Məhkəmə qərarları › İş №2-1(102)-1177/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1177/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1177/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Səyyad Əli oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X10, Üçüncü şəxs X3, Üçüncü şəxs X7 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11, X8, X9) “torpaq sahəsinin planı və ölçülərinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 05 aprel tarixli, 2-1(103)-81/2021 nömrəli qərarından üçüncü şəxs X11 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2017-ci il 29 noyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək vaxtı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən tərtib edilmiş 2013-cü il 22 may tarixli, X nömrəli "Torpaq sahəsinin plan və cizgisi"nin və həmin sənədlər əsasında cavabdeh tərəfindən tərtib edilmiş 2013-cü il 07 iyun tarixli, x nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"nün, habelə vaxtı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən tərtib edilmiş 2013-cü il 22 may tarixli, Xnömrəli "Torpaq sahəsinin plan və cizgisi"nin və həmin sənədlər əsasında cavabdeh tərəfindən tərtib edilmiş 2013-cü il 07 iyun tarixli, X63 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"nün və cavabdeh tərəfindən tərtib edilmiş 2014-cü il 14 oktyabr tarixli, N AA ******* nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"nün ləğv edilməsinin cavabdeh tərəfindən icra edilməməsinin qanunsuz hesab edilməsini və həmin sənədlərin ləğv edilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehə həvalə olunmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ş öbəsi tərəfindən tərtib edilmiş 2013-cü il 22 may tarixli, X nömrəli "Torpaq sahəsinin plan və cizgisi"nin və həmin sənədlər əsasında cavabdeh tərəfindən tərtib edilmiş 2013-cü il 07 iyun tarixli, x nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"nün, habelə vaxtı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən tərtib edilmiş 2013-cü il 22 may tarixli, Xnömrəli "Torpaq sahəsinin plan və cizgisi"nin və həmin sənədlər əsasında cavabdeh tərəfindən tərtib edilmiş 2013-cü il 06 iyun tarixli, X63 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"nün və cavabdeh tərəfindən tərtib edilmiş 2014-cü il tarixli, N AA ******* nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"nün ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması vəzifəsi Ərazi İdarəsinin öhdəliyi kimi müəyyən edilmişdir. Texniki səhv olaraq tərtib edilmiş və 20 M və 20 L adlı bağ sahələri üçün nəzərdə tutulmuş plan və cizgilər (sonradan plan və ölçülər) Ərazi İdarəsi tərəfindən ləğv edilməli və bu qanuna uyğunsuzluğu aradan qaldırmalıdır. Göstərilən məqamla bağlı müvafiq qaydada ərizə ilə cavabdehə müraciət edilmiş, məhkəmə qərarları barədə bildirilmiş və xahiş edilmişdir ki, mübahisəli torpaq sahəsi barədə vaxtı ilə texniki səhv kimi verilmiş torpaq sahəsinin plan və cizgilərinin və həmçinin, plan və ölçülərin ləğv edilməsi barədə müvafiq hərəkətlər aparılsın. Həmin ərizəyə sonuncu idarə tərəfindən 2017-ci il 08 noyabr tarixli məktubla cavab verilərək bildirilmişdir ki, məhkəmə qərarı icra edilməsi üçün idarəyə rəsmi qaydada daxil olmamış və icra sənədinin rəsmi qaydada Ərazi İdarəsinə daxil olacağı halda ərizəyə qanuna müvafiq qaydada baxılacaqdır. Ancaq cavabdeh təşkilatın bu qaydada ərizəyə münasibət bildirməsi birbaşa həmin inzibati orqanın üzərinə düşən hərəkətlərin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Çünki yuxarıda qeyd edilən məhkəmə qərarları üzrə keçirilmiş məhkəmə proseslərində cavabdeh olaraq Bakı Şəhər Ərazi İdarəsi olmuşdur. İkinci tərəfdən, çıxarılmış məhkəmə qərarları mübahisələndirmə haqqında iddia olmuş və torpaq sahəsinin planlarının ləğvi barədə olmuşdur. Deməli, qeyd edilən planların ləğv edilməsi üçün hansısa bir icra sənədinin məhkəmə tərəfindən inzibati orqana göndərilməsinə ehtiyac yoxdur, çünki artıq qanuni qüvvəyə minmiş məh kəmə qərarı ilə göstərilən planlar İəğv edilmiş və inzibati orqan da digər münasibətlərdə bu halı əsas götürməlidir. Cavabdehin etirazları:

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, X, 20M saylı bağ sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən tərtib olunmuş 2013-cü il 22 may tarixli, Xnömrəli plan və cizgi, icarə müqaviləsi və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2013-cü il 15 aprel tarixli, 2-1(82)-1447/2013 saylı qərarı ilə Raisa Əliyevanın adına özəlləşdirilmişdir. X, 20L saylı bağ sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən tərtib olunmuş 2013-cü il 22 may tarixli, X nömrəli plan və cizgi, icarə müqaviləsi və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2013-cü il 1 5 mart tarixli, 2-1(82)-1447/2013 saylı qərarı ilə İslam Kazımovun adına özəlləşdirilmişdir. İslam Kazımov 2014-cü il 10 oktyabr tarixli, 4Ə-155 saylı alğı-satqı müqaviləsi ilə 20L nömrəli bağ sahəsini X1; 20L saylı bağ sahəsi hazırda İskəndər Həsənovun mülkiyyətindədir. Cavabdeh 20M və 20L saylı bağ sahələrini müvafiq olaraq R. Əliyevanın və İ. Kazımovun (daha sonra, İ. Həsənovun) adına qeydə alınması ilə bağlı hərəkətləri yerinə yetirərkən hər hansı qanun pozuntusuna yol verməmişdir. Ona görə də, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-578/2018 saylı, 2018-ci il 25 iyun tarixli qərarı ilə iddia təmin edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin 201 3-cü il 22 may tarixli, X və Xsaylı “Torpaq sahəsinin plan və cizgisi” və həmin sənədlər əsasında cavabdehin 2013-cü il 07 iyun tarixli AA 049569 saylı, 2013-cü il 06 iyun tarixli AA Xsaylı və 2014-cü il 14 oktyabr tarixli AA ******* saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədləri ləğv edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvafiq torpaq sahəsinin planları ləğv edildiyi halda, onların əsasında verilmiş bütün sənədlər əks olunmuş koordinatlara münasibətdə əhəmiyyətini itirmiş olur. Odur ki, iddiaçının tələbi əsaslıdır və onun istifadəsində olan 0,40 ha torpaq sahəsinə dair üçüncü şəxslər X11, X8 və X4 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi və cavabdeh orqan tərəfindən verilmiş plan-cizgilər və plan ölçülər ləğv edilməlidir.

7. Üçüncü şəxs X11 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2019-cu il 06 fevral tarixli, 2-1(103)-84/19 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 iyun tarixli qərarı qismən - 2013-cü il 06 iyun tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçının cavabdehə qarşı 2013-cü il 06 iyun tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi tələbinə dair hissədə iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisələndiril ən yerquruluşu sənədlərinin səhv (yəni istifadəsində olan torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə heç bir əlaqəsinin olmamasına görə) tərtib edildiyini iddia etsə də, həmin torpaq sahəsinin yerquruluşu sənədlərini məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, mübahisələndirilən sənədlərin səhv tərtib edildiyinin sübuta yetirilməsi üçün iddiaçı sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsinin koordinatlarının əks olunduğu müvafiq yerquruluşu sənədini təqdim etməli idi. Lakin belə bir sənəd təqdim edilməmişdir.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın iddianın qismən rədd edilməsi hissəsində ləğv olunmasını, üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin qərarının digər hi ssələrinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 iyun tarixli, 2-1(102)-1703/2019 saylı qərarı ilə - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2019-cu il 6 fevral tarixli qərarı iddianın rədd edilən hissəsində-20 L saylı bağ sahəsinə aid üçüncü şəxs X7 adına olan 2013-cü il 6 iyun tarixli, Xsaylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsində, habelə 2013-cü il 7 iyun tarixli 049569 saylı, 2013cü il 22 may tarixli X saylı və 2014-cü il 14 oktyabr tarixli 067029 saylı torpaq sahəsinin plan və cizgisinin (ölçüsünün) ləğv edilməsi barədə iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarın ın dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş, - iş iddianın rədd edilən hissəsində, yəni 20 L saylı bağ sahəsinə aid üçüncü şəxs X7 adına olan 2013-cü il 6 iyun tarixli, Xsaylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsində təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, - kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, - kassasiya 2013-cü il 22 may tarixli, Xsaylı torpaq sahəsinin planı və cizgisinin ləğvinə dair birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması hissəsində mümkün sayılmamış, bu hissədə şikayətin qəbulundan imtina edilmişdir.

12. Kassasiya instansiyası hesab etmişdir ki, üçüncü şəxslər İ.C.Kazımov və İ.T.Həsənov birinci instan siya məhkəməsinin qərarından şikayət verməmələrinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs R.S.Əliyevanın apellyasiya şikayətinə baxarkən səhvən birinci instansiya məhkəməsinin qərarını onlara münasibətdə də yoxlayaraq hüquqi qiymət vermişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı 2013-cü il 7 iyun tarixli 049569 saylı, 2013-cü il 22 may tarixli X saylı və 2014-cü il 14 oktyabr tarixli 067029 saylı torpaq sahəsinin plan və cizgisinin (ölçüsünün) ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi 2013-cü il 22 may tarixli, Xsaylı torpaq sahəsinin planı və cizgisinin ləğvinə dair iddianı rədd edən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladığı halda, onun əsasında verilmiş 2013-cü il 6 iyun tarixli tor paq sahəsinin planı və ölçüsünün ləğvi tələbi barədə iddianı təmin etməsini bu kontekstdən əsaslandırmamış, 2013-cü il 6 iyun tarixli, Xsaylı torpaq sahəsinin planı və ölçüsündə istinad edilən 1990-cı il 28 avqust tarixli, müqavilə işdə olmamış, həmin müqavilə tələb edilib onunla bağlı hüquqi qiymətləndirmə aparmamışdır. Məhkəmə qərarında, həmçinin ekspert rəyinə istinadən qeyd edilmişdir ki, 2013-cü il 28 yanvar tarixli torpaq sahəsinin planında göstərilən sahənin vaxtilə vətəndaşlara bağ sahəsi kimi icarəyə verilən ərazi hüdudları daxilində deyil, başqa ərazi hüdudları daxilində olduğu müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi ləğv olunmuş 2013-cü il 08 yanvar tarixli planı və ölçüsündə və hazırkı mübahisə predmeti olan 2013-cü il 06 iyun tarixli, Xsaylı planı və ölçüsündə qey d edilən torpaq sahəsinin eyni olubolmamasını yoxlamamış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 78-ci maddəsinə uyğun hüquqi qiymətləndirmə aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il 15 aprel tarixli qərarının düzgün icra edilməsini aydınlaşdırmamış, tərəflərin iştirakı ilə torpaq sahəsinə baxış keçirilməsinin, ekspert və mütəxəssis cəlb edilməsinin, istinad edilən digər məhkəmə qərarlarının qəbul edilməsinə əsas olmuş işlərə baxış keçirilməsinin mümkünlüyünü müzakirə etməmişdir. Odur ki, İPM-in 12-ci və 48 və 57-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya məhkəməsinin qərarı mübahisə olunan hissədə ləğv edilməlidir. ç. a pellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 oktyabr tarixli, 2-1(103)-1991/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 iyun tarixli qərarı qismən - 2013-cü il 06 iyun tarixli, X63 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"nün ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilmiş, iddiaçının cavabdehə qarşı 2013-cü il 06 iyun tarixli, X63 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"nün ləğv edilməsi tələbinə dair hissədə iddia təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin sorğusuna ünvanlandığı 2019-cu il 24 sentyabr tarixli, 418.30-29/2019 sayl ı məktubunda bildirilmişdir ki, məhkəmənin 2013-cü il 15 aprel tarixli, 2in(82)-1447/2013 saylı qərarından apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəyə mindiyindən icra olunması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinə göndərilmiş və icra olunmuşdur. Hazırkı işdən məlum olmuşdur ki, qeyd edilən qərarın icrasının düzgün olub-olmaması barədə mübahisə mövcud deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 21.1ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqla ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. İddiaçı mübahisələndirilən yerquruluşu sənədlərinin səhv (yəni istifadəsində olan torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə heç bir əlaqəsinin olmamasına görə) tərtib edildiyini iddia etsə də, həmin torpaq sahəsinin yerquruluşu sənədlərini məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, mübahisələndirilən sənədlərin səhv tərtib edildiyinin sübuta yetirilməsi üçün iddiaçı sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsinin koordinatlarının əks olunduğu müvafiq yerquruluşu sənədini təqdim etməli idi. Lakin belə bir sənəd təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası iddiaçının mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri olmadığından kassasiya instansiya məhkəməsinin qərarında tərəflərin iştirakı ilə torpaq sahəsinə baxış keçirilməsi, ekspert və mütəxəssis cəlb edilməsi göstərişlərini yerinə yetirilməsi zərurətini istisna edir.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın «iddia tələbinin 2013-cü il 06 iyun tarixli, N AA Xnömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv olunmasının təmin edilməməsi» hissəsində ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. d. kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 fevral tarixli, 2-1(102)-653/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 oktyabr tarixli qərarı «apellyasiya şikayətinin təmin olunması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının 2013-cü il 06 iyun tarixli, N AA X nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv edilməsi və həmin hissədə yeni qərarın qəbul olunması, iddia tələbinin 2013-cü il 06 iyun tarixli, N AA Xnömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nün ləğv olunmasının təmin edilməməsi» hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ləğv olunmuş 2013-cü il 8 yanvar tarixli, planı və ölçüsündə və hazırkı mübahisə predmeti olan 2013-cü il 6 iyun tarixli, Xsaylı planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin eyni olub-olmamasını Xmış və İPM-in 78-ci maddəsinə uyğun hüquqi qiymətləndirmə aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il 15 aprel tarixli qərarının düzgün icra edilməsini aydınlaşdırmamış, tərəflərin iştirakı ilə torpaq sahəsinə baxış keçirilməsinin, ekspert və mütəxəssis cəlb edilməsin in, istinad edilən digər məhkəmə qərarlarının qəbul edilməsinə əsas olmuş işlərə baxış keçirilməsinin mümkünlüyünü müzakirə etməmişdir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Lakin apellyasiya instansiyası məhkəməsi onun üçün məcburi xarakter daşıyan Ali Məhkəmənin mübahisəli torpaq sahəsinin plan və ölçüsünə aid hüquqi mövqeyini nəzərə almamış, «hazırkı işdən məlum olur ki, qeyd edilən qərarın icrasının düzgün olub-olmaması barədə mübahisə mövcud deyil» kimi əsassız nəticəyə gəlmişdir. Belə ki, Ali Məhkəmənin məcburi xarakter daşıyan göstərişləri, o cümlədən tərəflərin iştirakı ilə torpaq sahəsinə baxış keçirilməsi, ekspertizanın və mütəxəssislərin cəlb edilməs i, Ali Məhkəmənin 2019-cu il 18 iyun tarixli qərarında konkret şəkildə yazılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi bunların heç birini etməyərək, iş üzrə yanlış nəticəyə gəlmişdir. e. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 05 aprel tarixli, 2-1(103)-81/2021 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 iyun tarixli qərarı mübahisələndirilən - 2013-cü il 06 iyun tarixli, X63 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"nün ləğv edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, üçüncü şəxs R.ƏliyeXna verilmiş torpaq sahəsinin planlarında göstərilmiş koordinatlarda yerləşən torpaq sahəsi bağçılıq yoldaşlığı nın icarəyə verdiyi ərazi hüdudlarından kənarda yerləşdiyindən və həmin torpaq dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi olduğundan cavabdeh orqanın həmin koordinatlarda verdiyi 2013-cü il 06 iyun tarixli, X63 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü" qanuni hesab edilə bilməz. Bu əsasdan birinci instansiya məhkəməsi iddianı hazırkı baxış predmeti olan mübahisələndirilən hissədə təmin etməkdə haqlı olmuşdur.

20. Üçüncü şəxs X11 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətində qeyd edilmişdir ki, işə baxılan zaman iddiaçının mübahisəli torpaq sahəsinə dai r hər hansı hüquq müəyyənedici sənədinin (icarə müqaviləsinin, torpaq ayrılması barədə sərəncam və s.) olmadığı tam müəyyən edilmişdir. İddiaçının mübahisəli torpaq sahəsinə uzun müddət ərzində sahiblik və istifadə etməsi baxımından istinad etdiyi yeganə sübut Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 saylı, 2015-ci il 23 yanvar tarixli saxta arayışdır. Həmin arayış isə həm məzmun baxımından qeyri-müəyyəndir, həm də arayışın hansı sənədlərin olduğu qeyd edilməmişdir. Arayışda mücərrəd şəkildə “uzun müddət” verilməsinin əsasında ifadəsi işlədilsə də, bu müddətin konkret olaraq hansı tarixləri əhatə etdiyi qeyd edilməmiş, bu halın hansı sənədlər əsasında müəyyənləşdirildiyi göstərilməmişdir. Həmin arayışda qe yd olunmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir.

22. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsinin Daşınmaz Əmlakın kadastrı və texniki inventarlaşdırma şöbəsinin Texniki İnventarlaşdırma işləri sektorunun mühəndis - inventarlaşdırıcısı Hikmət Sadıqov tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(082)-1220/2015 saylı, 2015ci il 07 iyul tarixli məktubuna cavab olaraq verdiyi rəydir. Həmin rəydə birbaşa qeyd olunmuşdur ki, məhkəmə qərarı ilə əlaqədar olaraq göstərilən sahəyə texniki baxış keçirilmiş və məlum olmuşdur ki, sözügedən sahə **********33 və **********34 saylı reyestr nömrələri ilə ayrı-ayrı fiziki şəxslərin adına özəlləşdirilmişdir. Ümumi sahə dəniz sahilinin 70-90 metr məsafəsində yerləşir. 2 021-ci il 05 aprel tarixli qərarı çıxarmış məhkəmənin istinad etdiyi Torpaq Məcəlləsinin 46.1-ci maddəsində isə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar və sair dövlət mülkiyyətində olan torpaqlardan söhbət gedir və həmin torpaqlar dövlətin müstəsna mülkiyyətində olan torpaqlar hesab edilir.

23. Bundan başqa 2021-ci il 05 aprel tarixli qanunsuz qərarı çıxarmış məhkəmənin “Torpaq sahəsinə dair planın ləğv edilməsi” ilə bağlı alınmış 2015-ci il 18 noyabr tarixli ekspertiza rəyini hər iki tərəf üçün preyudusial əhəmiyyət daşıması və həmin rəyə istinad edib X11 adına verilmiş torpaq sahəsinin planlarında göstərilmiş koordinatlarda yerləşən torpaq sahəsini bağçılıq yoldaşlığının icarəyə verdiyi ərazi hüdu dlarından kənarda yerləşməsi qənaətinə gəlməsi və buna görə də cavabdeh orqanın həmin koordinatlarda verdiyi 2013-cü il 06 iyun tarixli, X63 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nün qanuni hesab etməməsi barədə yazdıqları fikirlərlə razı olmaq mümkün olmamışdır. Yazılan bu fikirlər işin həqiqi hallarına uyğun olmayan fikirlərdir. Belə ki, istər məhkəmədə izahat verərkən cavabdeh orqanın nümayəndəsi, istərsə də 2021-ci il 05 aprel tarixli qərarı çıxarmış məhkəməyə cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 2021-ci il 05 aprel tarixli, **********04 saylı məktubunda kassatora məxsus 20L saylı bağ sahəsinin “elektron kadastr baza məlumatlarına əsasən “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid ərazilər olmaqla Hövsan bağ massivində ye rləşməsi”ni birbaşa qeyd etmişdir. İkinci bir tərəfdən 2-1(82)-1220/15 saylı inzibati iş üzrə alınmış 20368 saylı, 2015-ci il 18 noyabr tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi torpaq sahəsinin 2013-cü il 28 yanvar tarixli plan və ölçüsünün ləğvi ilə bağlı təyin olunmuş və alınmış rəydir. Hazırkı mübahisə predmeti olan torpaq sahəsinin 2013-cü il 06 iyun tarixli, Xsaylı plan və ölçüsü 2013-cü il 28 yanvar tarixli torpaq sahəsinin plan və Xasında deyil, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin 2013-cü il 22 may tarixli, Xnömrəli torpaq sahəsinin plan və cizgisi, Bakı Şəhər İcra Hakimiyyətinin X2 və İstismarı Birliyinin 1990-cı il 28 avqust tarixli, xnömrəli icarə müqaviləsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il 15 aprel tarixli, 2in(82)-1 447/2013 nömrəli qərarı əsasında tərtib edilmişdir. Belə ki, 2013-cü il 06 iyun tarixli, Xsaylı torpaq sahəsinin plan və ölçüsünün 2013-cü il 28 yanvar tarixdə tərtiXiş torpaq sahəsinin plan və ölçüsü ilə heç bir əlaqəsi yoxdur. 2013-cü il 06 iyun tarixli torpaq sahəsinin plan və ölçüsü yenidən aparılmış araşdırma, ölçmə işləri əsasında tərtib edilmişdir. Torpaq sahəsinin 2013-cü il 06 iyun tarixli plan və ölçü sənədi iddiaçının iddia etdiyi kimi 2013-cü il 28 yanvar tarixli plan və ölçü sənədi əsasında hazırlanmamış və tərtib edilməmişdir. Torpaq sahəsinin 2013-cü il 06 iyun tarixli plan və ölçü sənədi tamamilə yeni bir sənəddir. Ona görə də kassator həmin rəylə razılaşmadığına görə hazırkı iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilib müvafiq rəy alınması barədə 2021-c i il 25 fevral tarixdə məhkəməyə vəsatətlə müraciət etsə də, bu vəsatət tam qanunsuz və əsassız olaraq təmin edilməmişdir. Həmin ekspertizanın təyin edilib rəyin alınması zəruri və vacib olmuşdur. kassasiya şikayətinə etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, hazırkı mübahisə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il 15 aprel tarixli Qərarı barəsində deyil, həmin qərarın düzgün olmadan icra olunmasından gedir. Yəni, qeyd edilən qərar mübahisəli torpaq sahəsi haqqında deyil, 20 L saylı bağ sahəsi barədə verilmişdir ki, həmin bağ sahəsinin də iddiaçıya heç bir aidiyyəti yoxdur. Tərəflər arasında mübahisəli torpağa dair məhkəmə mübahisələri 2014-cü il tarixdən başlamış və iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinə müraciət edildiyi vaxtdan bu günə qədər həmin torpaq sahəsinin iddiaçının istifadəsində olmasını təsdiq edəcək müvafiq arayışın, torpaq sahəsi barədə verginin ödənilməsini təsdiq edəcək qəbzlərin və s., bu kimi digər sənədlər sahibliyi təsdiq edən sənədlər təqdim edilmişdir. Baxmayaraq ki, üçüncü şəxs və onun vəkili öz kassasiya şikayətlərində bununla bağlı hər hansı bir sübutun olmadığını vurğulayırlar. Beləliklə, işə baxan məhkəmə sahiblik və istifadə ilə əlaqədar tam doğru və artıq subyektivliyi məhkəmə qərarı əsasında həll etmişdir. Çünki artıq iddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüquq olduğu halda, üçüncü şəxsə aid olan torpaq sahəsi isə 20 L saylı bağ sahəsidir və üçüncü şəxsə məhkəmənin qərarının düzgün olmayan tərzdə icra olunması nəticəsində mübah isəli torpaq sahəsinin koordinatları ona (üçüncü şəxsə) verilmişdir (təqdim edilmişdir).

25. Üçüncü şəxsin mübahisəli əraziyə deyil, ancaq bağ sahəsinə münasibətdə subyektiv hüququ olduğu halda, iddiaçının isə hal-hazırda sahiblik və istifadəsində olan torpaq sahəsinə subyektiv hüququ mövcuddur. Çünki üçüncü şəxsə ayrılmış torpaq sahələrinin hazırkı iş üzrə mübahisəli torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Bu, istər iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdə, istərsə də, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının müvafiq rəylərində birbaşa göstərilir.

26. Kassatorun kassasiya şikayətində subyektiv hüquqa dair gəldiyi nəticə tamamilə yanlışdır və hazırki mübahisəli torpaq sahəsinin üçüncü şəxsə ayrılmış torpaq sahəsi (1990-cı il tarixli icarə müqavilələri üzrə) ilə heç bir bağlılığı yoxdur. Yəni, subyektiv hüququn bağ sahəsi üzərində üçüncü şəxsə, mübahisəli torpağa dair isə iddiaçının hüquqlarının olduğu müəyyən olunur. Çünki mübahisəli torpaq sahəsi üzərində iddiaçı tərəfindən ona bağlılıq əks etdirən sənədlər göstərildiyi və məhkəməyə təqdim edildiyi halda, üçüncü şəxs isə ancaq bağ sahəsinə münasibətdə sənədlər təqdim etmişdir. Nəticə etibarı ilə mübahisəli torpaq sahəsinə dair heç bir hüquqi sənədlər üçüncü şəxs tərəfindən məhkəməyə təqdim olunmamışdır. Baxmayaraq ki, işə baxan apellyasiya instansiyası sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməsi barədə İPM-nin 58.7-ci maddəsi ilə imperativ tələbi barədə qeyd edir.

27. Subyektiv hüquqla yanaşı X6 mülkiyyətində olan torpaq sahəsinin 1-ci instansiya tərəfind ən qəbul edilmiş qərarla pozulmasını göstərmişdir. Ancaq bu elə deyil, vaxtı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bağ sahələri barədə planların verilməsi öhdəliyinin DƏDRX-nə üzərinə qoyan zaman (bu qərar 2012-ci il tarixlidir), həmin məhkəmə qərarı sonradan dövlət orqanı tərəfindən düzgün işlənilməmişdir. Daha doğrusu, məhkəmə qərarı düzgün icra edilməmişdir. Belə ki, həmin qərarın icrası zamanı bağ sahəsi kimi qələmə verilməsi üçün, torpaq sahələrinin planları mübahisəli torpaq sahəsinin koordinatları kimi müəyyən edilərək işlənilmişdir. Yəni, həmin bağ sahələrinin koordinatları qəsdən sürüşdürülmüş və iddiaçının sahibliyində olan torpaq sahəsinin koordinatları kimi göstərilmişdir (qeyd edilmişdir). Hətta bundan sonra vaxtı ilə Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsin ə müraciət edilərək müvafiq plan və ölçünün alınması xahiş edilərkən, adı çəkilən idarə bundan imtina etmişdir ki, torpaq sahəsinin planları düzgün deyildir, ümumiyyətlə belə bağ sahələri mövcud deyildir. Məhz bundan sonra üçüncü şəxslər yenidən 2013-cü il tarixdə məhkəməyə müraciət edərək bağ sahələrinə dair plan-ölçünün verilməsi öhdəliyinin Komitənin üzərinə qoymuşlar. Bununla da, üçüncü şəxs əslində bağ sahəsi olmayan və mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasının ilkin əsaslarını əldə etmişdir. Məhz plan və ölçünün alınmasından sonra mülkiyyət hüququnu müəyyən edən çıxarış əldə edilmişdir. Özü də çıxarışda da 20 "L" adı altında bağ sahəsinə mülkiyyət hüququnun olması göstərilmişdir. Ancaq həmin çıxarışda olan bağ sahəsinin koordinatlarını istədikdə və ya açıldıqda bağ sahəsinin mübahisəli torpaq sahəsinin yerində olunduğu müəyyən edilir. Baxmayaraq ki, mübahisəli torpaq sahəsi bağlar təsərrüfatına ayrılmış sahəyə daxil deyil və ümumiyyətlə bağlar massivindən xeyli aralıdadır. Göründüyü kimi, mübahisə torpaq sahəsinin naturada üst-üstə düşməsi ilə bağlı deyil, mübahisə üçüncü şəxsə bağ sahəsinin ayrılmasından sonra bağ sahəsinin koordinatlarının düzgün işlənilməməsi və bunun nəticəsində də iddiaçının hüquqlarının pozulması ilə nəticələnməsindədir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

28. Üçüncü şəxs X7 vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

29. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya in stansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

30. Cavabdeh və üçüncü şəxs X9 məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi).

31. Üçüncü şəxs X8 məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ

32. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb e dilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

36. Məhkəmə kollegiyası mübahisələndirilən “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş torpaq sahəsinə iddiaçının subyektiv hüququnun olmadığına dair şikayətin dəlilini əsaslı hesab etmir, belə ki, iddiaçının qeyd olunan torpaq sahəsinə subyektiv hüququnun olduğu həmin torpaq sahəsi ilə bağlı digər iş - İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Suraxanı RİH başçısının Hövsan qəsəbə ərazi dairəsi üzrə nümayəndəliyi, X12, X9, X8) “torpaq sahəsinə dair 2013-cü il 28 yanvar tarixli planların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1774/2016 saylı, 2016-cı il 16 noyabr tarixli və 2-1(102)1074/2017 saylı, 2017-ci il 5 iyul tarixli qərarları ilə təsdiq olunmuşdur. Həmin qərarlar qüvvədədir və məhkəmə kollegiyası hazırkı iş üzrə mübahisənin həllində istinad edilə n qərarlarda ifadə olunmuş hüquqi mövqeni də nəzərə alır.

37. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçı öz tələbində üçüncü şəxs Xya 20L saylı bağ sahəsinin ayrıldığını təsdiq edən və 2013-cü 6 iyun il tarixli, Xsaylı torpaq sahəsinin planı və ölçüsü sənədində istinad edilən 1990-cı il Xst tarixli müqaviləni və 20L saylı bağ sahəsinə dair üçüncü şəxsin adına verilmiş “daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ı mübahisələndirmir. İddiaçı hesab edir ki, hazırkı mübahisə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il 15 aprel tarixli qərarının düzgün icra olunmaması və bunun nəticəsində mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üçüncü şəxsin adına verilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilməsi ilə bağlıdır.

38. Apellyasiya inst ansiyası məhkəməsi Ali Məhkəmənin yuxarıda istinad olunan qərarlarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirmiş, torpaq sahəsinin eyni olubolmaması ilə bağlı işin hallarını araşdıraraq müəyyən etmişdir ki, X7 adına verilmiş 2013-cü il 28 yanvar tarixli plan və 2013-cü il 6 iyun tarixli plan və ölçüdə göstərilən sahələr eynidir. 39. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-344/2016 saylı, 2016-cı il 23 fevral tarixli qərarından görünür ki, həmin qərarla İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair 2013-cü il 28 yanvar tarixli planların ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdeh tərəfindən Bakı şəhəri, Hövsan q əsəbəsi 20L saylı bağ sahəsinə dair Raisa Əliyevanın adına verilmiş 2013-cü il 29 yanvar tarixli plan ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-139/2017 saylı, 2017-ci il 2 fevral tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-344/2016 saylı, 2016-cı il 23 fevral tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)1074/2017 saylı, 2017-ci il 5 iyul tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-139/2017 saylı, 2017-ci il 2 fevral tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.

40. Həmin məhkəmə qərarları ilə üçüncü şəxslərin (o cümlədən Xnın) adlarına verilmiş və hazırda mübahisələndirilən planlarda koordinatları əks olunmuş bağ sahələrin in Bakı ŞİH X2 və İstismarı Birliyi tərəfindən vaxtı ilə vətəndaşlara icarəyə verilən torpaq sahələrinin yerləşdiyi ərazi daxilində olmadığı müəyyən edilmişdir.

41. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-578/2018 saylı, 2018-ci il 25 iyun tarixli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən tərtib edilmiş 2013-cü il 22 may tarixli X və Xsaylı “Torpaq sahəsinin plan və cizgisi” və həmin sənədlər əsasında cavabdeh tərəfindən tərtib edilmiş 2013-cü il 07 iyun tarixli AA 049569 saylı, 2013-cü il 06 iyun tarixli AA Xsaylı və 2014-cü il 14 oktyabr tarixli AA ******* saylı “Torpaq sahəsinin pXölçüsü” sənədləri ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2019-cu il 06 fevra l tarixli, 2-1(103)-84/19 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 iyun tarixli qərarı qismən 2013-cü il 06 iyun tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçının cavabdehə qarşı 2013-cü il 06 iyun tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi tələbinə dair hissədə iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

42. Üçüncü şəxs X həmin qərarı mübahisələndirməmiş, iddiaçının kassasiya şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 iyun tarixli, 2-1(102)-1703/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2019-cu il 6 fevral tari xli qərarı iddianın rədd edilən hissəsində - 20 L saylı bağ sahəsinə aid üçüncü şəxs X7 adına olan 2013-cü il 6 iyun tarixli, Xsaylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsindəXdilmiş və iş iddianın rədd edilən hissəsində, yəni 20 L saylı bağ sahəsinə aid üçüncü şəxs X7 adına olan 2013-cü il 6 iyun tarixli, Xsaylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsindəX baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

43. Beləliklə, üçüncü şəxs X7 adına olan 2013-cü il 6 iyun tarixli, Xsaylı “Torpaq sahəsinin planı və ölçüsü”nün 2013-cü il 22 may tarixli, XsayXpaq sahəsinin plan və cizgisi” əsasında verildiyi, sonuncu sənədin isə ləğvinə dair birinci instansiya məhkəməsinin qərarının həmin his sədə qüvvəyə mindiyi nəzərə alındıqda, üçüncü şəxs X7 adına olan 2013-cü il 6 iyun tarixli, Xsaylı “Torpaq sahəsinin planı və ölçüsü”nün məhz həmin torpaq sahəsinə veriXn əsası da aradan qalxmışdır. Belə ki, 2013-cü il 6 iyun tarixli, Xsaylı “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinin əsası kimi istinadX digər sənədlərdə (2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-1447/2013 saylı iş üzrə 2013-cü il 15 aprel tarixli qərarında, bağın icarəyə verilməsinə dair müqavilədə) bağ sahəsinin koordinatları (planı, yerləşmə vəziyyəti) göstərilməmişdir. Cavabdeh də təsdiq edir ki, Xya aid bağ sahəsinin planı faktiki vəziyyətinə görə tərtib edilmişdir.

44. Göstərilən səbəblərə görə, apellyasiya instansiyası məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 05 aprel tarixli, 2-1(103)-81/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar