Məhkəmə qərarları › İş №2-1(102)-1177/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1177/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1177/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı “X3 Ticarət” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinəqarşı iş üzrə QƏRAR (Açar sözlər: növbədənkənar X1, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi, şərti rentabelliyin tətbiq edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı “X3 Ticarət” MMC-nin cavabdeh Azərbayc an Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı qərarının ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)202/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X3 Ticarət” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı cavabdehin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx xxxxx 2018-ci il tarixli **********148544 nömrəli qərarının ləğv edilməsi barədə iddia ə rizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanının “X1nın keçirilməsi haqqında” xx xxxxxx 2017-ci il tarixli qərarı ilə vergi ödəyicisi “X2” MMC-də x xxx 2016-cı il tarixdən x xxxxxxx 2017-ci il tarixədək xx.xx.2016xx.xx.2017 vergi dövrünü əhatə edən X1 keçirilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, həmin dövrdə iddiaçı 2016cı ilin avqust – dekabr aylarında ayrı-ayrı ölkələrdən idxal etdiyi (ƏDV-siz dəyəri 929.300,94 manat təşkil edən) malların satışı ilə məşğul olmuşdur. Onun hesabatlarına görə 18% dərəcə ilə vergiyə cəlb olunan dövriyyəsi - 709.232,09 manat, 0% dərəcə ilə ilə vergiyə cəlb olunan d övriyyəsi isə 432.268,75 manat olmuş, vergiyə cəlb olunan dövriyyədən hesablanan ƏDV – 127.661,78 manat (709.232,09 x 18%), əvəzləşdirilən dövriyyəsi - 927.950,95 manat, əvəzləşdirilən ƏDV – 167.031,17 manat (927.950,95x18%), büdcədən qaytarılan ƏDV – 39.369,39 manat (167.031,17 manat – 127.661,78 manat) təşkil etmişdir. Aparılmış yoxlamanın nəticələri x xxxx 2018-ci il tarixli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında xx xxxxx 2018-ci il tarixli **********148544 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən müəssisənin mənfəət vergisini (2016) 36.763,81 manat azaltdığı, ƏDV-ni (sentyabr, dekabr 2016) 77.802,87 manat azaltdığı və onun büdcəyə 34.850,5 manat artıq vergi hesabladığı (ya nvar 2017) müəyyən edilmiş və ona azaldılmış verginin ümumi məbləğinin 50 faizi həcmində 57.283,35 manat (36.763,81 manat + 77.802,87 manat)X50%) maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin qərarı ilə vergi məsuliyyətinə cəlb olunması qanunsuzdur. Belə ki, buna heç bir əsas olmamış, mötəbər sənədlər təhrif olunmuş, aktda göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-155/2019 nömrəli (sədrlik edən hakim R.Kərimli) qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxx 2018-ci il tarixli **********14854 4 nömrəli qərarının ləğv edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(103)-202/2020 nömrəli (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) qərarı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməs i və iş üzrə yeni qərarın çıxarılması, iddiaçı «X3 Ticarət» MMC-nin iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçı «xxxx» MMC xx xxx 2016-cı il tarixində dövlət qeydiyyatından keçərək ********** saylı VÖEN alib, sahibkarliq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. (Cəmiyyət nizamnaməsinə uyğun olaraq qanunvericiliklə qadağan edilməmiş müxtəlif təyinatlı malları Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edərək, icarəyə götürdüyü Bakı şəhəri, Qaradağ rayonu, «Binə» Ticarət Mərkəzində yerləşən 67 nömrəli mağazadan satışını həyata keçirmişdir. Cəmiyyət, fəaliyyət göstərdiyi bütün dövr ərzində vergi və digər ödənişlərə dair qanunvericiliyin tələblərinə əməl etmiş, vergi və digə r ödənişləri vaxtında və tam şəkildə ödəmiş və xx xxxxxx 2017-ci il tarixinədək dövlət büdcəsinə heç bir vergi borcu qalmamışdır. Cəmiyyət, ticarətin zəif olması və digər səbəblərdən dolayı məcburi olaraq xx xxxxxx 2017-ci il tarixində fəaliyyətinin və əməliyyatlarının dayandırılması ilə əlaqədar vergi orqanına rəsmi qaydada müraciət edərək Cəmiyyətin fəaliyyətini xx xxxxxx 2021-ci il tarixinədək dayandırmışdır. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən xx xxxx 2017-ci il tarixində kameral vergi yoxlaması ilə Cəmiyyətə əsassız olaraq 2017-ci ilin yanvar ayı üzrə 34850,50 manat ƏDV hesablanmışdır. Bunu da vergi orqanı xx xxxxx 2017-ci il tarixli **********188500 nömrəli qərarında cəmiyyətin guya ölkəyə 1096332,11 manat dəyərində mal idxal etdiyi ilə əsasl andırmışdır. Cəmiyyət tərəfındən Gömrük Komitəsinin bazasında olan idxal olunmuş malların çıxarışı, yük gömrük bəyannamələri və digər sənədlər də əlavə edilərək verilmiş çoxsaylı şikayətlərdən sonra vergi orqanı hesablanmış həmin vergi məbləğini əsassız olduğu üçün xx xxxx 2017-ci il tarixində ləğv etmişdir. Ancaq vergi orqanı Cəmiyyətə vergi hesablamağa israrlı olduğu üçün xx xxxxxx 2017-ci il tarixində yenidən analoji olaraq Cəmiyyətə 41824,29 manat əsassız vergi borcu hesablamışdır. Hətta bunun əsasında Cəmiyyət barəsində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə ********* saylı cinayət işi də açılaraq araşdırma aparılmışdır. Ancaq aparılan həmin araşdırma nəticəsində cə miyyətin vergi borcu və vergidən yayınma halı aşkar edilmədiyi üçün xx xxxxxx 2017-ci il tarixli qərarla həmin cinayət işi üzrə icraata Cinayət Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadığına) əsasən xitam verilmişdir. Lakin vergi orqanı bununla da kifayətlənməmiş, israrını davam etdirərək cinayət işinə xitam verdikdən 1 həftə keçməmiş (Cəmiyyətin fəaliyyətinin dayandırılmasından 10 ay sonra) Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti xx xxxxxx 2017-ci il tarixli, **********126126 saylı qərar əsasında mövcud olmayan və fəaliyyət göstərməyən obyektdə növbədənkənar X1na başlamışdır. Obyekt mövcud olmadığı üçün cəmiyyətin direktoru Departamentə çağırılmış və Cəmiyyətin fəaliyyət göstərdiyi bütün müddət ərzində olan bütün zəruri sə nədlər yoxlamaya təqdim edilmişdir. Yoxlama zamanı isə heç bir əsası olmayan şişirdilmiş məbləğlər əsasında, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmaqla, tamamilə qanunsuz və əsassız olaraq ziddiyyətli iki X1 aktı və qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfındən aparılan növbədənkənar X1 zamanı birinci dəfə xx xxxxxx 2017-ci il tarixli **********126193 saylı X1 Aktı tərtib edilmişdir. Lakin daha sonra Departament tərəfindən qanunsuz və əsassız olaraq xx xxxxxx 2018-ci il tarixli, **********139585 saylı əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilərək yoxlama davam etdirilmiş, əvvəlki şişirdilmiş məbləğlər daha çox şişirdilməklə ikinci dəfə xx xxxx 2018-ci il tarixli, **********126193 saylı X1 Aktı tərtib edilmişdir. Nəticədə ikinci yoxlama Aktı əsasında «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» **********148544 saylı, xx xxxxx 2018-ci il tarixli Qərar qəbul edilərək Cəmiyyətə ümumilikdə 79716,18 manat məbləğində vergi borcu (42952,37 manat məbləğində ƏDV və 36763,81 manat məbləğində mənfəət vergisi) hesablanmış və 57283,35 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. xx xxxx 2018-ci il tarixli Aktın 1.110-ci bəndində qeyd edilir ki, müəssisə tərəfindən gəlir və xərclərin uçotu kassa metoduna əsasən aparılmışdır. Halbuki, xx xxxxxx 2017-ci il tarixli Aktın 1.11-ci bəndinə görə müəssisə tərəfindən gəlir və xərclərin uçotu kassa metoduna əsasən aparılmışdır. Müh asibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilmişdir. Mənfəət vergisi vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri çərçivəsində deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmış və bununla da qanunvericiliyin maddi hüquq normalarının tələbi kobud şəkildə pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə X1nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin 67.4-cü maddəsində qeyd edilir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsası nda hesablanır. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr ve rgi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Göründüyü kimi, mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən hesablanmalı olduğu halda vergi orqanı tərəfindən qanunsuz və əsassız olaraq 67-ci maddənin tələbləri araşdırılmada n birbaşa olaraq 83.9-cu maddə tətbiq edilməklə Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixi 55 saylı və xx xxxxxx 2003-cü il tarixli 42 saylı Qərarlarına əsasən şərti rentabellik səviyyəsi xərclərə əsasən 20% götürülərək müəyyən edilmişdir. Bunun nəticəsində də qanunsuz və əsassız olaraq rentabellik səviyyəsi tətbiq edilməklə müəyyən edilmiş 185564,16 manat mənfəətdən 37112,83 manat mənfəət vergisi hesablanmışdır. xx xxxxxx 2017-ci il tarixli Aktın 1.9.1-ci bəndində vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx xxxxxx 2017-ci il tarixli **********126506 nömrəli Tələbnamə verildiyi, bu tələbnaməyə əsasən müəssisənin direktoru tərəfindən zəruri olan sənədlərin təqdim edildiyi göstərilmişdir. Ancaq xx xxxx 2018-ci il tarixli ikinci Aktın 1.9.1-ci bə ndində, eyni tələbnaməyə istinad edilərək yuxarıda qeyd edilən sənədlərin tələb edildiyi, lakin mənfəətin müəyyənləşdirilməsi ilə bağlı digər sənədlərin yoxlamaya təqdim edilmədiyi, buna görə imtina aktı tərtib edildiyi göstərilmişdir. Halbuki burada digər sənədlər adı altında hansı sənədlərin tələb edildiyi ümumiyyətlə məlum deyildir. Cəmiyyət, ƏDV ödəyicisi olmuş və Türkiyə Respublikasından qanunvericiliklə qadağan edilməyən müxtəlif adda malları Azərbaycan Respublikasına qanun çərçivəsində idxal edərək Bakı şəhərində yerləşən «Binə» bazarında müxtəlif şəxslərə satmışdır. Təbii ki, həmin mallar Azərbaycan Respublikasına gömrük rəsmiləşdirilməsi aparılmaqla (həmin malların alınmasına dair müqavilələr, qaimə fakturaları və digər sənədlər əsasında) idxal edilmiş və gömrük bəyannamələrində d ə bu mallara dair məlumatlar, o cümlədən, onların həcmi, sayı, ölçüsü, qiyməti və s. ətraflı şəkildə qeyd edilmişdir. Vergi orqanı cəmiyyətin ƏDV-siz dəyəri 929300,94 manat təşkil edən malların satışından ümumilikdə 1141500,84 manat (709232,09 + 432268,75) dövriyyə bəyan etdiyini, heç bir əsas olmadan da bu dövriyyənin 432268,75 manatını «0» % dərəcə ilə vergiyə cəlb olunan əməliyyat kimi bəyan edildiyini qeyd edir. Belə ki, cavabdeh apelyasiya şikayətində iddiaçının şəxsi hesab vərəqəsinə istinadla qeyd edir ki, cəmiyyət 2016-cı ilin sentyabr ayı üzrə əvvəlcə 89580,64 manat ƏDV bəyan etmiş, daha sonra dəqiqləşmiş bəyannamələr təqdim edərək vergi öhdəliyini xx xxxxx 2017-ci il tarixində 97286,43 manat (89580,64 + 7689,83 hesablama), xx xxxx 2017-ci il tarixində 62435,9 manat (97286,43 –348 50,52 azalma), xx xxxxxxx 2017-ci il tarixində 51202,66 manat (62435,91 – 11233,24 azalma), xx xxxxxxx 2017-ci il tarixində 27802,66 manat (51202,66 –23400,0 azalma) göstərmişdir. Halbuki vergi yoxlama Aktından da göründüyü kimi Cəmiyyətin 18% dərəcə ilə ƏDV-yə cəlb edilən satış dövriyyəsi 947886.40 manat, ödənilən ƏDV isə (əvəzləşdirilən ƏDV də daxil olmaqla) 170619,55 manat (947886,40: 18% = 170619,55) olmuşdur. Yəni Cəmiyyət tərəfindən dövlət büdcəsinə 170619,55 manat ƏDV ödənilmişdir. Əgər Cəmiyyət həqiqətən də 432268,75 manat «0» % dərəcəsi ilə vergiyə cəlb olunan əməliyyat kimi bəyan etmiş olsaydı, o zaman Cəmiyyətin ümumi satış dövriyyəsi vergi orqanının da qeyd etdiyi və hesablamada əsas aldığı kimi 1141500,84 manat deyil, ******* manat (947886,40 + 432268,75 = 1380154) təşkil etm əli və ona uyğun vergi borcu hesablanmalı idi. Bu da onu deməyə əsas verir ki, Cəmiyyət tərəfindən 432268,75 manat «0» % dərəcə ilə vergiyə cəlb edilən əməliyyat bəyan edilməmiş və hesablama qanunsuz və əsassız aparılmışdır. Cəmiyyət, fəaliyyət göstərdiyi bütün müddət ərzində elektron vergi bəyannamələri vermişdir. Buna uyğun olaraq vergi orqanı tərəfindən də dəfələrlə kameral vergi yoxlaması həyata keçirilmiş və hər hansı qanunsuzluq aşkar edilməmişdir. Qanunvericilik sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin uzadılması barədə məlumatların da vahid məlumat reyestrinə daxil edilməsini zəruri sayır. Belə ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən sa hibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.7-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilə r. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-202/2020 saylı qərarının tam ləğv edilərək, iddiaçının iddia tələbinin təmin edilməsini, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxx 2018-ci il tarixli, **********148544 saylı qərarının ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdi r ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qa nunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edi r ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-202/2020 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-155/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın çıxarılması, iddiaçı «X3 Ticarət» MMC-nin iddia tələbinin təmin edilməməsi qənaətinə gəl ərkən Vergi Məcəlləsinin 130.1, 131, 58.1, 67, 83.9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarının 6.1.1, 6.1.3-cü bəndlərinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işdə olan sübutlarla müəyyən olunan hallara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normaları düzgün tətbiq etməmiş, iddianın təmin olunması barədə səhv nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-202/2020 saylı qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə xatırlatmağı zəruri hesab edir ki, iddiaçı «X3 Ticarət» MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırı lması Departamentinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx xxxxx 2018-ci il tarixli **********148544 nömrəli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarına görə cavabdeh vergi orqanının «X1nın keçirilməsi haqqında» xx xxxxxx 2017-ci il tarixli qərarı ilə vergi ödəyicisi «X2» MMC-də x xxx 2016-cı il tarixdən x xxxxxxx 2017-ci il tarixədək xx.xx.2016-xx.xx.2017 vergi dövrünü əhatə edən X1 keçirilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, həmin dövrdə iddiaçı 2016-cı ilin avqust – dekabr aylarında ayrı-ayrı ölkələrdən idxal etdiyi (ƏDV-siz dəyəri 929300,94 manat təşkil edən) malların satışı ilə məşğul olmuşdur. Onun hesabatlarına görə 18% dərəcə ilə vergiyə cəlb olunan dövriyyəsi - 709232,09 manat, 0% dərəcə ilə vergiyə cəlb olunan dövriyyəsi isə - 432268,75 manat olmuş, vergiyə cəlb olunan dövriyyədən hesablanan ƏDV – 127661,78 manat (709232,09 x 18%), əvəzləşdirilən dövriyyəsi - 927950,95 manat, əvəzləşdirilən ƏDV – 167031,17 manat (927950,95 x 18%), büdcədən qaytarılan ƏDV – 39369,39 manat (167031,17 manat – 127661,78 manat) təşkil etmişdir. Aparılmış yoxlamanın nəticələri x xxxx 2018-ci il tarixli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında xx xxxxx 2018-ci il tarixli **********148544 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərar qəbul edilmişdi r. Həmin qərara əsasən müəssisənin mənfəət vergisini (2016) 36763,81 manat azaltdığı, ƏDV-ni (sentyabr, dekabr 2016) 77802,87 manat azaltdığı və onun büdcəyə 34850,5 manat artıq vergi hesabladığı (yanvar 2017) müəyyən edilmiş və ona azaldılmış verginin ümumi məbləğinin 50 faizi həcmində 57283,35 manat (36763,81 manat + 77802,87 manat) x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, iddiaçı tərəfindən sözügedən vergi yoxlaması nəticəsində cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxx 2018-ci il tarixli, **********148544 nömrəli qərarda öz əksini tapmış iki mövqe, yəni, əlavə dəyər vergisinin və mənfəət vergisinin iddiaçının qənaətinə görə düzgün hesablanmamasını mübahisələndirir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası əlavə dəyər vergisinin və mənfəət vergisinin və mənfəət vergis inin hesablanmasını müəyyən edən Vergi Məcəlləsinin müvafiq hüquq normalarına müraciət etməyi zəruri hesab edir. Belə ki, Vergi Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Cavabdehin qənaətinə görə iddiaçı idxal etdiyi ƏDV-siz dəyəri 929300,4 manat təşkil edən malların satışından ümumilikdə 1141500,84 manat (709232,09 + 432268,75) dövriyyə bəyan etmişdir. Lakin iddiaçı heç bir əsası olmadan bu dövriyyənin 432268,75 manatını 0% dərəcə ilə vergiyə cəlb olunan əməliyyat kimi bəyan etmişdir. Yoxlama zamanı iddiaçı qeyd olunan dövriyyənin 0% dərəcə ilə vergiyə cəlb edilməli olmasına dair heç bir dəlil gətirmədiyindən həmin dövriyyə 18% dərəcə ilə vergiyə cəlb edilərək iddiaçıya əlavə 77802,87 manat (432268,75 x 18%) ƏDV hesablanmışdır. Qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin həmin hüquqi mövqeyi ilə razılaşaraq xx xxxxxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, «Mübahisələndirilən yoxlama aktına və müəssisənin şəxsi hesab vərəqinə və vergi orqanına təqdim edilmiş 2016-cı ilin may – 2017-ci il sentyabr dövrü üzrə ƏDV bəyannamələrinə əsasən müəyyən edilir ki, müəssisə yoxlama ilə əhatə olunan dövrdə müəssisənin: -vergiyə cəlb olunan dövriyyəsi – 709232,09 manat; həmin dövriyyədən 18% dərəcəsi ilə hesablanan ƏDV-si – 127661,78 (709232,09 x 18%) manat; -əvəzləşdirilən dövriyyəsi 927950,95 manat; həmin dövriyyədən əvəzləşdirilən ƏDV-si – 167031,17 (927950,95 x 18%) manat; -vergi ödəyicisinə qaytarılmalı ƏDV-si 39369,39 (167031,17) manat; - «0» dərəcə ilə vergiyə cəlb olunan dövriyyə isə 432268,75 manat təşkil etmişdir (Qeyd olunanlar işin mübahisələndirilməyən hallarını təşkil edir). Beləliklə də, ümumilikdə, malların satışından ƏDV xaric və «0» dərəcə ilə birlikdə müəssisə tərəfindən bəyan edilən dövriyə - 1141500,84 (709232,09 + 432268,75) manat təşkil etmişdir. Lakin, birincisi, iddiaçının nə yoxlama zamanı, nə də işin məhkəmə araşdırması mərhələsində 432268,75 manat məbləğində dövriyyəsini hansı əsasla «0» dərəcə ilə vergiyə cəlb olunan əməliyyat kimi bəyan etməsi bəlli deyil. Ən azından, müəssisənin ƏDV vergisindən azad olunması və verginin «0» dərəcə ilə tutulmasının əsasları Vergi Məcəlləsinin 164–165-ci maddələri ilə müəyyən edildiyi halda, iddiaçının qanunvericiliyin həmin normalarına müvafiq əməliyyatları aparmaq hüququnu təsbit edən sübutetmə vasitələri mövcud deyil. Belə olan halda, vergi orqanı tərəfindən yoxlanılan (may 2016—sentyabr 2017) dövr üzrə müəss isənin «0» dərəcə ilə bəyan etdiyi dövriyyənin Vergi Məcəlləsinin 173-cü maddəsinə müvafiq olaraq 18% dərəcəsi ilə vergiyə cəlb olunaraq ona 77802,87 (432268,75 x 18%) manat məbləğində əlavə ƏDV hesablanması və 2017-ci ilin yanvar ayının ƏDV üzrə onun 34850,50 manat məbləğində artıq ödəməsi nəzərə alınmaqla, yekunda, 42952,37 (77802,87 – 34850,50) manat əlavə ƏDV məbləği hesablanması tamamilə əsaslıdır». Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi sözügedən mövqe üzrə yanlış nəticəyə gəlmişdir, belə ki, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddələrindən göründüyü kimi, cavabdeh 18% əlavə dəyər vergisini 432268,75 manat məbləğinin üstünə hesablamamalı, əksinə 18% əlavə dəyər vergisini 432268,75 manat məbləğinin daxilində hesablamalı idi. Lakin cavabdeh bunu etməm iş, apelyasiya instansiyası məhkəməsi isə cavabdehin bu yanlış hərəkətini əsassız olaraq düzgün hesab etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, «Bundan əlavə X1 aktından görünür ki, iddiaçı tərəfindən yoxlamanın əhatə etdiyi 2016-cı il vergi dövrü üçün büdcəyə ödənilməli 349,02 manat mənfəət vergisi bəyan edilmişdir. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri tətbiq olunmaqla, iddiaçıya 36763,81 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu halda da vergi orqanı iddiaçıya həmin əlavə mənfəət vergisini hesablamaqda haqlıdır». Eyni zamanda apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərarında yazmışdır ki, «İş materiallarına əsasən mü əyyən olunur ki, müəssisənin 2016-cı üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində: gəlirini 938395,60 manat, xərcini 936650,48 manat, mənfəətini 1745,12 manat, həmin məbləğdən Vergi Məcəlləsinin 105.1-ci maddəsinə müvafiq 20% dərəcəsi ilə hesablanan mənfəət vergisi 349,02 manat bəyan edilmişdir». Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mənfəət vergisinin hesablanması ilə razılaşmayan apelyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 67.1, 67.1.1-68.1.9, 67.14, 83.9, 130.1, 131-ci maddələrinə, bununla yanaşı Nazirlər Kabinetinin 55 saylı Qərarının 6.1.1, 6.1.3-cü bəndlərinə əsaslanmaqla xx xxxxxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, «Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan 55 saylı Qərarının 6.1.1-ci bəndi il ə müəyyən edilmişdir ki, vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında M1 = (G1 / 100 + R) x R düsturu tətbiq olunmaqla hesablanır (burada: M1 – vergi ödəyicinin mənfəəti (gəliri); G1 – vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R – şərti rentabellik normasıdır). Həmin Qaydaların 6.1.3-cü bəndindən isə görünür ki, vergi ödəyicisinin mənfəəti (gəliri) şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Cavabdeh orqanın mübahisələndirilən X1 aktından da məhz görünür ki, Vergi Məcəlləsinin 67.14 və 83.9-cu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan 55 saylı Qərarının qeyd olunan bəndlərinin tələbləri qaydasında hesablama aparılmaqla, iddiaçının 2016-cı il üzrə mənfəətinin 18556 4 manat təşkil etdiyi, belə olan halda isə onun həmin məbləğdən 20 faizdən hesablanan mənfəət vergisini 36763,81 manat azaltdığı müəyyənləşdirilmişdir. Beləliklə də, yoxlama ilə əhatə olunan dövrdə iddiaçı tərəfindən dövlət büdcəsinə ödəməli olduğu verginin hesabatda göstərilən məbləğinin, ümumilikdə 114566,68 manat (77802,87 + 36763,81) manat məbləğində azaldıldığı müəyyən olunur». Mənfəət vergisi üzrə cavabdehin tətbiq etdiyi üsulu ilə və bunu düzgün sayan apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq, bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir ) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə müvafiq olaraq vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarının 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında müəyyən edir: M1= (G1 / (100 + R)) x R burada: M1 — vergi ödəyicinin mənfəəti(gəliri); G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etd iyi gəlir; R — şərti rentabellik normasıdır. Həmin Qərarın 6.1.3-cü bəndinə müvafiq olaraq vergi ödəyicisinin mənfəəti (gəliri) şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Beləliklə, Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrindən bariz şəkildə göründüyü kimi, vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadığı halda, Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə müəyyən edilmiş Şərti rentabellik norması (R) 20 faiz səviyyəsində tətbiq olunur. Lakin bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, işin 41–56-cı səhifələrində olan cavabdehin tərtib etdiyi «X1nın keçirilməsi haqqında» xx xxxxxx 2017-ci il tarixli **********126126 saylı Qərarın «Yoxlama nəticəsində aşağıdakılar müəyyən edilmişdir» hissəsində (işin 46, 47-ci səhifələri) iddiaçının vergi ödəyicisinin həm gəlirləri, həm də xərcləri müəyyən edilmişdir, belə olan halda, cavabdeh tərəfindən iddiaçının mənfəət vergisini Nazirlər Kabinetinin 55 saylı Qərarına görə şərti rentabellik norması (R) ilə hesablanması və apelyasiya instansiyası məhkəməsinin bunu doğru hesab etməsi yanlışdır. Digər tərəfdən qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi cavabdeh özü əlavə dəyər vergisini hesablayarkən iddiaçının gəlir məlumatına, mənfəət vergisini hesablayarkən isə iddiaçının xərc məlumatına əsaslanır və bununla bir daha təsdiq edir ki, cavabdehdə iddiaçının gəlirləri və xərcləri barədə məlumatı mövcuddur. Bununla yanaşı qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getməd ən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə müvafiq olaraq kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin X1 keçirilən zaman vergi orqa nının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Lakin cavabdeh vergi orqanı bunları etməmiş, yəni kameral vergi yoxlaması aparılan zaman bu pozuntunu aşkar edə bildiyi halda, bunu etməmiş, apelyasiya instansiyası məhkəməsi isə sözügedən məsələni nəzərə almamış və nəticə etibarı ilə də ona hüquqi qiymət verməmişdir. Eyni zamanda, cavabdehin sözügedən «X1nın keçirilməsi haqqında» xx xxxxxx 2017-ci il tarixli qərarın ın «Qərara alıram» hissəsindən (iş səhifəsi 41) görünür ki, həmin X1 Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdir. Lakin iş materiallarından göründüyü kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində növbədənkənar vergi yoxlaması keçirilməsi üçün nəzərdə tutulmuş halların heç biri mövcud deyildir. Digər tərəfdən Vergi Məcəlləsinin 38.3-cü maddəsində vergi orqanı tərəfindən növbədənkənar vergi yoxlamasını zəruri edən halların müfəssəl siyahısı verilmişdir ki, hazırkı işdə bu halların heç biri yoxdur, yəni vergi yoxlaması qanunamüvafiq aparılmamışdır. Bundan başqa məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparı lan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında» Əsasnamənin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Lakin mübahisə predmeti olan hazırkı X1 sözügedən reyestrdə qeydiyyata alınmamışdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, AR VN yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti iddiaçı “X2” MMC-nin faəliyyətində X1 keçirərkən, yoxlamanın müddəti 30 gün deyil, 30 iş günü müəyyən edilməklə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin, AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinin və «X1nın keçirilməsi Qaydaları»nın müddəalarının pozmuş və həmin 30 iş günü müddətində aparılmış yoxlama tədbirlərin ilk 30 təqvim günündən sonrakı hissəsi qanuni sayıla bilməz; - qanunvericilik sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin uzadılması barədə məlumatların da vahid məlumat reyestrinə daxil edilməs ini zəruri sayır. Hazırkı hal üzrə “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərar qəbul olunması, özündə yoxlamanın müddətinin artırılmasını ehtiva edir. Lakin həmin qərarla bağlı yoxlamaların reyestrini aparan orqana məlumat verilməsinə dair məhkəmə icraatında sübut təqdim olunmamışdır. Bununla da «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinin tələbləri pozulmuşdur; - xx xxxxx 2018-ci il tarixli **********148544 nömrəliqərar əlverişsiz inzibati akt kimi özündə (mətnində) əsaslandırılmamış (vergi qanunvericiliyinin pozulmasının şəraiti, onu təsdiq edən sənədlər və digər məlumatlar, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərin i nəzərdə tutan müvafiq qanunların maddələri, vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb etmənin izah olunması və s.) və bununla da Vergi Məcəlləsinin 49.2-ci maddəsinin, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin tələbləri pozulmuşdur; - hazırkı iddiaçı “X2” MMC-nin X1 zamanı təqdim etdiyi sənədlərin qeyri-mötəbərliyi sübuta yetirilmədən (qəbz və sadə qaimə-fakturalar qəbul olunmamaqla), digər əlaqəli məlumatların əldə olunması üçün heç bir tədbir görülmədən mənfəətin Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri tətbiq edilməklə şərti rentabellik norması üzrə müəyyən olunması əsaslı sayıla bilməz; - hazırkı iddiaçı “X2” MMC-nin şəxsi hesab vərqəsindən görünür ki, ödəyici 2016-cı ilin 17 oktyabr tarixin də həmin ilin sentyabr ayı üzrə ƏDV-ni 0% dərəcə ilə deyil, müvafiq məbləğdə, yəni 89.850,64 manat bəyan etmişdir. Bu isə, inzibati orqanın ona əlavə məbləğdə ƏDV hesablanmasına heç bir halda əsas vermir. - X1nda vergi məbləğləri qanuni əsaslarla hesablanmadıqda onunla yanaşı tətbiq olunmuş maliyyə sanksiayaları da qanunsuz sayılır. Həmçinin nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödə yicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxx 2018-ci il tarixli **********148544 nömrəli qərarı qanuna zidd sayılmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, mübahisələndirilən xx xxxxx 2018-ci il tarixli **********148544 nömrəliqərar inzibati akt kimi qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəb ul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borclarını (əlavə faizlərlə) və tətbiq olunmuş maliyyə sanksiyalarını ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Nəticəv i hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-202/2020 saylı qərarı ləğv edilsin. İddiaçının iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxx 2018-ci il tarixli **********148544 nömrəli qərarı ləğv edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar