Məhkəmə qərarları › İş №2-1(102)-1173/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1173/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1173/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X1 qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1173/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin vəkili Vəkil1, üçüncü şəxs X1, vəkili Vəkil2 iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınma z Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X1 qarşı bağ sahəsinin koordinatlarının dəyişdirilməsi, üçüncü şəxsin adına qeydiyyatın qismən ləğv edilməsi və bağ sahəsinə dair adına qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2695/2018 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil1, üçüncü şəxs X4 və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Əra zi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1994-cü ildə Bakı şəhəri, Ləhiş bağlar sahəsində BTK № 241-də yerləşən 0,12 ha sahəsi olan 6209 saylı bağ sahəsinin Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xxxx 1988-ci il **** saylı qərarı və Azərbaycan SSR Nazirlər Komitəsinin xxxx 1988-ci il tarixli, 195 saylı qətnaməsinə əsasən əmək veteranı kimi atası X1 istifadəsinə verildiyini, bağ sahəsini özəlləşdirməkdən ötrü cavabdeh inzibati orqana müraciət etdikdən sonra Bakı şəhəri, 6209 saylı bağ sahəsinin X3 mülkiyyətinə verildiyinin məlum olduğunu, əslində X3 istifadəsində Bakı şəhəri, Sabunçu rayonunda yerləşən sahəsi 0,10 ha olan 6206 saylı bağ sahəsinin olduğunu, daha sonra Sabunçu rayon məhkəməsinin xxxx 2010-cu il tarixli, 2(008)-2617/2010 saylı qətnaməsi ilə M.Məlikovun 6206 saylı bağ sahəsinin nömrəsində olan uyğunsuzluğun aradan qaldırılması və həmin nömrənin sxematik plana uyğunlaşdırılması barədə iddiası təmin edilərək, onun bağ sahəsinin 6209 saylı hesab edildiyini, həmin bağ sahəsinin qeyd olunan məhkəmə qətnaməsi əsasında 6209 saylı bağ sahəsi kimi X3 adına özəlləşdirildiyini, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2016-cı il tarixli qətnaməsi ilə Sabunçu rayon məhkəməsinin xxxx 2010-cu il tarixli qətnaməsinin ləğv olunduğunu və X3 iddiasının rədd edildiyini, bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xxxx 2016-cı il tarixli qərarı ilə Ləhiş bağ massivindəki 6209 saylı bağ sahəsinin onun adına özəlləşdirilməsinin qərara alındığını, Ali Məhkəmənin xxxx 2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xxxx 2016- cı il tarixli qərarının dəyişdirilmədən saxlanıldığını, xxxx 2017-ci il tarixdə cavabdehə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəki 6209 saylı bağ sahəsinin adına özəlləşdirilməsinixahiş etdiyini, sonuncu, xxxx 2017-ci il tarixli məktubla həmin bağ sahəsinin bir hissəsinin qeydə alınmış başqa bağ sahəsi ilə üst-üstə düşdüyünə istinad etməklə, müraciətdən imtina etdiyini, sahəsi 0,10 ha olan 6209 saylı bağ sahəsinin X3 adına qeydiyyata alındıqdan sonra sıraca ondan sonra gələn 6210 saylı bağ sahəsinin də özəlləşdirildiyini, X1 adına olan bağ sahəsinin ölçüsü ona məxsus bağ sahəsinin ölçüsündən fərqli olaraq 0,12 ha deyil, 0,10 ha olduğundan, 6210 saylı bağ sahəsinin koordinatları 6209 saylı bağ sahəsinin ərazisinə sürüşdürülərək, qeydiyyata alındığını, 6210 saylı bağ sahəsinin koordinatlarının yenidən öz yerinə keçirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən məsələnin həllindən imtina olunaraq, məhkəməyə müraciət olunmasının tövsiyə edildiyini, 6210 saylı bağ sahəsindən sonra boş ərazinin yerləşdiyini və həmin bağ sahəsinin öz yerinə keçirilməsinin başqa şəxslərin maraqlarına toxunmadığını, uyğunsuzluğun aradan qaldırılması ilə bağlı cavabdeh orqana müraciət edilsə də, cavabdeh təşkilatın xxxx 2017-ci il tarixli məktubla məsələnin həllindən imtina etdiyini bildirərək, Ləhiş bağ massivində BTK 241-də yerləşən 6210 saylı bağ sahəsinin qeydiyyatının 6209 saylı bağ sahəsinin ərazisinə düşən hissədə ləğv edilməsi və 0,12 ha ölçüdə 6209 saylı bağ sahəsinə dair qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qə rar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-382/2018 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı bağ sahəsinin koordinatlarının dəyişdirilməsi, üçüncü şəxsin adına qeydiyyatın qismən ləğv edilməsi və bağ sahəsinə dair adına qeydiyyatın aparılması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iş üzrə mütəxəssis rəyinin verilməsi ilə bağlı 60 manat xərc bərabər nisbətdə iddiaçıdan və cavabdehdən tutulmuşdur(hakim – R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2695/2018 saylı qərarı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) cavabdeh Daşınmaz Əm lakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil1, üçüncü şəxs X4 və vəkili Vəkil2 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edil ərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı müvafiq bağ sahəsinə dair çıxarış almaq məqsədilə 1 saylı Bakı Ərazi İdarəsinə xxxx 2017-ci il və xxxx 2017-ci il tarixlərdə müraciət etmiş, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən sənəd üzrə torpaq sahəsinin 280,0 kv.m hissəsi digər fiziki şəxs olan X2 mülkiyyətində olan (reyestr nömrəsi - **********24) torpaq sahəsi ilə, iddia edilən naturada göstərilən torpaq sahəsinin 0,094 ha hissəsi X1 (reyestr nömrəsi **********54) torpaq sahəsi ilə üst-üstə düşür, bundan əlavə, müvafiq bağ sahəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilmiş və qanuni qüvvəyə minməsi barədə İdarədə məlumat aşkar edilmədiyindən, ərizələrin icrası mümkün olmamış, məhkəmə tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 7.1, 8, 9, 11.1, 12.1-ci maddələrinin tələbləri pozulmuşdur. Üçüncü şəxs X4 Bala qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, işə baxılarkən irəli sürdükləri tələblər nəzərə alınmamış, Nümayəndə2a rəsmi alqı-satqı müqaviləsinə əsasən 6210 saylı bağ sahəsini almış və həmin bağ sahəsi əvvəlki məhkəmə mübahisələrinin predmetini təşkil etməmiş, işə baxılarkən isə onun mənafeləri nəzərə alınmamış, ona İddiaçı hər-hansı bi r iddiası olması üçün sonuncunun subyektiv hüququ yoxdur, İddiaçı əsassız və qanunsuz olaraq 6210 saylı bağa iddia etməklə və faktiki olaraq bir hissəsini qanunsuz olaraq zəbt etməklə, onun konstitusion mülkiyyət hüquqlarını pozur, məhkəmə qərarı ilə üçüncü şəxsin hüquqlarına müdaxilə edilmiş, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi ilə nəzərdə tutulmuş mülkiyyyətin müdafiəsi hüququ pozulmuş, həmin bağ sahəsinin “koordinatlarının öz yerinə sürüşdürülməsi” tələbi hər-hansı hüquq normasına uyğun olmamaqla əsassızdır, iddiaçının tələbi məhkəmə aktına əsaslandığından hazırkı iddiaya lüzum yox idi. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Əraz i İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apardığını və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Ərazi İdarəsinin dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğunu qeyd etməklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X4 və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə icl asının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməs inin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil1, üçüncü şəxs X4, vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx tarixli, 2-1(103)-2695/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6209 saylı bağ sahəsinin sərhədləri 3 tərəfdən mişar daşı ilə hasarlanmış, torpaq sahəsinin ölçüsü 0,1291 ha təşkil edir, üzərində tikili mövcud deyildir, İdarənin elektron kadastr baz a məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 280 kv.m hissəsi 6210 saylı mülkiyyətdə olan bağ sahəsi ilə üst-üstə düşür, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xxxx 2018-ci il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinə əsasən torpaq sahəsinə yerində baxış keçirilmiş və göstərilən torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüş, ölçülmüş ərazinin ümumi sahəsi 1.291 kv.m-dir, ölçmə işlərinin nəticəsi kameral şəraitdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin elektron bazasında dəqiqləşdirilmış, o cümlədən Bakı ətrafı bağların ilkin arxiv sənədləri DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində saxlandığı üçün müraciətdəki sualı cavablandırmaq məqsədi ilə həmin İdarəyə göndərilmiş sorğuya cavab olaraq iddia edilən v ə naturada göstərilən torpaq sahəsınin 0,094 ha hissəsi **********54 reyestr nömrəsi ilə X1 adına qeydiyyatdan keçdiyi, verilmiş koordinatlar daxilində olan sahənin 0,022 ha hissəsinin isə digər vətəndaşın adına qeydiyyatdan keçmiş **********24 reyestr nömrəsi ilə üst-üstə düşdüyü, “xxxx” MMC-nin elektron bazasına əsasən iddia edilən və naturada göstərilən torpaq sahəsinə reyestr nömrəsi **********54 olan çıxarış və X3 adına xxxx 2011-ci il tarixli **********3548 kadastr planı verildiyi, torpaq sahəsinin digər hissəsinin isə reyestr nömrəsi **********24 olan çıxarış və X1 xxxx 2011-ci il tarixli, **********3549 nömrəli kadastr planı ilə üst-üstə düşdüyü bildirilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, 6208, 6209 və 6210 saylı bağ sahələri bir h asar daxilində yerləşir və konkret olaraq bağ sahələri ayrı-ayrılıqda hasarlanmadığından, üst-üstə düşüb-düşmədiyi görünmür, X3 bağ nömrəsində müvafiq dəyişiklik Sabunçu rayon məhkəməsinin müvafiq qətnaməsi ilə aparılsa da, həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv olunduqdan sonra daşınmaz əmlakın dövlət reyestrində onun əsasında aparılmış dəyişiklik hələ də qalmaqdadır, hazırkı mübahisənin yaranmasına da səbəb məhz bu haldır, torpaq sahələrinin ölçülərində də fərq mövcuddir (0,10 ha və 0.12 ha), məhkəmə qətnaməsi ləğv edildikdən sonra Ləhiş bağ massivindəki 6209 və 6210 saylı bağ sahələrinin koordinatlarında dəyişikliyə və sxematik xəritədə uyğunsuzluğa yenidən baxılmalı və daşınmaz əmlakın dövlət reyestrində həmin bağlara dair qeydiyyat ilkin hüquqmüəyyənedici sən ədlər (order, cizgi və s.) əsasında aparılmalıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırkı işin faktiki və məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, iddiaçının qeyd etdiyi 6209 nömrəli bağa dair arxiv sənədlərinə əsasən, iddiaçının atası X1 adına Ləhiş bağ sahəsində 241 saylı BTK nəzdində 6209 saylı bağın ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 1994-cü il xxxx tarixli, 1085 saylı Sərəncamı mövcuddur və bağların addan-ada keçirilməsi barədə bağ məsələləri üzrə komissiyanın yığıncağının 1994-cü il xxxx tarixli, 61 saylı protokoluna əsasən, X1 adı siyahıya daxil edilmiş, bağ sahəsinin koordinatları 24 1 saylı Bağ Tikinti Kooperativinə ayrılmış torpaq sahəsinin ərazisində yerləşir, sxematik xəritədə göstərilən koordinatlara uyğundur, 6209 saylı bağın X3 adına qeydə alınmasına gəldikdə, X1 icarəyə verilmiş 6206 saylı bağ sahəsinin 6209 hesab edilməsi barədə iddiasını onunla əsaslandırmışdı ki, onun sağındakı bağ sahəsi 6208, solundakı bağ sahəsi 6210 saylı bağlardır. Onun bağı 6209 olduğu halda, 6206 göstərilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2010-cu il xxxx tarixli, 2(008)2617/2010 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, lakin İddiaçı şikayəti əsasında həmin qətnamənin qanuniliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il xxxx tarixli, 2(103)-1873/2016 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin 2010-cu il xxxx tarixli, 2(008)-2617/2010 nömrəli qətnaməsi ləğv edilmiş, Məcid Məlikovun iddia tələbi rədd edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, istər iddiaçı, istərsə də maraqlı şəxs ayrı-ayrı bağları istifadə edirlər. Bağ sahələrinin hər iki tərəfin istifadəsində olması ilə bağlı mübahisə mövcud deyildir. Onların bağ sahələrini özəlləşdirmək hüquqları vardır. Ona görə də yaranmış problem reyestr xidməti tərəfindən aradan qaldırılmalı və bağ sahələri onların sahiblərinin adına rəsmiləşdirilməlidir. Ortaya çıxan texniki səbəblər reyestr xidməti tərəfindən aradan qaldırıla bilər və buna mane olan hallar yoxdur. Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il xxxx tarixli, 2(103)-1873/2016 nömrəli qərard adı ilə həmçinin Sabunçu Rayon Məhkəməsinin 2010-cu il xxxx tarixli, 2(008)-2617/2010 nömrəli qətnaməsinin icrasında dönüş edilərək həmin qətnaməyə əsasən verilmiş icra sənədi əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində X3 adına aparılmış qeydin ləğv edilməsi qərara alınmışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinın, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyes trindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xxxx 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezid entinin xxxx 2008-ci il tarixli, 27 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. Qaydaların 1.4-cü bəndinə əsasən ünvan reyestri daşınmaz əmlakın vahid kadastrının tərkib hissəsi olmaqla, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Qaydaların 1.5-ci bəndinə əsasən ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həy ata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi həmin qanunun 8.0.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfındən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, həmçinin müvafiq Qanunun 8.0.2-ci maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifıkatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər əsas sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilir. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası 6208, 6209 və 6210 saylı bağ sahələrinin bir hasar daxilində yerləşdiyini və konkret olaraq bağ sahələrinin ayrı-ayrılıqda hasarlanmadığını, X3 bağ nömrəsində müvafiq dəyişikliyin Sabunçu rayon məhkəməsinin müvafiq qətnaməsi ilə aparılsa da, həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv olunduqdan sonra daşınmaz əmlakın dövlət reyestrində onun əsasında aparılmış müvafiq dəyişikliyin hələ də saxlanıldığını, hazırkı mübahisənin yaranmasına da məhz bu halın səbəb olduğunu, torpaq sahələrinin ölçülərində də fərqlərin mövcud olduğunu (0,10 ha və 0.12 ha) nəzərə alaraq, həmçinin hazırkı iş üzrə məhkəmə qərarları ilə mübahisənin digər hissələrdə konkret və qəti olaraq həll edilmədiyini, bağ sahəsinə dair adına qeydiyyatın aparılması barədə iddiaçının müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulduğunu, iddiaçı və üçüncü şəxsin qanuni əsaslarla bağ sahələrindən istifadə etdiklərini, hüquqların qeydiyyatı zamanı yaranan texniki xarakterli problemlərin aradan qaldırılmasının isə məhz cavabdehin xidməti vəzifəsi olduğunu nəzərə alaraq kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətlərinin dəlilləri isə əsassı z olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2695/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2695/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar