Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1172/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Prezident təqaüdünün əlillərə əvvəlki dövrlər üçün ödənilməsi Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu nun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı «Prezident təqaüdünün ödənilməyən fərqinin ödənilməsi tələbinə dair» iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-193/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur və hazırda Bakı şəhərində yaşayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya xx.xx.2004-cü ildə ikinci dərəcəli əlillik müəyyən olunmuşdur. Əlilliyin səbəbi kimi “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlillik” qeyd edilmişdir. Azərbaycan Respublikasının Müd afiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. DSMF-nin Xəzər rayon şöbəsinin sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən hesablanmaqla Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2008-ci il tarixli Fərmanına əsasən müharibə əlili təqaüdü verilir. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək, təqaüdün ötən müddət üçün də tam şəkildə ödənilməsini xahiş etmiş, lakin sonuncu iddiaçının müraciətinə cavab verməmişdir. İddiaçı cavabdehin müraciətə cavab verməməsini imtina kimi qəbul etmiş və iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən - yəni, xx.xx.2008-ci ildən xx.xx.2018-ci ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsini DSMF-nin Xəzər rayon şöbəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, erməni silahlı birləşmələrinin Vətən torpaqlarınının işğalına başlayan zaman N saylı hərbi hissənin tərkibinə daxil olmuş, döyüş əməliyyatlarında iştirak etmiş, 1992-ci ildə yaralanaraq uzun muddət müalicə almış və ona 2-ci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə onun əlilliyinin səbəb əlaqəsi «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır qərarı verilmişdir» kimi şəhadətləndirilmiş, bundan sonra Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun əlilliyinin səbəb əlaqəsi də İİ qrup «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi müəyyən edilmiş və həmin tarixdən də onun müraciəti əsasında cavabdeh tərəfindən ona «Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2008-ci il tarixli Fərmanına əsasən müharibə əlili təqaüdü verilir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə etiraz etmiş və mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 93 saylı qərarı ilə təsdiq edilmiş «Tibbi Sosial Ekspert Komissiyaları haqqında» Əsasnaməyə istinadən onunla əsaslandırmışdır ki, iddiaçıya 21 №-li TSEK tərəfindən xx.xx.2004-cü il tarixdən ömürlük «Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar» əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxx 2018-ci il tarixli Qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK tərəfindən xx.xx.2018-ci il tarixdən «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» əlillik təyin edilmişdir. Həmin tarixdən də xx.xx.2019-cu il tarixə kimi 158 manat, xx.xx.2019-cu il tarixdən isə ömürlük 230 manat Prezident təqaüdü təyin olunmuşdur. Əvvəlki dövr üçün təqaüdün ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2542/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya Azərbaycan Respublikası Prezidentinin təqaüdünün xx.xx.2018-ci il tarixdən əvvəlki üç illik dövr nəzərə alınmaqla ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 11.1, 11.2.1-ci maddələrinə və “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinad etmiş və həmin normaları baxılan işə tətbiq etməklə hər hansı əsaslandırma aparmamış, göstərmişdir ki, məhkəmə “hesab edir ki iddiaçıya xx.xx.2018-ci il tarixində müddətsiz əlillik təyin edildiyi tarixdən əvvəlki üç il nəzərə alınmaqla Prezident təqaüdü ödənilməlidir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və yeni qərar qəb ul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)193/2020 saylı qərarı ilə (hakimlər C.Yusifov (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-2542/2019 saylı xx.xx.2019-cu qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində işin faktik halları sadalanmış və göstərilmişdir ki, apelyasiya instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hüq uqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, “Əlillərin sosial müdafiəsi haqqında" Qanunun 3-cü maddəsində qeyd edilir ki, şəxs həkim-əmək ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. “Həkim-əmək ekspert komissiyası haqqında Əsasnamə”ni, “Əlillik qrupunun və səbəbinin müəyyənləşdirilməsinə dair Əsasnamə”ni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Həkim-əmək ekspert komissiyasmm rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi bərpa proqramını təsdiq edən rəsmi sənəddir. Apelyasiya instansiya məhkəməsi maddi hüquq normasını - “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyalarm təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nin 1.3-cü bəndini düzgün təfsir etməmiş, o cümlədən digər bir maddi hüquq normasinı - "Əlillərin sosial müdafiəsi haqqında" Qanunun 3-cü maddəsini hazırkı mübahisəyə tətbiq etməmişdir. Halbuki hər iki normanı qarşılıqlı təhlil edib bu nəticəyə gəlmək olur ki, bu statusu əldə etmiş şəxs bu hüququ əldə etdiyi, yəni ona əlil vəsiqəsi təqdim edildiyi vaxtdan hər hansı səbəbdən bu təqaüdü almaq üçün müraciət etmədiyi təqdirdə, ona müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməmiş təqaüd ödənilməlidir. Buna görə də hesab edirik ki, iddiaçıya müharibə əlilləri üçün müəyyən edilmiş güzəştlər, yəni hazırkı halda Prezident təqaüdünün verilməsi ona vəsiqə təqdim edildiyi tarixdən əvvəlki 3 ilə görə iddiaçıya ödənilməməlidir. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Kollegiya iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və cavabdeh iddiaçının müraciətinə cavab verməmişdir. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunnmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasları kimi aşağıdakı hüquq normalarına istinad olunmalıdır. «Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2008-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlü yü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə müharibə əlillərinə Azərbaycan Respublikasının prezident təqaüdü təsis edilmişdir. İddiaçıya Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlığını itirərək əlil olan şəxs kimi cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli qərarla xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2008-ci il tari xli Fərmanına əsasən Prezident təqaüdü verilir. Tərəflər arasında yaranmış mübahisə - bu təqaüdün iddiaçıya əlillk təyin olunmuş xx.xx.2018-ci il tarixdən əvvəlki dövr üçün ödənilməsi ilə əlaqədardır. «Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Fərmanda bununla bağlı hər hansı göstəriş yoxdur. Apelyasiya məhkəməsi bu vəziyyətdə işin həlli üçün qanunun analogiyasına əsaslanmış və qeyd etmişdir ki, iddiaçının əlilliyinin, əslində, əlilliyinin bir səbəb əlaqəsi - «Hərbi travmadır, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır» məzmunda mövcuddur. Başqa sözlə, həmin səbəb əlaqəsi xx.xx.2018-ci il tarixdən əvvəlki üç illlik dövrdə də mövcud olmuşdur. Apelyasiya instansiyası daha sonra bildirmişdir ki, belə olan halda, « Normativ-hüquqi aktlar haqqında» Azərbacan Respublikası Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Konstitusiya Qanunun qeyd olunan tələbi baxımından, «Sosial müavinətlər haqqında» haqqında» Qanunun 9.1-ci maddəsinin imperativ tələbinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prez identinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan tələblərini tətbiq edilməsini zəruri hesab edən məhkəmə kollegiyası, birinci insatansiya məhkəməsinin qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən əvvəlki üç illik dövr üzrə Prezident təşaüdünün ödənilməsinin həvalə olunması qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin bu əsaslandırması ilə razılaşmlr. Əvvəla qeyd olunmalıdır ki, həqiqətən də qanunvericilik hər bir halda məhkəmədən mübahisənin həll olunmasını, gəldiyi nəticəni əsaslandırmağı tələb edir və bunun üçün qanuni həll yolunun tapmaqda da məhkəmə üçün is tiqamət müəyyən edərək göstərir ki, кonkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. (Normativ hüquqi aktlar haqqında Qanunun 13.1 və 13.2-ci maddələri). Qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda, normativ tənzimləmə zərurəti olmadıqda, normativ tənzimləmə qanunla qadağan olunduqda və normativ tənzimləmə mövcud olduqda analogiyadan istifadə edilməməlidir (Normativ hüquqi aktlar haqqında Qanunun 16-cı maddəsi). Göründüyü kimi analogiya olaraq hüq uqun tətbiqi, məhkəməyə müəyyən mənada normayaratma kimi geniş səlahiyyət verir. Lakin bununla yanaşı qanun, hüququn analogiyası zamanı ciddi şərtlər müəyyən edir. Bu cür analogiya əsasında verilən qərar hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, aşağıdakı prinsiplər əsasında həyata keçirilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü; beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü; mütənasiblik; insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət; ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi. Hüququn analogiyasının tətbiqi üzrə məhkəmənin birinci addımı, tətbiq olunacaq normanın məqsədinin, hüquqi funksiyasının və vəzif əsinin müəyyən olunmasından ibarətdir. Normanın məqsədinin müəyyən olunması, həm də məsələnin həllində yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü prinsipini təmin etməyə imkan verir. Bu baxımdan, baxılan işə «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin tətbiqi mümkünsüzdür. Çünki həmin Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. «Sosial müavinətlər haqqında» Qanunun: 1.0.1-ci maddəsində deyilir ki, sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir; 3.1-ci m addəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. «Sosial müavinətlər haqqında» Qanunun 4-cü maddəsində sosial müavinətlərin növləri müəyyən olunmüşdur. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında isə göstərilir ki, həmin Fərman Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisəl əri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə verilmişdir. Göründüyü kimi «Sosial müavinətlər haqqında» Qanunun əhatə dairəsi sosial yardıma ehtiyacı olan şəxslərdirsə, Prezidentin məlum Fərmanı müharibə əlillərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi daşıyır, bu normativ aktların əhatə dairəsi, yəni tətbiq olunan subyektlər, tətbiqi şərtləri və məqsədləri fərqlidir. Sosial təminat məqsədləri geniş anlayışdır və onun tətbiqi əsaslarına, əhatə etdiyi şəxslərə, tətbiqi şərtlərinə, ödəmə mənbəyinə və sair təsnifatlara görə fərqləndirilir. Məhz buna görədir ki, bu cür təminatlar pensiya, müavinət və tə qaüdlər adı altında təsnifatlaşdırılmışdır. “Sosial müavinətlər haqqında” qanun da sahəvi tənzimləmə aktı olmaqla, 1.0.1-ci maddəsina əsasən məhz həmin Qanunla müəyyən olunmuş müavinətlərlə bağlı münasibətləri tənzimləyir. Həmin qanunun Prezident təqaüdlərinin təyin olunması üzrə münasibətlərə də tətbiqini nəzərdə tutan norma yoxdur. Əksinə, həmin Qanunun 2.3-cü maddəsində deyilir ki, bu Qanunla nəzərdə tutulmamış bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Bu baxımdan “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin müddəalarınin işə tətbiqi nəzərdən keçirilməlidir. Həmin Əsasnamənin 1.4-ci bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddə tini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AESdə qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır (4.26-cı bənd). Bu isə o deməkdir ki, müharibə əlilləri onlara əlillik təyin olunduqdan sonra qanunvericilikdə əlilliklə bağlı nəzərdə tutulmuş hüquqdan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. Odur ki, müharibə veteranlarına verilməsi nəzərdə tutulmuş təqaüd, sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Bundan başqa, həmin Əsasnamənin 5.4-cü bəndində qeyd edilmişdir ki, TSEK-in (tibbi-sosial ekspert komissiyaları) qərarından narazı qalan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət (Azərbaycan Respublikasının Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) tərəfindən aparılır. Əsasnamənin 5.5-ci bəndinə görə TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. İddiaçıya əlilliklə bağlı təyin edilən aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. İlkin əlillik təyin edilən dövrdə, həmçinin əlilliklə bağlı sonrakı müayinə aktlarında TSEK-in diaqnozu qeyd edilir. Həmin aktlarda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin həmin aktlarla bağlı mübahisə açması, inzibati qaydada və məhkəməyə şikayət verməsi i lə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı özü də əlilliklə bağlı 2004-cü ildə verilmiş aktdan şikayət verməsi ilə bağlı mübahisə açmamışdır. Bu halda əlilliklə bağlı 2004-cü il tarixli aktın qüvvədə olduğu müddətdə iddiaçının Prezident təqaüdü alması hüququ mövcud olmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının hərbi travmanı Azərbaycan Respublikasının müdafiəsi zamanı alması barədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx xxxx 2018-ci ildə qərar qəbul etsə də, bu barədə Tibbi Sosial Ekspert Komissiyası xx xxxxxxxx 2018-ci ildə müvafiq arayış tərtib etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə əsasən, şəxslərin TSE K-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir (4.3-cü bənd). Hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir (4.5-ci bənd). Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, v axtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar (4.7-ci bənd). Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür (4.9-cu bənd). TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.16-cı bənd). Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə) (4.17-ci bənd). Əsasnamənin bəhs edilən tələblərinin işə tətbiqi o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının hərbi travmanı Azərbaycan Respublikasının müdafiəsi zamanı alması barədə mərkəzi hərbi həkim komissiyası tərəfindən xx xxxx 2018-ci il tarixli qərarın nə vaxt TSEK-ə təqdim edilməsi, gec göndərilmişsə, onun səbəbləri, TSEK tərəfindən göndərişə baxılması müddəti, Əsasnamənin müddəalarının pozulması, pozulmanın iddiaçının təqsirindən baş verib-verməməsi araşdırılmalı, bundan sonra xx xxxx 2018-ci il tarixdən təqaüdün iddiaçıya ödənilməsinin mümkünlüyü müzakirə edilməlidir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri qismən əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli iş təkrar baxılmasl üçün göndərilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kol legiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-193/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1172/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1172/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver