Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1176/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, iddianın mümkünlük şərti, preyudisiallıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1989; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2-1(103)1266/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının 87 №- li 11 oktyabr 2017-ci il tarixli Əmri ilə Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə müvafiq olaraq 156-cı maddənin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) çavuş İddiaçı, 139-cu motorlaşdırılmış briqadada 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda atıcı (avtomatik idarə olunan “yüksək qalxan” yarımqrupu) (HQ İ № 132015) vəzifəsindən azad edilib həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının xx.xx.2017-ci il tarixli 87 №-li əmrindən çıxarışın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuşdur. 2003-2007-ci illərdə C.Naxçivanski adına Hərbi liseydə təhsil almışdır. 2007- 2008-ci illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurub ehtiyata buraxılmışdır. xx.xx.2011-ci ildən xx.xx.2017-ci ilə qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunların N saylı hərbi hissəsinin 2-ci Xüsusi Vasitələrin tətbiqi Dəstəsinin, 1-ci Xüsusi Vasitələrin Tətbiqi Bölməsinin, 1-ci Xüsusi Vasitələrin Tətbiqi Qrupunun, 2-ci Yarımqrupunda (avtomatik idarə olunan “Yüksək Qalxan” yarımqrupu) çavuş rütbəsində atıcı vəzifəsində xidmət etmişdir. Bəzi səhvlərinə görə 11 oktyabr 2017-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “H” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra dəfələrlə işə qəbul olunmağı barədə müraciətlər etsə də heç bir nəticə əldə etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “H” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) verdiyi qanunsuz əmrə görə o, Azərb aycan Respublikası Sərhəd Qoşunlarında, Müdafiə Nazirliyində hətta mühafizə işlərində belə işə qəbul oluna bilmir.
4. Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(112)-3979/2022 nömrəli qərardadı ilə (hakim N.Abiyev) iddia tələbi mümkün sayılmamışdır.
5. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə mübahisəli məsələyə digər məhkəmə icraatında baxılmış, eyni tərəflər arasında eyni iddia tələbinə dair eyni predmet barədə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəyə minmişdir.
6. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, şikayətin təmin edilərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəm əsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2-1(103)-1266/2022 nömrəli qərardadı ilə (hakimlər: M.Tağızadə /sədrlik edən və məruzəçi/, A.Oruczadə və V.Sadıqov ) apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3979/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan başqa qeyd etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3442/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “Əmrin ləğv edilməsi” tələbi barədə iddiası mümkün sayılmamış və müddət in bərpası barədə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2764/2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 2-1(82)-3442/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-697/2020 saylı qərardadı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(112)- 2764/2019 saylı 21 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(103)-1404/2020 saylı qərardadı ilə, apelyasiya şikayəti təmin olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 2-1(82)3442/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddiaçının müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi barədə 2-1(82)3442/2019 saylı 09 oktyabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-381/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1404/2020 saylı nömrəli qərardadlarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin olunmamışdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən maddənin tələbləri pozulmuş, apellyasiya instansiyası isə qeyd edilən hallar qiymətləndirməmişdir.
11. Belə ki, qanunvericilik yol verilən xətaların aradan qaldırılması, natamam faktiki məlumatların t amamlanması, işin hallarının müəyyənləşdirməsi, iddianın düzgün formada qaldırılması və.s xətaları aradan qaldırmaq üçün məhkəmənin üzərinə imperativ qaydada yadım etmə vəzifəsi qoyulmuşdur ki, hal-hazırda iddiaçı qeyd edilən hüquqdan məhrum olmuş, iddiası mümkün sayılmamışdır. Həmin halları isə təəssüflər olsun ki, məhkəmə nəzərə almamış, hər hansı bir münasibət bildirməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2-1(103)-1266/2022 nömrəli qərardadının qüvvədə saxlanılmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Maddə
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilmə məsi barədə qərar qəbul edir. 14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə, məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndiri ldiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelİyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, məzmun və mahiyyət etibarı ilə kassasiya şikayəti iddia ərizəsinə və apelyasiya şikayətinin dəlillərinə uyğundur.
19. Bununla bağlı qeyd edilməlidir ki, Avropa İnsan hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Həmin hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
21. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
23. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır.
24. İddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən, həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvə yə minmiş məhkəmə aktının mövcud olubolmaması da müəyyən olunmalıdır. Hazırki mübahisəyə münasibətdə iddianın mümkün sayılmamasını şərtləndirən səbəb, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur hüquqi baxımdan etibarlıdır, yəni qüvvəsini saxlamaqdadır.
25. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir.
26. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur.
27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddianın mümkün sayılmaması hüquqi nəticə baxımından prinsipcə həmin iddia ilə yenidən aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək imkanını istisna etmir. Lakin bunun üçün iddianın mümkün sayılmasını istisna edən və ya iddianın mümkün sayılmamasını şərtləndirmiş halın və ya səbəbin aradan qalxması mütləqdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında iddianın növündən asılı olaraq (mübahisələndirmə, məcburetmə haqqında iddialara münasibətdə) müəyyən müddət məhdudiyyətləri mövcuddur və iddianın mümkünlüyü istisna edən səbəblər həmin müddət daxilində aradan qaldırılmalıdır. Əks təqdirdə, müddətin buraxıldığı hallarda da iddianın mümkün sayılmaması riski mövcuddur və iddiaçı müddəti üzürlü səbəbdən buraxdığını sübut etməlidir.
28. İş üzrə materiallardan göründüyü kimi, hazırkı mübahisəyə münasibətdə iddianın mümkün sayılmamasını şərtləndirən səbəb, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktı hüquqi qüvvəsini saxlamaqdadır və həmin qərardadda iddianın mümkün sayılmamasına səbəb olan hallar aradan qalxmamışdır.
29. Belə ki, iş materiallarına əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin 2-1(82)-3442/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “Əmrin ləğv edilməsi” tələbi barədə iddiası mümkün sayılmamış və müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2764/2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 2-1(82)-3442/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-697/2020 saylı qərardadı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(112)- 2764/2019 saylı 21 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(103)-1404/2020 saylı qərardadı ilə, apelyasiya şikayəti təmin olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 2-1(82)3442/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
30. Həmçinin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddiaçının müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi barədə 2-1(82)3442/2019 saylı 09 oktyabr 2019-cu i l tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-381/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1404/2020 saylı nömrəli qərardadlarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin olunmamışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddiaların əsaslılığına baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
32. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda isti nad olunan normalara görə və qeyd edilən səbəblərdən iddianın mümkün sayılmaması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür.
33. Beləliklə, şikayətin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 21(103)-1266/2022 nömrə qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.