Məhkəmə qərarları › İş №2-1(102)-1173/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1173/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1173/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (üçüncü şəxs“xxxx” ASC-nin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kompensasiyanın ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (üçüncü şəxs “xxxx” ASC-nin iştirakı ilə) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1343/2021 nömrəli iş üzrə 05.05.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən ver ilmiş kasasiya şikayətinə əsasən işə 23 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (üçüncü şəxs “xxxx” ASC-nin iştirakı ilə) qarşı Mərkəzi Bankından vurulduğu ziyana görə 52000 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

1. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ləğv prosesində olan “xxxx” ASC-nin müştərisidir. 24 aprel 2020-ci il tarixdə iddiaçı banka 52000 ABŞ dolları məbləğində vəsaitin kontragentinə köçürülməsi barədə ödəniş tapşırığı təqdim etmişdir. İddiaçının hesabından çıxarışdan görünür ki, vəsait iddiaçının hesabından silinib, lakin köçürülməyib. Halbuki, Bankın müvafiq vəsaiti mövcuddur. 27 aprel 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Banka müvəqqəti inzibatçı təyin olunub və məhz müvəqqəti inzibatçı 27 aprel 2020-ci il tarixdə iddiaçının vəsaitinin köçürülməsinə qanunsuz olaraq imkan verməyib. Halbuki, məhkəmənin qərarı ilə müvafiq moratorium yalnız 28 aprel 2020-ci il tarixdən tətbiq edilib. 12 may 2020-ci il tarixdə cavabdeh tərəfindən bankın lisenziyası ləğv edilmiş, sonradan isə məhkəmənin qərarı ilə o, müflis elan olunmuşdur. Nəticədə mülki köçürmənin icrası mümkünsüz olmuş, ümumiyyətlə iddiaçı faktiki olaraq vəsaitindən məhrum olunmuşdur. Beləliklə də, müvəqqəti inzibatçının hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçıya köçürü lməmiş məbləğ həcmində (52000 ABŞ dolları) zərər dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Birinci instansiya məhkəməsinin 02.02.2021-ci il tarixli, e-2-1(112)-1392/2021 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 35.3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” AR Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin, Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinə, MPM-nin 254.2, 261.0.1 və 153.2.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayıl mamalıdır.

4. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 02.02.2021-ci il tarixli, e-2-1(112)-1392/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 05.05.2021-ci il tarixli, 2-1(103)-1343/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Elşən Kazımov) qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 02.02.2021-ci il tarixli, e-2-1(112)-1392/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə raz ılaşaraq eyni maddi və prosessual normalara əsaslanmışdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

7. İddiaçının kasasiya şikayəti onunla əsaslanddırılmışdır ki, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin (“Bank”) müştərisidir. 24 aprel 2020-ci il tarixdə iddiaçı Banka 52000 (əlli iki min) ABŞ dolları məbləğində vəsaitin kontragentinə köçürülməsi barədə ödəniş tapşırığı təqdim etmişdir. İddiaçının hesabından çıxarışdan görünür ki, vəsait iddiaçının hesabından silinib. Lakin köçürülməyib. Halbuki, Bankın müvafiq vəsaiti mövcud olubdur. Mülki Məcəllənin 959.2-ci maddəsinə əsasən müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec o lmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın. 27 aprel 2020-ci il tarixdə bundan sonra “Cavabdeh” tərəfindən öz işçisi Banka müvəqqəti inzibatçı təyin olunub. Və məhz müvəqqəti inzibatçı 27 aprel 2020-ci il tarixdə iddiaçının vəsaitinin köçürülməsinə qanunsuz olaraq imkan verməyib. Halbuki, məhkəmənin qərarı ilə müvafiq moratorium yalnız 28 aprel 2020-ci il tarixdən tətbiq edilib. 12 may 2020-ci il tarixdə cavabdeh tərəfindən Bankın lisenziyası ləğv edilmiş, sonradan isə məhkəmənin qərarı ilə o, müflis elan olunmuşdur. Nəticədə nəinki köçürmənin icrası mümkünsüz olmuş, ümumiyyətlə, iddiaçı faktiki olaraq vəsaitindən məhrum olmuşdur (Bank müflis olduğu üçü n ən yaxşı halda illərlə davam edəcək ləğv prosesinin sonunda iddiaçı vəsaitini qismən ala biləcək). Beləliklə də, müvəqqəti inzibatçının hərəkəti/hərəkətsizliyi nəticəsində iddiaçıya köçürülməmiş məbləğ həcmində (52000 ABŞ dolları) zərər dəymişdir. “Banklar haqqında” Qanunun 92-ci maddəsinə əsasən Mərkəzi Bank, X1 Heyətinin üzvləri və digər vəzifəli şəxsləri, habelə həmin Qanuna uyğun təyin edilmiş müvəqqəti inzibatçılar və ləğvedicilər həmin Qanunla müəyyən edilmiş tənzimləmə, nəzarət və ləğvetmə funksiyalarım və vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz əməllərin və ya vicdansız hərəkətlərin nəticəsi olduğu sübut edilməsin.

8. Bütün yuxarıda göstə rilənlərə əsasən iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(103)-1343/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

10. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 01 iyun 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

12. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

15. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublika sı İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

16. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri əsassızdır.

17. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 05.05.2021-ci il tarixli qərardadla və həmin qərardaddan iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etm əyi zəruri hesab edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı müştərisi olduğu “xxxx” ASC-yə müvəqqəti inzibatçı təyin olunmazdan əvvəl, yəni 24.04.2020-ci il tarixdə 52000 ABŞ dollarının kontragentinə köçürülməsi məqsədilə müraciət etdiyi halda, həmin ödənişin təyinat nöqtəsinə çatdırılmamasına, belə ki, həmin dövrdə Mərkəzi Bank tərəfindən banka müvəqqəti inzibatçı təyin olunsa da, Mərkəzi Bankın həmin vəsaitin kontragentə köçürülməsi ilə bağlı razılıq verməməsi və bu barədə hərəkətsizlik göstərməsi nəticəsində ona ziyan vurulduğuna istinad edərək həmin məbləğin (52000 ABŞ dollarının) kompensasiya şəklində ona ödənilməsini tələb edir.

18. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 24.04.2020-ci ildə “xxxx” ASC-yə 52000 ABŞ dolları məbləğində və saitin kontragentinə köçürülməsi ilə bağlı ödəniş tapşırığı vermişdir. Lakin “xxxx” ASC-də 04 mart- 22.04.2020-ci il tarixində aparılmış yoxlamanın nəticələri və bank üzrə kənar audit hesabatları nəzərə alınaraq “Banklar haqqında” Qanunun 57-ci maddəsinə əsasən X1 Heyətinin 27.04.2020ci il tarixli 20 nömrəli qərarı ilə “xxxx” ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir.

19. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Mərkəzi Bankın ərizəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 2-3(103)-126/2020 nömrəli, 28.04.2020-ci il tarixli qərarı ilə Banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilməsi qərara alınmışdır.

20. İddiaçı tərəfindən “xxxx” ASC- yə müvafiq ödəniş tapşırığı 24.04.2020-ci il tarixdə verilmiş və Bank tərəfindən hesabdan silinmə aparılsa da, Bank ödəmə qabiliyyətini itirdiyindən faktiki olaraq köçürməni icra edə bilməmişdir. Eyni zamanda 25- 26.04.2020-ci il tarixləri təqvimdə şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 27.04.2020-ci il tarixdən isə bankın öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edildiyindən əməliyyat başa çatdırılmamışdır. Sonradan isə Bakı Apelyasiya Məhkəməsinin 2-3(103)-132/2020 saylı 14.05.2020-ci il tarixli qərarı ilə “xxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir.

21. Beləliklə, iddiaçı müştərisi olduğu “xxxx” ASC-yə müvəqqəti inzibatçı təyin olunmazdan əvvəl, yəni 24.04.2020-ci il tarixdə 52000 ABŞ dollarının kontragentinə köçürülmə si məqsədilə müraciət etdiyi halda, həmin ödənişin təyinat nöqtəsinə çatdırılmaması nəticəsində ona ziyan vurulduğuna istinad edərək həmin məbləğin (52000 ABŞ dollarının) kompensasiya şəklində ona ödənilməsini tələb edir.

22. Göründüyü kimi hazırkı mübahisənin mahiyyəti tərəflər arasında vurulmuş ziyana görə 52000 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsindən barədədir. Mübahisə xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.

23. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüs usi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.

24. Həmin Qərarın 15.3-cü bəndinə müvafiq olaraq mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhk əməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

26. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasi ya instansiyası məhkəməsinin 05.05.2021-ci il tarixli qərardadı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 95-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli, 21(103)-1343/2021 nömrəli qərardadı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar