Məhkəmə qərarları › İş №2-1(102)-1173/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1173/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1173/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin geri götürülməsi səbəbi ilə kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “dövlət vəsaiti hesabına inşa edilmiş yeni fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)541/2023 nömrəli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Zaqatala rayon Göyəm kəndində yerləşən, Orucova (Vəliyeva) Sevər Qurban qızı, X4 və X1 ümumi birgə mülkiyyətində olan 0,075 ha həyətyanı torpaq sahəsində yerləşən, 2012-ci ilin may a yında Zaqatala rayonunda baş vermiş zəlzələdən yararsız hala düşmüş, iddiaçıya məxsus, 1991-ci ildə inşa etdiyi fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yeni fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1743/2023 nömrəli qərardadı ilə Orucova (Vəliyeva) Sevər Qurban qızı, X4 və X5 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(116)-1743/2023 nömrəli qəra rı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. İddiaçı xx.xx.2023-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək Zaqatala rayon Göyəm kəndində yerləşən 2012ci ilin may ayında Zaqatala rayonunda baş vermiş zəlzələdən yararsız hala düşmüş, 1991ci ildə inşa etdiyi fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yeni fərdi yaşayış evinin ½ hissəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia tələbinin dəqiqləşməsi barədə iddia icraata qəbul edilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının xx.xx.2023-cü il tarixli, 21(107)-541/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1743/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilmişdir.

8. Üçüncü şəxs Sevər Orucova həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya icraatı zamanı üçüncü şəxs X9 Məhkəməyə ərizə təqdim edərək kassasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər haqqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir. Maddə

110. Prosessual xərcləri ödəmək vəzifəsi 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir.... 110.4. Yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Maddə

111. Prosessual xərclərin bölüşdürülməsi... 111.3. Şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur.... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Şikayətdən imtina barədə ərizə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

12. İPM-in 97.1-ci maddəsinin tələbindən göründüyü kimi, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.

13. Şikayətdən imtina həmin normanın, həmçinin İPM-in 97.2-ci maddəsinin tələblərinə uyğundur.

14. İcraat üzrə prosessual xərclərə dair məsələ İPM-in 110.4 və 111.3-cü maddələrinə uyğun olaraq h əll edilir.

15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətinin qaytarılması barədə ərizə təmin edilir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iş üzrə kassasiya icraatına xitam verilir. İzah edilir ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Kassasiya icraatı üzrə prosessual xərclər üçüncü şəxs X2 aid edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar