Məhkəmə qərarları › İş №2-1(102)-1174/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1174/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1174/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-323/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışa əsasən iddiaçı xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 26 dekabr 2019-cu il tarixli “Ölkəyə idxal olunmuş Qazaxıstan Respublikası istehsalı olan “Bars” markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyən edilməsi barədə” ekspert rəyinə əsasən, ekspert qarşısında qoyulmuş Qazaxıst an Respublikası istehsalı olan “Bars” markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyən edilməsi” sualına cavab olaraq malların topdan və pərakəndə qiymətləri müəyyən edilərək cədvəldə göstərilmişdir.

3. Cavabdeh tərəfindən verilmiş arayışa əsasən, vergi ödəyicisinin adı İddiaçı MMC, obyektin kodu – **********-29001, obyektin adı – Anbar, arayışın məzmunu bu ərizənin 3-cü bölməsində göstərilən vergi ödəyicisinin (filialın, nümayəndəliyin, təsərrüfat subyektinin (obyektinin) ləğvi barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Bu qərara əsasən ləğv tarixini bildirmişdir. Ləğv tarixi xx.xx.2019-cu il göstərilmiş, ləğvin səbəbi vergi ödəyicisinin fəaliyyətinə xitam verildikdə qeyd edilməlidir.

4. İddiaçı tərəfindən təqdim edilmiş 2019-c u il vergi dövrü üzrə mənfəət vergisi bəyannaməsinə əsasən 200.1-ci bənddə malların təqdim edilməsindən gəlir 887.719,96 manat, 221.3-cü bənddə xammal və materiallar 859.306,20 manat, 234-cü bənddə cəmi gəlirdən çıxılan xərclər 875.297,84 manat, 247-ci bənddə ödənilməli mənfəət vergisi məbləği (sət.243-sət.244-sət.245-sət.246) 2,343.05 manat göstərilmişdir.

5. Mənfəət vergisinin bəyannaməsinə 1 nömrəli Əlavəyə əsasən 1.3.2-ci bənddə dövr ərzində daxil olmuş mallar 859.306. 20 manat, təqdim edilmiş, silinmiş, ləğv edilmiş, mallar 859.306.20 manat göstərilmişdir.

6. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********145773 nömrəli qərarı iddiaçı üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. 7. xx.xx.2021-ci il tarixli, **********145826 nömrəli “Səyyar vergi yoxlamas ı” aktına əsasən, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2021-ci il tarixdə başa çatdırılmış, xx.xx.2021-ci il tarixli, **********146818 nömrəli qərarla 30 gün müddətinə, xx.xx.2021-ci il tarixli, **********9147851 nömrəli qərarları qərarla 30 gün müddətinə uzadılmış, yoxlamanın nəticələrinə əsasən 2019-cu il mənfəət vergisi üzrə 42336,86 manat, 2020-ci il mənfəət vergisi üzrə 158964,79 manat, 2019-cu il əlavə dəyər vergisi üzrə 41810,99 manat, 2020-ci il üzrə 248142,59 manat, 2019-cu il ödəmə mənbəyindən tutulan vergi üzrə 392,00 manat, 2018-ci il vergi hesabatının və arayışın vaxtında verilməməsi üzrə 0,00 manat, 2019-cu il vergi hesabatının və arayışın vaxtında verilməməsi üzrə 0,00 manat, ümumilikdə 491647.23 manat vergi məbləği müəyyən edilmişdir. 8. “Vergi ödəyicisin in və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********148942 nömrəli qərara əsasən, Azərbaycan Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrinə əsasən 2019-cu il mənfəət vergisi üzrə 42336,86 manat, 2020-ci il mənfəət vergisi üzrə 158964,79 manat, 2019-cu il əlavə dəyər vergisi üzrə 41810,99 manat, 2020-ci il üzrə 248142,59 manat, 2019-cu il ödəmə mənbəyindən tutulan vergi üzrə 392,00 manat, 2018-ci il vergi hesabatının və arayışın vaxtında verilməməsi üzrə 0,00 manat, 2019-cu il vergi hesabatının və arayışın vaxtında verilməməsi üzrə 0,00 manat, ümumilikdə 491647,23 manat vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birin ci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********148942 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, hesablama zamanı Cəmiyyətin gəlirlərinin hansı hesablama bazası əsasında müəyyən edildiyi barədə heç bir məlumat verilməmişdir. **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın 1.8-ci bəndində Cəmiyyət tərəfindən idxal edilmiş Qazaxıstan Respublikası istehsalı olan “Bars” markalı elektrik akkumulyatorla rının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, ********** saylı məktubu əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən ekspert dəvət olunmaqla ekspertiza təyin edilməsi və ekspert tərəfindən “elektrikli akkumulyatorların real bazar satış qiymətlərinin müəyyən edilməsi barədə” xx.xx.2019-cu il tarixli ekspert rəyinin verilməsi qeyd edilmişdir. Bundan başqa, **********45826 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın 1.9.3 və 1.9.4-cü bəndlərində isə ekspert və mütəxəssisin dəvət edilmədiyi qeyd edilmişdir. Yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən, yoxlamanın başlaması tarixindən əvvəl mövcud olmuş, digər bir ekspert rəyi əsas götürülərək əlavə hesablamalar aparılmışdır. Elektrikli akkumulyatorların təsnifat üzrə amper vahidləri eyni olsa da, onların digər texniki göstəriciləri fərqli ola bilər. Bu kimi məsələlərin müəyyən edilməsi üçün xüsusi texniki biliklər tələb olunur. **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın 11-ci səhifəsində qeyd edilmişdir ki, VM-nin 14.6.3-cü maddəsinə istinad edilmiş və bu maddənin 14.6.3.1 və 14.6.3.2-ci alt maddələrinin tətbiq edilməsi mümkün olmadığı qeyd edilmişdir. Halbuki, VM-nin 14.6.3.2-ci maddəsinə əsasən dəyərin toplanması üsuluna əsasən, yəni bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanması mü mkündür. Burada səyyar vergi yoxlamasını keçirən vergi orqanın tərəfindən hansı səbəblə tətbiqi mümkün olan və qanunvericiliyin tələbinə görə ardıcıllıq prinsipi pozularaq 14.6.3.2-ci maddə tətbiq etmədən ondan sonrakı, yəni 14.6.3.3-cü maddə tətbiq edilmişdir. Səyyar vergi yoxlaması keçirilən zaman yuxarıda qeyd edilmiş 67-ci maddə nəzərə alınmamış, əlaqəli məlumatların və ya vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları barədə heç bir məlumatın olub-olmaması yoxlanılmamış, bu istiqamətdə qanunvericiliyin tələbi və səyyar vergi yoxlamasının keçirilməsi qaydaları çərçivəsində heç bir sənədləşmə aparılmamışdır. Beləliklə, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməs i qaydalarının tətbiqi ciddi şəkildə pozulmuş və birbaşa VM-nin 14-cü maddəsinə əsasən “bazar qiymətləri ilə ödənilməli olan verginin məbləği” üsulu seçilmişdir. Hətta yoxlamanı həyata keçirən orqan tərəfindən VM-nin 14-cü maddəsi seçilməsinə baxmayaraq, heç bu maddədə nəzərdə tutulmuş konkret halların hansının və necə seçildiyi barədə heç bir qeyd aparılmamışdır. **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı” xx.xx.2021-ci il tarixdə tərtib edilsə də, Cəmiyyətə elektron poçt vasitəsi ilə xx.xx.2021-ci il tarixində təqdim edilmiş və bununla da, Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbi ciddi şəkildə pozulmuşdur. Tərtib edilmiş **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”-da və xx.xx.2021-ci il tarixli, **********148942 nömrəli məsuliyyətə cəlb qərarında Cəmiyyətin bü dcəyə ödənilməli olan ƏDV məbləğlərinin yayındırıldığı, VM-nin 166-cı maddəsi üzrə aylar üzrə düzgün müəyyən edilməməsi qeyd edilmişdir. Cəmiyyətin təqdim etdiyi malların zamanı və vaxtı müəyyən olmadığı halda səyyar vergi yoxlamasını keçirən orqan tərəfindən VM-nin 166-cı maddəsi hansı formada və necə 166-cı maddənin tələbləri tətbiq edilmişdir. Digər məqam isə ondan ibarətdir ki, yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən, “Qazaxıstan” istehsalı “Ekonom sinif və bazarda xüsusi satış çəkisinə və qudvil-inə sahib olmayan elektrik akkumulyatorların satışından, hansı hesablama nəticəsində 853 000 manat məbləğində malın 1 891 000 manata təqdim edilməsi, təxmini 1 038 000 manat mənfəət əldə etməsi, başqa sözlə ifadə edilsə təxmini 121% ticarət əlavəsi ilə fəaliyyət göstərməsi qənaətinə g əlinmişdir ki, bu da öz növbəsində absurddur. **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”nda 2019 və 2020-ci illər üzrə Cəmiyyətin xərcləri (aktda qeyd edilmiş mənfəət vergisi üzrə bəyannamənin 221.4-cü sətri) azaldılmış və bu barədə necə və niyə azaldıldığı müəyyən edilməmiş və heç bir qeyd aparılmamışdır. Bu halda, səyyar vergi yoxlamasını həyata keçirən orqan tərəfindən Cəmiyyətin təqdim etdiyi malların maya dəyəri hansı üsulla (FİFO, LİFO, orta dəyər) müəyyən edilməsi də, müəyyən deyil. Yoxlamanı həyata keçirən vergi orqanın rəhbəri tərəfindən xx.xx.2021-ci il tarixində **********148942 nömrəli məsuliyyətə cəlb qərarı **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın surətini özündə əks etdirmişdir. **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”nda qeyd edilm iş məqamlar xx.xx.2021-ci il tarixində **********148942 nömrəli məsuliyyətə cəlb qərarına köçürülmüşdür. Bundan başqa, xx.xx.2021-ci il tarixində **********148942 nömrəli məsuliyyətə cəlb qərarında Cəmiyyətin şikayəti eyni qaydada birə-bir köçürülmüş, lakin şikayətin mahiyyəti üzrə qeyd edilmiş məqamlara heç bir münasibət bildirilməmişdir. Cəmiyyət 2019-cu il ərzində Qazaxıstan Respublikasından 859 306.20 manatlıq “Bars” markalı elektrik akkumulyatorları idxal etmişdir. Yoxlanılan dövr ərzində şirkət başqa mal, iş və xidmət almamışdır. Lakin, səyyar vergi yoxlaması ilə şirkətə ümumilikdə 574 081.48 manat vergi və maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə deyilsə, şirkətə idxal etdiyi malların 67 faizi məbləğində vergi hesablanmışdır. Belə ki, 2019-cu il üzrə təqdim etdiyi mənfəət verg isi bəyannaməsində gəlirlərinin 887 719,96 manat olması bəyan edilmişdir. Lakin, vergi orqanı tərəfindən 2019 və 2020-ci illər üzrə gəlirlərinin 1.891.353,22 manat olması qənaətinə gəlinmişdir. Vergi orqanının məntiqi ilə məsələyə yanaşılsa elə çıxır ki, şirkətin idxal etdiyi 859 306.20 manatlıq mallar üzrə 1 891 353,22 manat gəlir əldə etmişdir ki, bunun nəticəsində də, şirkətə 574 081.48 manat vergi və maliyyə sanksiyası hesablansın. İdxal edilmiş 859 306.20 manatlıq malların 2.2 dəfə və ya 220% marja ilə satılması qeyri-mümkündür. Təkcə bu qeyd edilənlər yoxlama ilə hesablanan vergilərin qanunsuz olmasından xəbər verir. 2019-cu il üzrə tərəflərindən təqdim olunmuş mənfəət vergi bəyannaməsində gəlirlərinin 887 719,96 manat, xərcləri isə 875 297,84 manat olması qeyd olunsa da, səyyar verg i yoxlaması ilə müəssisənin gəlirinin 512 783,28 manat, xərclərinin isə 288 676,84 manat olması qənaətinə gəlinərək, 42 336,86 manat əlavə mənfəət vergisi 21 168,43 manat maliyyə sanksiyası hesablanılmışdır. Şirkət xx.xx.2019-cu ildən fəaliyyətini 5 il müddətində dayandırmış və həmin tarixdən obyektini vergi uçotundan çıxararaq 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsini təqdim etmişdir. Mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci sətrində dövr ərzində daxil olmuş və təqdim olunmuş malların dəyərinin 859306,20 manat olması qeyd olunmuş, eyni zamanda dövrün sonuna heç bir qalığı qalmamışdır. Həmçinin səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində də qeyd edilmişdir ki, vergi ödəyicisinin ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinə baxış keçirilmiş və həmin ünvanda müəs sisənin faktiki fəaliyyətinin olmadığı müəyyən olunmuşdur. Yəni şirkət 2019-cu ildə idxal etdiyi malları həmin ildə də, təqdim etmiş və 2020-ci ildə fəaliyyət göstərməmişdir. Lakin, səyyar vergi yoxlaması ilə şirkətlərinə 2020-ci il üzrə heç bir fəaliyyətinin və mal qalıqları olmamasına baxmayaraq, 158 964,79 manat məbləğində mənfəət vergisi hesablanmış və 79 482,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, şirkətlərinin 2020-ci ildə gəlirləri 1 378 569,94 manat, xərcləri isə 583 746 manat, əldə olunmuş mənfəəti 794 823.94 manat olmuşdur. Qeyd edilən rəqəmlərin haradan götürüldüyü isə səyyar vergi yoxlaması aktında açıqlanmamışdır. Həmçinin 2019 və 2020-ci il üzrə şirkətlərinə səyyar vergi yoxlaması ilə ƏDV-nin 289 953,58 mana t azaldılması və 109 299,59 manat artıq hesablanması qənaətinə gəlinərək, yalnız azaldılmış məbləği 50%-i həcmində 144 976,80 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. Nəticədə isə 180 653,99 manat ƏDV hesablanmış və 90 327,01 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2020-ci il üzrə hesablanan vergilərin və tətbiq edilən maliyyə sanksiyalarının cəmi 556 011,29 manat təşkil edir. Halbuki, 2020-ci ildə şirkətləri heç bir fəaliyyəti olmamışdır, lakin hesablanan vergilərin əksər hissəsi 2020-ci il üzrə olmuşdur. Səyyar vergi yoxlaması aktında bununla bağlı heç bir açıqlama olmadığından qeyd edilən məbləğdə hesablamanı heç cür anlaya bilmirlər. Səyyar vergi yoxlaması xx.xx.2021-ci ildə başlanılmış və xx.xx.2021-ci ildə başa çatmışdır. Lakin, səyyar vergi yoxlaması aktını n 1.8-ci bəndində qeyd edilmişdir ki, Cəmiyyət tərəfindən idxal edilmiş Qazaxıstan Respublikası istehsalı olan “Bars” markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən ekspertiza keçirilmiş və ekspert tərəfindən xx.xx.2019-cu il tarixli rəy verilmişdir. Səyyar vergi yoxlaması başlanılmadan öncə ekspertizanın keçirilməsi həm absurtdur. Həm də, Vergi Məcəlləsinin 44-cü maddəsinə ziddir. Həmçinin səyyar vergi yoxlaması aktının 1.9.4-ci bəndində qeyd edilmişdir ki, ekspertiza aparılmamışdır. Göründüyü kimi, səyyar vergi yoxlaması aktının bir tərəfində yazılır ki, ekspertiza keçirilmiş və ekspert rəyi əlavə olunur, digər tərəfində isə qeyd olunur ki, ekspertiza keçirilməmişdir. İstinad olunan ekspertiza rəyi onlara təqdim edilməmişdir.

11. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, yoxlanılan dövrdə müəssisə elektrik akkumulyatorların topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı müəssisə tərəfindən qismən təqdim olunmuş sənədlərə, vergi orqanında olan uçot baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, ekspert rəyinə, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə münasibətdə mənfəət vergisinin 42336,86 manat məbləğində azaldıldığı müəyyən edilmişdir. Yoxlama zamanı müəssisə tərəfindən təqdim edilmiş bəyannamədə ümumi gəlirin 374936,68 manat, malın dəyəri üzrə xərclərin 589421,0 manat məbləğində artıq göstəril məsi, icarə haqqının isə (fiziki şəxslər üzrə) 2800,0 manat az göstərilməsi müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 108-ci və 130-cü maddələrinin tələbləri pozularaq mənfəət vergisinin 42336,86 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 21168,43 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə tərəfindən 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Yoxlama zamanı müəssisənin 2020-ci il üzrə ümumi gəlirinin 1378569,94 manat və xərclərinin (malın dəyəri) 583746,0 manat təşkil etməsi müəyyən edilmiş, əldə edilmiş 794823,94 manat mənfəətdən 158964,79 manat mənfəət v ergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 79482,40 manat (158964,79 x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etdikdən sonra **********0 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almış və bildiriş xx.xx.2018-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama zamanı müəssisə tərəfindən yoxlamaya ilkin sənədlər tam təqdim edilmədiyindən Qazaxıstan Respublikasından idxal olunmuş və təqdim edilmiş müxtəlif markalı “Bars” elektrik akkumulyatorlarının bazar qiymətlərinin öyrənilməsi zərurəti yaranmışdır. Ve rgi Məcəlləsinin 14.6.3-cü maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işlərə, xidmətlərə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddədə göstərilən qiymətləndirmə üsullarından biri ilə müəyyənləşdirilə bilər. Yoxlama zamanı Vergi Məcəlləsinin 14.6.3.1-ci və 14.6.3.2-ci maddələrini tətbiq etmək mümkün olmadığından bu Məcəllənin 14.6.3-cü maddəsinə əsasən bazar qiymətinin müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilməsinə ehtiyac yaranmışdır. Ona görə də vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektrik akkumulyatorlarının real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə həmin Məcəllənin 44-cü maddəsinə əsasən ekspert qarşısında ölkəyə idxal olunmuş Qazaxıstan Respublikasının istehsalı olan “Bars” markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyənləşdirilməsi ilə bağlı sual qoyulmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin xx.xx.2019-cu il tarixli ekspert rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 859 nömrəli ekspert arayışı akta əlavə olunmuşdur. Vergi orqanına təqdim edilmiş bəyannaməyə əsasən müəssisə tərəfindən yoxlanılan dövr üçün ümumilikdə büdcəyə ödənilməli ƏDV 62892,28 manat, büdcədən qaytarılmalı ƏDV isə 57512,31 m anat müəyyən edilmişdir. Yoxlama zamanı ekspert rəyi nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən xx.xx.2020-cı il tarixədək olan dövr üzrə vergi orqanına təqdim olunmuş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanılmış və yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə münasibətdə 180653,99 manat kənarlaşma aşkar edilmişdir. Eyni zamanda yoxlanılan dövrdə müəssisə tərəfindən (2019-cu ilin yanvar, fevral və 2020-ci ilin dekabr ayları) ƏDVnin aylar üzrə düzgün müəyyən edilməməsi nəticəsində verginin 289953,58 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmalı verginin azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 144976,80 manat (289953,58 x 50%) maliyyə sanksiyası tətbiq edilmişd ir. Yoxlama ilə müəssisə tərəfindən elektron qaimə-faktura təqdim edilmədən pərakəndə qaydada akkumulyatorların satışından əldə edilən gəlir Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən müəssisənin fəaliyyət göstərdiyi sonuncu ayın, yəni 2020-ci ilin dekabr ayının ƏDV bəyannaməsində əks etdirilmişdir. Vergi orqanında olan baza məlumatlarına əsasən müəssisə xx.xx.2019-cu il tarixli 01 nömrəli müqaviləyə əsasən fərdi sahibkar X1 məxsus Sumqayıt şəhəri, Bakı-Quba yolunun sol tərəfi ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürməklə, 400 manat məbləğində aylıq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müəssisə tərəfindən yoxlanılan dövr ərzində daşınmaz əmlakın icarə haqqının ödənilməsinə baxmayaraq Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada ödəmə mənbəyində verginin tutulması və büdcəyə köçürülməsi təmin olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 392,0 manat azaldılmasına görə 50%-i miqdarında, yəni 196,0 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən müəssisə tərəfindən vergi hesabatını və ya nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyi üçün 280 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********148942 nömrəli qərara əsasən vergi ödəyicisinə mənfəət vergisi üzrə 201301,65 manat məbləğin yayındırılmasına görə 100650,83 manat maliyyə sanksiyası, ƏDV üzrə 289953,58 manat məbləğin yayındırılmasına görə 90327,01 manat maliyyə sanksiyası, vergi hesabatını və ya nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyi üçün 280 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

12. Cavabdeh tərəfindən etiraza əlavə təqdim olunaraq bildirilmişdir ki, vergi qanunvericiliyində yoxlamanın gedişində təyin edilməyən ekspertiza üzrə tərtib edilmiş rəydən yoxlama zamanı istifadə edilməsi ilə bağlı hər hansı məhdudiyyət mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsi vergi orqanına əldə edilən mənbəyi bəlli olan hər hansı məlumatlar əsasında vergini hesablamaq hüququ vermişdir. Yoxlama zamanı istinad edilən ekspert rəyi məhz Vergi Məcəlləsinin 67.1.9-cu maddəsində qeyd edilən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan əlaqəli məlumatlardır. Belə ki, iddiaçı səyyar vergi yoxlamasına yoxlamanın aparılması üçün sənədləri tam təqdim etmədiyindən vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsində qeyd edilən hüququndan istifadə edərək əlaqəli məlumatlardan istifadə etməklə verginin hesablanmasını həyata keçirmişdir. Zərurət yarandığı halda iddiaçının da, ərizəsində qeyd etdiyi kimi səyyar vergi yoxlaması zamanı ekspertizanın təyin edilməsi ilə bağlı qərar qəbul edilməli, barəsində yoxlama aparılan şəxs həmin qərarla təmin edilməli, həmçinin səyyar vergi yoxlaması ekspert rəyi yoxlamaya təqdim edilənədək müvəqqəti dayandırılmalı idi. Lakin səyyar vergi yoxlaması aktından müəyyən edildiyi kimi yoxlama xx. xx.2021-ci il tarixdə başlanılaraq xx.xx.2021-ci il tarixdə başa çatdırılma və ekspertizanın keçirilməsi ilə bağlı dayandırılmamışdır. Başqa sözlə desək, səyyar vergi yoxlamasının gedişində ekspertiza təyin edilmədiyindən iddiaçının ərizəsində 14-cü maddənin tətbiqi ilə bağlı qeyd etdiyi dəlillər əsassızdır.

13. Bakı İnzibati Məhkəməsinin 6 may 2022-ci il tarixli, 2-1(112)-2250/2022 nömrəli qərarı (hakim A.A.Abdullayeva) ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********148942 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüqu q normaları düzgün tətbiq edilməmişdir. Belə ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********145773 nömrəli qərarına əsasən növbədənkənar səyyar vergi yoxlaması aparılmış, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Cavabdeh səyyar vergi yoxlaması aktında səyyar vergi yoxlamasının müddət uzadılması barədə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarların olmasını göstərmiş, həmin qərarların surəti məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən qərarların əsaslı olmasını, həmin müddətlərə əməl olunmasını müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etiraz ərizəsində də, səyyar vergi yoxlamasının müddətinin uzadılmasına əsas olmuş hallar barədə mötəbər sübu tlar təqdim edilməmişdir.

15. Bundan başqa, “Səyyar vergi yoxlaması aktı”nın 1.8-ci bəndində İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********767000 saylı məktubu əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən ekspert dəvət olunmaqla, ekspertiza təyin edildiyi, ekspert tərəfindən elektrik akkumulyatorlarının real bazar satış qiymətlərinin müəyyən edilməsi barədə” xx.xx.2019-cu il tarixli ekspert rəyi verildiyi qeyd edilsə də, aktın 1.9.3-cü və 1.9.4-cü bəndlərində isə ekspertiza aparılmaması və mütəxəssis dəvət edilməməsi göstərilmişdir. İş materiallarında isə belə bir qərarın mövcudluğu müəyyən edilməmişdir.

16. Bundan başqa, cavabdeh tərəfindən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmaması, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplanmasının mümkün olmaması ilə bağlı dəlillər, yəni konkret olaraq həmin Məcəllənin 14.6.3.3-cü maddəsinin tətbiq edilməsini zəruri edən hallar sübuta yetirilməmişdir. Həmin maddənin tətbiqini zəruri edən hallar mövcud olduqda belə, bu maddənin tətbiqi iddiaçı üzrə yoxlama aparıldığı xx.xx.2021-xx.xx.2021-ci il dövrlərdə olmalı idi. Belə ki, iş materiallarında olan səyyar vergi yoxlamasında istinad edilmiş ekspert rəyi iddiaçı üzrə yoxlama aparılan xx.xx.2021-xx.xx.2021-ci il dövrlərindən öncə, xx.xx.2019-cu il tarixdə tərtib olunmuşdur.

17. Cavabdeh məhkəməyə təqdim edilmi ş etiraza əlavədə Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə istinad etsə də, məhkəmə göstərmişdir ki, Vergi Məcəlləsinin sözügedən maddəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlarını nəzərdə tutmuş, həmin Məcəllənin 67.2-ci maddəsində isə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün həmin maddədə göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ekspert rəyinin iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olması müəyyən edilməmişdir. Sözügedən ek spert rəyi digər vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsi nəticəsində əldə olunmuş məlumat olduğu təqdirdə isə, bu mübahisəli qərarın qəbul edilməsinə əsas olmuş səyyar vergi yoxlaması aktında öz əksini tapmalı idi. Əksinə səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində cavabdeh tərəfindən Vergi Məcəlləsinin 44-cü maddəsinə istinad edilməklə həmin ekspert rəyi əsas götürülmüşdür. Sözügedən hal isə, bir daha cavabdehin etiraz və etiraza əlavə ərizəsində göstərilən dəlillərinin əsassız olmasına dəlalət edir.

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-323/2023 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 may 2022-ci il tarixli, 2-1(112)-2250/2022 nömrəli qərarı qismən – cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********148942 nömrəli qərarının ödəmə mənbəyində tutulan verginin hesablanması hissəsində ləğv edilməsi hissəsi ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qalan hissədə məhkəmə qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, səyyar vergi yoxlaması aktından aydın görünür ki, səyyar vergi yoxlamasının keçirilməsinə səbəb Azərbaycan R espublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat istintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.1 və 209.3-cü maddələri ilə istintaq aparılan ********* saylı cinayət işi üzrə Qazaxıstan Respublikasında fəaliyyət göstərən “Kaynar AKB” şirkətinin istehsalı olan “Bars” markalı elektrik akkumulyatorlarının sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında statik dəyərinin az göstərilməsi qeyd olunmuşdur. Lakin qeyd edilən hal üzrə yoxlama başlanılsa da, səyyar vergi yoxlaması aktında buna münasibət bildirilməmişdir. Səyyar vergi yoxlaması aktına əsasən vergi orqanı tərəfindən cəmiyyətə 2019-2020-ci illər üzrə mənfəət vergisi, ƏDV, həmçinin ÖMV hesablanmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış mənfəət vergisi və ƏDV üzrə apell yasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq göstərir ki, ekspert rəyinə əsasən ekspertizanın keçirilməsi barədə müqavilə xx.xx.2019-cu il tarixində bağlanılmış, ekspert rəyi isə xx.xx.2019-cu il tarixində təqdim edilmişdir. Səyyar vergi yoxlaması isə xx.xx.2021-ci ildə başlanılmış və xx.xx.2021ci ildə başa çatmışdır. Göründüyü kimi, inzibati orqan yoxlamadan əvvəlki tarixə alınmış ekspert rəyinə istinad edərək vergi ödəyicisi barədə vergi hesablamışdır.

22. Cavabdeh apellyasiya şikayətində həmin ekspert rəyindən VM-nin 67.1.9-cu maddəsinə əsasən mənbəyi bəlli olan məlumatlar kimi istifadə edərək hesablama aparıldığını qeyd etmişdir. Lakin səyyar vergi yoxlaması aktında, həmçinin, məsuliyyətə cəlb qərarında verginin mənbəyi bəlli olan məlumatlar əsasında 67.1.9-cu maddəyə əsasən hesabla ması barədə qeyd yoxdur. Həmçinin, VM-nin 14.4-cü maddəsinin də tələbləri gözlənilməmiş, hazırkı iş üzrə idxal olunan mallar 2019-cu ilin yanvar-iyun aylarında satılmış, ekspert rəyi isə 2019-cu ilin dekabrda verilmişdir.

23. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini tərtib edən eksperti məhkəmə iclasında dindirmiş, habelə məhkəmə kollegiyasının iclasında ekspertin rəy tərtib edərkən istinad etdiyi internet saytlarına girişə cəhd edilmiş, lakin rəydə qeyd edilən heç bir internet saytının mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda sözügedən rəydə qeyd edilən qiymətlərin hansı mənbəyə əsaslanaraq müəyyən edildiyi qeyri-müəyyəndir. Bu hal isə sözügedən ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verir. Beləliklə, vergi orqanı tərəfindən vergi ödəyic isinə 2019-cu il üzrə mənfəət vergisinin hesablanması əsassız olmuşdur. 24. 2020-ci il üzrə hesablanmış mənfəət vergisi üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsindən və ona 1 nömrəli əlavədən göründüyü kimi mallar tamamilə 2019-cu il üzrə vergi ödəyicisi xx.xx.2019-cu ildə fəaliyyətini dayandırdığı dövrə qədər satılmış və dövrün sonuna mal qalığı mövcud olmamışdır. Qeyd edilən mənfəət vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən hər hansı bir kameral yoxlama əsasında uyğunsuzluq aşkar edilməmişdir. Həmçinin, səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində də qeyd edilmişdir ki, vergi ödəyicisinin ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinə baxış keçirilmiş və həmin ünvanda müəssisənin faktiki fəaliyyətinin olm adığı müəyyən olunmuşdur. Belə olan halda xx.xx.2019-cu ildə fəaliyyətini dayandırmış vergi ödəyicisinin yoxlama dövründə də fəaliyyətinin olmaması müəyyən olunduğu halda, 2020-ci ildə fəaliyyət göstərərək 15030 ədəd malı məhz 2020-ci ildə pərakəndə qaydada satması ilə bağlı vergi orqanının qənaəti hər hansı bir əsasa söykənmir.

25. Apellyasiya instansiyası məhkəməsi vergi ödəyicisi barədə hesablanmış ƏDV üzrə qeyd etmişdir ki, 2019-cu ildə ölkəyə idxal olunan 853631,2 manatlıq mallara görə 154409,61 manat dəyərində ƏDV Dövlət Gömrük Komitəsinin hesabına köçürülmüşdür. Həmçinin, satılmış mallara görə müəssisəyə ödənilmiş 34490 manat ƏDV tam şəkildə dövlət büdcəsinə köçürülmüşdür. Bu hallar mübahisələndirilmir. Səyyar vergi yoxlaması aktından görünür ki, ƏDV-nin 2019-cu ilin yanvar ayı üzrə 29843,72 manat, fevral ayı üzrə 11967,27 manat, 2020-ci ilin dekabr ayı üzrə 248142,59 manat olmaqla 289953,58 manat az hesablanması müəyyən olunmuşdur. Həmçinin, 2019-cu ilin aprel ayı üzrə 27539,42 manat, may ayı üzrə ******* manat, iyun ayı üzrə isə 53568 manat olmaqla, cəmi 109299,59 manat artıq hesablanması müəyyən olunmuşdur. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisinin pərakəndə malların satışı ilə bağlı bəyan olunmuş dövriyyəsini 2019-cu ilin aprel, may və iyun ayları üzrə qəbul etməmiş, 2020-ci ilin dekabr ayı üzrə yuxarıda sözügedən ekspert rəyindəki qiymətlərə istinadən yenidən hesablamışdır. Vergi orqanı vergi ödəyicisinin təqdim etmiş olduğu mənfəət vergi bəyannaməsinə və ona 1 nömrəli əlavəyə, mühasibatlıq sənədlərində mal qalığının olmamasına qiymət vermədən elektron qai mə faktura ilə satılan mallardan əlavə malların məhz 2020-ci ildə satılması qənaətinə gəlmiş, həmçinin mötəbərliyi şübhə doğuran ekspert rəyindəki qiymətlər üzrə hesablama aparmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin ödəmə mənbəyindən vergi ilə bağlı dəlili ilə razılaşaraq göstərmişdir ki, Vergi Məcəlləsinin 124.1ci maddəsinə əsasən daşınar və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İşin mübahisəsiz halıdır ki, MMC xx.xx.2019cu il tarixli 01 nömrəli müqaviləyə əsasən fərdi sahibkar X1 məxsus Sumqayıt şəhəri, Bakı - Quba yolunun sol tərəfi ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürməklə, 400 manat məbləğində aylıq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müəssisə fəaliyyətini dayandırana kimi həmin qe yri-yaşayış sahəsindən istifadə etmiş, mallarını orada saxlamışdır. Vergi ödəyicisi həmin qeyri-yaşayış sahəsindən istifadə etdiyini, fəaliyyətini dayandırana kimi mallarını orada saxladığını etiraf etmiş, lakin icarədara icarə haqqını ödəmədiyini əsas gətirərək ÖMV ödəməkdən yayınmışdır. İcarə müqaviləsi vergi hesablanan müddət ərzində qüvvədə olmuş, vergi ödəyicisi mallarını orada saxlamış belə olan halda vergi ödəyicisinin daşınmaz əmlakın icarə haqqı üzrə borcunun olması VM-nin 124.1-ci maddəsinə əsasən vergi ödəməkdən yayınmaya əsas ola bilməz.

27. İddiaçı həmin qərarın iddianın rədd edilən hissəsindən kassasiya şikayəti verməmişdir.

28. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən – ödəmə mənbəyində verginin tutulması istisna olmaqla ləğv edilməsini və iddianın tam rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, iddiaçı tərəfindən 15030 ədəd malın təqdim edilməsi barədə hər hansı sənəd mövcud deyildir. Bu baxımdan ƏDV-nin hesablanması zamanı da malların təqdim edildiyi tarixlər bəlli olmadığı və həmin malların iddiaçının faktiki sahibliyində olmadığı səbəbindən Vergi Məcəlləsinin 67.15-ci maddəsi əsas götürülərək sözügedən mallar yoxlama ilə əhatə olunan sonuncu hesabat dövrü üzrə hesablanmışdır. Malları təqdim edildiyi tarixlər bəlli olmadığı halda məhkəmə kollegiyasının bütün malların məhz 2019-cu ildə təqdim edildiyi qənaətinə g əlməsi sadəcə iddiaçının təqdim etdiyi sənədlərə əsaslanmış, cavabdehin heç bir dəlili nəzərə alınmamışdır. Göründüyü kimi, səyyar vergi yoxlaması aktı ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilmiş, vergi qanunvericiliyin pozulması faktını təsdiq edən sübutlara aydın şəkildə istinad edilmişdir.

30. Məhkəmə kollegiyası bir tərəfdən iş materiallarında mövcud olan “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli ekspert rəyini sübut olaraq mümkün sübut hesab etməmiş və hesab etmişdir ki, inzibati orqan yoxlamadan əvvəlki tarixə alınmış ekspert rəyinə istinad edərək vergi ödəyicisi barədə vergi hesablamışdır. Digər tərəfdən isə məhkəmə kollegiyası sözügedən ekspert rəyini mötəbərliyi üzrə qiymətləndirmişdir. Beləliklə aydın olur ki, məhkəmə kollegiyası sübutların qiymətləndirilməsi zamanı tərəddüddə olmuş və hər bir halda ekspert rəyinin yanlışlarını ortaya qoymağa çalışmışdır. Məhkəmə nəzərə almamışdır ki, sübutlar aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərkən, sübut mümkün hesab edilmədikdə əsaslandırılmalı, daha sonra isə həmin məlumat və ya sənədin mötəbərlik üzrə qiymətləndirilməsi həyata keçirilməməlidir. Bu faktın özü məhkəmənin ədalətli məhkəmə araşdırması hüququnu ciddi pozduğuna işarədir.

31. Məhkəmə kollegiyası tərəfindən icraat zamanı çağırılan və izahatı alınan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti X2 öz izahatında bildirmişdir ki, o elektrik akkumulyatorların 2019-cü ilə aid qiymətləri barədə rəy vermişdir. Məhkəmə kollegiyası isə qeyd olunan şəxsin izahatını təhrif etmiş, ekspert rəy inin verilmə tarixi üzrə hərəkət edərək malların 2019-cu ilin yanvariyun ayları üzrə qiymətləndirilməsinin mümkünsüzlüyünü nəzərə çatdırmağa çalışmışdır.

32. İddiaçı tərəfindən səyyar vergi yoxlaması zamanı elektron qaimə-faktura ilə təqdim edilməmiş 15030 sayda malların təqdim edilməsini təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmiş və həmin malların iddiaçının sahibliyində olması da səyyar vergi yoxlaması aktında göstərilən tədbirlərlə müəyyən edilməmişdir. Belə olan halda Vergi Məcəlləsinin 67.15-ci maddəsinin dispozisiyasına əsasən müəyyən olunmuş şərt ödənildiyi üçün və maddənin tətbiqi üçün faktiki əsas olduğu üçün hesablamalar yoxlama ilə əhatə olunan sonuncu hesabat dövrü üzrə aparılmışdır. Məhkəmə kollegiyası qeyd olunan malların hansı ayda təqdim edildiyini təsdiq edən dəlil ir əli sürməmiş (iş materiallarında mövcud deyildir) və cavabdehin mövqeyini təkzib edəcək hər hansı arqument təqdim etməmişdir.

33. Məhkəmə kollegiyası “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin normalarını tətbiq etməsinə baxmayaraq, həmin normaların işin müəyyən olunmuş hansı faktiki hallarına uyğun tətbiq etməsini əsaslandırmamış, həmin pozuntuların nədən ibarət olmasını müəyyən etməmiş və qəbul etdiyi qərarı işin faktiki hallarına uyğun olmayan maddi hüquq normaları ilə “doldurmuşdur”. Belə olan halda qeyd olunan faktlar tərəfin məhkəmə qərarının şübhə doğurmaması hüququnu ciddi şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. İddiaçı kassasiya şikayətinə etirazı təqdim edərək cavabd ehin kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-323/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir.... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəl lə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.... Maddə

15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.3. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək;... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları:... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur;... Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilmə si üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilm əz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir.... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir.... Maddə

55. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar 55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması;... 55.2. Bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qe yrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi.... 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.... 36. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müd afiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

37. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”: 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.1. yoxlamanın kodu; 3.4.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman bütün yoxlayıcı orqanların da adları); 3.4.3. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 3.4.4. yoxlanılması nəzərdə tutulan sahibkarlıq fəaliyyəti subyektinin hüquqi ünvanı; 3.4.5. yoxlanılması nəzərdə tutulan s ahibkarlıq subyektinin adı; 3.4.6. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyekti barədə həmin yoxlayıcı orqan tərəfindən aparılan sonuncu yoxlama, onun kodu (əgər varsa), növü, dövrü və müddəti; 3.4.7. yoxlamanın hüquqi əsası, aid olduğu nəzarət sahəsi, vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, habelə bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş halın araşdırılması ilə bağlı aparılan yoxlamaların predmeti; 3.4.8. yoxlanılacaq təsərrüfat obyektinin fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu (bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlama üzrə isə fəaliyyət növü); 3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.); 3.4.10. yoxlanılan döv r (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; 3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 3.4.12. yoxlama zamanı araşdırılacaq suallar (yoxlayıcı orqanlar tərəfindən Reyestrdə öncədən yerləşdirilmiş suallardan informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə seçilir); 3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi; 3.4.14. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar). Yoxlama hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə, habelə mediada yayılan məlumatlara əsasən təyin olunduqda, həmçinin: 1. fiziki şəxsin FİN-i, soyadı, adı, atasının adı, əlaqə telefonu; 2. hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, əlaqə telefonu və müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 3. dövlət və ya yerli özünüidarəetmə orqanının adı, ünvanı, müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 4. media subyektinin adı, məlumatın yayılma tarixi; 5. məlumatın skan edilmiş surəti və ya elektron istinad mənbəyi (link);

6. Qanunun 16.7-ci maddəsinə uyğun təfərrüatlı əsaslandırma; 3.4.14-1. yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbə kəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələri ilə sahibkar arasında bağlanılmış müvafiq müqaviləyə və sayğaca dair məlumatlar (müqavilənin nömrəsi, tarixi, sayğacın markası və nömrəsi); 3.4.15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında nəzərdə tutulmuş hallarda yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı, əməkdaşının iştirakı tələb olunduqda isə onun FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə telefonu; 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 3.4.20. qəbul edilmiş qərar və ondan asılı olaraq məsuliyyət tədbirlərinin görülübgörülməməsi, aşkarlanmış qanun pozuntusuna görə tətbiq olunmuş məsuliyyət tədbirlərinin təsviri (məbləğ və sair), məsuliyyətə cəlb edilmiş şəxslər (hüquqi şəxs olduqda, hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, vəzifəli şəxsin FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi), materialların göndərildiyi dövlət orqanları (məktubların tarixi və nömrəsi); 3.4.21. aşkarlanmış qanun pozuntusunun aradan qaldırılması üçün görülməli tədbirlər, bu tədbirlərin icrası üçün müəyyən olunmuş müddət və onların nəticələri....

38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Mad də

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələb lər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərarda d qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apellyasiya instans iyası məhkəməsinin qərarı qismən – birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissəyə uyğun olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüqu qi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

44. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

45. Sahibkarlıq sahəsində aparılan istənilən yoxla ma Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına riayət edilməklə aparılmalıdır.

46. Məlum olduğu kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər.

47. Beləliklə yoxlayıcı orqan sahibkarlıq sahəsində aparılan hər bir yoxlamanın və həmin yoxlama ilə bağlı Əsasnamənin 3.4-cü bəndində göstərilən məlumatların, o cümlədən yoxlamanın day andırılması və ya vergi yoxlamalarının müddətinin artırılması, vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanın Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarın qəbulundan sonra 5 iş günü ərzində isə yoxlamanın nəticəsi barədə məlumatların reyestrə daxil edilməsini təmin etməlidir. 48. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəy yən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

49. İş materialları ilə müəyyən edilir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə cavabdehin xx.xx.2021-ci il tarixli, **********145773 nömrəli qərarı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

50. Belə olan halda cavabdehin iddiaçıya dair apardığı növbədənkənar səyyar vergi yoxlamasının hüquqi nəticəsi olmamaqla yanaşı, iddiaçı barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

51. Bundan başqa, hazırkı iş üzrə iddiaçı barəsində qəbul edilən qərarla iddiaçıya 2020-ci il üçün əlavə mənfəət və ƏDV vergisi hesablanmışdır. Bununla bağlı cavabdeh inz ibati orqanın mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən 15030 ədəd malın təqdim edilməsi barədə hər hansı sənəd mövcud deyildir. Bu baxımdan vergilərin hesablanması zamanı malların təqdim edildiyi tarixlər bəlli olmadığı və həmin malların iddiaçının faktiki sahibliyində olmadığı səbəbindən Vergi Məcəlləsinin 67.15-ci maddəsi əsas götürülərək sözügedən mallar yoxlama ilə əhatə olunan sonuncu hesabat dövrü üzrə hesablanmışdır.

52. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2019-cu ildən fəaliyyətini 5 il müddətində dayandırmış və həmin tarixdən obyektini vergi uçotundan çıxararaq 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsini təqdim etmiş, 2020-ci ildə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. 2019-cu ilin mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavə sinin 1.3.2-ci sətrində dövr ərzində daxil olmuş və təqdim olunmuş malların dəyərinin 859306,20 manat olması qeyd olunmuş, eyni zamanda dövrün sonuna heç bir qalığı qalmamışdır.

53. Cavabdehin tərtib etdiyi səyyar vergi yoxlaması aktında vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmiş, vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməmiş, ekspertiza aparılmamış və mütəxəssis dəvət edilməmişdir (səyyar vergi yoxlaması aktının 1.9.2-1.9.5-ci bəndləri). Vergi Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inventarizasiyanın səyyar vergi yoxlaması zamanı vergi orqanının əsaslandırılmış qərarı ilə aparıldığı qeyd edilsə də, hazırkı iş üzrə inventarizasiyanın aparılması ilə bağlı qərarın qəbul edildiyi müəyyən edilməmişdir. Lakin buna baxmayaraq cavabdeh vergi orqanı mal qalığının müəyy ən edilməsi məqsədilə inventarizasiya aparmadan iddiaçının faktiki fəaliyyət göstərmədiyi və mal qalığı qalmadığı 2020-ci il üzrə əlavə vergi hesablaması aparmaqla reallıqla uzlaşmayan nəticəyə gəlmişdir.

54. Bundan başqa, mübahisələndirilən inzibati aktın qəbul edilməsində cavabdehin ən mötəbər sübutu “Azərekspertiza” Birliyinin eksperti X2 tərəfindən tərtib edilmiş 26 dekabr 2019-cu il tarixli ekspert rəyi olmuşdur. Həmin sübutla bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ekspertin rəy tərtib edərkən istinad etdiyi internet saytlarına girişə cəhd edilmiş, lakin rəydə qeyd edilən heç bir internet saytının mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda sözügedən rəydə qeyd edilən qiymətlərin hansı mənbəyə əsaslanaraq müəyyən edildiyi qeyri-müəyyəndir.

55. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, ilk öncə ekspertiza Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********767000 saylı məktubuna 2019-cu ilin dekabr ayında keçirilmişdir. Hazırkı iş üzrə isə növbədənkənar vergi yoxlaması xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Yəni işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, hazırkı iş üzrə cavabdehin mötəbər sübut kimi qəbul etdiyi ekspert rəyi növbədənkənar vergi yoxlaması zamanı əldə edilməmişdir. Səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində də cavabdeh iş üzrə ekspertizanın keçirilmədiyini qeyd edir. Bu da, Vergi Məcəlləsinin 44-cü maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir.

56. Belə ki, zəruri hallarda səyyar vergi y oxlamasına ekspert cəlb edilə bilər (VMnin 44.1-ci maddəsi). Ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir. Qərarda ekspertizanın təyin edilməsi üçün əsaslar, ekspertin adı və ya ekspertiza keçirən təşkilatın adı, ekspert qarşısında qoyulan məsələlər və ekspertə təqdim olunan materiallar göstərilir (VM-nin 44.3-cü maddəsi). Ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur (VM-nin 44.6-cı maddəsi).

57. Yəni səyyar vergi yoxlaması zamanı əldə edilən ekspert rəyi mötəbər sübut ola bilməsi üçün yuxarıda qeyd edilən meyarlara mütləq şəkildə cavab ver məlidir. Hazırkı iş üzrə isə cavabdehin ekspertin cəlb edilməsi barədə qərarı mövcud deyil, ona görə də, ekspertizanın keçirilməsinin əsasları və zəruriliyi hazırkı vergi yoxlaması üzrə müəyyən olunmur, eləcə də, ekspertizanın keçirilməsi ilə bağlı iddiaçının hüquqları ona izah edilməmişdir. Qeyd edilənlərə baxmayaraq cavabdeh hazırkı iş üzrə keçirilən növbədənkənar səyyar vergi yoxlamasına aid edilməyən, Vergi Məcəlləsinin 44-cü maddəsində göstərilən tələblərə uyğun olmayan, hazırkı vergi yoxlamasından daha əvvəlki dövrə aid olan ekspert rəyinə istinad etməklə yanlışlığa yol vermişdir.

58. Cavabdeh isə qeyd etmişdir ki, vergi qanunvericiliyində yoxlamanın gedişində təyin edilməyən ekspertiza üzrə tərtib edilmiş rəydən yoxlama zamanı istifadə edilməsi ilə bağlı hər hansı məhdudiyyət mövcud deyildir, ona görə də, vergi orqanı həmin ekspert rəyindən VM-nin 67.1.9-cu maddəsinə əsasən mənbəyi bəlli olan məlumatlar kimi istifadə edərək hesablama aparıldığını qeyd etmişdir. Lakin səyyar vergi yoxlaması aktında, həmçinin, məsuliyyətə cəlb qərarında verginin mənbəyi bəlli olan məlumatlar əsasında 67.1.9-cu maddəyə əsasən hesablaması barədə qeyd yoxdur.

59. Cavabdehin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin VM-nin 67.1.9-cu maddəsinə əsasən mənbəyi bəlli olan məlumatlar kimi istifadə etdiyi ekspert rəyinin özünün mötəbərliyi şübhə doğurur. Belə ki, ekspert ölkəyə idxal olunmuş Qazaxıstan Respublikası istehsalı olan “Bars” elektrikli akkumulyatorların topdan və pərakəndə real bazar satış qiymətlərini müəyyən edərkən ədəbiyyat və informasiya mənbəyi k imi istinad etdiyi internet ünvanlarında (saytların) hansı məqalələrdən istifadə etdiyini, istinad olunan fiziki və hüquqi şəxslər barədə, onların şifahi formada verdiyi hansı məlumatları dəqiq göstərmədiyindən onun konkret hansı mənbədən istifadə etdiyi də aydın deyildir. Eləcə də, ekspert rəyində satılmış malların bazar qiymətinin topdansatış və pərakəndə satış üzrə qiyməti göstərilsə də, həmin qiymətin hansı dövrə aid olduğu qeyd edilməmişdir.

60. Göründüyü kimi cavabdeh ekspert rəyini VM-nin 67.1.9-cu maddəsinə əsasən mənbəyi bəlli olan məlumat kimi təqdim etsə də, ekspertizanın həmin nəticəyə gəlməsi üçün istifadə etdiyi mənbə məlum deyil, bu da cavabdehin istinad etdiyi sübutun (ekspert rəyinin) mənbəyi bəlli olan məlumat kimi qəbul edilməsini istisna edir.

61. Bundan başqa, Vergi Mə cəlləsinin 14.4-cü maddəsinə əsasən bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir.

62. Hazırkı iş üzrə idxal olunan mallar 2019-cu ilin yanvar-iyun aylarında satıldığından, cavabdehin istinad etdiyi ekspert rəyi isə 2019-cu ilin dekabr ayında tərtib edildiyindən və ekspert rəyində bazar qiymətinin hansı dövrə aid olması ilə bağlı qeyd olmadığından cavabdehin başlıca sübutu - ekspert rəyi Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələbləri baxımından da mötəbər hesab edilə bilməz.

63. Yuxarıda qeyd edilən bütün hallarla bağlı məhkəmə kollegiyası hesab edir ki, Vergi Məc əlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

64. Vergi orqanı nə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə uyğun olaraq hazırkı iş üzrə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********148942 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, nə də artıq qəbul edilən qərarın qanunvericiliyin tələblərinə uyğun olmasını sübut edə bilməmişdir.

65. Belə olan halda, həmin qərarın qəbulunun vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmas ına səbəb olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

66. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-323/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar