Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1174/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)-762/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. NZ ******* №-li hərbi biletə əsasən iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.
2. İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: -xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər X5 İdarəsinin Kür ağzı Balıqçılıq Təsərrüfatı İdarəsində 3-cü dərəcəli fəhlə; -xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər Kür ağzı Balıqçılıq İdarəsinin Hövzə təsərrüfatında maşinist; -xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər “QEQ” X2 İdarəsində 3-cü dərəcəli və 4-cü dərəcəli boruçəkən; xx.xx.1983-cü ildən xx.xx.1996-cı ilə qədər “Qafqazenerjiquraşdırma” X1 İdarəsində 3-cu, 4-cü və 5-ci dərəcəli texnoloji boru kəməri quraşdırıcısı; -xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə qədər Abşeron Quraşdırma İdarəsində 5-ci dərəcəli quraşdırıcı çilingər; -xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə qədər Abşeron Quraşdırma İdarəsində 5-ci və 6-cı dərəcəli quraşdırıcı-çilıngər; -xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə qədər AZFEN Birgə Müəssisədə quraşdırıcı; -xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə qədər Metal-Qaynaq-Sınaq ASC-də quraşdırıcı; -xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə qədər AZFEN Birgə Müəssisədə 6 -cı dərəcəli konstruksiya quraşdırıcı; -xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilə qədər "xxxx" MMC-də 6-cı dərəcəli quraşdırıcı; -xx.xx.2009-cu ildən xx.xx.2012-ci ilə qədər "xxxx" ASC-də 6-cı dərəcəli quraşdırıcı; -xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilə qədər "xxxx" MMC-də Ağırmaşınqayırma zavodunun 1 №-li Quraşdırma sahəsinin hazırlanma bölməsində 6-cı dərəcəli quraşdırıcı -xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilə qədər X3 6-cı dərəcəli konstruksiya quraşdırıcısı; -xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə qədər “X6 Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində borucu briqadirinin köməkçisi işləmiş; -xx.xx.2019-cu ildən hal-hazıra kimi "xxxx" MMC-də metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı vəzifəsində işləyir. 3. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 01-EP/524 nömrəli arxiv arayışına əsasən iddiaçı xx.xx.2009-cu ildə Sumqayıt Texnologiyalar Parkının “Tikinti Layihəsi”nin Quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı peşəsinə işə qəbul edilib, xx.xx.2012-ci ildə peşə və dərəcəsi saxlanılmaqla Ağır Maşınqayırma zavodunun 1 №-li Quraşdırma sahəsinin Hazırlanma bölməsinə keçirilmişdir və xx.xx.2012-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarması ilə ) əmək müqaviləsinə xitam verilib. Göstərilən peşə, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarının XXVİİ. Bina, q urğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə quraşdırıcılar 2290000a—14612 saylı şifrəsinə əsasən (xx.xx.2009- xx.xx.2012-ci illər) xüsusi zərərli əmək şəraiti hesab edildiyinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 29 il, 02 ay, 11 gün. 4. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli güzəştli arayışına əsasən iddiaçı xx.xx.1981ci ildə, QAFQAZENERJİQURAŞDİRMA (KEM) X2 İdarəsinə, boru kəmərlərinin quraşdırılması üzrə 3-cü dərəcəli çilingər işinə qəbul edilmişdir. xx.xx.1983-cü ildə, boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 4-cü dərəcə almışdır. xx.xx.1983-cü ildə Abşeron Quraşdırma İdarəsinin Mingəçevirdə yerləşən quraşdırma sahəsində işləmək üçün ezamiyyətə göndərilmişdir. xx.xx.1989-cu ildə texnoloji boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 4-cü dərəcə almışdır. xx.xx.1994-cu ildə boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 5-ci dərəcə almışdır. xx.xx.1996-cı ildə ƏMnin 37-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2001-ci ildə Abşeron Quraşdırma İdarəsində, əmək müqaviləsi bağlanaraq, boru kəmərlərinin quraşdırılması üzrə 5-ci dərəcəli çilingər işinə qəbul edilmişdir. xx.xx.2001-ci ildə əmək müqaviləsi bitdiyinə görə işdən azad edilmişdir. xx.xx.2001-ci ildə əmək müqaviləsi bağlanaraq boru kəmərlərinin quraşdırılması üzrə 5-ci dərəcəli çilingər işinə qəbul edilmişdir. xx.xx.2002-ci ildə boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 6-cı dərəcə almışdır. xx.xx.2002-ci ildə əmək müqaviləsinin vaxtı başa çatdığına görə işdən azad edilm işdir. İşlədiyi sahələrin (qazan və turbin) zərərli sahələr olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı qərarına (fəsil 2q) əsasən güzəştli şərtlər ilə təqaüdə çıxmağa uyğun hesab edirlər. xx.xx.2001-ci ildə Abşeron quraşdırma idarəsinin adı dəyişdirilərək Enerjiquraşdırma KEM ASC olmuşdur.
5. X4 xx.xx.2020-ci il tarixli, AZF-2020/19/K nömrəli güzəştli arayışına əsasən iddiaçı Azfen BM-in layihələrində dəniz platformaları üst tikililərinin polad-dəmir konstruksiyalarının quraşdırılmasında, emalatxanada detalların hazırlanmasında, platformanın üzərində yerləşən modulların və polad-dəmir konstruksiyaların quraşdırılmasında, avadanlıq quraşdırıcısı kimi platformaların üzərində olan avadanlıqların quraşdırılmasında, avadanlıqların istismara verilməsində i şləmişdir. Onun X3 güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: -xx.xx.2002-xx.xx.2004-cü ilə qədər X4 Azf-063 layihəsində quraşdırıcı peşəsində 02 il 02 ay 18 gün (iki il iki ay on səkkiz gün) çalışmışdır; -xx.xx.2007-xx.xx.2008-ci ilə qədər X4 Azf-073 layihəsində konstruksiya quraşdırıcı peşəsində 01 il 01 ay 10 gün (bir il, bir ay, on gün) çalışmışdır; -xx.xx.2014-xx.xx.2018-ci ilə qədər X4 Azf-086 layihəsində konstruksiya quraşdırıcısı peşəsində 03 il 10 ay 5 gün (üç il, on ay, beş gün) çalışmışdır. Cəmi 07 il, 02 ay, 03 gün (yeddi il, iki ay, üç gün). Onun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş «Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar» bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. 6. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 45 nömrəli arayışına əsasən iddiaçı "xxxx" MMC-də xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək quraşdırıcısı işində, bilavasitə çənlərin, rezervuarların, buxar qazanlarının daxilində polad borularının quraşdırılması işləri ilə tam 8 (səkkiz) saatlıq iş günü ərzində, iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin edilmi şdir. İddiaçının icra etdiyi - rezervuarların, bakların, mazut sistemlərinin və polad borularının quraşdırılması üzrə boru quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası NK-nin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 35-ci bölməsinə uyğundur. 7. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 122 nömrəli güzəştli arayışına əsasən iddiaçı xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək "xxxx" MMC-nin 1 nömrəli Ağır maşınqayırma zavodunun Quraşdırma sahəsinin Hazırlanma bölməsində 6-cı dərəcəli quraşdırıcı çilingər peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarının 24-cü fəslinə ə sasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün staj: 1 (bir) il 4 (dörd) ay 19 (on doqquz) gün təşkil edir. 8. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, HR-2020/BOS/GHA/R-00/3894 nömrəli güzəştli arayışına əsasən iddiaçı BOS Şelf MMC-də xx.xx.2019-cu il tarixdən bu günədək metal Konstruksiyaların Quraşdırılması üzrə quraşdırıcı peşəsində işləyir. BOS Şelf MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü "stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şər tlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən iddiaçının güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçının BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 1 il 5 ay 8 gün təşkil edir.
9. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh 18 noyabr 2020-ci il tarixli, **********5 nömrəli məktubla pensiya təyin edilməsindən imtina edərək bildirmişdir ki, onun güzəştli iş stajı 12 il 6 aydan az (8 il 6 ay 24 gün) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 60 yaşının tamam olduğu 05 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququnun yarandığını nəzərə alaraq, ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 60 yaşının tamam olduğu 5 avqust 2020-ci il tarixə ümumi əmək (sığorta) stajı 35 il 5 ay, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə isə sığorta stajı 32 il 8 ay 12 gün təşkil edir. Bundan sonra da işini davam etdirir. Ona görə də "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə ona 60 yaşına çatdığı vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyi n edilməlidir.
12. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasından aydın olur ki, iddiaçı müxtəlif tikinti-quraşdırma müəssisələrində “boruçəkən çilingər”, “quraşdırıcı çilingər”, “quraşdırıcı”, “metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” peşələrində çalışmışdır. İddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahının aşağıdakı bölmələrinə istinad edir: “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsi (********) 2290000a—14612: polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar; “XXXİİİ. Ümumi peşələr” bölməsi (********). 23200000—11618: qazla kəsicilər; 23200000—19906: əl ilə qaynaq aparan elek trik qaynaqçıları. İddiaçının bina, qurğu və obyektlərin inşası sahəsində çalışdığı aydındır. NK-nın məlum Qərarı il təsdiqlənmiş 2 saylı Siyahının 27-ci bölməsində “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” peşəsi öz əksini tapmışdır. İddiaçıya məxsus əmək kitabçasında yalnız X3 xx.xx.2002-xx.xx.2004-cü (02 il 02 ay 18 gün) illərdə “quraşdırıcı”, xx.xx.2007- xx.xx.2008-ci (01 il 01 ay 10 gün) və xx.xx.2014-xx.xx.2018-ci (03 il 10 ay 05 gün) illərdə “konstruksiya quraşdırıcı” peşəsində çalışdığı (cəmi 07 il 02 ay 03 gün) qeyd edilib. Eyni zamanda, "xxxx" MMC-də 11 mart 2019-cu il tarixdən “metal konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsində çalışdığı müəyyən edilir. İddiaçının 60 yaşının tamam olduğu tarixə (yəni 05 avqust 2020ci ilə) ola n müddət - 01 il 04 ay 24 günə bərabərdir. Göründüyü kimi, iddiaçının yalnız bu iki müəssisədə çalışdığı peşələr “2290000a— 14612” kodu altında nəzərdə tutulmuş peşəyə - “polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar" peşəsinə uyğun gəlir. Lakin bu dövr 12 il 6 aydan az (08 il 06 ay 27 gün) təşkil edir. Məlum 2 saylı Siyahının 27-ci bölməsində “boruçəkən çilingər”, “quraşdırıcı çilingər” peşələri nəzərdə tutulmayıb. Digər tərəfdən, 33-cü Bölməyə istinad etməkdə haqlı deyildir. Belə ki, iddiaçının istinad etdiyi kodlar altında nəzərdə tutulmuş peşələrdə çalışması müəyyən edilmir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3582/2021 nömrəli, qərarı il ə (hakim Ş.Həsənova) iddia təmin edilmiş, xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" B.M., "xxxx" MMC, "xxxx" MMC, "xxxx" tərəfindən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlara əsasən iddiaçının xx.xx.1989-cü ildən xx.xx.1994-ci ilə kimi "xxxx" ASC-də işlədiyi texnoloji boru kəmərlərinin quraşdırıcısı, xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə kimi, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə kimi, xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilə kimi "xxxx" Birgə Müəssisəsində işlədiyi quraşdırıcı və konstruksiya quraşdırıcısı, xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə qədər Metal-Qaynaq-Sınaq ASC-də işlədiyi quraşdırıcı, xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilə kimi "xxxx" MMC-də işlədiyi quraşdırıcı, xx.xx.2009-cu ildən xx.xx.2012-ci ilə kimi "xxxx" ASC-də işlədiyi quraşdırıcı, xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək "xxxx"-də işlədiyi metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsində nəzərdə tutulmuş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsi və vəzifəsinə uyğundur və 60 yaşının tamam olduğu günə güzəştli iş stajı 12 il 6 aydan artıq, yəni 20 il 7 ay 26 gün təşkil edir.
15. Cavabdeh h əmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 21(103)-762/2022 nömrəli qərarı ilə (hakimlər: E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və C.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KAS SASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayəti imtina məktubu və iddia ərizəsinə verilmiş etirazın mətninə uyğun tərtib olunmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıs ı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən q urulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsində nəzərdə tutulmuş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar)
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSA SİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araş dırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
29. Qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1. iddiaçının 60 yaşının tamam olması; 2. 25 il ümumi iş stajının mövcud olması; 3. 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
30. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçının 5 avqust 2020-ci il tarixdə 60 yaşı tamam olmuş, 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıq olmuşdur. İdd iaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 68961,54 manat olmaqla ona münasibətdə tələb olunan 39200,00 manat məbləğindən artıqdır.
31. İddiaçının işlədiyi müəssisələr, yəni "xxxx" ASC, "xxxx" ASC, "xxxx" B.M., "xxxx" MMC, "xxxx" MMC, "xxxx" tərəfindən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlar təqdim edilmişdir. Arayışlara əsasən iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsində nəzərdə tutulmuş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsi və vəzifəsinə uyğundur.
32. Beləli klə, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (5 avqust 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. 3
3. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 21(103)-762/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.