Məhkəmə qərarları › İş №2-1(102)-1175/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1175/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1175/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X5 Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60.5 yaşa çatmış qadına yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan pensiya kapitalının və ya sığorta stajının olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili (nümayəndəsi) X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət X5 Nərimanov rayon Şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” t ələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-147/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

2. Cavabdeh 2018-ci il 16 mart tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə görə 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdəsığorta stajından asılı olmayaraq, bu pensiya təminatına i mkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda pensiya hüquqları vardır. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmuş, habelə onun sığorta stajı 18 il, 11 ay, 23 gün təşkil etmişdir. X2 Krallığındakı iş dövrü üzrə isə məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilmədiyindən həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2018-cı il 12 iyul tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun əmək pensiyasının hesablanaraq təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1974-1980-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində ali təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək ona 60 yaş 6 ayının tamam olduğu xx xxxxxx 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Dövlət Tibb Universitetində ali təhsil aldıqdan sonra əmək fəaliyyətinə başlamış, 1980-2000-ci illər ərzində ölkə ərazisində müxtəlif vəzifələrdə çalışmış, daha sonra Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tərəfindən dövlət xətti ilə əməkçi miqrant olaraq işləməyə Səudiyyə Ərəbistanına göndərilmişdir. İddiaçının xarici ölkədə işləməsi faktı Nazirliklə onun arasında bağlanmış müqavilə ilə də öz təsdiqini ta psa da, cavabdeh ona əmək pensiyasının təyin olunmasından imtina etmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-1(84)3413/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1974-1980-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində ali təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək ona 60 yaş 6 ayının tamam olduğu xx xxxxxx 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçasına əsasən, onun 19 il 11 ay 23 gün əmək stajına malik olması öz təsdiq ini tapdığından, habelə iddiaçı 6 il təhsil aldığından onun qanunvericiliklə tələb olunan 25 il sığorta stajı tamam olmuş və 60 yaş 6 ayının tamam olduğu xx xxxxxx 2018-ci il tarixdən yaşa görə pensiya hüququ yaranmışdır.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2-1(103)-702/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçü n apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 21(102)2428/19 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən istinad edilmiş maddi hüquq normalarının tətbiqi üçün pensiya hüququnun yaranmasına əsas olmuş işin halları tam müəyyən edilməmişdir. d. apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-147/202 0 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur.

16. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sığorta stajına malik deyildir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddiaçının iş stajını hesablayarkən səhvlərə yol vermişdir. Belə ki, iddiaçının xx.xx.1990-xx.xx.2000-ci ilədək iş stajı 9 il 11 ay 14 gün deyil, 9 il 11 ay 16 gündür; İddiaçının 22. 11.1990-xx.xx.2000-ci ilədək dövrü hesablayarkən xx.xx.1990-xx.xx.2001-ci ilədək dövrü götürməkdənsə, iddiaçının işdən çıxma ərizəsini yazdığı, yəni xx.xx.200 0-ci ilədək olan dövrü götürməklə, bir növ iddiaçının iş stajının xx.xx.2000-ci il tarixdə bitdiyini qeyd etməklə 04 ay 7 gün olan stajını nəzərə almamışdır. Halbuki, iddiaçı xx.xx.2000-ci il tarixli ərizəsi ilə işdən öz xahişi ilə azad olunmasını xahiş etmişdir. İşdən azad olunma barədə əmr isə xx.xx.2001-ci il tarixdə verilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərarında da qeyd etmişdi ki, iddiaçının əmək kitabçasına görə, o, xx.xx.2000-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Əmək kitabçasına nəzər salınsa işdən çıxma barədə əmr xx.xx.2001-ci il tarixli 14/k nömrəli əmrlə rəsmiləşdirilmişdir. Həmin qərarda təsdiq edilir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tərəfin dən dövlət xətti ilə əməkçi miqrant olaraq işləməyə Səudiyyə Ərəbistanına göndərilmişdir. Onun xarici ölkədə işləməsi faktı Nazirliklə onun arasında bağlanmış müqavilə ilə öz əksini tapmışdır. Belə olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda,seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Qanunun tələbindən də göründü yü kimi, iddiaçı Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tərəfindən dövlət xətti ilə əməkçi miqrant olaraq işləməyə Səudiyyə Ərəbistanına göndərildiyi üçün xx xxxxxx 2000-ci il tarixdə öz xahişi ilə işdən çıxmaq ərizəsi yazmasına baxmayaraq, hansı vaxtdan əmək müqaviləsinin ləğv edildiyi günü göstərməmiş, çünki iş yerində qalaraq işinə davam etmiş, Səudiyyə Ərəbistanına 2001-ci ilin fevral ayında getmişdir. İşlədiyi müəssisənin baş həkimi ilə razılaşaraq, xarici ölkəyə getdikdən sonra ona müəyyən bir vaxt verilməsini, vəzifəsinin müvəqqəti olaraq saxlanılmasını xahiş etmişdir: həmin ölkənin təbiətinə, adət-ənənələrinə uyğunlaşması üçün. Həmin ilin mart ayında işəgötürənlə əlaqə saxlayaraq, xarici ölkəyə uyğunlaşdığını bildirmişdir. Bundan sonra işəgötürən işdən çıxma əmrini xx.xx.2001 -ci il tarixdə rəsmiləşdirmişdir. Yəni iddiaçı başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2000-ci il tarixli işdən çıxma ərizəsində bir ay yox, yeni işə başlayacağı günü əmək müqaviləsinin ləğv edilməsi günü kimi göstərə bilərdi.

19. Digər məsələ odur ki, məhkəmə iddiaçının iş dövrünü xx.xx.1990-cı ildən xx.xx.2000-ci ilədək hesablasa da, nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə də əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən isə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Yəni i ddiaçı ərizəsini xx.xx.2000-ci il tarixdən yazsa da, ən azından xx.xx.2000-ci il tarixədək işlədiyi müəssisədə işləyə bilər və bu bir ay da onun əmək stajına daxil olunmalıdır. Həmin bir ayı da 24 il 11 ay 23 günün üzərinə gəldikdə 25 il 23 gün təşkil etməli idi ki, bu da iddiaçının yaşa görə əmək pensiyası almaq hüququnu təmin edirdi.

20. Proses ərəfəsində vəkil sorğusu ilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs X8 müraciət olunmuş, sorğuda İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək həmin müəssisədə işləməsi və əmək haqqı alıb-almaması barədə sorğu edilmişdir. Sorğuya cavab olaraq, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək haqqı cədvəli təsdiq edilərək göndərilmiş v ə həmin cədvəldə İddiaçı 2000-ci ilin noyabr ayı üçün 51.975 manat məbləğində əmək haqqı hesablanmışdır. Bununla da, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün çatışmayan 5 (beş) gün 2000-ci ilin noyabr ayında hesablanmış əmək haqqına əsasən tamamlanır. İPM-in 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir (11.1). Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur (11.2). İPM-in 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kif ayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). b. Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

22. Cavabdehin (nümayəndəsi) vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

1. Əsas anl ayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (...) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;... Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1 Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığor ta stajına daxil edilir. 24. 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı vaxtda qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. 25. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may ta rixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 26. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş sta jına daxil edilir. (...) İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: (...) ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Maddə

70. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün staja daxil edilməsi şərtləri Pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Pensiya Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir.

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayə ti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçiv əsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

31. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan birinci şərt ödənilmir, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən azdır. Bu halda, iddiaçının pensiya hüququ ikinci şərtin yerinə yetirilməsi ilə - 25 ildən artıq sığorta stajına malik olması ilə bağlıdır.

32. İddiaçıya məxsus diploma görə, o, 1974-xx.xx.1980-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda ali təhsil almışdır.

33. İddiaçıya məxsus əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı xx xxxxxx 1980-ci ildən xx xxxx 1981-ci illərdə 5 saylı Klinik Xəstəxanada, xx xxxxxxx 1982-ci ildən xx xxxxxx 1985-ci illərdə Təcili yardım stansiyasında, xx xxxxxx 1985-ci ildən xx xxxxx 1986-cı ilədək 21 nömrəli şəhər xəstəxanasında, xx xxx 1986-cı ildən xx xxxxxx 1990-cı ilədək 3 nömrəli X3, xx xxxxxx 1990-cı ildən xx xxxxxx 2000-ci ilədək Semaşko adına şəhər kliniki xəstəxanasında işləmişdir.

34. İddiaçıya aid əmək kitabçasındakı iş fəaliyyəti ilə bağlı qeydləri: xx xxxxxx 1980-ci ildən xx xxxx 1981-ci ilədək 11 ay 21 gün, xx xxxxxxx 1982-ci ildən xx xxxxxx 1985ci ilədək 03 il 01 ay 04 gün, xx xxxxxx 1985-ci ildən xx xxxxx 1986-cı ilədək 04 ay 28 gün, xx xxx 1986-cı ildən xx xxxxxx 1990-cı ilədək 04 il 06 ay 16 gün, xx xxxxxx 1990-cı ildən xx xxxxxx 2000-ci ilədək 09 il 11 ay 14 gün; diplom üzrə 06 il ali təhsil müddəti də nəzərə alındıqda, iddiaçının ümumilikd ə topladığı iş stajı 18 il 11 ay 23 gün müəyyən edilir.

35. İddiaçı əmək kitabçasında 1 saylı Klinik Xəstəxanada tutduğu vəzifədən xx xxxxxx 2000-ci ildə azad edildiyi qeyd edilsə də, əslində həmin xəstəxananın baş həkiminin xx xxxx 2001-ci il tarixli 14k saylı əmri ilə və həmin tarixdən işdən azad edildiyini iddia edir. Lakin xx xxxxxx 2000-ci il tarixdən sonra, həmçinin xx xxxx 2001-ci il tarixədək həmin tibb müəssisəsində əmək fəaliyyətini davam etdirdiyinə dair sübut təqdim edə bilməmişdir.

36. Əksinə, Bakı şəhəri Baş Səhiyyə İdarəsi 1 saylı Klinik Xəstəxanasından verilmiş xx xxxx 2019-cu il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı xx xxxxxx 1990-cı il tarixindən 1 saylı şəhər klinik xəstəxanasının (1 saylı şəhər klinik xəstəxanasının və M.Nağıyev adına TTTY xəstəxanasının b irləşdirilməsi ilə əlaqədar BŞBSİ-nin xx xxxxxx 2005-ci il tarixli 49 nömrəli əmrinə əsasən X9 yaradılmışdır) 5-ci kardiologiya şöbəsi intensiv terapiya bloku ilə birlikdə həkim-terapevt vəzifəsinə qəbul edilmişdir (xx xxxxxx 1990-cı il tarixli 154 nömrəli əmrlə), xx xxxxxxx 1998-ci il tarixindən ümumi reanimasiya şöbəsinə həkim vəzifəsinə keçirilmişdir (xx.xx.1998-ci il tarixli 49k nömrəli əmrlə), xx xxxxxx 1998-ci il tarixindən 3-cü terapiya şöbəsinə həkim vəzifəsinə keçirilmişdir (xx xxxxxx 1998-ci il tarixli 58k nömrəli əmrlə), xx xxxxxx 1998-ci il tarixindən 5-ci kardiologiya şöbəsinə həkim vəzifəsinə keçirilmişdir (xx xxxxxx 1998-ci il tarixli 62k nömrəli əmrlə), xx xxxxxx 2000-ci il tarixindən ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (xx xxxx 20 01-ci il tarixli 14/k nömrəli əmrlə). Göründüyü kimi, işəgötürən tərəfindən verilmiş arayışda da iddiaçının məhz xx xxxxxx 2000-ci il tarixdən işdən azad olunduğu qeyd olunmuşdur.

37. İddiaçı kassasiya şikayətinə əlavədə qeyd edir ki, vəkil sorğusu ilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs X8 müraciət olunmuş, İddiaçı xx xxxxxx 2000ci il tarixdən xx xxxx 2001-ci il tarixədək həmin müəssisədə işləməsi və əmək haqqı alıb-almaması barədə sorğu edilmişdir. Sorğuya cavab olaraq, xx xxxxxx 2000-ci il tarixdən xx xxxx 2001-ci il tarixədək əmək haqqı cədvəli təsdiq edilərək göndərilmiş və həmin cədvəldə İddiaçı 2000-ci ilin noyabr ayı üçün 51.975 manat məbləğində əmək haqqı hesablanmışdır. Bununla da, idd iaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün çatışmayan 5 (beş) gün 2000-ci ilin noyabr ayında hesablanmış əmək haqqına əsasən tamamlanır.

38. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi və iddianın təmin olunmasının əsası kimi qəbul etmir. Belə ki, cədvəldə İddiaçı 2000-ci ilin noyabr ayı üçün hansı məbləğdə əmək haqqının hesablanması onun işdənçıxma tarixinə təsir etmir.

39. İddiaçının xx.xx.1990-xx.xx.2000-ci illər üzrə iş stajının 9 il 11 ay 14 gün deyil, 9 il 11 ay 16 gün təşkil etdiyinə dair şikayətin dəlili də vəziyyəti iddiaçının xeyrinə dəyişmir, belə ki, bu halda da, qanunla tələb edilən 25 illik müddətlə bağlı şərt ödənilmir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şi kayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-147/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov Z.M.Quliyev İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar