Məhkəmə qərarları › İş №2-1(102)-1172/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1172/2019

03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1172/2019 03.04.2019 ALİ MƏHKƏMƏ “IDDIAÇI” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı “IDDIAÇI ” MMC-nin vəkili Vəkil iştirakı ilə İddiаçı “IDDIAÇI ” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2841/18 saylı 12 d ekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ “X” ASC-i ilə “IDDIAÇI ” MMC arasında 03.05.2018-ci il tarixdə ******* saylı alqısatqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Ünvan, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 136.18 kv.m. olan, 3 otaqdan ibarət mənzil “IDDIAÇI ” MMC-ə 145.000 manata satılmışdır. 19646 saylı 03.05.2018-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əlavə və dəyişiklərin edilməsi haqqında 10.07.2018-ci il tarixli Razılaşmaya əsasən 215 saylı mənzilin nömrəsi mənzillərin yenidən nömrələnməsi nəticəsində 194 olmuşdur. İddiaçı “IDDIAÇI ” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Ünvan, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 136.18 kv.m. olan, 3 otaqdan ibarət, 215 saylı mənzilin üzərində “IDDIAÇI ” MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsini xahiş etmişdir. Cavabdeh 20.07.2018-ci il tarixli 183020339848 saylı imtina məktubu ilə bildirmişdir ki, sözügedən mənzilin yerləşdiyi yaşayış binasının istismarına icazə sənədlərinin və mənzil tikinti kooperativi tərəfindən verilmiş protokoldan çıxarış 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə, sözügedən yaşayış b inasına “X” MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra daşınmaz əmlak sahibləri tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mənzil və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarını qeydiyyatı aparıla bilər. İddiаçı “IDDIAÇI ” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ünvan, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 136.18 kv.m. olan, 3 otaqdan ibarət, 215 saylı mənzilin üzərində “IDDIAÇI ” MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi və texniki paspo rtun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3614/2018 saylı 06 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Ünvan, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 136.18 kv.m. olan, 3 otaqdan ibarət, 215 saylı mənzilin üzərində “IDDIAÇI ” MMCnin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3614/2018 saylı 06 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2841/18 saylı 12 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3614/2018 saylı 06 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, mənzilə dair qanunvericiliklə tələb olunan hər hansı hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən, o cümlədən təqdim edilən sənədlər mənzil-tikinti kooperativi tərəfindən deyil, “X” ASC tərəfindən verildiyindən, “X” ASC-nin mənzil-tikinti kooperativinə keçməsi barədə isə hər hansı sənəd təqdim edilmədiyindən, müvafiq mənzil əvvəlcə “X” ASC-nin adına ilkin hüquqi qeydiyyata alınmalı və yalnız bundan sonra “X” ASC ilə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçının adına qeydiyyata alınmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2841/18 saylı 12 dekabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sənədləri obyektiv araşdırmadan qərar qəbul etmişdir. Kassator Mülki Prosessual Məcəllənin 417, 418.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2841/18 saylı 12 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkmə iclasında işti rak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı “IDDIAÇI ” MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2841/18 saylı 12 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2841/18 saylı 12 dekabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, “X” ASC-i ilə “IDDIAÇI ” MMC arasında 03.05.2018-ci il tarixdə ******* saylı alqısatqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Ünvan, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 136.18 kv.m. olan, 3 otaqdan ibarət mənzil “IDDIAÇI ” MMC-ə 145.000 manata satılmış, iddiaçı “IDDIAÇI ” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Ünvan, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 136.18 kv.m. olan, 3 otaqdan ibarət, 215 saylı mənzilin üzərində “IDDIAÇI ” MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsini xahiş etmişdir. Cavabdeh 20.07.2018-ci il tarixli 183020339848 saylı imtina məktubu ilə bildirmişdir ki, sözügedən mənzilin yerləşdiyi yaşayış binasının istismarına icazə sənədlərinin və mənzil tikinti kooperativi tərəfindən verilmiş protokoldan çıxarış 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə, sözügedən yaşayış binasına “X” MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra daşınmaz əmlak sahibləri tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mənzil və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarınını qeydiyyatı aparıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haq qında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə), 8.0.9.2ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, 8. 0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsaslar hesab edilir. Hazırkı iş üzrə iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı hüquqmüəyyənedici sənədin cavabdehə təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mənzilə dair qanunvericiliklə tələb olunan hər hansı hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən, o c ümlədən təqdim edilən sənədlər mənzil-tikinti kooperativi tərəfindən deyil, “X” ASC tərəfindən verildiyindən, “X” ASC-nin mənzil-tikinti kooperativinə keçməsi barədə isə hər hansı sənəd təqdim edilmədiyindən, müvafiq mənzil əvvəlcə “X” ASC-nin adına ilkin hüquqi qeydiyyata alınmalı və yalnız bundan sonra “X” ASC ilə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçının adına qeydiyyata alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1.) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2.) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sə nədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3.) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4.) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5.) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6.) bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə caavbdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə uyğun olmuş və iddiaçının hər hansı hüququ pozulma mışdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdeh tərəfin dən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2841/18 saylı 12 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı “IDDIAÇI ” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2841/18 saylı 12 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar