Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1175/2021 30.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə (Açar sözlər: qaçqın statusu verilmədindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 2-1(103)-338/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Pakistan İslam Respublikasının vətəndaşı xx.xx.1974-cü il təvəllüdlü İddiaçı 2018-ci ildə Azərbaycana gəlmiş, 30.08.2018-ci il tarixində qaçqın statusu verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla ərizə-anket və müsahibə keçirilmişdir.
2. Cavabdeh 30.11.2018-ci il tarixli Vİ-71/2 nömrəli qərarla iddiaçıya qaçqın statusu verilməsindən imtina etmişdir. İmtinanı belə əsaslandırmışdır ki, onun ailə-məişət zəminində əri ilə tez-tez mübahisə etməsi, bu mübahisələrin 2000-ci ildən başladığı, mübahisə zamanı əri tərəfindən müxtəlif fi ziki təzyiq və zorakılığa məruz qalması, bununla bağlı hər hansı hüquq-mühafizə orqanına müraciət etməməsi, həmçinin ərindən boşanması ilə bağlı məhkəmə orqanlarında iddianın qaldırılmaması və son olaraq, məhz bu problemlə bağlı ölkəni tərk etmək qərarına gəlməsi onun söylədiklərini inandırıcılıq baxımından şübhə altına almış və qəbul edilməmişdir. Qeyd edilən şübhənin aradan qaldırılması ilə bağlı iddiaçı lazımi izahatlar verə bilmədiyindən bu şübhə onun xeyrinə həll edilməmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, buraxılmış müddətin bərpa edilməsi, cavabdeh tərəfindən verilmiş elektron imtinanın tələb edilib alınması, o və ailə üzvü xxxx-cı il təvəllüdlü X2 qaçqın statusunun verilməsi bar ədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırlımışdır ki, cavabdehin qərarı qanunsuz və əsassızdır. Belə ki, cavabdeh orqan işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Qərardan qanunvericilikdə nəzərdə tutulan müddətdə şikayət verə bilməməsinə səbəb isə gözlənilməz xəstəliyinin yaranması, müalicə olunması olmuşdur. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.12.2019-cu il tarixli 2-1(81)4003/2019 nömrəli (hakim Aygün Abdullayeva) qərarı ilə iddia rədd edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, iddiaçı qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut təqdim olunmamışdır.
7. İddiaçı həmin qərardan apellyasi ya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 21(103)-338/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Elmira Nağıyeva və Xəyalə Cəmilova) apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.12.2019-cu il tarixli 2-1(81)4003/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Məhkəmə qərarı iddiaçıya 09.04.2021-ci il tarixində təqdim edilmişdir.
11. Məhkəmə qərarından iddiaçı 22.04.2021 -ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 21(103)-338/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir.
13. Belə ki, cavabdeh orqan iddiaçının tərcüməçi vasitəsilə ifadəsini aldıq dan sonra məsələyə birtərəfli yanaşmış, oğlu ilə birlikdə tərk etdiyi dövlətdə olan real vəziyyəti, iddiaçının ölkəni tərk etməsinə ciddi təhlükə ilə qarşı-qarşıya qalması, onun həyatı təhlükədə qaldığı təqdirdə yetkinlik yaşına çatmayan oğlunun ortalıqda qalmasını necə çətinliklərlə qarşılaşacağını nəzərə almamışdır.
14. Bundan başqa, insan hüquq və azadlıqları və onların təminatı baxımından, yetkinlik yaşına çatmayanların valideynlərinin sağlamlığı, valideynlik hüquqlarından məhrumetmə ilə bağlı məsələ olmadıqda valideynlərinin himayəsində təhlükəsiz və onların qayğıları altında yaşamaq, valideynləri valideynlik hüququndan məhrum edildikdə və s. hallarda dövlətin himayəsində yaşamaq kimi geniş təcrübəyə malik olmadıqlarından məsələyə birtərəfli yanaşmışlar.
15. İşə baxan məhkəmələr isə g östərilən halları nəzərə almamış, nəticədə əsassız və qanunsuz qərarlar qəbul etmişdir. Bu isə İnzibati Prosessual Məcəllənin 90-94-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsi ndə əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkədaxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
20. Azərbaycan Respublikası Prezidentinin 13.11.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.
21. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqı n” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. 22. “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşad ığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.
23. Həmin Konvensiyanın 3-cü maddəsinə görə razılığa gələn dövlətlər bu Konvensiyanın müddəalarını qaçqınlara irqi, dini əlamətə və ya mənşəcə mənsub olduğu ölkəyə görə heç bir ayrı-seçkilik qoymadan tətbiq edəcəklər. 24. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur
25. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, ta m və obyektiv araşdırmağa borcludur.
26. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
27. İnzibati Prosessual Məcəllənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
28. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul e dir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərar ının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İddiaçının əsas dəlili cavabdeh tərəfindən inzibati icraatın qanunauyğun aparılmaması, iddiaçının Pakistanı tərk etməsinə və ora qayıda bilməməsinə dair dəlillərinin cavabdeh orqan tərəfindən tam, hərtərəfli araşdırılmamasıdır. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi də qərar qəbul edərkən bu hallara qiymət verməmişdir.
33. Kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 19-23-cü bəndlərində “qaçqın” statusunun anlayışı, həmin statusun verilməsi əsasları və proseduru göstərilmişdir.
34. İşin mübahisəsiz hallarına görə, iddiaçı müvafiq vəsatətlə cavabdeh orqana müraciət etdikdən sonra həmin orqan tərəfindən vəsatətin araşdırılması üçün şəxsi iş açılmış, iddiaçının təqdim etdiyi sənədlərin kserosurəti şəxsi işə əlavə edilmiş, iddiaçı və onun arvadı ilə müsahibə keçirilmiş, nəticədə iddiaçıya “qaçqın” statusunun verilməsi üçün əsasların olmadığı qənaətinə gəlinmişdir.
35. Göründüyü kimi, cavabdeh orqan həm “İnzibati icraat haqqında” Qanunun, həm də ““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun tələblərinə əməl etmiş, həmin Qanunlarda nəzərdə tutulan prosedur qaydalara riayət etmişdir.
36. İddiaçı ölkəsini tərk etməsini Pakistanda qarşılaşdığı mənəvi və fiziki təzyiqlərlə əlaqələndirsə də, nə cavabdeh tərəfindən inzibati icraat aparılan zaman, nə də işə məhkəmələr tərəfindən baxılarkən iddiaçının dəlillərini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
37. Hazırkı qərarın 2 7-ci bəndində göstərilən normanın tələbindən də göründüyü kimi, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
38. Hazırkı iş üzrə iddiaçı ona “qaçqın” statusunun verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, yəni iddiaçının Pakistan İslam Respublikasına qayıdacağı təqdirdə işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala biləcəyinə dair real riskin mövcud olmasını sübut edə bilməmişdir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğundan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkməsinin qərarını dəyiş dirmədən saxlamışdır.
40. Odur ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti rədd edilməlidir.
41. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 21(103)-338/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.