Məhkəmə qərarları › İş №2-1(102)-1174/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1174/2019

23.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1174/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlə t Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2784/2018 saylı iş üzrə 13 dekabr 2018ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin 094516 saylı, 28 noyabr 2017ci il tarixli məktubu ilə İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Cavabdeh inzibati orqan imtin asını onunla əsaslandırmışdır ki, iddiaçının dövlət qulluğunda olan 23 il 5 ay iş stajına uyğun olaraq 17.03.2008-ci il tarixdən 15.09.2016-cı ilədək DSMF-nin Binəqədi rayon şöbəsinin müdir müavini işlədiyi vəzifə əsas götürülməklə, həmin tarixdən ona 665,46 manat məbləğində 2-ci qrup əlilliyə görə dövlət qulluçusu kimi əmək pensiyası hesablanaraq ödənilmiş, 17.03.2008-ci ildən 15.09.2016-cı ilədək olan müddətdə işlədiyi üçün “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə uyğun olaraq pensiyanın yalnız baza hissəsi ödənilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 may 2008-ci il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 29, 71,72-ci maddələrinə uyğun olaraq iddiaçının 2004-cü ildə aldığı 11275,16 manat (56375800 AZM), 2005-ci ildə 13170,64 manat (65853200 AZM) əmək haqlarına və 01.01.2006-cı ilədək 27 il 9 ay iş stajına uyğun olaraq pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-6581/2017 saylı, 28 dekabr 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 2004-cü ildə aldığı 11.275,16 manat (56375800 AZM), 2005-ci ildə 13170,64 manat (65853200 AZM) əmək haqlarına və 01.01.2006-cı ilədək 27 il 9 ay iş stajına uyğun olaraq əmək pensiyasının yenidən hesabla nması və ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-724/2018 saylı, 24 aprel 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-6581/2017 saylı, 28 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-1(102)1742/18 saylı, 17 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-724/2018 saylı, 24 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2784/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – C.A.Yusifov, hakimlər – V.M.Ağayev və A.B.Nuriyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-6581/2017 saylı 28 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilərək İddiaçı 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq, 2004-2005-ci illərdə “Texnomost” LİM-də dövlət quluqçusu olmayan vəzifədə işlədiyi zaman aldığı əmək haqqı əsas götürülməklə, 15.09.2016-cı il tarixdən əlillik pensiyasının tam məbləğinin yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkə məsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, məhkəmələr işin hallarına düzgün qiymət verməmiş, hüquq normalarını pozmaqla iddianı təmin etmişlər. İddiaçı qeyd olunan illərdə aldığı əlillik pensiyası qanuna uyğun şəkildə hesablanıb ödənilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçıya 3 saylı Zona TSEK tərəfindən 2-ci qrup əlillik dərəcəsi 05.05.2008-ci il tarixdə təyin olunmuşdur. Həmin vaxtdan da ona əlillik pensiyası təyin olunduğu və işləyən pensiyaçı kimi pensiyanın yalnız baza hissəsinin ona öd ənildiyi işin mübahisələndirilməyən hallarını təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunu həmin vaxt qüvvədə olan normaları ilə aşağıdakılar nəzərdə tutulurdu: 13.1. əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin İİ qrup əlillərə 100 faizi həcmində müəyyən edilir. 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir. 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın sığortaolunanın bu Q anunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 27.2. Bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün or ta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 37.3; 37.3.2. İşləyən əmək pensiyçılarına əlilliyə görə əmək pensiyası, himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan, yalnız baza hissəsindən ibarət olmaqla ödənilir. 37.5. Əlliyə görə əmək pensiyaçılarına təyin olunmuş əmək pensiyası tam məbləğdə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən as ılı olmayaraq ödənilir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən 2004-2005-ci illərdə “Tenomost” LİM-də əvəzçiliklə maliyyə hesabatları üzrə mühasib vəzifəsində işləməsi və həmin illərdə aldığı əmək haqqına dair 20.06.2008-ci il tarixli arayış pensiyasının hesablanması üçün cavabdehə təqdim olunmuşdur. Lakin sonuncu tərəfindən qanunveriliyin qeyd olunan tələbləri qaydasında tam pensiya məbləği hesablanmalı olduğu, işləyən pensiyaçı kimi yalnız həmin pensiyanın baza hissəsi ona ödənilməli olduğu halda, baza hissə ona verilsə də, pensiyanın sığorta hissəsi ilə birlikdə tam məbləği üzrə hesablama aparılmamışdır. O, 15.09.2016-cı ildə işdən azad olunduqdan sonra da cavabdeh pensiyanın tam məbləğini hesablayarkən də qeyd olunan arayışı və onun marağını nəzərə almamış, 2004 -2004-ci illərdəki əmək haqqı nəzərə alınmaqla dövlət qulluqçusu olmayan pensiya hesablamaq əvəzinə, əsassız olaraq onun əlillik pensiyasının tam məbləğini dövlət qulluğu vəzifəsi üzrə aldığı əmək haqqından hesablanmış, bununla da qanunvericiliyin qeyd olunan tələblərini və müvafiq olaraq iddiaçının hüquqlarını pozmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2784/2018 saylı iş üzrə 13 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar