləri üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə üz rə razılaşır və həmin nəticəni qanuni və əsaslı hesab edir.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2021-ci ilin ümumilikdə yanvar-dekabr ayları üzrə təqdim edilmiş dövriyyələr sonradan, iddiaçı ilə “X3” SC arasında göstərilmiş xidmətlərin bir hissəsinin “Digər dövlətlərin yük vaqonlarının istismarı, uçotu və istifadəsi üzrə hesablaşmaların aparılması qaydaları”nın 1.31-ci bəndinə uyğun olaraq qarşılıqlı olaraq “0” tarif tətbiq etməklə göstərilməsi nəzərə alınmaqla dəqiqləşdirilərək azaldılmış və bununla bağlı dəqiqləşdirilmiş dövriyyələr cavabdehə təqdim edilmişdir.

31. Yəni, 2021-ci ilin dekabr ayında “X3” SC ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış Protokola əsasən həmin ayın bəya nnaməsində 2021-ci ilin yanvar-iyun ayları üzrə, 2022-ci ilin yanvar ayında imzalanmış protokola əsasən həmin ayın bəyannaməsində 2021-ci ilin iyul-sentyabr ayları üzrə, 2022-ci ilin mart ayının 1-də imzalanmış Protokola əsasən fevral ayının (2022-ci il) bəyannaməsində 2021-ci ilin oktyabr-dekabr ayları üzrə dövriyyələr dəqiqləşdirilərək azaldılmışdır. Cavabdehə təqdim edilmiş dövriyyələrin dəqiqləşdirilməsinə əsas olan sənədlər və izahat məktubları təqdim edilmiş, lakin cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********936300, **********946000, **********943900 nömrəli qərarları ilə dövriyyələrin dəqiqləşdirilməsi nəticəsində azaldılmış ümumilikdə 730419,66 manat ƏDV məbləğləri iddiaçıya yenidən hesablanmışdır.

32. Apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, “Cavabdeh inzibati orqan iddiaçı barəsində qəbul edilmiş qərarlarını onunla əsaslandırır ki, «Azərbaycan Dəmir Yolları” QSC və “X3” SC arasında əldə olunan razılaşmada yük vaqonlarından istifadəyə görə hesablaşmaların (812 gün ərzində) qarşılıqlı olaraq əvəzləşdirilməsi nəzərdə tutulmuşdur, lakin iddiaçının təqdim etdiyi sənədlərin heç birində bu əməliyyatların vergilərdən azad edilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır.”

33. Burada qeyd edilməlidir ki, məlum olduğu kimi, X4 Şurasının 5 aprel 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Digər dövlətlərə məxsus yük vaqonlarının istismarı, nömrələr üzrə uçotu və hesablaşma qaydaları”nın 1.31-ci bəndinə əsasən Sazişin iştirakçısı olan dövlətlərin dəmir yolu administrasiyaları bir-biri ilə vaqonların qarşılıqlı istifadəsi, o cümlədən istifadə şərtləri və qarşılıqlı hesablaşmalar, ödəniş tariflərinin məbləği ilə bağlı, əgər yük vaqonlarının və konteynerlərinin birgə istifadəsi haqqında Sazişin üzvü olan dövlətlərin bu sazişləri digər dəmir yolu administrasiyalarının mənafelərinə toxunmursa, bir biri ilə ikitərəfli və çoxtərəfli xüsusi sazişlər bağlaya bilərlər.

34. Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında X4nın fəaliyyətinin əlaqələndirilməsi haqqında” Sazişin 9-cu maddəsinin 1-ci bəndinə əsasən tərəflər X4nda əlaqələndirilmiş və razılaşdırılmış tarif siyasətinin həyata keçirilməsinin zəruriliyini qəbul etmişlər, həmin Sazişin 13-cü maddəsinin 2-ci bəndinə əsasə n tərəflərin səlahiyyətli orqanları öz aralarında bu Sazişin icrasının qaydasını daha da geniş göstərən sazişlər bağlaya bilərlər. 35. “X3” SC və "xxxx" QSC arasında beynəlxalq dəmir yolu əlaqəsində qarşılıqlı hesablaşma qaydası haqqında” bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər beynəlxalq əlaqələrdə dəmir yolu daşımalarına görə qarşılıqlı hesablaşmaları aşağıdakılara uyğun aparmağı öhdələrinə götürmüşlər: 36. “X1 iştirakçı ölkələrin, Latviya Respublikasının, Litva Respublikasının, Estoniya Respublikasının dəmir yol administrasiyaları arasında kompleks hesablaşma qaydalarına; tərəflər iştirakçıları olan Müqavilələrə və Sazişlərə uyğun, hazırki Müqavilənin şərtlərinə zidd olmayan hissədə, hazırki müqavilə ilə nəzərdə tutulmuş müddəalarla”.

37. Həmin Mü qavilənin 5.3-cü bəndinə əsasən milli valyutada ifadə edilmiş hesablaşma sənədlərinin yekun məbləğləri hər Tərəf öz ölkəsinin mühasibat çıxarışının tərtib edilmə ayının son gününə etibarlı olan Milli bankın kursu üzrə İsveçrə frankına yenidən hesablayır. Tərəflər mühasibat çıxarışlarına milli valyutada ifadə olunmuş hesablaşma sənədlərinin yekun məbləğlərini, “Hesablaşmaların maddələrinin adları” qrafasında İsveçrə frankına yenidən hesablamanı mütləq göstərməklə daxil edirlər, 5.4-cü bəndinə əsasən Tərəflər mühasibat çıxarışını tərtib etmə ayından sonrakı ayın 10-na qədər bir-birinə faksla və ya poçtla mühasibat çıxarışlarını göndərirlər.

38. Azərbaycan və X3 administrasiyaları rəhbərləri arasında imzalanmış xx.xx.2020-ci il tarixli razılaşma protokoluna əsasən “yük vaqonlarından istifadəy ə görə əsas və birləşmiş hesablaşma cədvəllərin formalaşması zamanı hesablaşmalara tam reyslər daxil olunur. 8 (səkkiz) sutka yük vaqonlarından istifadəyə görə ödənişdən azad olma yenidən hesablaşma cədvəlləri üzrə həyata keçirilir.”

39. Azərbaycan və X3 administrasiyaları rəhbərləri arasında imzalanmış xx.xx.2021-ci il tarixli razılaşma protokoluna əsasən “Tərəflər "xxxx" QSC və “Gürcüstan dəmir yolu” SC rəhbərlərinin danışıqlarının xx.xx.2020- ci il tarixli Protokolun təsirini inventar parkın bütün vaqonlarına 1 yanvar 2021-ci ildən 31 dekabr 2021-ci il tarixə qədər yayılmasını”, “Gürcüstan dəmir yolu” SC mülkiyyəti olan taxıldaşıyanla karbamidin tranzit daşınmaları üzrə 1 yanvar 2021-ci il tarixindən 31 dekabr 2021-ci il tarixə qədər "xxxx" QSC-ni ilk 12 sutka vaqonlardan istifadəsinə g örə ödənişdən azad etməsini” razılaşdırmışlar.

40. Bundan sonra "xxxx" QSC və “Gürcüstan dəmir yolu” arasında 22-24 dekabr 2021-ci ildə, 18 yanvar 2022-ci ildə və 01 mart 2022-ci ildə ümumilikdə 2021ci ilin yanvar ayından dekabr ayına qədər ilk 8 sutka və 12 sutkaya görə ödənişdən azad olunmalar nəzərə alınmaqla bir-birlərinə çatası ödənişləri yoxlamış, 8 və 12 sutkaya görə yenidən hesablaşma məbləğlərinin mühasibat çıxarışlarına daxil edilməsini razılaşdırmışlar.

41. Buna görə də apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, iddiaçı ilə “X3” SC arasında “Digər dövlətlərin yük vaqonlarının istismarı, uçotu və istifadəsi üzrə hesablaşmaların aparılması qaydaları”nın 1.31-ci bəndinə uyğun olaraq birbirlərinə xidmətin müəyyən bir hissəsini “0” tarif tətbiq etməklə göstərilməsi hələ yuxarıd a adı çəkilən Sazişin üzv dövlətlərinin Azərbaycan və X2 administrasiyaları rəhbərləri arasında imzalanmış xx.xx.2021-ci il tarixli razılaşma protokolu ilə razılaşdırılmış, daha sonra isə həmin protokolun davamı olaraq "xxxx" QSC və “Gürcüstan dəmir yolu” arasında 22-24 dekabr 2021-ci ildə, 18 yanvar 2022-ci ildə və 01 mart 2022-ci ildə imzalanmış razılaşdırmalara əsasən ümumilikdə 2021-ci ilin yanvar ayından dekabr ayına qədər ilk 8 sutka və 12 sutkaya görə ödənişdən azad olunmalar nəzərə alınmaqla bir birlərinə çatası ödənişləri yoxlamış, 8 və 12 sutkaya görə yenidən hesablaşma məbləğlərinin mühasibat çıxarışlarına daxil edilməsi qəbul edilmişdir.

42. Buna müvafiq olaraq da iddiaçı həmin “0” tarif tətbiq edilməklə göstərilən xidmət hissəsində dəqiqləşmə apararaq daha öncə müvafiq dövrlər lə bağlı verdiyi bəyannamələrə dəqiqləşmələr vermişdir.

43. Lakin cavabdeh orqan həmin dəqiqləşmələri qəbul etməyərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 27 may 2022-ci il tarixli **********936300, **********946000 və **********943900 nömrəli Qərarlar çıxararaq, dövriyyələrin dəqiqləşdirilməsi nəticəsində azaldılmış, ümumilikdə 730 419,66 manat ƏDV məbləğləri hesablamışdır. Buna görə də tərəflər arasında hazırkı mübahisə yaranmışdır.

44. Bununla əlaqədar olaraq apellyasiya məhkəməsi qeyd etmişdir ki, yuxarıda adı çəkilən Sazişin üzv dövlətləri (Azərbaycan və Gürcüstan) arasında rəsmiləşdirilmiş razılaşma sənədi 20 may 2021-ci il tarixli Protokol, beynəlxalq statusa malik X5 Şurasının 5 aprel 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Digər dövlətlərin yük vaqonlarının istismarı, uçotu və istifadəsi üzrə hesablaşmaların aparılması Qaydaları”nın 1.31-ci bəndinə əsaslanmış və həmin sənədlə tərəflər arasında bir-birlərinə münasibətdə borcların əvəzləşdirilməsi deyil, güzəştli şərt daxilində gəlirlərin (dövriyyənin) bir hissəsinin ümumiyyətlə hesablanmaması (və ya baza tariflərlə hesablanmış gəlirin (dövriyyənin) bir hissəsinin ləğv edilməsi) nəzərdə tutulmuşdur. Buna görə də iddiaçı şirkət tərəfindən verilmiş dəqiqləşdirilmiş bəyannamələrdə ƏDV-nin hesablanması ADY-nin bu əməliyyatlar üzrə faktiki olaraq əldə etdiyi dövriyyəyə uyğunlaşdırılmışdır.

45. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, Sazişin üzv dövlətləri arasındakı razılaşmaya və onun davamı olaraq Azərbaycan və X2 adminstrasiyalarının öz aralarında 20 may 2021-ci il tarixdə imzaladıqları Protokolda 2021-ci il üzrə tərəflər bir-birlərinin inventar parkına aid olan bütün növ vaqonlara görə ilk 8 sutka üzrə hər iki tərəf, karbamid daşınmasında istifadə olunan taxıldaşıyan tipli Gürcü vaqonlarına görə isə ADY ilk 12 sutka üzrə vaqonların istifadə haqqından azad edilirlər. Göstərilən qaydada hesablaşma “Digər dövlətlərin yük vaqonlarının istismarı, uçotu və istifadəsi üzrə hesablaşmaların aparılması Qaydaları”nın 1.31-ci bəndinə uyğun olaraq “0” tarif tətbiq edilməklə aparılmışdır. Yəni, həmin razılaşma protokoluna görə Tərəflər dövriyyə (gəlir) məbləğinin bir hissəsini ləğv etdiklərindən, ləğv edilən məbləğdə qarşılıqlı öhdəlik də yaranmamış olur. Belə olan halda Tərəflər üçün müəyyən edilmiş bu şərt (razılaşma) mövcud olmayan öhdəliklərin “əvəzləşdirilmə”si kimi də qəbul edilə bilməz. Odur ki, Kollegiya hesab edir ki, iddiaçı tərəfindən ƏDV bəyannamələrində dövriyyələrin dəqiqləşdirilməsi Vergi Məcəlləsinin 163-cü maddəsinin müddəaları ilə ziddiyyət yaratmır və bəyannamələrin cari bəyannamə kimi təqdim olunduğu halda belə nəticəni dəyişmir.

46. Qeyd edilməlidir ki, apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 153.1, 159.1, 166.1, 166.1.2, 173.1, 175.1, 175.1.1, 175.1.2, 175.1.3-cü maddələrinə istinadən düzgün olaraq göstərmişdir ki, vergi qanunvericiliyində ƏDV üzrə mövcud olmayan öhdəliyin əvəzləşdirilməli olması nəzərdə tutulmamışdır. Bu səbəbdən də, ödənişlərin həyata keçirilmədiyi halda cavabdeh tərəfindən ödənilməmiş məbləğlərlə bağlı ƏDV hesablanması ba rədə qərarların qəbul edilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin qanunvericiliyinə uyğun olmamışdır. Odur ki, iddiaçı cavabdehin ”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2022ci il 27 may tarixli, **********946000, **********936300, **********943900 nömrəli qərarlarının **********943900 nömrəli qərarı xaric ləğv edilməsini, cavabdehin üzərinə dəqiqləşdirilmiş dövriyyələr əks etdirilmiş 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar aylarının ƏDV bəyannamələri üzrə ƏDV məbləğlərinin bərpa edilməsi və şəxsi vərəqədə əks olunması öhdəliyinin qoyulması tələbini irəli sürməkdə haqlı olmuşdur.

47. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən müvafiq dövrlər üzrə dəqiqləşdirilm iş bəyannamələrin təqdim olunması onun vergi qanunvericiliyi ilə müəyyən edilmiş hüququndan vaxtında istifadə kimi qiymətləndirilməlidir və bu zaman nəzərə alınmalıdır ki, vergi qanunvericiliyinin hər hansı tələbi pozulmamışdır. O ki qaldı həmin dəqiqləşdirilmiş bəyannamələrdəki məlumatların nəzərə alınmadan iddiaçı barəsində müvafiq kameral vergi nəzarəti nəticəsində qərarların qəbul edilməsinə, həmin qərarların qəbul edilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğu onu qəbul edən inzibati orqan tərəfindən sübuta yetirilmir (27 may 2022-ci il tarixli, **********943900 nömrəli qərar istisna olmaqla).

48. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsi ni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. İddianın 2022-ci il fevral ayı üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 may 2022-ci il tarixli qərara dair iş üzrə icraata xitam verilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2-1(103)-3061/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar