Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1174/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil təminatı; Azərbaycan Respublikası Sərhəd Qoşunlarının hərbi qulluqçularının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları hesab edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Cavabdeh) “mənzil təminatı ilə bağlı qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair i ş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2-1(106)-368/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1998-xx.xx.2000-ci il dövrlərində Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
2. Bundan sonra o, xx.xx.2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin tərkibində 19il 10 ay 01 gün xidmət etmişdir.
3. İddiaçı mənzil təminatının yaxşılaşdırılması məqsədilə mənzil qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Cavabdehnə müraciət etmişdir. 4. xx.xx.2022-ci il tarixli, 4262 saylı cavab məktubu ilə onu mənzil təminatı ilə bağlı qeydiyyata alm aqdan imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. İddiaçı Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etdiyi üçün qeyd edilən Fərman ona şamil edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mənzil təminatı ilə bağlı qeydiyyata alınmağına dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılm asını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Səfərbərlik Xidmətinin çağırışı ilə həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1998-xx.xx.2000-ci il dövrlərində Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra xx.xx.2000-xx.xx.2020-ci il dövrlərində Müdafiə Nazirliyinin tərkibində qüsursuz olaraq 19il 10 ay 01 gün xidmət etmişdir. Hərbi xidmət dövründə “20 il qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilmişdir. Bundan başqa digər təltifləri də olmuşdur. O, mənzil təminatının yaxşılaşdırılması məqsədilə mənzil qeydiyyatına alınması üçün Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli, 4262 saylı cavab məktubu ilə onu mənzil təminatı ilə bağlı qeydiyy ata almaqdan imtina edilmişdir. Cavabdeh imtinası əsassızdır. Belə ki, o, müddətli həqiqi hərbi xidmətlə birlikdə 20 ildən yuxarı xidmət etmişdir. Həmin idarədə ona şifahi olaraq bildirdilər ki, “Sən müddətli həqiqi hərbi xidməti Sərhəd Qoşunlarında keçmisən və X2 nazirliyinə tabe olmadığı üçün sənin orada xidmətini ümumi xidmətə daxil edə bilmərik”. İddiaçı hesab edir ki, bu düzgün yanaşma deyildir. Belə ki, harada xidmət keçməyi o, müəyyən etməmişdir. Müddətli həqiqi hərbi xidmətə onu Səfərbərlik üzrə Dövlət Xidməti göndərmişdir.
7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 28 noyabr 2011-ci il tarixli Fərmanında dəyişiklik edilməs i haqqında” Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021ci il tarixli Fərmanı, Fərmanın Adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi Fərmanın məqsədinin məhz Azərbaycan Ordusunda xidmət etmiş hərbi qulluqçularla bağlı olması aşkar surətdə müəyyən edilmişdir. Azərbaycan Ordusu və Azərbaycan Respublikasının Silahlı Qüvvələri anlayışları arasında fərqləndirmə aparılmışdır ki, Azərbaycan Ordusu dedikdə Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə ba şa düşülür. İddiaçı isə qeyd olunan xarakterli silahlı birləşmələrdə 20 təqvim ilindən az xidmət etmişdir. İddiaçının xidmətdə olan xidmət dövrünün Azərbaycan Ordusunda xidmət dövrünə daxil edilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də hazırki iş üzrə iddiaçının 20 təqvim ili və daha çox Azərbaycan Ordusunda xidmət etməsi də mövcud olmamışdır. Beləliklə, işin şərh edilən hallarını nəzərə alaraq Müdafıə Nazirliyi hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən, İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranmadığından, iddiaçının iddia tələbi əsassız olduğundan məhkəmə iddia ərizəsini rədd etməlidir. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, Azərbaycan Ordusunda 20 (iyirmi) ildən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir.
8. Şirvan İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(120)-1640/2023 nömrəli qərarı ilə (hakim F.Abbasov) iddia tələbi təmin edilmiş, iddiaçının dövlət tərəfindən mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi cavabdeh xxxnin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, xxx tərəfindən 26 iyun 2019-cu il tarixdə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif edilərkən iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 1 il 10 ay 3 gün təşkil edən həqiqi hərbi xidmət dövrü də nəzərə alınmışdır ki, bu da məhkəməyə iddiaçının tələbində haqlı olduğu qənaətinə gəlməyə əsas verir. Belə olan halda, hərbi xidmət dövründə xx.xx.2019-cu ildə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunması və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 21 il 8 ay 4 gün qüsursuz hərbi xidmət keçməsi səbəbindən iddiaçı mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2-1(106)-368/2023 nömrəli qərarı ilə (hakimlər: S.Həsənov - sədrlik edən və məruzəçi, M.Həsənov və S.Mayılov) cavabdehin apellyasi ya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı hərbi xidmət dövründə “20 il qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilməsinə baxmayaraq cavabdeh inzibati orqan iddiaçının Azərbaycan Ordusunda 20 ildən az xidməti olduğunu əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Halbuki, hərbi qulluqçunun 1-ci dərəcəli medalı ilə təltif edilməsi onun hərbi xidmət dövründə 20 il qüsursuz xidmət etməsi ilə şərtləndirilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının xidmətdən xaric olunduğu xx.xx.2020-ci il tarixədək 20 ildən artıq qüsursuz xidməti olmuş və bu hal iddiaçının Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən mənzillə təmin olunması ilə bağlı adının müvafiq siyahıya daxil edilməsi tələbini irəli sürməyə əsas verir.
13. Həmin nəticəyə gələrkən apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 109, 149-cu maddələrinə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına və həmin Fərmana dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanına istinad etmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsin i və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə "Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasi Silahli Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularin dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci - tarixli Fərman, Fərmanin Adında və 1-ci hissədə "Azərbayca n Respublikası Silahli Qüvvələrinin" sözləri "Azərbaycan Ordusunun" sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi Fərmanin məqsədinin məhz Azərbaycan Ordusunda xidmət etmiş hərbi qulluqçularla bağlı olması aşkar surətdə müəyyən edilmişdir. Azərbaycan Ordusu və Azərbaycan Respublikasının Silahli Qüvvələri anlayışlari arasında fərqləndirmə aparılmişdır ki, Azərbaycan Ordusu dedikdə, Silahli Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasina qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazliğının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqani tərəfindən təşkil edilən silahli birləşmə başa düşülür. İddiaçı 06 aprel 1998-09 fevral 2000-ci il dövrlərində X1 müddətli həqiqi hərbi xidmət keçmiş, bu səbəbdən onun X1 xidmətdə olan xi dmət dövrünün Azərbaycan Ordusunda xidmət dövrünə daxil edilməsindən söhbət gedə bilməz. Hazirki iş üzrə iddiaçının 20 təqvim ili və daha çox Azərbaycan Ordusunda xidmət etməsi də mövcud olmamışdır.
16. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanın tələblərinə ziddir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
9. Silahlı Qüvvələr İ. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi i lə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir... 19. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 20. “Müdafiə haqqında” Qanun: Maddə
7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğ un olaraq fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır və onların inkişafına, həmçinin müdafiə vəzifələrinin yerinə yetirilməsinə hazırlığına görə tam məsuliyyət daşıyır. Maddə
12. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi dövlət qurumu olub Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur. 21. “Sərhəd mühafizə orqanları haqqında” Qanun: Maddə
1. Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, xüsusi hava əməliyyatları qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir. Sərhəd mühafizə orqanlarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Müvafiq icra hakimiyyəti orqanının rəhbəri sərhəd mühafizə orqanlarına rəhbərliyi həyata keçirir. Maddə
2. Sərhəd mühafizə orqanları haqqında qanunvericilik Sərhəd mühafizə orqanları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Sərhəd mühafizə orqanları öz fəaliyyətində Azərbayc an Respublikasının qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini əsas tutur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd mühafizə orqanlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir (xüsusi təyinatlı təhsil müəssisələrindən başqa). Maddə
33. Sərhəd mühafizə orqanları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları və məsuliyyəti Sərhəd mühafizə orqanları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi qulluqla əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “hərbi qulluqçuların statusu haqqında”, “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə tənzimlənir.... Maddə
39. Sərhəd mühafizə orqanlarının mənzil fondunun xüsusiyyətləri Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuların Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd mühafizə orqanlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər 22. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanı ilə, Fərmanın Adında və 1-ci hissəd ə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir) Bənd
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. 23. “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında” Əsasnamə:
1. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (bundan sonra - Dövlət Sərhəd Xidməti) Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır....
3. Dövlət Sərhəd Xidmətinin aparatı və strukturuna dax il olan sərhəd qoşunları, sahil mühafizəsi, çevik hərəkət qüvvələri, xüsusi hava əməliyyatları qüvvələri, sərhəd nəzarəti, hərbi aviasiya hissələri, hərbi dəniz hissələri, habelə digər təyinatlı hərbi hissələr və qurumlar (xüsusi təyinatlı təhsil, təlim, elmi tədqiqat, mədəni-maarif, rabitə, tikinti-istismar, maddi-texniki təminat, tibb, redaksiya-nəşriyyat, məlumat-hesablama müəssisələri və s.) Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsi ilə həyata keçirir....
14. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları "Hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və dig ər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Dövlət Sərhəd Xidmətində işçilərlə əmək münasibətləri müvafiq qanunvericiliyə uyğun olaraq tənzimlənir.
24. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üz ərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellya siya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan l azımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
28. İddiaçının hüquqi marağı 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etdiyini üçün onun mənzil qeydiyyatına alınmasına yönəlmişdir.
29. İşin hallarından göründüyü kimi, iddiaçı xx.xx.1998-xx.xx.2000-ci il dövrlərində Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olmuş, bundan sonra o, xx.xx.2000ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin tərkibində 19 il 10 ay 01 gün xidmət etmişdir. Bu hal iddiaçının iddia ərizəsində qeyd edilənlər ilə də təsdiq edilir.
30. Apellyasiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixə qədər Dövlət Sərhəd Xidmətində keçdiyi xidmət “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunması zamanı nəzərə alınmış və hərbi qulluqçunun 1-ci dərəcə li medalı ilə təltif edilməsi onun hərbi xidmət dövründə 20 il qüsursuz xidmət etməsi ilə şərtləndirilmişdir, bu isə onu deməyə əsas verir ki, iddiaçının xidmətdən xaric olunduğu xx.xx.2020-ci il tarixədək 20 ildən artıq qüsursuz xidməti olmuş və bu hal iddiaçının Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən mənzillə təmin olunması ilə bağlı adının müvafiq siyahıya daxil edilməsi tələbini irəli sürməyə əsas verir.
31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin mövqeyini əsaslı hesab etmir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
32. Azərbaycan Respublikası Konstitusiyanın 9-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələ r yaradır. Həmin maddədən göründüyü kimi, ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması ilə yanaşı başqa silahlı birləşmələrin yaradılması da nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, başqa silahlı birləşmələrin yaradılması, onların hüquqi statusunu müəyyən edən normativ hüquqi aktların qəbul edilməsini zəruri etmişdir. 33. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun preambulasma görə Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir.
34. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının s uverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa onun dəf edilməsinə xidmət edir.
35. Azərbaycan Respublikasının müdafiəsinin təşkilinin əsaslarını müəyyənləşdirən “Müdafiə haqqında” 1993-cü il 26 noyabr tarixli Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır.
36. Həmin Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi dövlət qurumu olub Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliy inin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur. Müharibə şəraitində Silahlı Qüvvələr öz vəzifələrini sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunlarla sıx əlaqədə yerinə yetirirlər.
37. Göründüyü kimi, qanunverici Silahlı Qüvvələri və digər qoşunları ayırmışdır.
38. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında” Əsasnamənin Ümumi müddəalarının birinci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbayc an Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
39. Əsasnamənin 3-cü bəndinə əsasən Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki hərbi hissələr və digər orqanlar vasitəsilə həyata keçirir.
40. Həmin Əsasnamənin 14-cü bəndinə qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları “Hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Sərhəd mühaf izə orqanları haqqında” Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, xüsusi hava əməliyyatları qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir.
42. Həmin Qanunun 2-ci maddəsinə əsasən sərhəd qoşunları öz fəaliyyətində Azərbaycan Respublikası ümumqoşun nizamnamələrini rəhbər tutur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ümumqoşun nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd qoşunlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir (hərbi peşə təhsili məktəblərindən başqa).
43. Yuxarıda göstərilən Qanunun İV fəslində sərhəd qoş unlarının hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları və məsuliyyəti müəyyən edilmişdir. “Sərhəd qoşunları haqqında” Qanunun 33-cü maddəsində Sərhəd mühafizə orqanları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi qulluqla əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə tənzimlənməsi müəyyən olunmuşdur. Eyni zamanda, bu Qanunun 39-cu maddəsi sərhəd mühafizə orqanlarının mənzil fondunun xüsusiyyətlərini müəyyən edir. Həmin maddəyə görə sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu na müvafiq olaraq sərhəd qoşunlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər.
44. Belə olan halda, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi haqqında” Fərmanından göründüyü kimi, həmin Fərmanla yalnız 20 il qüsursuz xidmət etmiş Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və bu məqsədlə müvafiq Komissiyanın yaradılması müəyyən edilmişdir. Ona görə də, bu Fərmanda nəzərdə tutulan sosial təminatlar başqa hərbi birləşmələrin hərbi qulluqçularına şamil oluna bilməz.
45. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Silahlı Qüvvələrdə 19 il 10 ay 1 gün xidmət etdiyindən yuxarıda qeyd edilən Fərmanın ona şamil edilməsi qanuni olmamışd ır.
46. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış və nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir.
47. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, hazırkı iddia tələbi rədd olunmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2-1(106)-368/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh xxxnə qarşı “mənzil təminatı ilə bağlı qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.