Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1175/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-209/2019 s aylı iş üzrə 16 yanvar 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 fevral 2018-ci il tarixli, İQ-**/* saylı qərarına əsasən Özbəkistan Respublikası vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ərizəçi göstərmişdir ki, 2017-ci ildə ailəsi ilə birgə Azərbaycana gəldikdən sonra Özbəkistanda yaşayan qohumları ona zəng edərək barəsində cinayət işinin açıldığını və axtarış elan olunduğunu bildirmişlər. Buna səbəb kimi iddiaçının 2012-ci ildə “Uztaşkineftiqaz” müəssisəsində işlədiyi zaman neft-qaz sənayesində istifad ə olunan avadanlıqların alınması zamanı bağlanan alqı-satqı müqavilələrində guya qiymətlərin şişirdilməsini qeyd etmişdir. Ərizəçi müqavilənin 2012-ci ildə bağlandığını, 2017-ci ilə qədər müvafiq dövlət qurumları tərəfindən dəfələrlə yoxlama aparıldığını, lakin nöqsan aşkarlanmadığını, bu işin onun əleyhinə qəsdən təşkil edildiyini ehtimal etdiyini, ölkəsinə qayıdacağı təqdirdə barəsində açılmış cinayət işinə görə ədalətli mühakimə olunmayacağından ehtiyat etdiyini, ona və ailə üzvlərinə işgəncə veriləcəyini bildirmişdir. Ərizəçinin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanla rı tərəfindən təqibə məruz qalmamışdır. Onunla aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvlərinə qaçqın statusunun verilməsindən imtina edilmişdir. Həmin qərarla razılaşmayan İddiaçı inzibati şikayətlə müraciət edərək qərara yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2018-ci il tarixli, 28 saylı qərarı ilə şikayət əsassız olduğuna görə təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehin sözügedən qərarlarının qanunsuz hesab edilməklə ona və ailə üzvləri arvadı 1981-ci il təvəllüdlü X1 və oğlu 2013-cü il təvəllüdlü X2 qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilmə si vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2851/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qərarı (hakim - E.Q.Məmmədov) ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-209/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2851/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2019-cu il tarixli q ərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan, həmçinin maddi və prosessual normalarının pozulması yolu ilə çıxarıldığından ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassator barəsində əsaslandırılmış təqibin mövcud olmamasını hesab edərək səhv nəticəyə gəlmişdir. Çünki kassatorun verdiyi müsahibə ilə müəyyən olunur ki, o, vaxtilə rəhbəriolduğu hüquqi şəxsin bağladığı müqaviləyə görə dövlət tərəfindən təqibə məruz qalıb, onun barəsində cinayət işi başlanılıb və onun axtarılması üçün qohumları da təhdidlərlə üzləşirlər. Onun təqib olunmasının əsasını biznes fə aliyyəti təşkil edir. Özünün və ailə üzvlərinin həyat və sağlamlıqlarına real təhlükə olduğu üçün, kassator vətəndaşı olduğu ölkəni tərk edərək ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlməyə məcbur qalıb. Ölkəsinə geri qayıdacağı halda həbs olunaraq işgəncəyə və qeyri-insani rəftara məruz qalacaqdır. Qeyd olunan hal bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatları (Mənşə ölkə haqqında Məlumat) ilə təsdiq olunsa da, işə baxan apellyasiya instansiya məhkəməsi bunu nəzərə almamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməm işdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərə kət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məh kəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, onunla aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orq anları tərəfindən təqibə məruz qalmamışdır. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq ba rəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Bu mənada hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı qaçqın statusu verilməsi ilə bağlı tələbini bir səbəblə - ölkəsində onun barəsində əsassız olaraq cinayət işinin başlanılması və geri dönəcəyi halda işgəncəyə və ya digər qeyri-insani yaxud ləyaqəti alçaldıcı rəftara məruz qalacağı ilə əsaslandırmışdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, şəxsin barəsindən cinayət işinin başlanılması qanunvericilikdə qaçqın statusunun verilməsinin müstəqil əsası kimi təsbit edilməmişdir. Geri dönəcəyi halda işgəncəyə və ya digər qeyri-insani yaxud ləyaqəti alçaldıcı rəftara məruz qalacağı ilə bağlı dəlilə münasibətdə isə qeyd etmək lazımdır ki, bu dəlil iddiaçın ın dövlət orqanları tərəfindən məcburi qaydada vətəndaşı olduğu ölkəyə barəsində açılmış cinayət işi ilə əlaqədar ekstradisiya ediləcəyi halda qiymətləndirilməli olan məsələdir. Hazırkı işin materiallarından iddiaçının barəsində ekstradisiya ilə bağlı belə bir icraatın başlanıldığı müəyyən edilmir. İddiaçı həmin dəlili barəsində ekstradisiya icraatı başlanıldığı halda irəli sürə bilər. Digər tərəfdən isə məhkəmənin hazırkı icraatda yoxladığı və qiymətləndirdiyi məsələ ekstradisiya deyil, qacıq statusunun verilməsi ilə bağlı məsələdir. Yuxarıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, iddiaçının barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilm ədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı mad dəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-209/2019 saylı iş üzrə 16 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1175/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1175/2019
30.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver