Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1173/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (2 may 1960-ci il təvəllüdlü, AZE 0*******, Fin: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2022-ci il tarixli, 2-1(103)-630/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 10 mart 1998-ci il tarixdən "xxxx" QSC-də işə başlamışdır. 10 mart 1998-ci il tarixdən 4 aprel 2006-cı il tarixə qədər elektrik montyoru peşəsində, 18 iyul 2014-cü ilədək elektrik mexaniki vəzifəsində çalışmışdır. 18 iyul 2014-cü il tarixdən 12 iyun 2019-cu il tarixədək "xxxx" QSC-nin elektrik təchizatı xidmətinin elektrik işıqlandırma distansiyasında 9-cu dərəcəli elektrik vəzifəsində işləmişdir.12 iyun 2019-cu il tarixdən elektrik təchizatı xidmətinin elektrik işıqlandırma və kabel şəbəkəsi distansiyasında elektrik mexaniki vəzifəsində işləyir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 2006-cı ildən "xxxx" QSC-nin elektrik işıqlandırma siyahısında elektrik mexaniki vəzifəsi siyahı üzrə göstərilən qabarit-tədqiqat məşğul olan texniklər elektrik mexanikləri vəzifəsinə uyğun deyil. Bu səbəbdəndə güzəştli iş stajınız yoxdur. 4. "xxxx" QSC tərəfindən təqdim olunmuş güzəştli a rayışda iddiaçı 10 mart 1998-ci il tarixdən "xxxx" QSC-nin Elektrik təchizatı xidmətində elektrik montyoru (12% zərərli əmək şəraiti), 4 aprel 2006-cı il tarixdən tuneldə 16 % xüsusi zərərli çoxnövbəli əmək şəraitində elektrik mexaniki vəzifəsində işləyir, bununla da İddiaçı iş növbəsinin 50%- dən çox hissəsi gecə növbəsi təşkil edir. Arayışda həmçinin qeyd olunmuşdur ki, iddiaçı tuneldə kabel işlərinin aparılması zamanı ölçmə işləri ilə məşğul olur, onun işlədiyi elektrik mexanik vəzifəsi üzrə iş şəraiti “qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər”in iş şəraiti ilə eynilik təşkil edir. (Qabarit-tunel, tədqiqat-tuneldə aparılan ölçmə işləri). İddiaçı Ağamusa oğlunun 23 sentyabr 2021-ci il tarixə güzəştli iş stajı 15 il 05 ay 21 gün təşkil etdiyi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL ED İLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 15 iyul 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə daha iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 60 yaşdan, yəni 2 may 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin 2 may 2020-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1998-ci il tarixdən etibarən "xxxx" QSC-də işləyir, onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələrin güzəştli olmasını təsdiq edən arayışda mövcuddur. İddiaç ı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun işlədiyi vəzifənin Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifəyə uyğun olmadığı bildirilərək, müraciətin təmin olunmasından imtina olunmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin (hakim O.Həsənov) 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8590/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşdan, yəni 2 may 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin 2 may 2020ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şə rtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil də, məhz onun pensiya hüququ yarandığı tarixdən, yəni 2 may 2020-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b. apell yasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər E.E. Nağıyeva-sədrlik edən, A.P.Oruczadə və C.A.Yusifov) 1 mart 2022-ci il tarixli, 21(103)-630/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında 4 aprel 2 006-cı il tarixdən işlədiyi elektrik mexaniki vəzifəsi ayrıca Siyahıda göstərilməsə də, həmin Siyahıda nəzərdə tutulmuş "qabarir-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri" vəzifəsinin iş şəraiti ilə eynilik təşkil edir. Bu hal onun əmək fəaliyyətini icra etdiyi müəssisə tərəfindən qəbul olunmuş və hər iki funksional vəzifənin (işin) eyniliyi müvafiq güzəştli arayışda əks olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 60 yaşının tamam olduğu 2 may 2020-ci il tarixədək 25 ildən artıq ümumi və 12 il 06 aydan artıq güzəştli sığorta stajı olduğundan və onun iş stajı əmək kitabçası və arayışlar ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur.
17. Cavabdeh məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayar aq bildirir ki, iddiaçının işlədiyi elektrik montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər (21.5) bəndində nəzərdə tutulmamışdır. Bundan başqa həmin arayışda 4 aprel 2006-cı il tarixdən bu günədək adıçəkilən müəssisənin elektrik işıqlandırma distansiyasında elektrik mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi vəzifə yuxarıda müvafiq qərarla təsdiq edilmiş siyahı üzrə göstərilən qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaç ının güzəştli iş stajı yoxdur. kassasiya şikayətinə etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar g östərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Şikayətdə apellya siya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələri nin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından 25 ildə çox ümumi iş stajın a o cümlədən işəgötürən tərəfindən 12 il 6 aydan çox əmək şəraiti zərərli olan iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda," (21 Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndi) nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən onun 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
27. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzə rdə tutulmuş şərtlər iddiaçı tərəfindən ödənildiyindən o, hazırkı məzmunda tələb irəli sürməkdə haqlı olmuşdur.
28. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2022-ci il tarixli, 21(103)-630/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.