Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1175/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X45 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlb etmə barədə qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X45 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-515/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27 may 2021-ci il tarixli **********1157 nömrəli qərarı ilə vergi ödəyicisi fiziki şəxs İddiaçı 26.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 27 may 2021-ci il tarixli **********1157 nömrəli Qərarının 7 nəfərə münasibətdə 14000 manat məbləğində maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsini xahiş etmişdir.
3. İddia onunl a əsaslandırılmışdır ki, iddiaçı kiçik sahibkar kimi "şüşə qabların təmizlənməsi” ilə məşğuldur. 19 may 2021-ci il tarixdə saat 16:00-dan sonra bir qrup şəxs işlətdiyi obyektə gələrək özlərini vergi əməkdaşları kimi təqdim edərək ondan mühasibatlıq sənədlərini tələb etdilər. O, sənədləri təqdim etdi. Onlar müəyyən sənədləri götürüb akt yazdılar. Həmin aktda guya 14 nəfər işçini qeydiyyatsız işlətdiyini göstərdilər. O, etirazını bildirərək aktda göstərilən şəxslərdən 5-6 nəfəri tanımadığını bildirib. Bir neçə şəxs isə günəmuzd olaraq işləyiblər. Həqiqətən də orada çörək pulu üçün, dərman pulu üçün, ailəsinin digər ehtiyaclarını ödəmək üçün günəmuzd işləyənlər olub. Bir-iki saat işləyib 1012 manat zəhmət haqqı alıb gediblər. İşçilər soyuq su ilə işləyir, ona görə də havalar isinəndən sonra i şləmək arzusunda olurlar. Həmin şəxslər barəsində İİ rübün sonunda bəyannamə verəsiydi. Baxmayaraq ki, orada olan şəxslər orada işləmədiklərini bildirsələr də, vergi əməkdaşları sexin giriş qapısından kənarda olan şəxsləri də məcburi olaraq akta saldılar, şəxsiyyətlərini təsdiq edən sənədləri olmayan şəxsləri məcbur etdilər ki, gedib şəxsiyyət vəsiqələrini gətirsinlər. O, vergi əməkdaşlarının bu özbaşnalıqlarına son qoymalarını tələb edərək, onların bu qanunsuz hərəkətlərindən məhkəməyə şikayət edəcəyini bildirib. Hətta azyaşlı uşağın adını akta yazaraq işçi kimi göstərmişdilər. Hansı ki, həmin azyaşlı uşağın nənəsi orada aşpaz kimi fəaliyyət göstərir. Məktəbli isə onun yanına gəlmişdir. O, hər gün müəllim yanından çıxandan sonra nənəsinin (Cəmilə xanım) yanına gəlir, nənəsi işlərini qurta rdıqdan sonra birlikdə evlərinə gedirlər. Dövlətin vergi siyasətini həyata keçirən X44 (və ya Hüseynov) sırf qanun pozğunluğu ilə akt tərtib etdirilib ona, orada olan digər vətəndaşlara hədə-qorxu gəldilər, o da məcbur olub, onun diktəsi ilə izahat verdi.
4. Tərtib edilmiş akt əsasında qəbul edilmiş qərardan o, Xətai rayon məhkəməsinə şikayət yazdı. Xətai rayon məhkəməsi 3(011)-2412/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri qaytararaq əvvəlcə yuxarı vergi orqanına şikayət etməli olduğunu bildirmişdir. Odur ki, o, sözügedən qərardan İqtisadiyyat Nazirliyinə şikayət etdi. X48 Xidməti tərəfindən araşdırılarkən İnzibati şikayətin qismən təmin edilməsi haqqında 13 sentyabr 2021-ci il tarixli **********464900 saylı Qərar qəbul edərək Dövlə t Vergi Xidmətinin Bakı şəhəri X45 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1 157 saylı qərar 2.000 (iki min) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmişdir. Vergi əməkdaşı X34 qanuna zidd hərəkətlərindən Azərbaycan Respublikası Baş Prokuroruna, İqtisadiyyat nazirinə şikayətlər yazıb. Şikayəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən araşdırılmış və aktda göstərilən 15 yaşlı uşağın adı aktdan çıxarılaraq o hissədə icraata xitam verilmişdir. Bir qrup vergi əməkdaşlarının 19 may 2021-ci il tarixdə saat 16:00-da işlədiyi obyektdə özbaşınalığı, zorakılığı, ona qarşı hədə-qorxu gəlməsi barədə baş prokurora, İqtisad iyyat nazirinə şikayət edib. Hesab edir ki, həmin qərar da qanuna zidd qəbul edilmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, araşdırma zamanı cavabdehin xx.xx.2021-ci il tarixli **********0185 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs iddiaçının (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Hövsan yolu, Baku BUS-un yaxınlığında yerləşən "Şüşə butulkaların qəbulu" anbarında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 (on dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin ) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir.
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 000738 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib e dildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********1157 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 28000 (iyirmi səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tari xli **********172700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 00:22:06-də oxunduğu müəyyən edilmişdir.
7. Fərdi sahibkar İddiaçı maliyyə sanksiyasının ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********055300 nömrəli) inzibati şikayətlə müraciət etmiş və vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********464900 nömrəli "İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərarı qəbul olunmuşdur. Həmin qərara əsasən 1 nəfər fiziki şəxsin (azyaşlı) X19 (AA1333739; Pin: 8SKLZPA) iddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsi) cəlb edildiyi müəyyən edilmişdir ki, mövcud qanunvericiliyə əsasən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vergi m əsuliyyəti deyil, inzibati xətalara dair işlər üzrə məsuliyyət tətbiq edilməli olduğundan 2000 (iki min) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmişdir.
8. İddiaçı ərizəsində qeyd etmişdir ki, aktda qeyd olunan 5-6 nəfəri ümumiyyətlə tanımır və bir neçə nəfəri isə günəmuzd olaraq işə cəlb etmişdir. Aparılmış araşdırma zamanı operativ vergi nəzarəti tədbirindən 2 gün sonra, xx.xx.2021-ci il tarixdə X5, X20, X37, X13, X21 və X25 ilə iddiaçının arasında əmək müqavilələrinin bağlandığı və həmin şəxslərlə bağlanmış əmək müqavilələrinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ləğv edildiyi, bununla da məsuliyyətdən yayınmağa cəhd edildiyi müəyyən edilmişdir.
9. İddiaçı xx.xx.2021-ci il tarixli etirafedici izahatında aktda adları qeyd olunmuş fiziki şəxslərlə əmə k və ya xidməti müqavilə bağlamadığını, qısa müddətdə onlarla əmək müqaviləsi bağlanmasını təmin edəcəyini bildirmişdir.
10. X46 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 10 gündür ki, iddiaçı tərəfindən şüşə butulkaların qəbulu anbarında işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Elnarə və Mayanı tanıdığını, iş saatının saat 10:00-dan 17:00-a qədər olduğunu, əmək haqqının 120 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir.
11. X6 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən etibarən iddiaçı tərəfindən şüşə butulkaların qəbulu anbarında şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, əmək haqqının 120 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Kəmalə və Mayanı tanıdığım, onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir.
12. X4 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 1 gündür ki, iddiaçı tərəfindən işə götürüldüyünü, gündəlik əmək haqqının 10 manat olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Kəmalə və Lamiyəni tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir.
13. X7 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 19 aprel 2021-ci il tarixindən iddiaçı tərəfindən butulkaların qəbulu anbarında şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Naziləni tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir.
14. X1 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 1 aydır ki, iddiaçı tərəfindən butulka yuyan vəzifəsinə işə götürüldüyünü, obyektdə özündən başqa işləyən iş çilərdən Həlimə, Lamiyə, Ramiləni tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir.
15. X8 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 19 aprel 2021-ci il tarixindən iddiaçı tərəfindən işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Mayanı tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir.
16. X9 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən iddiaçı tərəfindən şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Lamiyə, Qızqayıt, Məlahəti tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir.
17. X2 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 1 gündür ki, iddiaçı tərəfindən işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Na zilə və Zəhranı tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir.
18. Digər 6 nəfər işçi də eyni məzmunlu izahatlar verərək, iddiaçı tərəfindən işə götürüldüklərini və onlarla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir.
19. Operativ vergi nəzarətinə dair materiallar əsasında Dövlət Vergi xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən, iddiaçı barəsində Cinayət Məcəlləsinin 162-1-1-ci maddəsinə əsasən cinayət işi başlanaraq ibtidai araşdırma aparılmış və 24 yanvar 2022-ci il tarixli ********* nömrəli Qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir.
20. Bundan əlavə, iddiaçı ifadəsində 14 nəfər işçiyə görə hesablanmış 520,79 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tam olaraq ödəmişdir. İstintaq zamanı iddiaçı iş üzrə şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş X20, X10, X5, X37, X25, X22 və X15 hər biri ilə 250 manat aylıq əmək haqqı olmaqla əmək müqaviləsi bağlamış və digər 5 nəfər, yəni X11, X13, X18, X3, X28 adlı şəxslər isə vergi nəzarəti tədbirindən sonra işləmək istəmədikləri üçün onlarla əmək müqaviləsi bağlamaq imkanı olmamışdır. Lakin, həmin şəxslərin əvəzinə onların işlədikləri fəhlə vəzifələrinə X32, X16, X38, X29, X23, X24 və X33 ilə rəsmi qaydada əmək müqaviləsi bağlamışdır.
21. İş üzrə şahid qismində dindirilmiş şüşə qəbulu anbarında i şçi kimi fəaliyyət göstərən X37 ifadəsində xx.xx.2021-ci il tarixindən yəni, keçirilmiş operativ vergi nəzarəti tədbirindən 4 gün öncədən işlədiyini, əmək müqaviləsi olmadan çalışdığını və işçi kimi İddiaçı tərəfindən işə qeyri-rəsmi olaraq qəbul olunduğunu göstərmişdir.
22. Həmçinin şahid qismində dindirilmiş X5, X20, X11, X21, X25, X3, X28, X10, X27 eyni məzmunlu ifadələr verərək iş yoldaşı olmuş Maya Cəfərovanın ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər.
23. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmiş, iddiaçı ümumi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsas landırmağa çalışmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
24. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3149/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilməmişdir.
25. Məhkəmə hesab etmişdir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır.
26. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, cavabdeh tərəfindən təqdim edilmiş yoxlama materialları ilə (iddiaçının özünün və işçilərin verdiyi izahatlarla) təkzib edilmişdir.
27. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunm ası barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-515/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3149/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi hüquqi mövqeyi ilə razılaşmışdır.
30. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ E TİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
31. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Şikayətdə əlavə olaraq qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli arışdırılmamış, b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-515/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavi ləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzr ə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
34. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİ NİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
38. Apellyas iya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
40. İddiaçı 6 nəfər işçiyə münasibətdə tətbiq olunan maliyyə sanksiyasını qəbul etdiyini, lakin işçilərdən Elnarə, Sevinc, Ellada, Şəhla, Ramilə, Nazilə və Lamiyaya münasibətdə tətbiq olunan maliyyə sanksiyasını qəbul etmədiyini, Sevinc və Şəhlanı ümumiyyətlə tanımadığını, Elnarənin onun işçisi olmadığını, Ellada, Ramilə, Nazilə və Lamiyanın isə işə baxmaq üçün gəldiklərini, lakin iş ağır olduğu üçün həmin işi bəyənmədiklərini, Nişanəyə münasibətdə isə Dövlət Vergi Xidməti tərəfindən qərarın ləğv olunduğunu bildirmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçının tətbiq olunan maliyyə sanksiyasını qəbul etmədiyi 7 nəfər şəxsin (Elnarə, Sevinc, Ellada, Şəhla, Ramilə, Nazilə və Lamiya) hər birinin verdiyi etirafedici izahatları ilə iddiaçı tərəfindən həmin şəxslərlə əmək və ya xidməti müqavilə bağlamadan işə götürüldüyü təsdiq olunmuşdur.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul edildiyindən, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məh kəməsinin qərarının ləğvinə əsas vermir.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-515/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.