Məhkəmə qərarları › İş №2-1(102)-1173/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1173/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1173/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar söz: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qar şı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-293/2020 saylı, 16.01.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiаçı İddiaçı xx.xx.1962-ci ildə anadan olmuş, 1977-ci ildən 1981-ci il ilədək Bakı dəniz kollecində təhsil almış, 18.02.1982-ci ildən bu günə kimi müxtəlif vəzifələrdə, həm keçmiş SSRİ ərazisində, həm Azərbaycan Respublikasında, həm də Türkmənistan Respublikasında çalışmışdır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cava bdeh 18.04.2019-cu il tarixli cavab məktubu ilə ona imtina cavabı verərək bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan yaşı (60) olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyil. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək təhsil aldığı və Türkmənistan Respublikasında işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə, 57 yaşından güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, işlədiyi vəzifələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəri cilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-İi siyahıya uyğundur. Belə ki, 2 №-li Siyahının 23003010 kodun 2-ci bəndinin “b” yarımbəndində güzəştli pensiya hüququ verən vəzifələr kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş Azərbaycan Respublikasının 1996-cı il 21 may tarixli 78-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin sazişin müddəalarına əsasən Türkmənistan Respublikasındakı əmək fəaliyyəti iddiaçının iş stajına daxil edilməlidir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.11.2019-cu il tarixli, 2-1(81)2394/2019 nömrəli qərarına əsasən, iddia təl əbi təmin edilmiş, iddiaçının təhsil aldığı, Türkmənistan Respublikasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona 57 yaşından güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.11.2019-cu il tarixli, 2-1(81)2394/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.01.2020-ci il tarixli, 21(103)-293/2020 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.11.2019-cu il tarixli, 2-1(81)2394/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixinədək 25 il 8 ay 3 gün ümumi sığorta stajı var. Onun üzən gəmilərdə motros və əsasən kapitan kimi çalışdığı vəzifələr ağır iş şəraitinə aid olunur. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.01.2020-ci il tarixli, 21(103)-293/2020 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiasının təmin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixinədək 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işləmiş ol malı idi. Lakin, iddiaçı qeyd olunan tələblərlə cavab vermir. Kassator, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsini rəhbər tutar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.01.2020-ci il tarixli, 2-1(103)-293/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhk əməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Ali Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.01.2020-ci il tarixli, 2-1(103)-293/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qe yd edir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçı 1977 – 1981-ci illərdə (4 il) Bakı Dəniz Məktəbində təhsil almış, 18.02.1982 – 04.08.1982ci illərdə (5 ay 16 gün) X6 üzən gəmi matrosu, 02.09.1982-10.12.1984–cü illərdə (2 il 3 ay 8 gün) Hidrometroloji və ətraf mühitə nəzarət İdarəsində üzən elmi tədqiqat gəmi kapitanı köməkçisi, 13.12.1984 – 19.01.1990 – cı illərdə (5 il 1 ay 6 gün) X6 üzən gəmi kapitanı köməkçisi; 29.01.1990 -19.04.1993 – cü illərdə (2 il 2 ay 20 gün) X8 üzən gəmi kapitanı köməkçisi, 11.05.1993 – 28.08.1998 – ci illərdə (5 il 3 ay 17 gün) X4 üzən gəmi kapitan köməkçisi, 28.09.1998-24.05.2001-ci illərdə (2 il 7 ay 26 gün) X1 üzən gəmi kapitanı köməkçisi, 01.05.2002–01.05.2009-cu illərdə (01.01.2006-cı il tarixə qədər 3 il 8 ay) E kologiya və Təbii Sərvətlər Nazirliyi Elmi X3 üzən gəmi kapitanı köməkçisi, 02.05.201131.05.2011-ci illərdə (29 gün) həmin gəmidə kapitan köməkçisi, 14.06.2011 – 04.02.2014cü illərdə (2 il 7 ay 20 gün) X6 üzən gəmi kapitanı köməkçisi vəzifələrində çalışmış, iddiaçının əmək kitabçasının tədqiq olunan qeydləri üzrə onun 01.01.2006-cı il tarixinədək 25 il 8 ay 3 gün ümumi sığorta stajı müəyyən olunmuşdur. Apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının 1977-1981-ci illərdə Bakı Dəniz Məktəbindəki təhsil dövrü «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbi baxımından «Vətəndaşların pensiya təyinatı haqqında» Qanunun qeyd olunan 67-ci maddəsinin 3-cü hissəsinin «d» bəndinə əsasən haqlı olaraq onun iş stajına daxil edilmiş, eyni zamanda, 11.05.1993 – 28.08.1998–ci illərdə X4 üzən gəmi heyətində kapitan köməkçisi kimi çalıdığı 5 il 3 ay 17 gün əmək fəaliyyəti də onun sığorta stajına daxil edilmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı 01.01.2006-cı ilə qədər 25 il 8 ay 3 gün ümumi iş stajının - 21 il 8 ay 3 gününü Azərbaycan RespublikasıNazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin»in 2 №-li Siyahısının: XXVİİİ (Nəqliyyat) bölməsinin 3-cü (Dəniz və çay donanması) bəndinin 1-ci («Üzən heyət»; kodu: 2********) yarımbəndə - «Dəniz, çay donanmasının və balıqçılıq donanmasının gəmi heyəti (daim liman akvatoriyas ında işləyən liman gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)» güzəştli pensiya hüququ verən vəzifələrdə çalışmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və gö stəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırınc ıiş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əmə l etməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təmi natı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdeh kassasiya şikayətinin dəlillərində iddiaçının ümumi və güzəştli iş stajının tələb olunandan az olduğunu bildirsə də, işə apellyasiya instansiya məhkəməsində baxılarkən tədqiq olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının 01.01.2006-cı ilə qədər təhsil dövrü də daxil olmaqla 25 il 8 ay 3 gün ümumi və 21 il 8 ay 3 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında ” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 02.11.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir və apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğun a istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilm əmişdir. Beləliklə, qeyd edilənlərə əsasən Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.01.2020-ci il tarixli, 21(103)-293/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar