Məhkəmə qərarları › İş №2-1(102)-1172/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1172/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1172/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; metropoliten; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (5.08.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fili alına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-735/2022 saylı, 11 fevral 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı 10 noyabr 1981-ci il tarixdə əmək fəaliyyətinə başlamış, 1 fevral 2006-cı il tarixdən "xxxx"ndə yol fəhləsi işləmiş, 18 iyul 2014-cü il tarixdən həmin iş yerində yol montyoru peşəsində işləyir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 7 oktyabr 2020-ci il tarixli məktubla müra ciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metropolitenlər bölməsinin (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr, metropoliten müəssisələrinin briqadirləri; drezinaların sürücüləri; hidroqaldırıcıların maşinistləri; zurnif aqreqatlarının maşinistləri; daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri; geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər; dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətin nəzarətlə məşğul olan mühəndis lər və müfəttişlər (böyük müfəttişlər); bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş 20 noyabr 2006-cı il tarixli ******* nömrəli əmək kitabçasında "xxxx" QSC-nin Yol xidmətində 1 yanvar 2006 - 18 iyul 2014-cü il tarixləri arasındakı dövr ərzində yol fəhləsi, 18 iyul 2014-cü il tarixdən bu günədək yol montyoru işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 60 yaşının tamam olması nəzərə alınaraq həmin vaxtdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırılması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1 fevral 2006-cı il tarixdən 18 iyul 2014-cü il tarixədək yeraltı, gecə vaxtlarında xüsusi zərərli iş şəraitində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yol xidmətində yol fəhləsi peşəsində, 18 iyul 2014-cü il tarixdən isə hal hazıradək həmin QSC-nin Yol xidmətində yol montyoru peşəsində işləyir. Hər iki peşə üzrə iş saatları 23:30-dan saat 05:30-a kimi davam edir. Yalnız gecə vaxtlarında, xüsusi zərərli iş şəraitində uzun müddət işləyərək müvafiq iş stajına malik olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərlə birlikdə cavabdehə müraciət etmiş, idarənin 7 oktyabr 2020-ci il tarixli, **********6 saylı cavabı ilə xüsusilə zərərli iş şəraitlərində işlədiyi yol fəhləsi və yol montyoru peşələrinin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısına daxil edilmədiyinə istinad edərək buna hüququnun olmasına baxmayaq ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina olunmuşdur. Tələb olunan əmək stajına malik olması cavabdehə təqdim etdiyi əmək kitabçasında, xüsusi zərərli iş şəraitində, tələb olunan (12 il 06 ay) müddətdən də artıq, 14 il 08 ay işləməsi haqqında "xxxx" QSC-nin 14 avqust 2020-ci il tarixli arayışı ilə təsdiq olunmasına, işlədiyi peşələrin Nazirlər Kabinetinin Qərarında əksini tapdığına baxmayaraq cavabdehin imtina etməsi qeyri-qanunidir. Ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajına malik olması cavabdehə təqdim edilmiş əmək kitabçası və "xxxx" QSC-nin 15 may 2020-ci il tarixli arayışı ilə tam təsdiq olunur. "xxxx" QSC-nin 14 avqust 2020-ci il tarixli arayışına əsasən 1 fevral 2006-cı il tarixdən 18 iyul 2014-cü il tarixinədək Cəmiyyətin Yol xidmətində yol fəhləsi (iş yalnız gecə tuneldə xüsusi zərərli iş şəraitində-20% zərərli iş şəraiti, iş saat 23:30-dan 05:30-a kimi) peşəsində, 18 iyul 2014-cü il tari xdən Cəmiyyətin Yol xidmətində yol montyoru (iş yalnız gecə tuneldə xüsusi zərərli iş şəraitində-20% zərərli iş şəraiti, iş saat 23:30-dan 05:30-a kimi) peşəsində işləməsi, yol montyoru-yol fəhləsi hesab edildiyi və yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 20%, gecə saatına görə 40% əlavənin ödənildiyi qeyd olunmuşdur. Cavabdehin etirazları:

6. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz verilməmişdir. Cavabdehin məhkəmə icraatında iştirak edən nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2130/2021 saylı iş 14 oktyabr 2021-ci il tarixli (hakim E.Əliyev) qərarı ilə iddia təmin edilmiş, İddiaçı 5 avqust 2020-ci ildən, yəni 60 yaşdan güzəştl i şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifə (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiqlənmiş siyahılarda konkret göstərilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa g örə əmək pensiyası hesablanmalıdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-735/2022 saylı 11 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər E.Nağıyeva -sədrlik edən və məruzəçi, H.Həmidov və C.Yusifov) Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metropolitenlər bölməsinin (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr, metropoliten müəssisələrinin briqadirləri, drezinaların sürücüləri, hidroqaldırıcıların maşinistləri, zurnif aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri; -geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər, dəmiryol və metropolitendə bina, qurğu v ə texniki vasitələrin təmirinin keyfiyyətin nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər), bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); qabarit-tədqıqat stansiyalarında məşğul olan texniklər elektrik mexaniklərı nəzərdə tutulmuşdur. İddiaçıya məxsus 20 noyabr 2006-cı il tarixli ******* nömrəli əmək kitabçasında onun 'Bakı Metropoliteni" QSC-nin Yol xidmətində xx.xx.2006-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində yol fəhləsi, xx.xx.2014-cü il tarixindən bu günədək yol montyoru işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifələr yuxarıda göstərilən vəzifələrə uyğun deyildir. Odur ki iddiaçıya güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə cavabdehin mövqeyi qanunauyğun və əsaslı olmuşdur. b) K assasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi müba hisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansi yası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslan dırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda n əzərdə tutulan 21. “Nəqliyyat” bölməsində 21.5 “Metropoliten”lər” yarımbölməsində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” bəndində qeyd olunan peşələrə uyğun olması barədə "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli A/267 nömrəli arayışı əsaslı dəlil kimi qəbul edilməlidir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin adları dəqiq olaraq siyahıda qeyd edilmişdir və iddiaçının işlədiyi vəzifələr həmin siyahıda nəzərdə tutulan vəzifələrə uyğundur.

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və bu nəticəyə dair əsaslandırmasını İPM-in 12.1, 12.2 58.7 və 82-ci maddələrinin tələbələrinə uyğun hesab etmir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, Azərbaycan Respublikası Nazirlər Ka binetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 bəndində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:” nəzərdə tutulmaqla yanaşı, həmin “fəhlələr”ə məhz hansı peşə, iş və vəzifələri aid etdiyini dəqiq göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi də iddiaçının icra etdiyi işin, peşənin və ya vəzifənin həmin siyahıda göstərilən məhz hansı peşə, iş və ya vəzifəyə uyğun olduğunu müəyyən etməli idi.

21. Məhkəmə kollegiyası, məhz bu kimi halları nəzərə alaraq oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil.

22. İşin hallarının araşdırılması prinsipinə uyğun olaraq, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalıdır. Hazırkı işdə bu, baş vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz.

23. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

24. Apellyasiya instansiyası məhkəmə sinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli 2-1(103)-735/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar