Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1176/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1176/19 Bakı şəhəri 19 iyun 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 31 oktyabr 2018-cı il tarixli, 2-1(103)-2428/2018 saylı qərarından verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, prokurorluq orqanlarında işləyə-işləyə 25 illik qulluq keçmiş şəxs kimi ona təyin edilmiş pensiyanı əmək haqqında baş vermiş sonrakı bütün artımlar da nəzərə alınmaqla yenidən hesablanması və onun 01 yanvar 2006-cı ildən 19 noyabr 2009-cu ilədək olan dövr üzrə almalı olduğu 50 faiz hissəsi ilə faktiki aldığı 50 faiz hissəsi arasındakı az aldığı cəmi fərqin müəyyən edilib birdəfəlik ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “prokurorluq orqanlarında işlədiyi 1989-cu ilin oktyabr ayından 1994-cü ilin oktyabr ayınadək ardıcıl 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı bütün artımlar nəzərə alınmaqla 01 yanvar 2006-cı il tarixdən yenidən hesablanması və 01 yanvar 2006-cı ildən yeni hesablamanın aparıldığı günədək ödənilməmiş fərqin müəyyən edilib birdəfəlik qaydada ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 05 yanvar 1978-ci il tarixdən fasiləsiz olaraq Azərbaycan Respublikasının prokurorluq orqanlarında işləmiş və 26 noyabr 2012-ci il tarixdən yaşa görə pensiyaya çıxmışdır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.13-cü maddəsinə uyğun olaraq hələ prokurorluqda işləyə-işləyə 01 yanvar 2006-cı il tarixdən əmək haqqı ilə yanaşı hər ayda 25 illik xidmət illərinə görə ala biləcəyi pensiyanın 50 faizi miqdarında pensiya almışdır. Bu məbləğ sonuncu artırımlarla əlaqədar 644 manat təşkil etmişdir. Ona 2012-ci il tarixdə yaşa görə pensiya hesablanılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş arayışda pul təminatları əmək haqqına daxil edilmiş və bu hal, öz növbəsində aldığı pensiyasının məbləğinin artmasına səbəb olmaqla, haz ırda 2025 manat təşkil edir. Bu artımlar səbəbi ilə hələ işləyə-işləyə aldığı 50 faiz hissəyə münasibətdə yaranmış cəmi on bir min manata yaxın fərqi 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2012-ci il tarixli qətnaməsi əsasında cavabdehdən almışdır. Lakin bu, 19 noyabr 2009-cu il tarixdən 2012-ci ilin noyabrına qədərki dövrü əhatə etmişdir. Hesab edir ki, 01 yanvar 2006-cı tarixdən prokurorluq orqanlarında 25 il qulluq keçmiş şəxs kimi ona pensiya təyinatı aparılarkən əmək haqqının məbləği az götürülməklə, düzgün hesablanılmamışdır. Pensiyanın təyinatı 1989-1994-cü illər üzrə olan əmək haqllarından hesablanılmışdır. Lakin təyinatın aparıldığı günə artıq “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun qüvvədə olmuşdur və həmin Qanunun 20.8, 20.9 və 21.4-cü maddələri ilə prok urorluq işçiləri üçün nəzərdə tutulmuş pul müavinatı və maddi yardım kimi nəzərdə tutulan məbləğlər o dövrdə hesablanılmış cəmi məbləğə əsassız olaraq daxil edilməmişdir. Bununla da, təyin edilmiş həmin pensiyanın miqdarı, o cümlədən də onun işlədiyi dövrdə hər ayda aldığı 50 faiz hissəsi az məbləğdə olmuşdur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 aprel 2017-ci il tarixli, 2-1(82)480/2017 saylı qərarı (hakim Miminat Hacıbıyova) ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli, 2-1(103)-1640/2017 sa ylı qərarı ilə (sədrlik edən hakim Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, onun edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 yanvar 2018-ci il tarixli, 2-1(102)-65/2018 saylı qərarı ilə (sədrlik edən hakim İlqar Hüseynov, hakimlər Nigar Rəsulbəyova və Zakir Quliyev) apellyasiya məhkəməsinin qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 may 2018 -ci il tarixli 2-1(103)-968/2018 saylı qərardadı ilə (sədrlik edən hakim Səriyyə Seyidova, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 05 aprel 2017-ci il tarixli, 2-1(82)-480/2017 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk gündən ona təyin olunmuş pensiyanın mövcud qanunlara, o cümlədən də pensiya qanunvericiliyinin bütün tələblərinə tam və düzgün əməl olunmaqla yenidən hesablanılmasının təmin edilməsinin cavabdehə həvalə edilməsi; prokurorluq orqanlarında işlədiyi 1989-cu ilin oktyabr ayından 1994-cü illin oktyabr ayınadək ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının ort a aylıq məbləğindən, əmək haqqındakı sonrakı bütün artımların, o cümlədən də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4 maddələri ilə nəzərdə tutulmuş, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, onların müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki ay əmək haqqı məbləğində ödənilməli birdəfəlik pul müavinatı və prokurorluq işçilərinə hər il onların aylıq əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsinə dair ödənişlərin, habelə mükafatların sayında və məbləğində baş vermiş (hər ilin mart ayında Novruz bayramı və oktyabrında prokurluq işçilərinin peşə bayramı günü münasibəti ilə verilən) sonrakı artımların da nəzərə alınmaqla, 01 yanvar 2006-cı il tarixdən yenidən hes ablanılması və 01 yanvar 2006-cı il tarixdən (2009-2012-ci illər də daxil bu günə kimi) yeni hesablama aparılan günə kimi, olan dövr üzrə ödənilməmiş cəmi fərqin müəyyən edilib, birdəfəlik qaydada ona ödənilməsi; pensiyasının ilk gündən, yəni 01 yanvar 2006-cı il tarixdən 2009-2012-ci illər də daxil, bu günə kimi olan dövr üzrə yenidən hesablanılması və cəmi fərqin müəyyən edilməsi zamanı, pensiya qanunun 29 maddəsinə uyğun olaraq ötən hər il ərzində milli valyutasının xeyli dərəcədə infılyasiyaya uğraması ilə əlaqədar ideksləşdirilməyib, ancaq əmək haqqındakı artımlarla bağlı olduğunu, habelə Azərbaycan Respublikası Konstitutsiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq, fiziki şəxs kimi onun hüquq vəziyyətini yaxşılaşdırdığı üçün prokurorluq orqanı əməkdaşlarının vəzifə maaşla rının 01 yanvar 2014-cü il tarixdən artmasına dair Fərmanın qüvvəsinin geriyə şamil edilməli olduğunu (sonuncu məhkəmə qərarı icra edilənə kimi, prokurorluq əməkdaşlarının əmək haqqında yenidən artımlar da ola bilər ki, onlar da daxil) nəzərə alaraq həyata keçirilməsinin təmin edilməsini və həm də hazırkı iş üzrə cəmi fərqi müəyyən edərkən 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 03 iyul 2012-ci il tarixli qərarı ilə müəyyən edilmiş fərqin əvvəllər ona ödənilməsini nəzərə alınmasına dəyişdirilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2-1(82)3044/2018 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbləri qismən təmin edilərək, iddiaçıya təyin olunmuş pensiyanın mövcud qanunvericiliyinin tə ləbləri nəzərə alınmaqla yenidən hesablanılmasının təmin edilməsinin cavabdehə həvalə edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qərara alınmışdır. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh qanunvericiliklə baş vermiş dəyişiklikləri iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığı halda nəzərə almamaqla, onun sosial təminat hüququnun “Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilməsinə maneçilik törətmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək, iddianın tam həcmdə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2428/2018 saylı qərarı ilə (s ədrlik edən hakim Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2-1(82)-3044/2018 saylı qərar iddianın təmin edilmiş - “İddiaçı təyin olunmuş pensiyanın mövcud qanunvericiliyinin tələbləri nəzərə alınmaqla yenidən hesablanılmasının təmin edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə həvalə edilməsi” hissəsində ləğv edilmiş, qərar iddia tələbinin təmin edilməmiş - iddiaçının “prokurorluq orqanlarında işlədiyi 1989-cu ilin oktyabr ayından 1994-cü illin oktyabr ayınadək əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı bütün artımların nəzərə alınmaqla, 01 yanvar 2006-cı il tarixdən yenidən hesablanılması fərqin birdəfəlik qaydada ona ödənilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya təyin olunmuş əmək pensiyasının, onun prokurorluq orqanlarında işlədiyi 1989-cu ilin oktyabr ayından 1994-cü illin oktyabr ayınadək əmək haqqının orta aylıq məbləğindən (1) prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki ay əmək haqqı məbləğində ödənilməli birdəfəlik pul müavinətı və onların hər il aylıq əmək haqqının ikiqat həcmindən az olmayaraq ödənilən maddi yardım nəzərə alınmaqla, 01 yanvar 2006-cı il tarixdən bu günə kimi olan dövr üzrə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödə nilməsi vəzifəsinin cavabdehə həvalə edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələbini gözləməmiş, iddia tələbini qismən təmin edərək, onu dəqiq və aydın ifadə etməmiş, qərarda göstərilən nəticə iddia tələbinə uyğun gəlmir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan qanunvericiliklə baş vermiş dəyişiklikləri iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığı halda nəzərə almamış, onun sosial təminat hüququnun hazırkı qanunla müəyyən olunmuş qaydada həyata keçirilməsinə maneçilik törətmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, "Prokurorluq haqqında" Az ərbaycan Respublikası Qanununun 20.8, 20.9, 21.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı və cavabdeh kassasiya şikayəti vermişdirlər. İddiaçı verdiyi kassasiya şikayətində qərarın iddianın qalan hissədə dəyişdirimədən saxlanılmasına aid hissədə ləğv edilməsi, iddianın həmin hissədə (tam həcmdə) təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, hazırda aldığı pensiyası hesablanarkən mükafatların ildə sayı iki dəfə olmaqla, aylıq əmək haqqı həcmində hesablanmışdır. Halbuki, 1989-1994-cü illərdə verilmiş mükafatların sayı cəmi yeddi olmaqla vəzifə maaşı həcmində nəzərə alınmalı idi. Daha bir dəlillə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinə görə bütün digər pensiya alanların pensiyası hər il inflyasiyaya uyğun indeksleşdirildiyi halda, prokurorluq işçilərin pensiyalarının artırılmasının əmək haqqında baş verəcək artımlarla əlaqələndirilməsini əsassızdır. Apellyasiya məhkəməsinin qərarında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2012-ci il tarixli qərarı ilə müəyyən edilmiş fərqin əvvəllər ona ödənilmiş olması nəzərə alınmamışdır. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 149, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 29-cu maddələrinə istinad olunmuşdur. Cavabdeh verdiyi kassasiya şikayətində qərarın iddianın qismən təmin edilməsi hissədə ləğv edilm əsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçının prokurorluq orqanlarında 25 ildən artıq qulluq etməsi ilə əlaqədar olaraq 01 yanvar 2006-cı il tarixdən etibarən ona əmək pensiyası təyin edilərkən mükafat, maddi yardımlar və 1989-cu ilin oktyabr ayından 1994cü ilin oktyabr ayınadək 39 ay Azərbaycan Respublikası Baş prokurorluğunda idarə prokuroru, 15 ay idarənin böyük prokuroru, 6 ay Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsində işlədiyi dövrlərdəki vəzifə maaşaları nəzərə alınmışdır. Dəlilin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərba ycan Respublikası Qanunun 27-ci maddəsinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıvə onun vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını m ümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxxxxx 1952-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən iddiaçıya verilmiş 22 yanvar 2016-ci il tarixli 02-16 seriyalı vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi əmək veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı 13 mart 2001-ci ildə Xətai rayon prokurorunun böyük köməkçisi, 11 noyabr 2004-cü ildə Nizami rayon prokurorunun köməkçisi, 31 yanvar 2005-ci ildən 26 noyabr 2012-ci ilədək Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifələrində işləmişdir. 2in(82)-1060/2012 saylı 03 iyul 2012-ci il tarixli qərarın surətindən görünür ki, iddiaçının cavabdehə qarşı əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi tələbinə dair iddiası təmin edilmişdir. İddiaçıya qulluq stajına görə əmək pensiyasının Azərbaycan Respublikasının 20 oktyabr 2009-cu il tarixli, 895 saylı “Prokurorluq haqqında” “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Qanunla” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə uyğun olaraq son iki il üzrə əmək haqqında yaranmış artımlar və əlavələr də nəzərə alınmaqla, yenidən hesablanılması vəzifəsi, habelə yeni təyin ediləcək pensiya məbləği ilə əvvəlki pensiya məbləği arasında yaranmış fərqin həmin Qanun qüvvəyə mindiyi 19 noyabr 2009-cu il tarixdən hesablanılaraq birdəfəlik qaydada ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş 26 noyabr 2012ci il tarixli 11/308-K saylı əmrin surətindən görünür ki, iddiaçı 26 noyabr 2012-ci il tarixdə prokurorluqda qulluqda olmasının yaş həddinə çatdığına görə Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş 21 aprel 2006-cı il tarixli 14/289 saylı arayışın surətindən görünür ki, iddiaçı X.1989-X.1994-cu illər üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunun idarəsinin prokuroru, böyük prokuroru, Qaradağ rayon prokuroru vəzifələrində işlədiyi illər üzrə 1990 – 1 dəfə 100% vəzifə maaşı həcmində, 1992 – 1 dəfə 100% vəzifə maaşı həcmində, 1993 – 2 dəfə 100% vəzifə maaşı həcmində 1 dəfə 50% vəzifə maaşı həcmində, 1994 – 2 dəfə 50% vəzifə maaşı həcmində mükafat almışdır. İşlədiyi müddət ərzində xidmət illərinə görə 45% əlavə əmək haqqı almışdır. İşdə olan aprel 2014-cü il tarixli sərəncamın surətindən görünür ki, İddiaçı 01 yanvar 2014-cü ildən ömürlük pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunanan müavinət təyin edən Komissiy ası tərəfindən verilmiş 02 may 2006-cı il tarixli 782 nömrəli qərarın surətindən görünür ki, iddiaçıya 01 aprel 2006-cı il tarixdən prokurorluq orqanlarında işlədiyinə pensiya təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 04 noyabr 2016-cı il tarixli 19/7436-01 saylı məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2014-cü il tarixli 54-2 nömrəli Qərarı ilə Azərbaycan Respublikası prokurorluq orqanlarının prokurorluq işçilərinin vəzifə maaşların təsdiq edildiyi, prokurorluq işçisi kimi aldığı əmək pensiyası əmək haqqına edilən dəyişiklik nəzərə alınmaqla 01 yanvar 2014-cü il tarixdən 2025.0 manat məbləğində (2531.25 manat orta aylıq əmək haqqının 80%) yenidən hesablanması, hazırda pensiyanın qeyd olunan məbləğdə ödənilməsi barədə bildirilmişdir. Cavabdeh tərə findən iddiaçıya ünvanlanmış 24 may.2018-ci il tarixli 19/4692-01 saylı məktubda prokurorluq orqanlarında 25 ildən artıq qulluq etməyi ilə əlaqədar olaraq 01 yanvar 2006-cı ildən etibarən şöbədən Prokurorluq işçisi kimi əmək pensiyası alınması, pensiya təyin edilərkən Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən təqdim etdiyi 21 aprel 2006-cı il tarixil 14/229 saylı arayışda qeyd edilən mükafat və maddi yardımlar nəzərə alınmaqla pensiyanın hesablanması, pensiya hesablanarkən təqdim etdiyi arayışda qeyd olunan mükafat və maddi yardımları əhatə edən dövrdə (oktyabr 1989-cu ildən oktyabr 1994-cü ilədək) 39 ay Azərbaycan Respublikasl Baş prokurorluğunda idarə prokuroru, 15 ay idarənin böyük prokuroru, 6 ay isə Bakı şəhər Qaradağ rayon prokuroru vəzifəsində işlədiyi, ərizədə qeyd etdiy i əksinə olaraq pensiya hesablanarkən vəzifə maaşların düzgün tətbiq edilməsi barədə bildirilimişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəyə əsasən Azərbaycan Respublikası Baş prokurorluğunda idarə prokurorunun vəzifə maaşı 1.830.000 manat (366 azn) idarənin böyük prokurorunun vəzifə maaşı 1.950.000 min manat (390 azn), Qaradağ rayon prokurorunun vəzifə maaşı isə 2.400.000 manat (480 azn) təşkil etmişdir. 01.01.2006-cı il tarixdən pensiyanız hesablanarkən yuxarıda qeyd edilən vəzifə maaşları, 45% xidmət illərinə görə əlavə, ədliyyə müşaviri xüsusi rütbə dərəcəsi və Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən tərəfindən təqdim etdiyiniz 21.04.2006-cı il tarixli 14/289 saylı arayışda qeyd edilən bütün mükafat və maddi yardımlar nəzərə alınmaqla pensiya düzgün olaraq hesablanmış və prokurorluq işçilərinin vəzifə maaşlarında artım olduqda pensiyanının məbləği yenidən hesablanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 03 iyul 2012-ci il tarixli 2-1(82)1060/2012 saylı qərarı əsasında pensiya 01 fevral 2010-cu ildən 01 fevral 2012-ci ilədək aldığı əmək haqqı əsasında yenidən hesablanmış və bu yenidən hesablanma nəticəsində yaranmış fərqin 19 noyabr 2009-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi şöbəyə həvalə olunmuşdur. Şöbə tərəfindən də təqdim etdiyi 09 fevral 2012-ci il tarixli 15/143 saylı arayışda qeyd olunan mükafat, maddi yardım və müavinətlər nəzərə alınmaqla pensiya yenidən hesablanmışdır. Ərizədə qeyd edilmiş 2 aylıq həcmində maddi yardım, məzuniyyətə çıxarkən pul təminatı və müalicə pulu pensiya hesablanarkən nəzərə alınmış və yuxarıda qeyd edilən məhkəmə qərarında da o vəsaitin 19 noyabr 2009-cu il tarixdən hesablanması qeyd olunduğundan 01 yanavr 2006-cı il tarixdən şamil oluna bilməz. Həmçinin ərizədə qeyd edilmiş məsələlərə aid eyni məzmunda iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 04 may 2018-ci il tarixli 2-1(103)-968/2018 tarixli qərarı ilə iddia ərizənin ləğv edilməsi barədə bildirilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını, əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi iddianı qismən təmin etməklə hesab etmişdir ki, cavabdeh inzibati orqan qanunvericiliklə baş vermiş dəyişiklikləri iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığı halda nəzərə almamış, onun sosial təminat hüququnun hazırkı qanunla müəyyən olunmuş qaydada həyata keçirilməsinə maneçilik törətmişdir. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlillərinə görə, 1989-1994-cü illərdə verilmiş mükafatların sayı cəmi yeddi olmaqla vəzifə maaşı həcmində nəzərə alınmalı, habelə digər pensiya alanların pensiyası hər il inflyasiyaya uyğun indeksleşdirildiyi halda, prokurorluq işçilərin pensiyalarının artırılmasının əmək haqqında baş verəcək artımlarla əlaqələndirilməsi əsassızdır. Cavabdehin dəlillərinə görə isə, 01 yanvar 2006-cı il tarixdən etibarən iddiaçıya əmək pensiyası təyin edilərkən mükafat, maddi yardımlar və 1989-cu ilin oktyabr ayından 1994-cü ilin oktyabr ayınadək işlədiyi dövrlərdəki vəzifə maaşaları nəzərə alınmışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmas ını zəruri hesab edir. İddia tələbinə uyğun olaraq iddiaçının 01 yanvar 2006-cı il tarixinə qədər aldığı pensiya məbləğinin hesablanması zamanı 1989-cu ilin oktyabr ayından 1994-cü illin oktyabr ayınadək ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının sonrakı artımlar nəzərə alınmaqla məbləğinə münasibətdə qanunvericiliyin tələbləri təhlil olunmalıdır. Həmin dövrə münsibətdə qüvvə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 17-ci maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir; - 63-1-ci maddəsinə əsasən, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş pr okurorluq işçiləri xidmət illərinə görə pensiya hüququna malikdirlər; - 73-cü maddəinə əsasən, mövcud qaydalara görə sığorta haqları hesablanan əmək haqqının və mükafatın bütün növləri, o cümlədən əvəzçiliyə, istirahət və bayram günlərində işə, iş vaxtından əlavə işə görə və mülki hüquq müqavilələri üzrə verilən əmək haqqı pensiya hesablanarkən gəlirin ümumi məbləğinə daxil edilir. Bu zaman birdəfəlik ödənclər (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) nəzərə alınmır; - 23-cü maddəsinə əsasən, işləyən pensiyaçılara pensiyalar himayəsində olanlara və qulluğa görə əlavələr nəzərə alınmadan 50 faiz məbləğində ödənilir. Maddələrin tələblərindən göründüyü kimi, prokurorluq işçilərinə təyin edilən pensiya məbləğinin orta aylıq əmək haqqlarından hesablanması müəyy ən edilmiş və bu zaman gəlirin ümumi məbləğinə hesablanan əmək haqqının və mükafatın məbləğləri də aid edilmişdir. Habelə, pensiyanın hesablanması zamanı əmək haqqındakı sonrakı artımların da nəzərə alınması müəyyən edilmişdir. 29 iyun 2001-ci ildə qəbul edilmiş və 19 iyul 2001-ci ildən qüvvəyə minmiş“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı kimi tənzimələnmişdir: - 21.1.-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir; - 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir; - 20.9-cu maddəsinə əsasən, (...) prokurorluq işç ilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir; - 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Maddələrin tələblərindən göründüyü kimi, prokurorluq işçilərinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına müəyyən əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Bunlara məzuniyyətlə bağlı müavinət, müalicə olunmaları ilə bağlı müavinət və maddi yardım aiddir. Bünüt bu odənişlər isə əmək haqqı anlayışı ilə əhatə edilmişdir. Bu və yuxarıda istinad edilmiş qanunvericiliyin tələblərinə əsasən belə nəticə əldə olunur ki, 01 yanvar 2006-cı il tarixinə qədər iddiaçıya ödənilən əmək pensiyasınıın məbləği 1989-cu ilin oktyab r ayından 1994-cü ilin oktyabr ayınadək ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqından, 19 iyul 2001-ci il tarixindən sonra isə orta aylıq əmək haqqı hesablanarkən hər biri iki aylıq əmək haqqı məbləği təşkil edən məzuniyyət, müalicə və maddi yardım məbləğlərinin nəzərə alınması müəyyən edilmişdir. 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.4-cu maddəsinə əsasən, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır; - 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı sığorta olunanlara təyin edilir:20.1.5. prokurorluq işçiləri; - 20.8-ci maddəsinə əsasən: bu Qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmə k haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla:prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə — prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (20.8.3); - 26.3-ci maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş pensiyasının (bütün əlavələr və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləği çıxıldıqdan sonra yerdə qalan məbləğ qulluq stajına görə pensiyasına əlavə kimi müəyyənləşdirilir. - 28-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; - 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonr adan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır; - 37.3-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına: 37.3.4. bu Qanunun 20.1.1-20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr 50 faiz həcmində ödənilir; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Maddələrin mətnindən göründüyü kimi, sabiq prokurorluq işçilərinə pensiya hesablanarkən qulluq stajına görə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin məbləği isə əmək haqqının məbləğindən asılıdır və onun yenidən hesablanması əmək haqqında baş verilmiş dəyişiklik nəzərə alınmaqla müəyyən edilmişdir. Müvafiq məbləğin alınması keçmiş müddətlə məhdudl aşıdırlmamışdır. Beləliklə, iddiaçının pensiyasının 01 yanvar 2006-cı ildən sonra hesablanması zamanı ortaaylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilərkən, onun məbləğinin hesablanması zamanı aşağıdaklar nəzərə alınmalıdır: 1989-cu ilin oktyabr ayından 1994-cü ilin oktyabr ayınadək ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqı (1) və hər biri iki aylıq əmək haqqı məbləği təşkil edən məzuniyyət, müalicə və maddi yardım məbləğləri (2). İddiaçı 01 yanvar 2006-cı il tarixində işləyən pensiyaçı olduğundan, göstərilən qaydada hesablanmış qulluq stajına görə əlavə məbləğinin 50 faiz həcmində ödənilməsi müəyyən edilmişdir. İddiaçının bu müddət ərzində göstərilmiş qaydadan f ərqli qayda üzrə hesablanmış və ödənilmiş pensiya məbləği nəzərə alınmaqla iddia tələbi yaranmış fərq məbləği həcmində ödənilməsi barədə apellyasiya məhkəməsinin nəticəsini məhkəmə kollegiyası qanunamüvafiq hesab edir. Lakin aşağıdakılara əsaəsn məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişidirlməlidir. İşin hallarından göründüyü kimi, iddiaçının tələbi üzrə digər hüquqi əsaslara görə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2in(82)-1060/2012 saylı, 03 iyul 2012-ci il tarixli qərarı ilə tələbi təmin olunaraq pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi müəyyən edilmişdir. Həmin tələbin hüquqi əsasını 20 oktyabr 2009-cu iltarixində qəbul edilmiş və 19 noyabr 2009-cu il tarixindən qüvvəyə minmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qa nunlarına dəyişikliklər və əlavələr edilməsi barədəAzərbaycan Respublikasının Qanununu təşkil edir. Həmin Qanunun 20.8-ci maddəsində müəyyən edilmişdir ki, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, (....) müəyyən edilir. Məhkəmə qərarı ilə həmin maddəyə əsasən qulluq stajına görə əlavənin hesablanması zamanı hər biri iki aylıq əmək haqqı məbləği təşkil edən məzuniyyət, müalicə və maddi yardım məbləğlərinin nəzərə alınması artıq müəyyən edilmiş və həmin qayda iddiaçının pensiya məbləğinin hesablanması zamanı da hazırda tətbiq edilməkdədir. Azərbaycan R espublikası İPM-nin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin tələbinə istinadən hesab edir ki, həmin qərar üzrə iddiaçının almalı olduğu pensiya məbləği 19 noyabr 2009-cu il tarixindən müəyyən edildiyindən, iddiaçının hazırki tələbi yalnız 01 yanvar 2006-cı ildən 19 noyabr 2009-cu il tarixədək olan müddətlə məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə qismən uyğun qəbul edilməmişdir və cavabdehin kassasiya şikayətində göstərilmiş dəlilləri qərarın qismən dəyişdirilməsi üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəs inin müsir vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2018-cı il tarixli, 2-1(103)-2428/2018 saylı qərarı “01 yanvar 2006-cı il tarixindən bu günə kimi olan dövr üzrə” hissəsində dəyişdirilsin və həmin hissə “01 yanvar 2006-cı il tarixindən 19 noyabr 2009-cu il tarixinə qədər olan dövr üzrə” kimi müəyyən edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1176/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1176/2019
19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver