Məhkəmə qərarları › İş №2-1(102)-1177/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1177/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1177/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1946-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2-1(103)822/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli, 125 nömrəli “qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsi haqqında” sərəncamında qeyd olunur ki, Bakı şəhəri, C.Qurbanov küçəsi, 2/2 nömrəli evdə qeydiyyatda olan vətəndaş İddiaçı ərizə ilə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək, Aşıq Alı ilə Həsə noğlu küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərə (2 saylı XTMKTB-nin xx.xx.2017-ci il tarixli, 96 nömrəli arayışı və tərtib etdiyi plan-sxem) əsasən Aşıq Alı ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsindən uzun müddətdir ki, vətəndaş İddiaçı istifadə edir. Göstərilənlərə əsasən Aşıq Alı ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilməsi, vətəndaş İddiaçı qeyri-yaşayış sahəsinin ətraf ərazisinin sanitariya vəziyyətinə nəzarətinin təmin edilməsinin tapşırılması, sözügedən mövcud qeyri-yaşayış sahəsinin müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsinin vətəndaş İddiaçı tövsiyə olunması qərara alınmışdır.

2. Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 20 mart 2017-ci il tarixli, 14 nömrəli “Tikinti obyektinin istismarına icazə”yə əsasən Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən obyektin ümumi sahəsi 10.5 kv.m, ümumi torpaq sahəsi 14.3 kv.m, mərtəbələrinin sayı 1, ümumi tikinti həcmi 43.2 kv.m olan qeyri-yaşayış tikinti obyektinin İddiaçı tərəfindən istismarına icazə verilmişdir.

3. Saatların və zərgərlik məmulatlarının təmiri üzrə qeyri-yaşayış sahəsinin layihəsi (sxem) Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin memarı İ.A.İsrafilovun imzası və İcra Hakimiyyətinin möhürü ilə təsdi q edilmişdir.

4. Cavabdehin iddiaçıya ünvanladığı 16 aprel 2021-ci il tarixli, **********18 nömrəli imtina məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, həmçinin qeyri-yaşayış binasına baxış keçirilməsi və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 10.5 kv.m olan qeyri-yaşayış sahəsinin layihəyə əsasən dövlət reyestrində qeydiyyatına alınaraq, reyestrdən iddiaçının adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 10.5 kv.m olan qeyriyaşayış sahəsi uzun illərdir iddiaçının istifadəsindədir. Həmin daşınmaz əmlakın sənədləşdirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmiş, ona 125 nömrəli, 17 mart 2017-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon İcra Hakim iyyəti Başçısının Sərəncamı ilə təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə adına sənədləşdirilməsinə icazə verilmişdir. Eyni zamanda tikinti obyektinin istismarına da 14 nömrəli, 20 mart 2017-ci il tarixli icazə verilmişdir. Bütün bu sənədləri toplayıb qeyriyaşayış sahəsinin sənədləşdirilməsi üçün cavabdehə müraciət edilmişdir. Cavabdeh 16 aprel 2021-ci il tarixli imtina məktubunda hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini əsas gətirərək çıxarışı verməkdən imtina etmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, mübahisələndirilən qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı "Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyən edici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binasına baxış keçirilməsi və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu barədə iddiaçıya **********18 saylı, 16 aprel 2021-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Ə sasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Mema rlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir.

8. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 6 sentyabr 2021-ci il tarixli 774 nömrəli müqaviləyə əsasən “icarəyə verən” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “icarəçi” İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsi ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 11.8 kv.m torpaq sahəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icarəyə verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6691/2021 nömrəli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia t əmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 10.5 kv.m olan qeyri-yaşayış sahəsinin layihəyə əsasən dövlət reyestrində qeydiyyatına alınaraq, reyestrdən iddiaçının adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı təqdim etdiyi Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının qeyd edilən 17 mart 2017-ci il tarixli, 125 nömrəli sərəncamı, qeyri-yaşayış sahəsinin təsdiqlənmiş layihəsi, tikilinin istismarına dair 20 mart 2017-ci il tarixli, 14 nömrəli icazə və qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş to rpaq sahəsinin icarəyə verilməsi barədə” 774 nömrəli, 6 sentyabr 2021-ci il tarixli müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbinə uyğun olaraq mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas hesab olunur.

11. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdehin etirazında hüquqi əsas kimi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5, 4.11.12 və 4.18.2-ci bəndlərinə istinad etdiyi normativ əsas hazırkı iddiaya münasibətdə tətbiq oluna bilməz. Belə ki, istinad edilən normalarda tikiləcək və yaxud tikilməsi nəzərdə tutulan qeyriyaşayış binalarının məsuliyyət səviyyəsindən asılı olaraq tikintisinə i cazə verilməsi səlahiyyətinin şəhər icra hakimiyyəti başçılarına və ya şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid olmasından bəhs edilir. Hazırkı işdən müəyyən olunur ki, iddia predmeti olan qeyri-yaşayış binası yeni tikili deyildir, qeyri-yaşayış sahəsi uzun müddətdir ki, mövcuddur və iddiaçının istifadəsindədir. Məhz qeyri-yaşayış sahəsinin uzun müddət istifadə olunmasının nəticəsidir ki, icra hakimiyyəti orqanı onun tikintisinə icazə deyil, mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə vermişdir. Cavabdehin etirazında qeyd etdiyi qeyri-yaşayış binasına baxış keçirilməsi və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması dəlilini isə məhkəmə formal imtina kimi qiymətləndirmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti ver ərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2-1(103)-822/2022 nömrəli qərarı (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.P.Oruczadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6691/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin mübahisəli obyektin yolkənarı, yaşıllıq ərazidə yerləşməsinə dair mövqeyi mülahizə xarakterli olmaqla, bununla bağlı hər hansı dəlil şikayətə əlavə edilməm iş, məhkəməyə təqdim edilməmişdir. Həmçinin Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı və Həsənoğlu küçələrinin kəsişməsi ünvanındakı qeyri-yaşayış sahəsinin müvafiq layihəyə uyğun iddiaçının adına sənədləşdirilməsinə icazə verilməsi və Əmlak Məsələləri Dövlət Xidmətinin 6 sentyabr 2021-ci il tarixdə iddiaçı ilə mübahisəli qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlaması, cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinin yaşıllıq ərazidə yerləşməsi ilə bağlı dəlilinin əsassız olmasına dəlalət edir.

15. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİ RAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh hesab edir ki, qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq İcra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı) təqdim edilməmişdir. Həmçinin, qeyri-yaşayış binasına baxış keçirilməsi və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Məhkəmə qərarının çıxarılmasından sonra daşınmaz ə mlaka baxış keçirilməsi üçün şərait yaradılmış və məlum olmuşdur ki, daşınmaz əmlak yol kənarında, yaşıllıq sahəsində yerləşir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. Da şınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar [24] 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;... Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başq asına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bə lədiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə

101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir....

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellya siya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şi kayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məh kəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlilləri ondan ibarətdir ki: 1) iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sən ədlər təqdim edilməmiş; 2) qeyri-yaşayış binasına baxış keçirilməsi və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamış; 3) məhkəmə qərarının çıxarılmasından sonra daşınmaz əmlaka baxış keçirilən zaman daşınmaz əmlakın yol kənarında, yaşıllıq sahəsində yerləşdiyi müəyyən edilmişdir.

28. Cavabdehin şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı təqdim edilən Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli, 125 nömrəli sərəncamı, qeyri-yaşayış sahəsinin təsdiqlənmiş layihəsi, tikilinin istismarına dair 20 mart 2017-ci il tarixli, 14 nömrəli icazə və qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı “Hüquqi və fiziki şəx slərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 774 nömrəli, 6 sentyabr 2021-ci il tarixli müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbinə uyğun olaraq mübahisəli qeyriyaşayış sahəsi ilə bağlı mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas hesab edilir.

29. Cavabdeh qeyri-yaşayış binasına baxış keçirilməsi və texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması ilə bağlı təkrarlanan dəlilini əsaslandıra bilməmiş, bununla bağlı aşağı instansiya məhkəmələrində heç bir sübut təqdim etməmişdir. Məhkəmələr də haqlı olaraq həmin dəlili formal imtina kimi qiymətləndirmişdir.

30. Daşınmaz əmlakın yol kənarında, yaşıllıq sahəsində yerləşməsi ilə bağlı kassasiya şikayətinin digər dəlili c avabdeh tərəfindən apellyasiya şikayətində də qeyd olunmuş və apellyasiya instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli sərəncamı ilə mübahisəli qeyri-yaşayış sahəsinin müvafiq layihəyə uyğun iddiaçının adına sənədləşdirilməsinə icazə verilməsi, habelə cavabdehin yuxarı orqanı olan Əmlak Məsələləri Dövlət Xidmətinin 6 sentyabr 2021-ci il tarixdə iddiaçı ilə mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsi bağlaması cavabdehin qeyd olunan dəlilinin əsassızlığına dəlalət edir.

31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2-1(103)-822/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar