Məhkəmə qərarları › İş №2-1(102)-1177/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1177/2019

19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1177/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X4 rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1177/2019) Bakı şəhəri xxxx 2019-cu il Giriş hissə Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X4 rayon şöbəsinə qarşı əmək pens iyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2767/2018 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X4 rayon şöbəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə xxxx 2018-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sentyabr 1973-cü ildən yanvar 1983-cü ilə qədər Qubadlı rayonu “Komsomol” kolxozunda, yanvar 1983-cü ildən yanvar 1987-ci ilə qədər Qubadlı rayonu “Sovet Azərbaycan ı” kolxozunda, xxxx 1987-ci ildən xxxx 1993-cü ilə qədər Qubadlı rayon Kommunal Müəssisələri Kombinatında, xxxx 1993-cü ildən xxxx 1998-ci ilə qədər Qubadlı Mənzil Təmir Tikinti İstismar Sahəsində işlədiyini, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nin Binəqədi rayon Şöbəsinə ərizə ilə müraciət etsə də, cavabdeh müraciətinin təmin olunmaması barədə ona məktubla, iş stajının qarşılıqlı yoxlanmasının mümkün olmaması əsası ilə imtina etdiyini bildirərək, ağır yataq xəstəsi olduğundan ona əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsini, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona sentyabr 1973-cü ildən yanvar 1983-cü ilə qədər “****” kolxozunda, yanvar 1983-cü ildən yanvar 1987-ci ilə qədər “Sovet Azərbaycanı” kolxozunda, xxxx 1987-c i ildən xxxx 1993-cü ilə qədər Qubadlı rayon Kommunal Müəssisələri Kombinatında, xxxx 1993-cü ildən xxxx 1998-ci ilə qədər Qubadlı Mənzil Təmir Tikinti İstismar Sahəsində işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-3397/2018 saylı qərarı ilə iddia təmin edilərək, 1973-cü ildən yanvar 1983-cü ilə qədər Qubadlı rayonu “Komsomol” kolxozunda, yanvar 1983-cü ildən yanvar 1987-ci ilə qədər Qubadlı rayonu “Sovet Azərbaycanı” kolxozunda, xxxx 1987-ci ildən xxxx 1993-cü ilə qədər Qubadlı rayon Kommunal Müəssisələri Kombinatında, xxxx 1993-cü ildən xxxx 1998-ci ilə qədər Qubadlı Mənzil Təmir Tikinti İstismar Sahəsində işlədiyi dövr sosial sığorta stajına hesablanmaqla, yaşa görə pensiya təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin üzərinə qoyulmuşdur (hakim-T.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2767/2018 saylı qərarı ilə (X1 (sədrlik edən və məruzəçi), X2 və X3) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməklə, İddiaçı cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə qarşı əmək pensiyasının təyin olunması barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2767/2018 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərə k, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci bəndinə istinad etməklə, iddiaçının xx 1973-cü ildən xxxx 1998-ci ilədək olan iş stajının yerində qarşılıqlı yoxlanılmasının mümkün olmaması ilə əsaslandırmış, məhkəmə qərarında apellyasiya şikayətin in əsasıını təşkil edən "iş stajının yerində qarşılıqlı yoxlanılması"məsələsinə münasibət bildirilməmiş, cavabdehin şikayətində istinad etdiyi Qaydalar, o cümlədən həmin Qaydaların 4.2.7-ci bəndi ləğv edildiyindən, cavabdehin sənədlərin yerində qarşılıqlı yoxlanılması tələbi əsassızdır. Digər tərəfdən məhkəmə qərarında "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə istinad edərək əmək fəaliyyətinin yalnız əmək kitabçası əsasında müəyyən edilə biləcəyini, iddiaçının 1973-cü ildən 1987-ci ilədək olan iş stajı barədə əmək kitabçasında hər hansı qeydin aparılmadığını, həmçinin əmək kitabçasında qeyd edilmiş işlərdə çalışmasının da digər arayışla və ya hər hansı sənədlə müəyyən edilmədiyini qeyd etmişdir, məhkəmə çəkişmə prinsipini pozaraq cavabdehin vəkili kimi davranmış və cavabdehin şikayətində qeyd etdiklərini bir kənara qoyaraq iddiaçıya qarşı digər arqumentlər irəli sürmüş, iddiaçının sentyabr 1973-cü ildən yanvar 1983-cü ilədək Qubadlı rayon "*****" kolxozunda, yanvar 1983-cü ildən yanvar 1987-ci ildək Qubadlı rayon "Sovet Azərbaycanı" kolxozunda, xxxx 1987-ci ildən xxxx 1993-cü ilədək Qubadlı rayonu Kommunal Müəssisələri Kombinatında, xxxx 1993-cü ildən xxxx 1998-ci ilədək Qubadlı Mənzil Təmir Tikinti İstismar sahəsində işlədiyini təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim olunmuş, iddiaçının arxiv sənədi və ya arayışı təqdim etməsi qeyri-mümkündür, Qubadlı rayon Dövlət Arxivindən verilmiş xxxx 2018-ci il tarixli 14 nömrəli arayışda xxxx 1993-cü il ildə Qubadlı rayonunun işğal edilməsi ilə əlaqədar rayonun idarə, müəssisə, kolxoz və s ovxozlarının sənədlərinin Qubadlı rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd olunmuşdur. Məhkəmə, o cümlədən cavabdeh inzibati orqan Qubadlı rayonunun işğal olunmasında sanki iddiaçını günahlandırmış və rayonun idarə müəssisələrinin sənədlərinin arxivə verilməməsində onu məsul tutmuşdur, iddiaçının təqdim etdiyi sənədlərin digər sənəd və ya arayışla müəyyən edilməməsi onların mötəbərliliyinə şübhə yaradırsa, və ya arxiv əsaslarının təqdim edilməməsi ilə bağlı cavabdeh inzibati orqan ''yerində qarşılıqlı yoxlamanı” həyata keçirə bilmirsə, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilmasi üçün tədbirlər görməli idi. İddiaçının nümayəndəsi (həyat yoldaşı) Nümayəndə və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh Dövlət Sosial X4 rayon Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərda r edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normala rını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2767/2018 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya məhk əməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xxxx 1987-ci ildən xxxx 1987-ci ilədək yaşıllaşdırma sahəsində fəhlə, xxxx 1987-ci ildən xxxx 1989-cu ilədək katibə-makinaçı, xxxx 1989-cu ildən xxxx 1993-cü ilədək kadrlar üzrə inspektor,xxxx 1993cü ildən xxxx 1998-ci ilədək dalandar vəzifəsində işləmiş, iddiaçıya məxsus Azərbaycan Kommunist Partiyasının üzvlük biletində iddiaçının sentyabr 1973-cü ildən yanvar 1983-cü ilə qədər Qubadlı rayonu «Komsomol» kolxozunda, yanvar 1983-cü ildən yanvar 1987-ci ilə qədər Qubadlı rayonu «Sovet Azərbaycanı» kolxozunda işləməsi barədə qeydlər edilmiş, Qubadlı Rayon Dövlət Arxivinin 14 saylı, xxxx 2018-ci il tarixli arxiv arayışında, xxxx 1993-cü ildə Qubadlı rayonun işğalı ilə əlaqədar olaraq rayonun idarə və müəssisələrinin, kolxoz və sovxozlarının sənə dlərinin Qubadlı Rayon Dövlət Arxivinə, dövlət mühafizəsinə təhvil verilmədiyi qeyd edilmişdir. İddia tələbini təmin etməyən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, iddiaçıya məxsus ******* saylı uçot kartoçkasının notarial qaydada təsdiq olunmamış surəti 5 hissədən ibarətdir, lakin işin 17-ci səhifəsində olan həmin kartoçkanın notarial qaydada təstiq edilmiş (xxxx 2018-ci ildə Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən) surəti 4 hissədən ibarətdir, 5-ci səhifədə olan surətdə kartoçkanın nömrəsinin qeyd edildiyi hissə 17-ci səhifədəki surətdə mövcud deyildir, iddiaçının yalnız xxxx 1987-ci ildən xxxx 1998-ci ilədək olan stajı əmək kitabçası ilə təsdiqlənir, 1973-cü ildən 1987-ci ilə qədər olan stajı barədə iddiaçının əmək kitabçasında hər hansı qeyd apar ılmamış, onun həmin dövr üzrə stajı yalnız Azərbaycan Kommunist Partiyasının üzvlük biletinə əlavə olan uçot kartoçkasında qeyd edilmiş, əmək fəaliyyəti yalnız əmək kitabçası əsasında müəyyən edildiyindən, həmçinin iddiaçının əmək kitabçasında qeyd edilmiş işlərdə çalışması da digər arayışla və ya hər hansı sənədlə müəyyən edilmir, hətta iddiaçının həmin əmək fəaliyyəti nəzərə alınsa da, həmin dövrdəki iş stajı ona pensiya təyin edilməsi üçün kifayət etmədiyindən, hazırkı iddia tələbi təmin edilə bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (7). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.2-ci bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya onları bərpa etmək mümkün olmadıqda sığortaolunanların sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilməlidir. “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birl iklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. “Vətəndaşların pensiya təminatı haqqında” xxxx 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlə r Kabinetinin xxxx 1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası haqqında Əsasnamə”nin 3-cü bəndinin müddəalarından görünür ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əməkhaqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçının vaxtilə yaşayıb-işlədiyi rayon hazırda işğal altında olduğu nəzərə alınarsa, onun həqiqətən işləməsinə dair arxiv sənədlərinin mövcud olmaması tə bii qarşılanmalı olduğu halda apellyasiya məhkəməsi Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin tələblərini pozaraq, qanunvericiliyin ona verdiyi imkanlardan yaralanmamış, əmək fəaliyyəti barəsində sənəd olmadığı və ya həmin sənədləri bərpa etmək mümkün olmadığını nəzərə almamış, iddiaçının iş stajının şahid ifadələrinə əsasən məhkəmə qaydasında müəyyən olunması üçün müvafiq tədbirlər görməmiş, iddiaçının həmin dövr üzrə stajının qeyd edildiyi Azərbaycan Kommunist Partiyasının üzvlük biletinə əlavə olan uçot kartoçkasındakı qeydlərə, yuxarıda sadalanan sənədlər qismində düzgün hüquqi qiymət verməmişdir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iş üzrə hərtərəfli məhkəmə araşdırması aparılmaqla mübahisənin qanuni həlli təmin edilməlidir. Azərbaycan Respublika sı İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İş üzrə əlavə sübutların əldə edilməsi və qiymətləndirilməsi, hərtərəfi məhkəmə tədqiqatı aparılması, zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edilməsini mümkün saymır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq no rmalarının pozuntusuna, işdəki sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2767/2018 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, İddiaçı kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2767/2018 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar