Məhkəmə qərarları › İş №2-1(102)-1172/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1172/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1172/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi X1, iddiaçıların vəkili Vəkil1 və cavabdehin vəkili V əkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə və evin altındakı torpaq sahəsinə hüquqların qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)928/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qərarından iddiaçılar və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıların atası X2 ünvan 1 ünvanında yerləşən mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən texniki paspor t verilmişdir. Həmin texniki pasporta əsasən, xxxxa məxsus mənzilin ümumi sahəsi 52 kv.m., o cümlədən yaşayış sahəsi 34 kv.m. müəyyən edilmişdir. Daha sonra, qeyd edilən (34 kv.m.) mənzilə mülkiyyət hüququ hər birinə ½ pay müəyyən edilməklə paylı mülkiyyət hüququ ilə iddiaçıların adına dövlət reyestrində qeydiyyata alınmışdır.

2. RX seriyalı, ******* nömrəli və ******* nömrəli, 21.04.2015-ci il tarixdə dövlət reyestrində qeydə alınmış hüquqların dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən, 3 otaqdan ibarət və yaşayış sahəsi 34 kv.m. olan mənzil iddiaçılara məxsusdur.

3. Xətai Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2016-cı il tarixli 269 nömrəli Sərəncamı ilə İddiaçı2 xüsusi mülkiyyətində olan Dairəvi-7 küçəsi, ev 24 ünvanında köhnə tikilinin sökülüb yerində təqdim edil miş layihəyə uyğun olaraq yeni fərdi yaşayış evinin tikintisinə icazə verilməsi, yaşayış evinin tikintisinin və layihə sənədlərinin tərtib edilməsinin vətəndaşın hesabına yerinə yetirilməsi, evin layihə sənədlərinin rayon memarı ilə razılaşdırılması, tikintisi başa çatdırılmış yaşayış evinin istismara qəbul edilməsi məsələsinə baxılmasının “X3 alınması komissiyası”na həvalə edilməsi qərara alınmışdır.

4. İddiaçılar cavabdehə ərizə ilə müraciət edərək xxxx ünvanında yerləşən mənzilə və torpaq sahəsinə dair vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişlər.

5. Cavabdeh **********62 saylı, 11 iyun 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, qeyd edilən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qe ydiyyatdan keçmiş və həmin mənzil sökülmüşdür. Yeni inşa edilmiş fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iddiaçıların adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Həmçinin, istifadədə olan torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon İcra Hakimiyyəti Başçısının 269 saylı, 25.08.2016-cı il tarixli sərəncamına əsasən yeni layihə üzrə tikintisinə icazə verilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə 1/2 hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

7. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 269 saylı, 25.08.2016-cı il tarixli sərəncamına əsasən yeni layihə üzrə tikintisinə icazə verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 794.4 kv.m torpaq sahəsinə 1/2 hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasın xahiş e tmişlər.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən 21.04.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, iddiaçıların hər birinin 1/2 hissədə payları müəyyən olunmaqla xxxx ünvanında yerləşən mənzilə onların hüquqları qeydiyyata alınmışdır. Həmin mənzil köhnə tikili olduğundan, sonradan onun yenidən qurulmasına zərurət yaranmışdır. İddiaçılar təqdim olunmuş layihə üzrə tikinti işlərinin aparılmasına dair Bakı şəhəri Xətai RİH-nə müraciət etmiş, RİH-nin 269 saylı, 25.08.2016cı il tarixli sərəncamı ilə onlara müvafiq layihə üzrə tikinti üçün icazə verilmişdir. Həmin sərəncam əsasında tikintisinə icazə verilmiş fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5685/2020 saylı qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilərək, iddiaçıların hər birinin 1/2 hissə payı müəyyən edilməklə Bakı şəhəri Xətai RİH-in 269 nömrəli 25 avqust 2016-cı il tarixli sərəncamına əsasən yeni layihə üzrə tikintisinə icazə verilmiş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə və onun altındakı 794.4 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən tikili iş materiallarında olan texniki pasporta və AR NK yanında Mənzil-Kommunal T əsərrüfatı Komitəsi tərəfindən verilmiş qiymətləndirmə cədvəlinə əsasən “fərdi yaşayış evi”dir, “mənzil” deyil. Lakin DƏDRX tərəfindən hazırkı iddiaçılara tikiliyə dair verilmiş əvvəlki reyestrdən çıxarışda onun növü “mənzil” kimi göstərilmişdir. Odur ki, tikiliyə münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarının tətbiqi yolverilən deyil və reyestrdəki qeydiyyatda əmlakın növü ilə bağlı düzəliş olunması zəruridir. Qeyd olunmalıdır ki, tikili fərdi yaşayış evi olduğu halda, onun texniki sənədlərdə əks olunan 794.4 kv.m ölçüdə həyətyanı torpaq sahəsi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının müddəalarına əsasən iddiaçıların mülkiyyətinə keçmiş olur və onların həmin torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Tikilinin fərdi yaşayış evi olduğu halda isə, onun yeni layihəsi üzrə dəyişdirilməsinin, yəni yenidən tikilməsinin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74, 79, 80-cı maddələrinə müvafiq olaraq, “tikintiyə icazə” almadan “məlumatlandırma icraatı” tətbiq edilməklə (yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən artıq olması və s. halların mövcudluğu məhkəmə icraatında bildirilməmişdir) həyata keçirilməsi mümkündür. Hansı ki, iddiaçı tərəf yeni layihə üzrə evin tikintisinə dair müraciət etmiş və ona müvafiq icazə verilmişdir. İddiaçıların fərdi yaşayış evinin yeni layihəsi üzrə tikintisinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas mövcuddur. Ona görə də, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçıların iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-928/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti qismən təmin edilm iş, Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5685/2020 saylı qərarı ləğv edilmiş iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, iddiaçıların hər birinin ½ hissədə payı müəyyən edilməklə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 269 nömrəli 25 avqust 2016-cı il tarixli sərəncamına əsasən yeni layihə üzrə tikintisinə icazə verilmiş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə və onun altındakı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

13. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların adına dövlət reyestrində paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmış daşınmaz əmlak 3 otaqdan ibarət 34 kv.m. yaşayı ş sahəsi olmuşdur. İddiaçılar tərəfindən torpaq sahəsinin onların qanuni istifadəsində olmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə heç bir hüquqi əsası olmayan “Fiziki şəxslərin mülkiyyətində olan tikililərin qiymət cədvəli”nə istinad edilərək 794.4 kv.m. torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz.

14. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçılar və cavabdeh kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətlərinin dəlilləri: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti:

15. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5685/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması xahiş edilir.

16. Qeyd edilir ki, tikili fərdi yaşayış evi olduğu halda, onun texniki sənədlərdə əks olunan 794,4 kv.m ölçüdə həyətyanı torpaq sahəsi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının müddəalarına əsasən iddiaçıların mülkiyyətinə keçmiş olur və onların həmin torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh tərəfind ən verilmiş kassasiya şikayəti:

17. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi saxlanılması xahiş edilir.

18. Qeyd edilir ki, ünvan 6 ünvanında yerləşən müvafiq daşınmaz əmlak paylı mülkiyyətdə olmaqla 1/2 hissəsi İddiaçı2, 1/2 hissəsi isə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Lakin müvafiq mənzilin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi və mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.

19. Bundan əlavə, müvafiq torpaq sahəsinin qanuni əsaslarla ayrılması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.

20. Həmçinin, həmin ünvanda 19.04.2021-ci il ta rixdə aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, 899.6 kv.m torpaq sahəsi zəbt olunmuşdur və üzərində 1 ədəd 2 mərtəbəli, mansardlı, yarımzirzəmili yaşayış evi (ümumi sahəsi – 441.3 kv.m) və 3 ədəd 1 mərtəbəli tikililər inşa edilmişdir. Lakin qeydiyyatdan keçən mənzil faktiki ölçü işləri aparılan ərazidə faktiki olaraq mövcud deyildir. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.

21. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, iddia tələbinin mümkünlüyü araşdırılmamış, müvafiq ünvanda ekspertiza təyin edilməmiş, apellyasiya instansiya məhkəməs i tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, həmçinin üçüncü şəxslərin cəlb edilməsi barədə İdarə tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı, onun nümayəndəsi və iddiaçıların vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər.

24. Cavabdehin vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçıların kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşı nmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8 bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə veril məsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;

26. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini tə sdiq edən sənədlərin Siyahısı: Bənd

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstəri ldiyi halda);

27. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74.1 Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 74.2 Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Maddə 80.1 Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməs inin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, hər iki şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

32. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan və mübahisəsiz hallarına əsasən, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıların atası X1 mülkiyyətində olmuşdur. Bu barədə xxxxa Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən şəxsi mülkiyyətdə olan mənzilə dair texniki pasport verilmişdir. Həmin texniki pasporta əsasən, xxxxa məxsus mənzilin ümumi sahəsi 52 kv. m., o cümlədən yaşayış sahəsi 34 kv.m. müəyyən edilmişdir. Daha sonra, qeyd edilən (34 kv.m.) mənzilə mülkiyyət hüququ hər birinə ½ pay müəyyən edilməklə paylı mülkiyyət hüququ ilə iddiaçıların adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra iddiaçılar Xətai Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2016-cı il tarixli 269 nömrəli Sərəncamı ilə vətəndaş İddiaçı2 xüsusi mülkiyyətində olan Dairəvi-7 küçəsi, ev 24 ünvanında köhnə tikilinin sökülüb yerində təqdim edilmiş layihəyə uyğun olaraq yeni fərdi yaşayış evinin tikintisinə icazə verilməsi, yaşayış evinin tikintisinin və layihə sənədlərinin tərtib edilməsinin vətəndaşın hesabına yerinə yetirilməsi, evin layihə sənədlərinin rayon memarı ilə razılaşdırılması, tikintisi başa çatdırılmış yaşayış evinin istismara qəbul edilməsi məsə ləsinə baxılmasının “X3 alınması komissiyası”na həvalə edilməsi qərara alınmışdır.

33. Bundan sonra, iddiaçılar yeni fərdi yaşayış evinin tikintisini həyata keçirmiş və hazırkı iddia ilə yeni layihə üzrə tikintisinə icazə verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 794.4 kv.m torpaq sahəsinə ½ hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişlər.

34. İddiaçılar iddia tələblərinin hüquqi əsası kimi istinad etdiyi sənədlər aşağıdakılardır: a) Xətai Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2016-cı il tarixli 269 nömrəli Sərəncamı; b) Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29.09.2000-ci il tarixdə veri lmiş “Fiziki şəxslərin mülkiyyətində olan tikililərin qiymət cədvəli”.

35. İşə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar tərəfindən torpaq sahəsinin onların qanuni istifadəsində olmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə heç bir hüquqi əsası olmayan “Fiziki şəxslərin mülkiyyətində olan tikililərin qiymət cədvəli”nə istinad edilərək 794.4 kv.m. torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Belə olan halda, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəyə uyğun olaraq tikilmiş fərdi yaşayış evi və onun altındakı torpaq sahəsinə iddiaçıların mülkiyyət hüquqlarının qeydə alınması üçün əsaslar mövcuddur.

36. Məhkəmə tərkibi apellyasiya m əhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

37. Həmin Qanunun 8.0.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair aşağıdakı sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasını n (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: -tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (8.0.10.1); -məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (8.0.10.2).

38. İddiaçılar tərəfindən fərdi yaşay ış evinin Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aid olduğundan, həmin fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-cu maddəsində qeyd edilən əsaslar olmalıdır.

39. Hazırkı halda, apellyasiya instansiya məhkəməsi və cavabdeh iddiaçıların torpaq üzəridə mülkiyyət hüquqlarının olmamasını bildirirlər. İddiaçılar isə torpaq üzərində mülkiyyət hüquqlarının əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29.09.2000-ci il tarixdə verilmiş “Fiziki şəxslərin mülkiyyətində olan tikililərin qiymət cədvə li”nə istinad edirlər. Həmin sənəddə iddiaçıların atasına məxsus yaşayış evinin yerləşdiyi torpaq sahəsinin planı əks olunmuş və torpaq sahəsinin faktiki olaraq 794.4 kv.m olması qeyd edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi həmin sənədi hüquqmüəyyənedici sənəd kimi qəbul etməmiş, iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olmamasını qeyd etməklə İPM-nin 12.1-ci maddəsinin tələblərini pozmuşdur.

40. Belə ki, işə baxan apellyasiya məhkəməsi ilk növbədə həmin sənədlə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinə sorğu ilə müraciət etməli və sənədin arxivdə olan nüsxəsini tələb etməli idi. Bundan sonra (sənədin həqiqiliyi öz təsdiqini tapdıqdan sonra), həmin sənədin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulu-tutulmamasına, xüsusilə “Fiziki şəxslərin mülkiyyətində olan tikililərin qiymət cədvəli”n üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportu (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) əvəz edib-etməməsinə qiymət verilməli idi. Torpaq sahəsinin iddiaçıların istifadəsində (ilk əvvəl isə onların atalarının) qanuni əsaslarla olması təsdiq edildiyi halda iddiaçıların torpaq sahəsinə münasibətdə iddia tələbləri təm in oluna bilər.

41. Bundan əlavə, iddiaçıların yeni inşa etdiyi fərdi yaşayış evinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlillərindən belə məlum olur ki, iddiaçılar sözügedən torpaq sahəsində 1 ədəd 2 mərtəbəli, mansardlı, yarımzirzəmili yaşayış evi (ümumi sahəsi – 441.3 kv.m) və 3 ədəd 1 mərtəbəli tikililər inşa etmişdir. Belə olan halda, işə baxan apellyasiya məhkəməsi mütəxəssis cəlb etməklə fərdi yaşayış evinin faktiki vəziyyətini öyrənməli, bundan sonra həmin fərdi yaşayış evinin Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına əsasən tikintisinə icazə tələb olunan tikinti obyekti və yaxud məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyekti olmasını müəyyən etməli, daha sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq fərdi yaşay ış evinin tikintisinin həyata keçirilib-keçirilməməsi, müvafiq olaraq (tikintisinə icazə tələb olunan tikinti obyekti və yaxud məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyekti olmasından asılı olaraq) fərdi yaşayış evinin inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına riayət edilib-edilməməsinə qiymət verilməlidir. Başqa sözlə, daşınmaz əmlak üzərində hüquqların qeydə alınması zamanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulan və təqdim edilməsi zəruri olan hüquq müəyyənedici sənədlərin mövcudluğuna qiymət verilməli və yalnız müvafiq mötəbər sənədlərin mövcudluğu halında iddia tələbi təmin edilməlidir.

42. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmay araq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarını hərtərəfli araşdırmamış, tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Odur ki, kassasiya şikayətləri qismən təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

43. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların və cavabdehin kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-928/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar