Məhkəmə qərarları › İş №2-1(102)-1172/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1172/2023

14.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1172/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi və nikahın pozulması barədə şəhadətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 14.06.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər: Əhmədova Əminə Nəsəb qızı və X9) qarşı “nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi və nikahın pozulması barədə şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-555/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarından üçüncü şəxs Əhmədova Əminə Nəsəb qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 ilə Qafarova (Məmmədova) Hədiyə Eldar qızı arasında nikah 04 sentyabr 1979-cu ildə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd aparılmışdır. 2. “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06 iyun 2008-ci il tarixdə 101 № ilə qeyd aparılmışdır.

3. Nikah haqqında şəhadətnamənin surətin dən görünür ki, X4 ilə Əhmədova Əminə Nəsəb qızı arasında nikah 09 avqust 2019-cu ildə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd aparılmışdır. 4. “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1530 No-li qeyd aparılmışdır.

5. Bundan sonra iddiaçı mərhuma məxsus sənədlər arasında onunla bağlanmış nikahın pozulmasına dair şəhadətnaməni aşkar etmiş və həmin şəhadətnamənin hansı sənəd əsasında verildiyini araşdırmağa başlamışdır. Sabunçu rayon Qeydiyyat Şöbəsinin məktubu ilə ona bildirilmişdir ki, nikahın pozulmasına dair şəhadətnamə məhkəmə qətnaməsinə əsasən verilmişdir. Odur ki, İddiaçı nikahın pozulması haqında akt qeydinin ləğv edilməsi ilə bağlı ca vabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən ona ünvanlanmış məktubla akt qeydinin ləğvi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “onunla X4 arasında bağlanmış 101 saylı xx.xx.2008-ci il tarixli nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi və nikahın pozulması barədə şəhadətnamənin etibarsız hesab edilməsi” barədə qərar çıxarılmasını xahiş edir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X4 ilə 1979- cu ildə nikaha daxil olmuşdur. Əri 17 oktyabr 2021-ci il tarixdə ölmüşdür. Əri öləndən sonra onun sənədlərinin arasından 2008-ci il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfində n verilmiş onunla olan nikahının pozulmasına dair şəhadətnamə aşkar olunmuşdur. Həmin vaxta qədər nə onun, nə uşaqlarının, nə də ki, ərinin qohumlarından heç kimin bundan xəbəri olmamışdır. Sabunçu rayon Qeydiyyat şöbəsi onun müraciətinə cavab verərək, Sabunçu rayon Məhkəməsinin 12 aprel 2005-ci il tarixli qətnaməsinə əsasən nikahının pozulduğunu bildirmişdir. Sabunçu rayon Məhkəməsinə müraciət edərək, 12 aprel 2005-ci il tarixli qətnamənin surətini tələb etmiş, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, X4 ilə onun arasında nikahın pozulmasına dair mülki iş məhkəmədə qeydə alınmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4237/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim H.A.Ağalarov) iddia təmin edilmiş, Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış, X4 ilə İddiaçı arasında olan nikahın pozulması haqqında xx.xx.2008-ci il tarixli, 101 №-li akt qeydinin ləğv edilməsi və AZ-1 seriyalı 082573 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyi Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış, X4 ilə İddiaçı arasında olan nikahın pozulması haqqında 101 №-li xx.xx.2008-ci il tarixli akt qeydinin aparılmasına əsas olmuş sənəd qismində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2005-ci il tarixli qətnaməsinə (qətnamənin nömrəsi qeyd olunmamışdır) istinad olunsa da, həmin qətnamənin, ümumiyyətlə X4 ilə İddiaçı arasında 2005-ci il üzrə hər hansı mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında mövcud olmasının m əhkəmə araşdırması zamanı öz təsdiqini tapmamasına, cavabdeh tərəfindən istinad olunan sənədin məhkəməyə təqdim edilməsinin mümkün olmamasına, akt qeydinin aparılması üçün hüquqi əsasın müəyyən edilməməsinə, cavabdeh inzibati orqanın nikahın pozulması haqqında qeyd aparmasının qanunsuz olmaqla qanunvericiliyin tələbinə zidd olmasına istinad edərək iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir.

10. Üçüncü şəxs Əhmədova Əminə Nəsəb qızı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqda qərar qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-555/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Üçüncü şəxs Əhmədova Əminə Nəsəb qızı tərəfindən kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqda qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X4 ilə aramızda Cavabdehndə xx.xx.2019-cu ildə nikahımız bağlanmış və bu barədə akt qeydləri kitabında 91 nömrə ilə qeyd edilmişdir.

15. X1 ilə 2019-cu ildə bağlanmasına baxmayaraq, 2017-ci ildən faktiki ola raq ərarvad kimi ünvan 1 ünvanında və ünvan 2şamış və ümumi təsərrüfatı birgə idarə etmişdirlər. Bundan başqa ünvan 3 ünvanında yerləşən 48.8 kv.m qeyri-yaşayış sahəsi mərhum əri X4 tərəfindən mağaza kimi icarəyə verilmişdir. Göstərilən əmlaklardan başqa X2 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 9, mənzil 3 şəxsi mülkiyyətindədir. Onun keçmiş həyat yoldaşı hazırkı iş üzrə İddiaçı Masallı rayonu Sərcuvar kəndində qeydiyyatda olmaqla X4 ölənədək orada yaşamışdır. İddiaçı X4 ilə Bakı şəhərində birgə yaşamamışdır, aralarında olan nikahın pozulmasından xəbəri olmuşdur. Hazırda isə İddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi onlar boşandıqdan sonra X2 ölümündən sonra onun miras qalmış əmlaklarını ələ keçirmək məqsədi daşıyır.

16. Yuxarıda göstəril ən əmlaklarla yanaşı ünvan 4 ünvanı da mərhum əri X2 şəxsi mülkiyyətində olmuş və həmin yaşayış sahəsi onun tərəfindən kirayəyə verilmişdir.

17. Bu göstərilənlərdən başqa onların birgə nikah dövründə xx.xx.2020-cı il tarixdə əri X4 tərəfindən TOYOTA RAV-4, dövlət qeydiyyat nömrəsi 99XY812 markalı avtomobil əldə edilmiş və hazırda mülkiyyətindədir.

18. Mərhumun ölümündən sonra miras əmlaklarla bağlı tərəfindən Bakı şəhəri 18 saylı notariat ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət olunmuşdur. 6 aydan sonra 19 aprel 2022-ct il tarixdə mən, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariat ofisinə müraciət etdi, burada bildirdilər ki, X5 notariusa müraciət edərək inzibati məhkəmədə işlərinin olduğunu bildirmişdir. Bundan sonra, Bakı inzibati Məhk əməsinə müraciət etdi və buradan bildirdilər ki, X5 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, onun iddiası təmin edilib.

19. Hələ mərhum əri ilə bir yerdə yaşayarkən o, öz ailəsi barədə danışarkən, övladının və keçmiş həyat yoldaşının onunla münasibətlərinin pis olduğunu, onu saymadıqlarını, bir ata kimi hörmət qoymadıqlarını bildirmişdir. Hətta onun dediyinə görə keçmiş arvadı onu zəhərləmək istəmiş və uşaqları ilə bir neçə dəfə birləşərək onu döymüşlər. Nəticədə o, məcburiyyət qarşısında qalıb, X5 ilə aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş, ən nəhayət onların bu nikahları qanuni əsaslarla pozulmuşdur.

20. Məhkəmədə X5 ilə mərhum əri arasında nikahın pozulması barədə mülki işin olmaması məsələsinə gəldikdə isə bildirilmişdir ki, bununla bağl ı məlumatı olduqdan sonra tərəfindən də Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət olundu, bunun səbəblərini araşdırmaq istədi, ona bildirdilər ki, kompüter sistemi 2015-ci ildə yarandığından 2005-ci ilin qətnamələri kompüterə işlənməmişdir. Səbəbi məlum deyildir ki, belə bir qətnamə olmamışdır, ola bilsin ki, həmin qətnamə itmişdir. Qətnamənin icra sənədinin olmasını Sabunçu rayon Qeydiyyat şöbəsi təsdiq edir və həmin sənədə əsasən nikah pozulmuş, ancaq iddiaçı gedib boşanma haqqında şəhadətnaməni götürmək istəməmişdir.

21. Mərhum əri X4 ilə onlar, ünvan 1 ünvanında yaşayarkən həm ərini, həm də onu “COVİD-19” xəstəliyi tutmuş, onu TTY maşını ilə buradan o və uşaqları Yeni Klinika xəstəxanasına yola salınmışdır. O, xəstəxanada olduğu dövrdə isə gündəlik onunla VOTSAPLA telefon əlaqələr i saxlamış, səslər göndərmiş, ona və özünə, hamımıza dualar etdiyini, sağalacağını bildirmişdir. Bütün bunlar isə onun telefonunda olan VOTSAP audio yazılan, 7 nömrəli şəhər Poliklinikasını 593 saylı, xx.xx.2022-ci il tarixli məktubu, LABORATORİYA analizinin nəticələri, ayri-ayrılıqda e-Təbib şəxsi kabinetdən çıxarışlarla, TTY maşının şəkili ilə tam sübut olunur. Məhkəmələr təqdim etdiyi bu sənədlərin heç birini araşdırmamış və münasibət bildirməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 163.2. Bu Məcəllənin 24.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda nikahın pozulması haqqındakı qeydin ləğv olunması nikahı pozmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”: Bənd 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətənd aşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 5.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır; Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikah pozula bilər. 5.2. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən pozula bilər 5.3. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı hallarda Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır: 5.3.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; 5.3.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 5.4. Bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. 5.5. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri Qeydiyyat şöbəsi və konsulluq idarəsində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. 5.6. Ərizə ə sasında nikahın pozulmasını ər arvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır. 5.7. Ərizə əsasında nikahın pozulmasını ər arvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulması haqqında aktların qeydiyyat kitabında nikahın pozulması barədə akt qeydlərini aparır. 5.8. Nikahın pozulmasının dövlət qeydiyyatı: 5.8.1. Nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə; 5.8.2. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizəyə; 5.8.3. Məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslə nikahın pozulması haqqında ər arvaddan birinin ərizəsinə; 5.8.4. Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 5.9-cu bəndinə əsasən məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması aşağıdakı qaydada aparılır: 5.9.1. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır. Ər-arvadın yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda, nikah pozulmuş hesab edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı 2001-ci il 1 mart tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Bənd

23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhk əmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bənd

26. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Bənd 28. ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəx sə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli h üquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. X12 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən ir əli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Hazırkı iş üzrə mübahisənin predmeti iddiaçı “onunla X4 arasında bağlanmış 101 saylı, xx.xx.2008-ci il tarixli nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi və nikahın pozulması barədə şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlıdır.

33. İşin hallarına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə X4 arasında nikahın pozulmasına dair 6 iyun 2008-ci il tarixli şəhadətnamənin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin və ya digər sənədlərin surətinin qanunvericiliyə müvafiq qaydada saxlanma müddəti bitdiyindən göndərilməsi mümkün deyildir. Həmin nikahın pozu lması Sabunçu rayon Məhkəməsinin 12 aprel 2005ci il tarixli qətnaməsinə əsasən qeydə alınmışdır.

34. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən adı çəkilən şəhadətnamənin verilməsi üçün əsas olan sənədlər, o cümlədən, nikahın pozulması barədə Sabunçu rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinin və nikahın pozulması haqqında akt qeydinin aparılmasına əsas olan digər sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı Cavabdehnə məhkəmə sorğusu göndərilmiş və sorğuya cavab olaraq həmin sənədlər qanunvericiliyə müvafiq olaraq xx.xx.2014-cü il tarixli “Sənədlərin və işlərin, həmçinin istifadə olunmamış şəhadətnamələrin məhvə aparılması haqqında” akta əsasən ləğv edilmişdir. Nikahın pozulması haqqında vətəndaşların ərizələrinin saxlanma müddəti 5 ildir.

35. Qeyd edilənlərə əsasən məh kəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi akt qeydinin aparılmasına əsas olmuş sənəd qismində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2005-ci il tarixli qətnaməsinə (qətnamənin nömrəsi qeyd olunmamışdır) istinad olunsa da, nəinki həmin qətnamənin, ümumiyyətlə X2 İddiaçı qarşı, yaxud da İddiaçı X3 qarşı nikahın pozulması tələbinə dair 2005-ci il üzrə hər hansı mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında mövcud olması məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Cavabdeh inzibati orqan tərəfindən akt qeydləri kitabında ləğv edilməsi tələb olunan akt qeydinin aparılması üçün əsas verən sənədin də məhkəməyə təqdim edilməsi həmin dövrə dair sənədlərin məhv edilməsi səbəbindən mümkün olmamışdır.

36. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş “Sənədlərin və işlərin, həmçinin istifadə olunmamış şəhadətnamələrin məhvə ayrılması haqqında xx.xx.2014-cü il tarixli aktdan isə müəyyən olunur ki, məhvə ayrılmış sənədlər sırasında saxlama müddəti 5 il olmuş 2007-2008-ci illər üzrə “Nikahın pozulması haqqında vətəndaşların ərizələri” də nəzərdə tutulmuşdu ki, bu da özü-özlüyündə iddiaçının mübahisələndirdiyi akt qeydinin aparılması üçün əsas olmuş sənədlərin, o cümlədən məhkəmə qətnaməsinin fiziki olaraq mövcud olması faktını təsdiqləmir. Kollegiya bu qənaətə gələrkən onu nəzərə alır ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə adı çəkilən qətnamənin və ümumiyyətlə müvafiq mülki işin 2005-ci ili n əlifba göstəricisindən keçmədiyi bildirilmişdir.

37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi akt qeydinin aparılması üçün hüquqi əsas iş materialları ilə müəyyən edilmədiyindən cavabdeh inzibati orqan tərəfindən nikahın pozulması haqqında qeyd aparması qanunsuz olmuşdur.

38. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayə t təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Əhmədova Əminə Nəsəb qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-555/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Xüsusi rəy Məlum olduğu kimi, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə İddiaçı arasında olan xx.xx.2008-ci il tarixli, 101 saylı nikahın pozulması haqqında şəhadətnamənin etibarsız sayılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4237/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qərarı il ə iddia təmin edilmiş, Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış, X4 ilə İddiaçı arasında olan nikahın pozulması haqqında xx.xx.2008-ci il tarixli, 101 №-li akt qeydinin ləğv edilməsi və AZ-1 seriyalı 082573 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyi Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilmişdir. Həmin qərardan narazı qalan 3-cü şəxs Əhmədova Əminə Nəsəb qızı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqda qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-555/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarı ilə 3-cü şəxs Əhmədova Əminə Nəsəb qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)4237/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən 11 yanvar 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, “iddiaçının ləğv edilməsini tələb etdiyi akt qeydinin aparılmasına əsas olmuş sənəd qismində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2005-ci il tarixli qətnaməsinə (qətnamənin nömrəsi qeyd olunmamışdır) istinad olunsa da, nəinki həmin qətnamənin, ümumiyyətlə X2 İddiaçı qarşı, yaxud da İddiaçı X3 qarşı nikahın pozulması tələbinə dair 2005-ci il üzrə hər hansı mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında mövcud olması məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Cavabdeh inzibati orqan tərəfindən akt qeydləri kitabında ləğv edilməsi tələb olunan akt qey dinin aparılması üçün əsas verən sənədin də məhkəməyə təqdim edilməsi həmin dövrə dair sənədlərin məhv edilməsi səbəbindən mümkün olmamışdır. Apellyasiya baxışı zamanı cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş “Sənədlərin və işlərin, həmçinin istifadə olunmamış şəhadətnamələrin məhvə ayrılması haqqında xx.xx.2014-cü il tarixli aktdan isə müəyyən olunur ki, məhvə ayrılmış sənədlər sırasında saxlama müddəti 5 il olmuş 2007-2008-ci illər üzrə “Nikahın pozulması haqqında vətəndaşların ərizələri” də nəzərdə tutulmuşdu ki, bu da özü-özlüyündə iddiaçının mübahisələndirdiyi akt qeydinin aparılması üçün əsas olmuş sənədlərin, o cümlədən məhkəmə qətnaməsinin fiziki olaraq mövcud olması faktını təsdiqləmir. Kollegiya bu qənaətə gələrkən onu nəzərə alır ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.20 22-ci il tarixli məktubu ilə adı çəkilən qətnamənin və ümumiyyətlə müvafiq mülki işin 2005-ci ilin əlifba göstəricisindən keçmədiyi bildirilmişdir.” Odur ki, apellyasiya məhkəməsi hesab etmişdir ki, “iddiaçının ləğv edilməsini tələb etdiyi akt qeydinin aparılması üçün hüquqi əsas iş materialları ilə müəyyən edilmədiyindən cavabdeh inzibati orqan tərəfindən nikahın pozulması haqqında qeyd aparması qanunsuz olmuşdur. Ona görə də həmin akt qeydi əsasında verilmiş “nikahın pozulması haqqında şəhadətnamə”ni düzgün olaraq birinci instansiya məhkəməsi etibarsız hesab etmişdir.” Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1172/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarı ilə 3-cü şəxs Ə.N.Əhmədovanın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 -1(103)-555/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razı deyiləm və aşağıda göstərilən səbəblərdən xüsusi rəydə qalıram. Belə ki, əvvəla Sabunçu rayon qeydiyyat şöbəsində qeydə alınmış X4 ilə X5 arasında olan nikahın pozulması haqqında 6 iyun 2008-ci il tarixli, 101 nömrəli akt qeydinin ləğv edilməsi və AZ-1 seriyalı 082573 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi ailə qanunvericiliyində nəzərdə tutulmamış hüquqi vəziyyət yaradır, yəni İddiaçı 17 oktyabr 2021-ci il tarixdə vəfat etmiş Ə.A.Qafarovla nikahda olan şəxs statusuna malik olur, bu isə yolverilməzdir. Eyni zamanda xüsusi olaraq qeyd edilməlidir ki, mərhum Ə.A.Qafarovun iddiaçı i lə 6 iyun 2008-ci il tarixdə nikah pozulduqdan sonra, Ə.A.Qafarov iş üzrə 3-cü şəxs Əhmədova Əminə Nəsəb qızı ilə 9 avqust 2019-cu il tarixdə rəsmi nikah bağlamışdır ki, apellyasiya məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanıldığı halda 3-cü şəxs Ə.N.Əhmədovanın mərhumla bağlı hüquqi taleyi də həll edilməmiş qalmaqdadır, belə ki, onların arasında bağlanmış rəsmi nikah mərhumun sağlığında ləğv edilməmiş, etibarsız hesab edilməmiş, yəni 3-cü şəxs Ə.N.Əhmədovanın mərhumun qanuni varisi olması məsələsi qüvvədədir. Bununla yanaşı qeyd edilməlidir ki, Ə.A.Qafarovla İddiaçı arasında nikahın pozulması haqqında şəhadətnamə Sabunçu rayon qeydiyyat şöbəsində 6 iyun 2008-ci il tarixdə qeydiyyata alındığı halda, iddiaçı 13 ildən artıq vaxt keçəndən sonra, yəni 2 dek abr 2021ci il tarixdə məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmiş, başqa sözlə qanunvericiliklə müəyyən edilmiş bütün iddia müddətlərini buraxmışdır. İddiaçı iddia ərizəsində bu faktı onun, övladlarının və hətta qohumlarının bilmədiyini bildirsə də, apellyasiya məhkəməsi sözügedən məsələnin tam və hərtərəfli araşdırılması istiqamətində ümumiyyətlə hər hansı bir iş görməmişdir. Halbuki dəqiq və müfəssəl araşdırılma aparıldığı zaman, iddiaçının mümkünlük məsələsi də ortaya çıxa bilər. Apellyasiya məhkəməsi həmçinin nəzərə almamışdır ki, Əminə Əhmədova ilə Ə.Qafarov arasında 9 avqust 2019-cu il tarixdə nikah bağlanmış və Ə.Qafarov ölən günə qədər Əminə Əhmədovanın mənzilində yaşamışdır (iş səh 80, 81). Bütün yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, 3-cü şəxs Ə.Əhmədovanın kassas iya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-555/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar