Məhkəmə qərarları › İş №2-1(102)-1176/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1176/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1176/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əməkhaqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işburaxmaya görə hesablanmış əməkhaqqının ödənilməsi” tələbi nə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2-1(103)-2694/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinin Birbaşa cavablandırma şöbəsinin (İnbound) dövlət vergi müfəttişi vəzifəsində işləyən iddiaçı Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********043100 nömrəli əmri ilə İqtisadiyyat nazirinin “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunun, onun Aparatının və strukturuna daxil olan qurumların strukturlarının və ştat cədvəllərinin təsdiq edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, F177 nömrəli əmrinə istinadən xx.xx.2 022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuş hesab edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür.

2. Daha sonra müvafiq əmrlərlə iddiaçının sərəncamda olma müddəti xx.xx.2022ci il tarixədək uzadılmışdır.

3. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********998900 nömrəli əmri ilə uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkünlüyü əsas gətirilərək iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək, Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır.

4. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan Çağrı Mərkəzi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Fərmanın icrası ilə əlaqədar İqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli F-161 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilən Çağrı Mərkəzinin strukturu və ştat cədvəli təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 6-cı bəndində qeyd edilmişdir ki, dövlət orqanı və ya onun bölmələri ləğv edilərək digər dövlət orqanlarının tərkibində yenidən təşkil qaydasında yaradıldıqda, əvvəllər həmin orqanda və ya onun bölmələrində qulluq keçmiş şəxslər müvafiq dövlət orqanlarında ayrılmış yeni ştat sayı həddində analoji vakant vəzifəyə təyin edilməlidirlər. Buna əsasən, Vergilər Nazirliyinin strukturuna daxil olmuş Çağrı Mərkəzinin əməkdaşları İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində dövlət qulluğu vəzifələrinə təyin edilmiş, laki n iddiaçı və daha beş əməkdaş İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində təklif olunan vəzifələrdən imtina etmişlər. İddiaçı istisna olmaqla, digər əməkdaşlar daha sonra təklif olunan vakant vəzifələrə təyinatla əlaqədar razılıqlarını bildirmiş və İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində müvafiq dövlət qulluğu vəzifələrinə təyin edilmişlər. İddiaçının İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində müvafiq dövlət qulluğu vəzifəsindən imtina etməsinə səbəb olan halların araşdırılması məqsədilə o, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********043100 nömrəli əmri ilə Xidmətin sərəncamına götürülmüşdür. İddiaçı sərəncamda olduğu müddətdə onu narahat edən hallarla bağlı qanunamüvafiq tədbirlər görülmüş və ona bir daha İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin hər hansı sektorunda m üvafiq vakant inzibati vəzifə təklif edilsə də, o, yenə də verilən təklifi qəbul etməkdən imtina etmişdir. Bununla əlaqədar iddiaçının iştirakı ilə akt tərtib edilmiş, lakin o, aktı imzalamaqdan da imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, **********998900 nömrəli əmrin ləğv edilməsi, Dövlət Vergi Xidmətində vəzifə maaşına və ixtisasına uyğun işə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa edilənə qədər məcburi işburaxmaya görə hesablanmış əməkhaqqının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixindən vergi orqanlarında çalışmışdır, çalışdığı müddətdə nümunəvi dövlət qulluqçusu olmuş, barəsində heç bir intizam tənbehi tətbiq olunmamışdır. Lakin xx.xx.2022-ci il tarixində əsassız və qanunsuz olaraq işdən azad edilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2022ci il tarixli, **********998900 nömrəli əmri qanunsuzdur və ləğv olunmalıdır. Əmrdə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılması qeyd edilmişdir. Həmin bənddə qeyd edilir ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya b elə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə xidmətə xitam verilir. Lakin hazırkı halda o, nə digər vəzifəyə keçirilməyindən imtina etmişdir, nə də başqa vəzifəyə keçirilməyinin qeyri-mümkünlüyü cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmışdır. Belə ki, onunla eyni vəzifədə olan çoxsaylı işçilər işlə təmin edilmişlər. 3-4 nəfər işçi isə könüllü şəkildə imtina etdikləri üçün işdən azad edilmişlər. Onunla bağlı bu əmrin verilməsi isə şəxsi prinsiplərə görə baş vermişdir. Qərəzli hərəkətlərə görə ona natamam iş günü müəyyən edilməsinə baxmayaraq, hər dəfə 1 saat artıq işdə saxlanılmış, şənbə günləri işə gəlmədiyinə görə əsassız olaraq xəbərdarlıq almışdır. Həmçinin işləmə keyfiyyəti üzrə göstəriciləri yüksək olduğu halda,daha aşağı göstəriciləri olan şəxslərə həvəslə ndirmə tədbirləri görülmüş, o isə, istisna edilmişdir. Müraciətlərinin nəticəsində ona ünvanlanmış cavab məktublarında qeyd olunur ki, guya ona müvafiq vakant vəzifələr təklif edilsə də, o, imtina etmişdir. Bu həqiqətə uyğun deyil, müvafiq vakant vəzifələrdən imtina etməsi barədə şifahi və ya yazılı müraciəti olmamışdır. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin heç bir qanuni və faktiki əsası yoxdur, qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir, ona görə də ləğv edilməlidir.

7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinin Birbaşa cavablandırma şöbəsinin (İnbound) dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********043100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Sonradan xx.xx.2022-ci il tarixli, **********998900 nömrəli əmrlə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sərəncamda saxlanılma müddəti 3 ay uzadılmışdır. Daha sonra, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********874000 nömrəli əmri ilə sərəncamda saxlanılma müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1 ay müddətinə uzadılmışdır. Ən sonda xx.xx.2022-ci il tarixli, **********998900 nömrəli əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilərək, xx.xx.2022-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçı xx.xx.2022-ci il tarixli, **********998900 nömrəli sərəncamdan çıxarılma barədə əmri mübahisələndirərək, işə bərpa edilməsini xahiş etmişdir. İddiaçının xidmətinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən təşkilati-ştat tədbirləri çərçivəsində xitam verilmişdir. xx.xx.2022-ci il tarixli, **********998900 nömrəli əmrin yetərincə hüquqi və faktiki əsasları mövcud olmuşdur. Belə ki, həmin əmr xx.xx.2022-ci il tarixli, **********043100 nömrəli sərəncama götürülmə barədə əmrin davamı hesab edilir. İnzibati orqan inzibati icraatı düzgün təşkil etmiş, ilk öncə təşkilati-ştat tədbirləri çərçivəsində ilkin əmrlə iddiaçını sərəncama götürmüş, sonrakı əmrlə isə sərəncamdan çıxarmış və xidmətinə xitam vermişdir. Sərəncama götürülmə ilə bağlı əmrin hüquqi və faktiki əsasını isə xx.xx.2021-ci il tarixli F177 nömrəli “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunun, onun Aparatının və strukturuna daxil olan qurumların və ştat cədvəllərinin təsdiq edilməsi haqqında” İqtisadiyyat Nazirinin əmri təşkil edir. Həmin əmrin 3-cü hissəsinə əsasən Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların (yerli bölmələr istisna olmaqla) strukturu və ştat cədvəli təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli əmrin əsasını isə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli 1382 nömrəli Fərmanı təşkil edir. Həmin Fərmanın 19-cu bəndinə qeyd edilir ki, nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına N əzarət Dövlət Xidmətinin yeni strukturu və ştat cədvəli, həmçinin İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin əsasnaməsi, strukturu və ştat cədvəli Nazirlik tərəfindən təsdiq edilənədək həmin dövlət xidmətlərinin strukturuna daxil olan qurumlar fəaliyyətini davam etdirsinlər. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli, **********043100 nömrəli sərəncama götürülmə barədə əmrin faktiki və hüquqi əsası mövcud olmuşdur. İddiaçı iddia tələbində qeyd edir ki, “əmrdə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılması qeyd edilmişdir. Həmin bənddə qeyd edilir ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keç irilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edildikdə xidmətə xitam verilir. Lakin hazırkı halda o, nə digər vəzifəyə keçirilməyindən imtina elmiş, nə də başqa vəzifəyə keçirilməyinin qeyrimümkünlüyü cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmışdır.” Həmin dəlilə münasibətdə bildirilir ki, iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində İqtisadiyyat Nazirliyinin inzibati binasında qəbul edilmiş və onun şikayətlərində qaldırdığı məsələlərlə bağlı fikirləri dinlənilmişdir. Eyni zamanda, şikayətlərdə qeyd edilən hallarla bağlı qanunamüvafiq tədbirlər görülmüş, xx.xx.2022-ci il tarixində iddiaçıya İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin Birbaşa cavablandırma sektoru istisna olmaqla, digər sektorlarında müvafiq vakant inzibati vəzifə təklif edilsə də, iddiaçı bu təklifi qəbul etməkdən imtina etmişdir və bütün bu hərəkətlər aktla rəsmiləşdirilmişdir. Bundan əlavə, iddiaçının inzibati orqana ünvanladığı bir sıra müraciətlərində ona İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzində müvafiq vəzifə təklif edildiyini, lakin subyektiv səbəblərə görə imtina etdiyini etiraf edir. xx.xx.2022-ci il tarixli, **********694400 nömrəli məktubla iddiaçıya onun sərəncamdan çıxarılması və xidmətinə xitam verilməsi barədə əmrin surəti göndərilmiş və əmək kitabçasının götürülməli olması bildirilmişdir.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının xidmətinə xitam verilərkən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq ona tutduğu vəzifəsinə uyğun vakant vəzifəyə təyin edilməsinin mümkünlüyü məsələsinə baxılması üçün cavabdeh inzibati orqana 15 gün müddət təyin edilmişdir.

9. Həmin qərardadın icrası ilə bağlı cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində dövlət qulluğunun vakant inzibati vəzifəsini təklif etmək üçün 17-xx.xx.2023-cü il tarixlərdə 050 2093318, 055 ******* mobil, 012 ******* nömrəli şəhər telefonu ilə əlaqə saxlanılması üçün cəhd edilsə də, iddiaçı ilə əlaqə saxlamaq mümkün olmamışdır. İddiaçıya təklif olunan vəzifəyə münasibət bildirilməsi haqqında xx.xx.2023-cü il tarixli sifarişli məktub göndərilmiş, lakin iddiaçının qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamadığı bildirilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 04 may 2023-cü il tarixli, 2-1(112)-2268/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin qəbul etdiyi inzibati akt “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslandırılmış, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı baş verməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğundan cavabdeh obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirmiş, bununla da qanuni inzibati akt qəbul etmişdir.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Şərafət Məmmədova) 06 dekabr 2023-cü il tarixli, 2-1(103)-2694/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehin “Sərəncamdan çıxarılaraq əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2022-ci il t arixli, **********998900 nömrəli əmri ləğv edilmiş, iddia digər hissədə təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunaraq Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş və sərəncamda olma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, xx.xx.2022-ci il tarixli əmrlə isə uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkünlüyü qeyd olunmaqla onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Cavabdeh orqan iddiaçıya müvafiq vəzifələrin təklif edilməsinə baxmayaraq, imtina etd iyini bildirsə də, konkret olaraq hansı vəzifələrin təklif edilməsini və iddiaçının imtina etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, əmrdə həm iddiaçının uyğun vəzifəyə təyin edilməsinin qeyrimümkünlüyü, həm də “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsində göstərilmiş əsaslar qeyd edilmişdir. Qeyd edilən Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsində vergi orqanının vəzifəli şəxsinin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilə bilməsinin 2 halı göstərilmişdir: 1) vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyrimümkün olduqda və ya 2) belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə. Göründüyü kimi, iddiaçının əmək müqaviləsinə bir neçə əsasla x itam verilmişdir. Bundan başqa, cavabdeh inzibati orqan əmrdə qeyd olunan əsasların nədən ibarət olmasını açıqlamamış, ümumi şəkildə yazmaqla kifayətlənmiş, ümumiyyətlə əmr əsaslandırılmamışdır.

15. Bundan başqa, cavabdeh iddiaçının ona təklif edilmiş vəzifələrdən imtina etdiyini bildirsə də, əmr iddiaçının uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkünlüyü ilə əsaslandırılmışdır. Cavabdeh iddiaçının uyğun vəzifəyə təyin edilməsinin qeyrimümkünlüyünün nədən ibarət olmasını qeyd etməmişdir. İddiaçının uyğun vəzifəyə təyin edilməsinin mümkün olub-olmaması halları cavabdeh tərəfindən araşdırılmamış və bununla əlaqədar sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi xx.xx.2022-ci il tarixli, **********998900 nömrəli əmrin ləğv ed ilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

16. İddia tələbinin “iddiaçının Dövlət Vergi Xidmətində vəzifə maaşına və ixtisasına uyğun işə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa edilənə qədər məcburi işburaxmaya görə hesablanmış əməkhaqqının ona ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, Dövlət Vergi Xidmətinin “İşdən azad edilmə və sərəncama götürülmə haqqında” xx.xx.2022-ci il tarixli **********043100 nömrəli əmrinə əsasən, iddiaçı xx.xx.2022-ci il tarixdən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunmuş və Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Uyğun iş yerlərinin təhlili, sərəncamda olan əməkdaşların müvafiq işə qəbul edilməsi, onlarla əmək müqaviləsinin bağlanılması isə işəgötürənin səla hiyyətlərinə aiddir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.

17. İddiaçı və cavabdeh tərəfindən həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.

18. İddiaçı kassasiya şikayətində həmin qərarın iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir.

19. Cavabdeh kassasiya şikayətində həmin qərarın iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın rədd olunmasını xahiş etmişdir KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ kassasiya şikayətlərinin dəlilləri

20. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iclasları zamanı cavabdehin nümayəndələri aşkar surətdə iddiaçıya vergi orqanında hər hansı vəzifə təklif edilmədiyini, bu barədə hər hansı sübutlarının olmadığını, hətta gələcəkdə də iddiaçıya belə bir təklif edilməyəcəyini, həmçinin iddiaçıya uyğun vəzifələrə çoxsaylı digər şəxslərin təyin edilməsi məsələsinin özlərinin daxili işləri olduğunu, iddiaçının əmək stajının Çağrı Mərkəzində olduğunu və bu səbəbdən də İqtisadiyyat Nazirliyində işləməli olduğunu bəyan etmişdir. Lakin iddiaçı dövlət vergi orqanında deyil, İqtisadiyyat Nazirliyinə keçəcəyi halda, əməkhaqqının məbləği aşağı düşəcək, xüsusi rütbədən və bir sıra təminatlardan məhrum olacaqdır. İddia tələbinin məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi və iddiaçının öz əvvəlki vəzifəsinə uyğun vəzifəyə təyin edilməsi hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin” 38-ci, 79-cu, 80-ci və 81-ci maddələrinin, habelə Əmək Məcəlləsinin 74.2-ci və 300.1-ci maddələrinin, o cümlədən İnzibati Prosessual Məcəllənin 70.3-cü maddəsinin tələblərini tətbiq etməli olduğu halda bunu etməmişdir. Belə ki, sadalanan həmin maddi hüquq normalarının ümumi birmənalı tələbinə əsasən vergi orqanının vəzifəli şəxsinin həm sərəncamda qaldığı müddət üçün, həm də vəzifəyə bərpa edilən zaman xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət üçün əməkhaqqını tam həcmdə almaq hüququ vardır. Başqa sözlə, məcburi işburaxmaya görə əməkhaqqının tələb edilməsi iddiaçının qanunvericiliklə nəzərdə tutulan subyekti v hüququdur və bu hüququnun təmin edilməsi cavabdehin vəzifəsidir. Əməkhaqqının ödənilməsi cavabdehin diskresion səlahiyyəti deyil və iddiaçının bu hüququnun realizəsi cavabdehin iradəsindən asılı ola bilməz. Digər tərəfdən, iddiaçının hansı vəzifəyə bərpa edilməsi də cavabdehin diskresion səlahiyyətinə aid məsələ deyildir. Belə ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbinə əsasən iddiaçı əvvəllər tutduğu vəzifəyə bərabər olan vəzifəyə və ya yalnız özünün razılığı ilə digər vəzifəyə təyin oluna bilər. Buna baxmayaraq, apellyasiya isntansiyası məhkəməsi nəinki sadalanan maddi hüquq normalarını tətbiq etməyib, həm də məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi və iddiaçının öz əvvəlki vəzifəsinə uyğun vəzifəyə təyin edilməsi hissəsində iddia tələbini təmin etməməklə mübah isəni tam həll etməyib və gələcəkdə məhkəmə qərarının icrası zamanı cavabdehə öz təyinatına uyğun olmayan üstünlüklərin verilməsinə şərait yaratmışdı. Hazırkı formada məhkəmə qərarı iddiaçının deyil, məhz cavabdehin xeyrinə şərh edilə bilər. Qanunsuz olaraq işdən çıxarılmış və uzun müddət ərzində işsiz qalan iddiaçının əmək müqaviləsinin bərpa edilməsi, lakin qanunsuz olaraq işdən çıxarılmış müddət üçün ona əməkhaqqının ödənilməməsi və öz vəzifəsinə uyğun işə bərpa edilməməsi nəinki sadalanan hüquq normalarının tələbinə ziddir, həmçinin belə bir yanaşma məntiqi əsasa da malik deyil. Eyni zamanda tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin 1.3-cü bəndinə əsasən, hazırkı əmək mübahisəsinə məhz “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin” və Əmək Məcəll əsinin müvafiq tələbləri tətbiq edilməlidir.

21. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı tərəfindən cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək həmin kassasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.

23. Cavabdeh tərəfindən iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək həmin kassasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” (mübahisələndirilən əmrin verildiyi dövrdə qüvvədə olan redaksiyada) Maddə

38. Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə əməkhaqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir. Maddə

75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; Maddə

80. Vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsa s müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. Maddə

81. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası əməkhaqqı ödənilir.

25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qə bul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76- cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alı nmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respub likasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim ol unduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsass ızdır. İddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı ).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətlənd irmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. İddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Həmin hissədə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, cavabdehin kassasi ya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

36. İddiaçının kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. İddianın rədd edilən hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən iddiaçının kassasiya şikayəti təmin edilməli, iddianın rədd edilə n hissəsində apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin olunmalıdır.

37. İddianın rədd edilən hissəsində məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və həmin hissədə iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

38. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinin Birbaşa cavablandırma şöbəsinin (İnbound) dövlət vergi müfəttişi vəzifəsində işləyən iddiaçı Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********0 43100 nömrəli əmri ilə İqtisadiyyat nazirinin “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunun, onun Aparatının və strukturuna daxil olan qurumların strukturlarının və ştat cədvəllərinin təsdiq edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, F177 nömrəli əmrinə istinadən xx.xx.2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuş hesab edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Daha sonra müvafiq əmrlərlə iddiaçının sərəncamda olma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********998900 nömrəli əmri ilə uyğun vəzifəyə təyin edilməsinin qeyrimümkünlüyü əsas gətirilərək iddiaçı Dövlət Vergi Xidmətinin sərənc amından çıxarılmış və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi mübahisləndirilən əmrin ləğv edilməsi barədə düzgün nəticəyə gəlsə də, iddia tələbini iddiaçının Dövlət Vergi Xidmətində vəzifə maaşına və ixtisasına uyğun işə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa edilənə qədər məcburi işburaxmaya görə hesablanmış əməkhaqqının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində rədd etmişdir.

40. Həmin hissədə iddianı rədd edərkən apellyasiya instansiyası məhkəməsi uyğun iş yerlərinin təhlilinin, sərəncamda olan əməkdaşların müvafiq işə qəbul edilməsinin, onlarla əmək müqaviləsinin bağlanılmasının işəgötürənin səlahiyyətlərinə aid olduğuna istinad etmişdir.

41. Cavabdeh isə iddiaya qarşı etirazında və kassasiya şikayətində iddiaçının İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində müvafiq dövlət qulluğu vəzifəsindən imtina etməsinə səbəb olan halların araşdırılması məqsədilə Dövlət Vergi Xidmətinin xx.xx.2022ci il tarixli, **********043100 nömrəli əmri ilə Xidmətin sərəncamına götürüldüyünu, sərəncamda olduğu müddətdə ona bir daha İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin hər hansı sektorunda müvafiq vakant inzibati vəzifə təklif edildiyini, lakin iddiaçının verilən təklifi qəbul etməkdən imtina etdiyini qeyd etmişdir.

42. Bu qərarın 24-cü bəndində istinad edilən normalara görə, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarınd a digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər.

43. Göründüyü kimi, qanunverici, təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunaraq sərəncama götürülmüş vergi orqanının vəzifəli şəxsinə ilk öncə vergi orqanlarında digər vəzifəyə keçirilmənin təklif edilməli olduğunu, həmin vəzifəli şəxsin digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə isə həmin vəzifəli şəxsin xidmətinə xitam verilə biləcəyini təsbit etmişdir. Yəni həmin normanın təfsirinə görə, hətta vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsinin mümkün olmadığı və ya belə vəzif əyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etdiyi hallarda belə, həmin vəzifəli şəxsin xidmətinə xitam verilməsi imperativ və mütləq xarakter daşımır. Başqa sözlə, qanunverici belə hallarda cavabdehin üzərinə vəzifəli şəxsin xidmətinə mütləq şəkildə xitam verilməsi vəzifəsini qoymur. Əksinə, belə situasiyalarda inzibati orqana həmin vəzifəli şəxsin xidmətinə xitam verilməməsi imkanını da tanıyır (əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə, vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər, yəni xitam verilməyə də bilər). İnzibati orqan diskresion səlahiyyətindən vəzifəli şəxsin xidmətinə xitam vermə formasında istifadə etdiyi təqdirdə, səlahiyyətindən niyə məhz bu formada istifadə etdiyini əsaslandırmağa borcludur.

44. Nəzərə almaq lazımdır ki, şəxsin inzibati orqandan diskresion səlahiyyətlərin qanunun məqsədlərinə uyğun və düzgün şəkildə həyata keçirilməsini tələb etmək hüququ vardır. Qanunverici şəxsin belə tələb hüququnun təminatı qismində inzibati orqanın üzərinə qəbul etdiyi inzibati aktı əsaslandırmaq öhdəli qoyur. Bu mənada hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən niyə məhz mübahisələndirilən qərar formasında hərəkət edildiyi “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələbləri baxımından əsaslandırılmamışdır. Belə ki, istinad olunan normaya görə, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbu l etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

45. Bundan başqa, cavabdeh inzibati orqan iddiaçıya vergi orqanında deyil, İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzində vakant inzibati vəzifə təklif edildiyini qeyd edir və onun həmin orqanda işləməli olduğunda israr edir. Bununla bağlı qeyd olunmalıdır ki, dövlət qulluğu haqqında qanunvericiliyin mahiyyətinə və mənasına görə, vəzifəli şəxsə təklif edilməli olan digər vəzifə onun həmin orqanda əvvəllər tutduğu vəzifəyə bərabər olan vəzifə qismində və ya onun razılığı ilə digər uyğun vəzifə kimi təfsir olunmalıdır. Belə yanaşma ixtisaslaşmış dövlət qulluğunun dövlət idarəçilik sistemi üçün əhəmiyyətindən irəli gəlir.

46. Bu qərarın 24-cü bəndində istinad edilən normalara əsasən, vergi orqanların ın vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və məcburi iş buraxma müddəti üçün ona əvvəl tutduğu vəzifə üzrə aldığı əməkhaqqı məbləğində vəsait ödənilir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Dövlət Vergi Xidmətində vəzifə maaşına və ixtisasına uyğun işə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən işə bərpa edildiyi tarixə qədər məcburi işburaxmaya görə hesablanmış əməkhaqqının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.

48. Odur ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən, yəni iddianın rədd edilən hissəsində ləğv olunmalı, həmin hissədə yeni qərar qəbul edilərək iddia təmin olunmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2-1(103)-2694/2023 nömrəli qərarı qismən, yəni iddianın rədd edilən hissəsində ləğv olunur. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunur. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Döv lət Vergi Xidmətində vəzifə maaşına və ixtisasına uyğun işə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən işə bərpa edilən tarixə qədər məcburi işburaxmaya görə hesablanmış əməkhaqqının ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2-1(103)-2694/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar