Məhkəmə qərarları › İş №2-1(102)-1174/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1174/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1174/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin cavabdeh qarşı iş üzrə Açar söz: kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili iştirakı ilə, İddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin cavabdeh qarşı (üçüncü şəxslər - Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Üçüncü şəxs ) kompensasiya ödənilərək cavabdeh və qeydiyyatda olan şəxslər tərəfindən fərdi yaşayış evinin boşaldılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2082/2019 nömrəli, 22.10.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 02.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 saylı, 29.12.2018-ci il tarixli qərarına əsasən, iddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti, Ünvan ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi müəyyən edilmiş, cavabdeh göstərilən ünvanda yerləşən daşınmaz əmlakın mülkiyyətçisi olduğuna görə ona kompensasiya ödənilməklə əmlakın satın alınması barədə bildiriş göndərilmiş, lakin cavabdeh təklif olunan kompensasiyanı almaqd an imtina etmişdir. İddiaçı, iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Ünvan ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və Ünvan ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 229480 manat məbləğində kompensasiya ödənilərək cavabdeh tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2019-cu il tarixli, 2-1(81)1476/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2019-cu il tarixli, 2-1(81)-1476/2019 saylı qərarının ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.10.2019-cu il tarixli, 2-1(103)-2082/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2019-cu il tarixli, 2-1(81)-1476/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası iddiaçının təklif etdiyi kompensasiya məbləğini ədalətli hesab etmiş və qeyd etmişdir ki, iddiaçı, ona məxsus fərdi yaşayış evinin kv.m. 4000-5000 manat məbləğində olduğunu bildirsə də bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 22.10.2019-cu il tarixli, 2-1(103)-2082/2019 saylı qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı kompensasiya məbləğini düzgün hesablamamış, qanunvericiliklə satın almaya məruz qalmış şəxsin çətinliyə görə iddiaçıya məxsus və sökülməli olan yaşayış sahəsinin ümumi məbləğinin 10 faizi məbləğində kompensasiya nəzərdə tutulsa da iddiaçı orqan tərəfindən bu nəzərə alınmamışdır. Bundan başqa, iddiaçı real bazar qiymətindən dəfələrlə az məbləğdə kompensasiya təklif etmiş, eləcə də fərdi yaşayış evinin və həyətyanı sahənin ümumi sahəsinin ölçülərini azaltmaqla ödəniləcək kompensasiya məbləğini də azaltmışdır. Kassator, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1, 10, 7.3.1, 66.4-cü, Mülki Məcəllənin 246.5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.10.2019-cu il tarixli, 2-1(103)-2082/2019 saylı qərarının ləğv olunması və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Məhkəmə kollegiyası işə cavabd eh və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.10.2019-cu il tarixli, 2-1(103)-2082/2019 saylı qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halla rı ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus və sökülməli olan Ünvan ünvanında yerləşən yaşayış evi cavabdehin 26.10.2006-cı il tarixində vəfat etmiş anası X1 1987-ci il tarixindən mülkiyyətində olmuşdur. Evdə iddiaçı və ailə üzvləri qeydiyyatda olmaqla yaşayırlar. Texniki pasporta əsasən fərdi yaşayış evinin sahəsi 205 kv.m, həyəti 85.8 kv.m., cəmi 289.3 kv.m. təşkil edir. İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 saylı 29.12.2018-ci il tarixli qərarının icrası məqsədi ilə cavabdehə məxsus sözügedən yaşayış evini qiymətləndirmiş və 228480 manat məbləğində kompensasiyanı cavabdehə təklif edərək evin boşaldılmasını xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş X2 məxsus Ünvan ünvanda yerləşən yaşayış evi üçün “X” MMC tərəfindən tərtib edilmiş 18 yanvar 2019-c u il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən cavabdehə məxsus Ünvan ünvanda yerləşən yaşayış evinin yaşayış sahəsi 170,29 kv.metr göstərilməklə əsas sahəsi - 82.86 kv metr, köməkçi sahə - 33.52 kv metr, tavanı uçmuş giriş - 15.7 kv metr, tavanın bir hissəsi uçmuş otaq - 15.93 kv metr, tavanı uçmuş dəhliz - 14.91 kv metr, istismara yararsız dəhliz - 4.23 kv metr, istismara yararsız san. qov. - 3.14 müəyyən edilmiş sahə 228480 manata qiymətləndirilmiş, 2 aylıq kirayə və köçmək xərci 1000 manat, ümumilikdə kompensasiya məbləği cəmi 229480 manat müəyyən edilmişdir. Cavabdeh Xoğlu kompensasiya məbləğini ədalətli hesab etmir. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən Ali Məhkəmə Kollegiyası qeyd edir ki, işə əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportund a yaşayış sahəsi 203,1 kv.m., 18 yanvar 2019-cu il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”da isə 170,29 kv.m. göstərildiyi halda apellyasiya instansiya məhkəməsi bu ziddiyətə münasibət bildirməmiş və bununla bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmə kollegiyası bununla bağlı əlavə olaraq qeyd edir ki, sözügedən texniki pasportda fərdi yaşayış evinin sahəsi həyətyanı sahə ilə birlikdə 288,9 kv.m olsa da, iddiaçı tərəfindən həmin sahənin yalnız 170,29 kv.m hissəsi üçün kompensasiya təklif edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətində göstərilən ziddiyətlərlə bağlı dəlili irəli sürmüş, apellyasiya instansiya məhkəməsi isə cavabdehin bu dəlilinə münasibət bildirməmişdir. Bununla yanaşı, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin texniki pasporta göstərilən və id diaçının sahibliyində olan 85 kv.m torpaq sahəsinə dair iddiaçı tərəfindən hər hansı bir kompensasiya təklif olunmamışdır. Halbuki, həmin torpaq sahəsi cavabdehin mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin ayrılmaz hissəsi olan texniki pasportunda qeyd olunmuşdur. Belə ki, işdən göründüyü kimi cavabdehin qanuni istifadəsində olan ümumi 288,9 kv.metr torpaq sahəsinin üzərində 203,1 kv.metr yaşayış sahəsi mövcuddur və 85 kv.metr boş torpaq sahəsi var. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası mübahisə predmeti barədə qeyd etməyi zəruri hesab edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzə rində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 52.2-ci maddəsinə əsasən, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün verilir: 52.2.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; 52.2.2. alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; 52.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Həmin Qanunun 66.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Həmin Q anunun 66.2-ci maddəsinə əsasən, çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. Həmin Qanunun 66.3-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. Həmin Qanunun 66.4. Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.1. 5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 66.4.2. 6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 66.4.3. 7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 66.4.4. 8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 66.4.5. 9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçının hərəkətlərini təhlil etdikdə məlum olur ki, cavabdeh sözügedən yaşayış sahəsində 10 ildən artıq müddət yaşadığına görə kompensasiya hesablanarkən ona təklif edilən kompensasiyanın 10 faizi məbləğində çətinliklə bağlı ödəniş də nəzərə alınmalı idi. Lakin, iddiaçı həmin ödənişi kompensasiya hesablanması zamanı nəzərə almamış, beləliklə qeyd edilən normaların tələblərini pozmuş, apellyasiya instansiya məhkəməsi isə göstərilənləri nəzərə almadan iddiaçının mövqeyini əsaslı hesab etmiş v ə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Halbuki, “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hes ab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutları, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan əsaslandırılmamış qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə m əlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Göstərilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.10.2019-cu il tarixli, 2-1(103)-2082/2019 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi iş materiallarında olan texniki pasport və qiymətləndirmə hesabatı arasındakı ziddiyəti aradan qaldırmalı, fərdi yaşayış evinin və həyətyanı sahənin ümumi sahəsinin müəyyən edilməsi üçün yerli baxış keçirməli, zəruri olduqda bu məqsədlə mütəxəssis cəlb etməli, alınan sahənin həcmini dəqiq müəyyən etməli, həmçinin iddiaçı orqanın sözügedən torpağı almasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”a Azərbaycan Respublikası Qanununa və “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə uyğun olub-olmadığını müəyyən etməli və nəticədə əsaslı qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.10.2019-cu il tarixli, 2-1(103)-2082/2019 saylı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar