Məhkəmə qərarları › İş №2-1(102)-1177/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1177/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1177/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-624/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi olaraq xx.xx.2016 - xx.xx.2019-ci illəri əhatə edən xx.xx.2020-ci il tarixli **********193343 saylı Səyyar vergi yoxlaması aktında olan Mənfəət vergisinin müqayisəli cədvəli və xx.xx.2020-ci il tarixli **********138804 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına ğ örə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən yoxlamanın nəticəsi üzrə Mənfəət vergisi, ƏDV və nağdsız hesablaşmalar üzrə təkliflər verilmişdir.

2. Cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********138804 saylı, 7 avqust 2020-ci il tarixli qərarına əsasən, iddiaçıya ümumilikdə 18.018,28 manat vergi məbləği hesablanmış və 11.134,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 29 mart 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********138804 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqq ında" qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı qeyd etmişdir ki, yoxlama zamanı xx.xx.2020-ci il tarixli **********198459 saylı “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında" qərar qəbul edilmiş, lakin həmin qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid malumat reyestri”ndə qeydiyyata alınmamışdır.

5. Yoxlama zamanı xx.xx.2020-ci il tarixli **********97173 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə" qərar qəbul edilmiş, lakin həmin qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır. Aktı tərtib etmiş vəzifəli şəxslərin adları “Sahibkarlıq sahəsində aparılan yoxlamal arın vahid məlumat reyestri”ndə mövcud deyil.

6. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.5, 4.5-1, 4.7, və 5.2-ci bəndlərinə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinə və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 10, 11 və 17-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, vergi orqanının aktda qeyd etdiyi və dövriyyədən gizlədildiyini iddia etdiyi və əlavə ƏDV hesabladığı 41203.65 manatıq malın siyahısını həmin aktda qeyd etməmiş, əvvəldən də bu məsələ ilə bağlı vergi ödəyicisindən izahat tələb etməmiş, həmçinin vergi ödəyicisinin akt tərtib olunduqdan sonrakı müraciətlərinə (və vergi ödəyicisinin bütün satışlarının VHF/Eqaimə nömrələri qeyd olunan detallı izahat təqdim etməsinə) baxmayaraq vergi orqanı 41203.65 manatlıq malın siyahısını vergi ödəyicisinə təqdim edə bilməmişdir.

7. Həmçinin, vergi orqanı, özünün iddia etdiyi 41203.65 manatlıq mal siyahısını aydınlaşdırmağa cəhd etməmiş, vergi ödəyicisinə heç bir sorğu göndərməmiş və inventarizasiyaya zərurət olduğu halda onu da keçirməmişdir.

8. Qeyd olunanlarla yanaşı yoxlama zamanı 2016-ci il üçün mənfəət vergisi üzrə 2444.49 manat büdcəyə əlavə vergi hesablanmışdır. Bu dövr üzrə əlavə vergi məbləği hesablana bilməz və bu dövr üzrə maliyyə sanksiyası tətbiq oluna bilməz. Belə ki, Vergi Məcəlləsinin 56, 83.3 və 85.4-cü maddələri vergi orqanlarına vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 3 il sonra vergi, faiz və maliyyə sanksiyasını hesablamasını qadağan edir.

9. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. Beləliklə, 2016-ci il üçün mənfəət vergisinin hesablanması, həmçinin hesablanmış vergilərin vergi orqanı tərəfindən yenidən hesablanması üçün müəyyən edilmiş müddət müvafiq olaraq, 2020-ci ilin 31 mart tarixində başa çatmışdır. Bu səbəbdən də həmin dövr üzrə əlavə vergi məbləği hesablana bilməz və maliyyə sanksiyası tətbiq oluna bilməz.

10. Yoxlama zamanı 2017-ci il üzrə mənfəət vergisi hesablanarkən həmin ilə aid yeganə YGB-nin dəyəri sənədin üzərindəki məbləğdən az götürülmüş və təkzib olunmaz hüquqi qüvvəsi olan sənədlərə istinad edən digər 16000 xərc də nəzərə alınmamışdır. 16000 manatlıq xərci təqsdiq edən müqavilə, qaimə və digər sənədlər mövcuddur. Vergi orqanı əsassız olaraq 16000 manatlıq və YGB- dəki xərci nəzərə almamışdır.

11. Yoxlama zamanı 2018-ci il üçün şərti rentabellik tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Halbuki şərti rentabellik tətbiq edilməklə vergilərin hesablanması üçün Vergi Məcəlləsinin 67-ci maddəsində təsbit edilmiş hü quqi əsas olmamışdır. Belə ki, 2018ci il üzrə bütün gəlir və xərclər hüqüqi qüvvəsi olan sənədlərə istinad edir və heç bir mübahisəli xərc mövcud deyil.

12. Həmçinin aktda vergi ödəyicisi tərəfindən 2018-ci il üçün mənfəət vergisi bəyannaməsinin boş təqdim olunduğu və ya təqdim olunmadığı qeyd olunub. Bu tamamilə əsassızdır. Belə ki, 2018-ci ilin mənfəət vergisi üçün vergi orqanı tərəfindən kameral hesablama ilə vergi hesablanmış və vergi ödəyicisi bununla razılaşmayaraq şikayət etmiş, şikayət Vergilər Nazirliyinin Apellyasiya şurası tərəfindən təmin edilmişdir (xx.xx.2019-cu il tarixli qərar) və vergi ödəyicisinin 2018-ci ili zərərlə başa vurduğu qəbul olunmuşdur.

13. Yoxlama zamanı isə heç bir əlavə mütəxəssis, ekspert rəyi və digər əsas olmadan vergi orqanı 2018-ci il üçün əlavə vergi h esablayaraq yuxarı orqanın mövcud inzibati praktikasına zidd hərəkət etməklə etimad hüququnun qorunması prinsipini pozmuşdur.

14. Yoxlama zamanı, vergi orqanının aktda qeyd etdiyi və guya dövriyyədən gizlədildiyini iddia etdiyi və əlavə ƏDV hesabladığı 41203.65 manatlıq malın siyahısını həmin aktda qeyd etməmiş, əvvəldən də bu məsələ ilə bağlı vergi ödəyicisindən izahat tələb etməmiş, həmçinin vergi ödəyicisinin akt tərtib olunduqdan sonrakı müraciətlərinə (və vergi ödəyicisinin bütün satışlarının VHF/E-qaimə nömrələri qeyd olunan detallı izahat təqdim etməsinə) baxmayaraq vergi orqanı 41203.65 manatlıq malın siyahısını vergi ödəyicisinə təqdim edə bilməmişdir.

15. Həmçinin, vergi orqanı, özünün iddia etdiyi 41203.65 manatlıq mal siyahısını aydınlaşdırmağa cəhd etməmiş, vergi ödəyicisinə h eç bir sorğu göndərməmiş və inventarizasiyaya zərurət olduğu halda onu da keçirməmişdir. Yoxlama zamanı hesablanmış ƏDV-nin əsaslandırılması mövcud deyil və hesablamalar vergi qanunvericiliyi ilə əsaslandırılmamışdır. Vergi orqanının və guya dövriyyədən gizlədildiyini iddia etdiyi 41203.65 manatlıq məbləğ tamamilə əsassız və böhtandır və VHF, Eqaimə. Alqı-satqı müqaviləsi sənədləri ilə bu malların satıldığı açıq aşkar görünür. Həmin dövr üçün cəmi, 2500 manat civarında mal qalığı mövcüddur. Aktda təqdim olunan cədvəldə 2017-ci ilin ƏDV vergisi üçün kənarlaşma göstərmədiyi halda, həmin aktın mətnində vergi orqanın 2017-ci ildə alınan malın da dövriyyədən gizlədildiyini bildirir. Nəticədə yoxlama kobud qanun pozuntuları ilə aparılaraq, qanunsuz inzibati akt qəbul olunmuşdur.

16. İddiaçı qe yd edilənlərə əsasən qeyd edir ki, həmin akt və qərar həmin hissələrdə ləğv edilməlidir. Cavabdehin etirazları:

17. Cavabdeh etirazda Vergi Məcəlləsinin 16.1.3, 16.1.6, 23.1.1, 23.1.2, 130.2 və 159.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisı faktiki olaraq sənaye avadanlıqlarının idxalı və topdansatışı fəaliyyəti ilə məşğul olmuşdur. Cəmiyyətin yoxlama ilə əhatə edilən dövrdə təsərrüfat subyekti olmamışdır. İddiaçının yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaları tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi və yoxlayıcı X4 barədə məlumatların sahibkarlıq sahəsində aparılan yoxl amaların vahid məlumat reyestrində qeydiyyata alınmaması barədə iddia ərizəsində qeyd etdiyi dəlilləri əsassızdır. Səyyar vergi yoxlamasının keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi zamanı Vergi Məcəlləsinin və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın tələblərinə əməl olunmuşdur.

18. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş yoxlama xx.xx.2019-cu il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmiş (№ KY191395489; xx.xx.2019-cu il), yoxlamanın keçirilməsi haqqında qərar, bildiriş və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış xx.xx.2019-cu il tarixdə cəmiyyətin direktoru X3 alınmasını təsdiq edən üsulla təqdim edilmişdir. Yoxlama ilə bağlı t ələb olunan bütün məlumatlar, eyni zamanda yoxlamanın keçirildiy dövrdə yoxlama müddətinin uzadılması və dayandırılması (təxirə salınması) barədə məlumatlar, eyni zamanda yoxlayıcı X4 barədə məlumat da reyestrə daxil edilmişdir.

19. Vergi Məcəlləsinin 38.7-ci maddəsində yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlamasının dayandırılması halları və müddətləri qeyd olunmuşdur. Yoxlamanın keçirildiyi dövrdə yoxlama müddətinin uzadılması və dayandırılması (təxirə salınması) barədə məlumatların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.16-cı bəndinə əsasən reyestrə daxil edilməsi nəzərdə tutulmuşdur. Dayandırılmış (təxirə salınmış ) yoxlamaların bərpa edilməsi barədə məlumatların reyestrə daxil edilməsi həmin əsasnamədə nəzərdə tutulmamışdır.

20. Vergi Məcəlləsinə və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na əsasən səyyar vergi yoxlamasının obyektiv və tam keçirilməsi üçün “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2019-cu il tarixli **********192702 nömrəli tələbnamə vergi ödəyicisınə təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanması ilə bağlı tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmişdir. Sənədlər yoxlamaya təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 42.2cı maddəsinə əsasən “Sənədlərin təqdim olunmasından imtina barədə” xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir.

21. Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrində nəzər də tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyalann götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194908 nömrəli qərar çıxanlmışdır. Qərarda qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmədiyi üçün “Sənədlərin və nümunə kimi əşyalann verilməsindən imtina barədə” xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə isə vergi ödəyicisi tərəfindən sənədlərin bir hissəsi təqdim edildiyindən xx.xx.2020ci il tarixli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol tərtib olunmuşdur. 22. “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin binalarının habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194897 nömrəli qərara əsasən vergi ödəyicisinin ün van 1 ünvanına baxış keçirilməsinə icazə verilməmişdir. Bununla əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanının vəzifəli şəxslərinin ərazilərə və binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa icazə verilməməsi barədə” xx.xx.2019-cu il tarixli **********194903 nömrəli akt tərtib edilmişdir.

23. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar vergi yoxlamasının predmetinə aid olan sənədlər, vergi ödəyicisinin bank hesabları üzrə hərəkəti barədə hesablann yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar və vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli protokolla yoxlamaya təqdim edilmiş sənədlər əsasında aparılmışdır. Yoxlama ilə əhatə olunan dövr üzrə aşağıdakılar müəyyən e dilmişdir.

24. Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisi tərəfindən 2016-cı ilin dekabr ayı üzrə xx.xx.2016-cı il tarixli **********106 nömrəli yük gömrük bəyannaməsinə əsasən ödənilmiş 444,42 manat ƏDV məbləğinin 429,58 manatı əvəzləşməyə təqdim edildiyindən (444,42429,58=14,84) 14,84 manat ƏDV məbləği əvəzləşmədə nəzərə alınmışdır. Eyni zamanda Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən ƏDV-yə cəlb olunan dövriyyənin 2018-ci ilin sentyabr ayında 389 manat, oktyabr ayında 4750,68 manat az əks etdirilməsi, noyabr ayında 4750,68 manat, dekabr ayında 2470,43 manat artıq bəyan edilməsi müəyyən olunmuşdur. 2019-cu il üzrə isə mart ayında 550 manat artıq, iyul ayında 182,38 manat dövriyyənin az bəyan edildiyi müəyyən olundu. Əlavə olaraq da vergi ödəyicisi tərəfindən əldə olunmuş H U987563 nömrəli EVHF-sı üzrə Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri pozulmaqla ƏDV-nin depozit hesabından 70,7 manat ƏDV məbləği üzrə ödəniş edilməmiş və yoxlama tərəfindən qeyd olunan faktura 2018-ci ilin oktyabr ayında təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmədən silinmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2017- ci, 2018-ci və 2019-cu illər ərzində cəmi 113353,12 manat mallar idxal edilmiş və elektron vergi hesab faktura əsasında 4349 manat mallar alınmışdır. Lakin yoxlama ilə qeyd olunan dövrlərdə müəssisə tərəfindən elektron qaimə faktura və elektron vergi hesab faktura əsasında təqdim edilmiş malların cəmi alış qiymətinin 76498,47 manat olduğu müəyyən edilmişdir. Nəticədə 41203,65 (117702,1276498,47) manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sən əd olmadığından, eyni zamanda vergi ödəyicisinin aktiv təsərüffat subyektinin olmaması və baxışın keçirilməsinə vergi ödəyicisi tərəfindən şərait yaradılmadığından yoxlama ilə qeyd olunan mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq 7416,65 manat (41203 65*18%) əlavə vergi hesablanmışdır. Beləliklə, yoxlama ilə əlavə dəyər vergisinin 1413,63 manat aıuq 8445 33 manat isə azaldılması aşkar edilmişdir.

25. Mənfəət vergisi üzrə: Yoxlama ilə 2016-cı, 2017-ci və 2018-ci illəı üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir Vergi ödəyicisi tərəfindən 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsi boş təqdim edilmişdir. Kameral vergi yoxlaması nəticəsi üzrə “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********468700 nömrəli qərar qəbu l edilərək ümumi gəlir 60136,17 manat, o cümlədən: malların təqdim edilməsindən 60136,17 manat; gəlirin əldə edilməsi ilə bağlı xərclər 50113,47 manat, o cümlədən: digər xərclər 50113,47 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 10022,70 manat olmaqla 2004,54 manat mənfəət vergisi hesablanmışdır. 2016-cı il üzrə vergilərin uçotu kassa metodu ilə apanlmışdır. Yoxlama ilə 2016-cı il üzrə təqdim edilmiş mal iş xidmətin cəmi dəyərinin cari ilin ƏDV bəyannamələrində qeyd olunmuş 60136,17 manat olduğu, gəlirin əldə edilməsi ilə bağlı resurslarının idarə edilməsinin planlaşdırılması və.s) qəbul edilməmişdir. Belə ki, 1 nəfər fiziki şəxsdən (X1 VÖEN **********) aldığı həmin xidmət, yoxlama zamanı Cəmiyyətin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması, hətta cəmiyyətin rəhbərinə əmək haqqı hesablanmaması səbəbindən həmin xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı səbəbindən nəzərə alınmamışdır. Eyni zamanda 2018-ci ildə alışı olmayan 37359,98 manat məbləğində malın təqdim edilməsi aşkar edilmişdir ki, bu səbəbdən də Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq edilməklə vergiyə cəlb olunan mənfəəti 23978,02 manat müəyyən edilmiş və həmin mənfəətdən 4795,6 manat məbləğində vergi hesablanmışdır.

26. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə həmin maddədə (58.7-1.1-58.7-1.8) göstərilən vergi ödəyicilərinə qanun po zulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yoxlama zamanı müəssisə tərəfindən 2018-ci il üzrə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinin tələbləri pozulmaqla sentyabr ayında limitdən (30000 manat) artıq 7000 manat, dekabr ayında isə artıq 21000 vəsaitin nağd qaydada xərcləndiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən birinci dəfə belə hala yol verildiyindən artıq xərclənmiş vəsaitin 10%-i miqdarında yəni 2800 (28000*10%) manat maliyyə sanksiyası tətbiq edilmişdir.

27. Yuxanda qeyd olunanlardan göründüyü kimi yoxlama zamanı iddiaçı tərəfindən mənfəət vergisinin 10667,79 manat, ƏDV-nin 8445,33 manat azaldılması və ƏDV-nin 1413,64 manat artıq hesablanması və “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3cü maddəsinin tələblərinin pozulması halları aşkar edilmişdir.

28. Beləliklə, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli **********193343 nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********138804 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə ümumilikdə 17700,00 manat əlavə vergi hesablanmış və 11134,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyətin rəhbəri R.Məlikovun cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrindən narazı olması və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********138804 nömrəli qərarın ləğv edilməsi barədə inzibati şikayətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-cı il tarixli **********464800 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə Cəmiyyətin rəhbəri R.Məlikovun inzibatı şikayətləri təmin edilməmiş, xx.xx.2020-ci il tarixli akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır.

29. Bundan əlavə, R.Məlikovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********464800 nömrəli "İnzibati şikayətin təmin edilməməsi haqqında” q ərarının ləğv edilməsi barədə inzibati şikayətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında onun nümayəndəsi Nadir Məlikovun işitrakı ilə baxılmış və xx.xx.2021-ci il tarixli 19 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə R.Məlikovun inzibati şikayəti təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli **********464800 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qurunan maraqları pozulmuş olur. Qanunda müəyyən ed ilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də ver gi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı uçun aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtio edilmiş sayıla bilməz.

31. Yuxarıda qeyd olunanlara əsaslanaraq cavabdeh hesab etmişdir ki, iddiaçının sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********138804 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğun, qanuni və əsaslıdır. Məhkəmə araşdırması:

32. Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərardadı əsasında iş üzrə məhkəmə-mühasibatlıq eksperti zası təyin edilmiş və ekspert qarşısında sözügedən qərarda göstərilən mənfəət, əlavə dəyər vergisi üzrə azaldılmış vergi məbləğləri üzrə hesablanmış məbləğin düzgün müəyyən edilib-edilmədiyi, həmin vergilər üzrə tətbiq edilən maliyyə sanksiyasının düzgün tətbiq edilib-edilməməsi, “səyyar vergi yoxlaması aktı”nda istinad olunan xərc və əvvəlki illərin zərər məbləğlərinin nəzərə alınmaqla qeyd olunan dövrlər üçün mənfəət vergisi, əlavə dəyər vergisi məbləğinin müəyyən edilməsi, gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin hər hansı xərcinin müəyyən edilib-edilmədiyi, gəlirin əldə edilməsi ilə bağlı MMC-nin hər hansı xərcinin öz təsdiqini tapdığı təqdirdə, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının vergi qanunvericiliyinin tələblərinə uyğun olub-lmad ığı barədə sualları qoyulmuşdur.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8083 saylı, 31 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılan əməliyyatlara görə vergi ödəyicisi tərəfindən təqdim edilən hesabatlarda göstərilən vergi məbləğlərindən fərqli olaraq ödənilməli olan əlavə vergi məbləğlərinin müəyyən olunmadığı, iddiaçının xərc sənədlərinə müvafiq olaraq həmin sənədlərin hər birinin növünün, adının, rekvizitlərinin və nömrəsinin təqdim edildiyi və işmateriallarında öz əksini tapdığı, o cümlədən həmin sənədlərin ciddi hesabat sənədləri olduğu və sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərclərinin nəzərə alınmaqla vergi qanunvericiliyinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

34. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-779/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı ilə (hakim: F.İ.Mədətli) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş 7 avqust 2020-ci il tarixli, **********138804 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın iddiaçıya “ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə 2800 manat maliyyə sanksiyasının tətbiq edilməli” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi qərara alınmışdır.

35. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə dair hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “İlk öncə məhkəmə qeyd etməyi zəruru hesab edir ki, müəssisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar ve rgi yoxlaması aktının başlanması tarixi xx.xx.2019-cu il, yoxlamanın başa çatması tarixi xx.xx.2020-ci il, tərtib olunma tarixi 18 iyun 2020-cu il, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2020-ci il yoxlama ilə əhatə olunan dövr isə sentyabr 2016-cı il tarixdən avqust 2019-cu il tarixədək olmuşdur. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.2020-ci il tarixli **********193343 saylı aktın Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunmuşdur. Belə ki, müəssisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2019-cu il, yoxlamanın başa çatması tarixi xx.xx.2020-cu il, tərtib olunma tarixi xx.xx.2020-ci il və vergi ödəyicisinin vergi qan unvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2020-ci il olmasına baxmayaraq, yoxlama ilə əhatə olunan dövr sentyabr 2016-cı il tarixdən avqust 2019-cu il tarixədək olduğundan 3 ildən əvvəlki dövrlərə də dair hesablanma aparılmış və həmin tələblərin gözlənilməməsi nəticəsində yoxlanma ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə vergi ödəyicisinə əlavə olaraq 2444,09 manat məbləğində möənfəət vergisi hesablanmışdır. Bundan əlavə, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktında 41203.65 manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sənəd olmadığından, qeyd olunan mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq 7416.65 manat (41203.65*.18%) məbləğində ƏDV hesablandığı göstərilmişdir.Lakin qeyd edilməlidir ki, yoxlama aktında 41203,65 manat dəyərində malın siyahısı tutulmamış, həmçinin inventarizasiyaya zərurət olduğu təqdirdə, o da aparılmamışdır. Göstərilənlərdən əlavə qeyd edilir ki, səyyar vergi yoxlaması aktının mənfəət vergisi hissəsində müəssisə tərəfindən təqdim olunmuş sənədlərdə 2017-ci və 2018-ci illər üzrə "Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 2017-ci il üzrə 16000 manatlıq, 2018-ci il üzrə isə 88000 manatlıq müxtəlif xidmətlərin (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) alındığı göstərilmişdir. Həmçinin aktda yoxlama zamanı müəssisənin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması müəyyən edilərək qeyd olunan xərclərin Vergi Məcəlləsinin 108-ci mədəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı qənaətinə gəlindiyi və nəzərə alınmadığı göstərilmişdir. Bununla bağlı aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, istinad olunan müqavilələrin 1-ci bəndlərində səyyar vergi yoxlaması aktında göstərilən xidmətlərlə yanaşı (yəni şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) konsultantın xidmətləri, şirkətin strateji inkişaf planı, bazar araşdırılması, təchizatçıların seçilməsi və təchizat zəncirinin planlaşdırılması, hüquqi məsləhət və rəy verilməsi, şirkətin fəaliyyətinin vergi qanunvericiliyə uyğun təşkilini, vergi hesabatlarının hazırlanmasını, vergi uçotunun və ve rgi karguzarlığın aparılması, marketinq strategiyasının hazırlanması, maliyyə planlaması sahələrini, sənədlərin və müqavilələrin tərtibi və şirkətin bütün digər biznes proseslərini əhatə etdiyi göstərilmişdir.Bundan başqa yuxarıda da göstərildiyi kimi, səyyar vergi yoxlaması aktında aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması müəyyən edilərək qeyd olunan xərclərin Vergi Məcəlləsinin 108-ci mədəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı qənaətinə gəlindiyi və nəzərə alınmadığı göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi "Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilələrin şərtlərinə uyğun olaraq təchizat zəncirinin planlaşdırılması, strateji planlaşdırma, iş və xidmət, idarəetmə üzrə məsləhət xidmətləri alınmışdır ki, bu da iş materialları əsasında müəyyən edilməkdədir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə müəssisə tərəfindən 2018-ci il üzrə Nağdsız hesablaşmalar haqqında Qanunun 3.3-cü maddəsinin tələbləri pozulmaqla sentyabr ayında limitdən (30000) artıq 7000 az, dekabr ayında isə 21000 azn vəsaitin nağd qaydada xərcləndiyi müəyyən edilmişdir. Buna əsasən cavabdeh tərəfindən Vergilər Məcələsinin 58.7-1-ci maddəsinə uyğun olaraq 10%, yəni 2800 azn maliyyə sanksiyası tətbiq edilməsi əsaslı olmuşdur. Beləliklə, bütün yuxarıda göstərilənlərə əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılan əməliyyatlara görə səyyar vergi yoxlaması ilə əlavə olaraq hesablanmış vergilərin məbləğlərinin düzgünlüyü müəyyən olunmamış, o cümlədən aparılan ekspertiza tədqiqatında da vergi odəyicisi tərəfindən təqdim edilən hesabatlarda göstərilən vergi məbləğlərindən fərqli olaraq ödənilməli olan əlavə vergi məbləğlərinin olması müəyyən edilməmişdir. İş materiallarında olan sənədlərlə, həmçinin aparılmış ekspertiza nəticəsində Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla yo xlama ilə hesablanmış əlavə vergi məbləğlərinin (mənfəət və ƏDV üzrə) düzgünlüyü müəyyən olunmamışdır. Həmçinin ekspert rəyinin tədqiqi hissəsində göstərilmişdir ki, iş materiallarında olan yoxlama aktında vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər üzrə vergi ödəyicisi tərəfindən tədqiqata təqdim edilmiş sənədlərlə verilmiş hesabat arasında kənarlaşma müəyyən olunmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış vergi və maliyyə sanksiyası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən nağd xərclərin limitdən artıq xərcləndiyinə əsasən tətbiq edilmiş 2800 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla, qalan hissədə qərar əsassız olmuşdur”.

36. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunm aması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

37. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-624/2023 nömrəli iş üzrə 1 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: A.P.Oruczadə və R.Ə.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-779/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

39. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayə tinin dəlilləri

40. Cavabdeh kassasiya şikayətində işin hallarını və iddia ərizəsinə qarşı təqdim olunmuş etirazın dəlillərini sadalamış, əlavə olaraq qeyd etmişdir ki, yoxlama ilə 2016-cı il üzrə təqdim edilmiş xidmətin cəmi dəyərinin cari ilin ƏDV bəyannamələrində qeyd olunmuş 60136,17 manat olduğu, gəlirin əldə edilməsi ilə bağlı xərclərin isə cəmi 37893 manat, o cümlədən müəssisə tərəfindən idxal edilmiş malların cəmi dəyəri 37323 manat, bank xidmətləri üzrə xərc isə 570 manat müəyyən edilməsi nəticəsində vergiyə cəlb olunan mənfəət 22243,17 manat olmaqla 4448,63 (22243,17*20%=4448,63) manat mənfəət vergisi hesablanmışdır. 2016-cı il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 2444,09 (4448,63-2004,54) manat mənfəət vergisi hesablanmışdır.

41. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ü mumi dəyəri 11530,0 manat məbləğində olan alış aktları (alış aktlarında malların Bakı şəhərində Dərnəgül və Sədərək bazarlarından alındığı göstərilmiş, lakin satıcı barədə məlumat əks olunmamışdır) birtərəfli qaydada Cəmiyyətin rəhbəri tərəfindən imzalandığından və həmin malların 2016-cı ildə satılmasına dair sənədlər təqdim edilmədiyindən yoxlama zamanı nəzərə alınmamışdır.

42. Müəssisə tərəfindən təqdim olunmuş sənədlərdə 2017-ci və 2018-ci illər üzrə “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 2017-ci il üzrə 16000 manat, 2018-ci il üzrə isə 88000 manat məbləğində müxtəlif xidmətlərin (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) alındığı göstərilmişdir.

43. Yoxla ma zamanı müəssisənin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüffat subyektinin, muzdlu işçilərinin olmaması müəyyən edilərək qeyd olunan xərclərin Vergi Məcəlləsinin 108-ci madəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı qənaətinə gəlinmiş və nəzərə alınmamışdır. 44. 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 26178,00 manat, o cümlədən: maliann təqdim edilməsindən 26178,00 manat; gəlirin əldə edilməsi ilə bağlı xərclər 26123.76 manat, o cümlədən: bilavasitə maliann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 26123.76 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 54,24 manat olmaqla 10,85 manat mənfəət vergisi hesablanmışdır.

45. Yoxlama zamanı 2017-ci il ərzində elektron qaimə faktura əsasında təqd im edilmiş malların dəyərinin 26178,00 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərin isə cəmi 8983,24 manat, o cümlədən təqdim olunmuş malların gömrük dəyərinin 8643,24 manat, bank xidmətləri üzrə xərc isə 340 manat müəyyən edilərək, vergiyə cəlb olunan mənfəət 17194,76 manat olmaqla 3438,95 (17194,76*20%=3438,95) manat mənfəət vergisi hesablanmışdır. 2017-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 3428,1 (3438,7510,85) manat məbləğində mənfəət vergisi hesablanmışdır.

46. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci ilin yekunu üzrə mənfəət vergisi bəyannaməsində göstərilmiş 143868,2 manat gəlir məbləği təsdiq edilmiş, həmin bəyannamədə gəlirin əldə edilməsi ilə bağlı “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və 1 m ədaxil qəbzlərinə əsasən 88000,0 manat dəyərində müxtəlif xidmətlər (şirkətin təşkilatı struktur planlaşdırılması, insan ı resurslarının idarə edilməsinin planlaşdırılması və s) qəbul edilməmişdir.

47. Belə ki, 1 nəfər fiziki şəxsdən (X1 VÖEN **********) aldığı həmin xidmət, yoxlama zamanı Cəmiyyətin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması, hətta cəmiyyətin rəhbərinə əmək haqqı hesablanmaması səbəbindən həmin xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı səbəbindən nəzərə alınmamışdır.

48. Eyni zamanda 2018-ci ildə alışı olmayan 37359,98 manat məbləğində malın təqdim edilməsi aşkar edilmişdir ki, bu səbəbdən də Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, Nazirlər Kabinetinin 55 nömrə li qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq edilməklə vergiyə cəlb olunan mənfəəti 23978,02 manat müəyyən edilmiş və həmin mənfəətdən 4795,6 manat məbləğində vergi hesablanmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

50. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtər əfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellya siya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

92. Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelly asiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

51. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

53. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

54. İPM-in 92.0, 92.0. 3-cü maddələrinin tələbindən göründüyü kimi, proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.

55. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.

56. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi yalnız məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad etməklə kifayətlənmiş, apellyasiya şikayətinin dəlillərinə hər hansı münasibət bildirməmişdir (İPM-in 87.8-ci maddəsinin üçüncü cümləsi).

57. Bundan başqa, cavabdehin apellyasiya şikayətində göstərilən faktiki halları məhkəmənin icraat iştirakçıları ilə müzakirə etdiyinə dair işdə məlumat yoxdur (İPM-in 64.1, 68.2-ci maddələri). Belə bir məlumat apellyasiya instansiyası məhkəməsinin qərarında da göstərilməmiş, qərarda yalnız bir dəlilə (ekspert rəyinə) istinad edilmişdir.

58. Belə ki, cavabdeh etirazı və şikayətinin dəlillərində qeyd edir ki, “Müəssisə tərəfindən təqdim olunmuş sənədlərdə 2017-ci və 2018-ci illər üzrə “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 2017-ci il üzrə 16000 manat, 2018-ci il üzrə isə 88000 manat məbləğində müxtəlif xidmətlərin (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s.) alındığı göstərilmişdir. Səyyar vergi yoxlaması ilə verg i ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci ilin yekunu üzrə mənfəət vergisi bəyannaməsində göstərilmiş 143868,2 manat gəlir məbləği təsdiq edilmiş, həmin bəyannamədə gəlirin əldə edilməsi ilə bağlı “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və 1 mədaxil qəbzlərinə əsasən 88000,0 manat dəyərində müxtəlif xidmətlər (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s.) qəbul edilməmişdir. Belə ki, 1 nəfər fiziki şəxsdən (X1 VÖEN **********) aldığı həmin xidmət, yoxlama zamanı Cəmiyyətin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması, hətta cəmiyyətin rəhbərinə əmək haqqı hesablanmaması səbəbindən həmin xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı səbəbindən nəzərə alınmamışdır”.

59. Məhkəmə kollegiyası razılaşır ki, “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə öhədliklərin icrasının təsdiq olunduğu halda belə, həmin xidmələr üzrə çəkilmiş xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq həqiqətən də gəlirin əldə edilməsi məqsədlərinə xidmət etdiyi müəyyən edilməlidir.

60. Bundan başqa, cavabdehin təkrarlanan digər dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ümumi dəyəri 11530,0 manat məbləğində olan alış aktları (alış aktlarında malların Bakı şəhərində Dərnəgül və Sədərək bazarlarından alındığı göstərilmiş, lakin satıcı barədə məlumat əks olunmamışdır) birtərəfli qaydada Cəmiyyətin rəhbəri tərəfindən imzalandığından və həmin malların 2016-cı ildə satılmasına dair sənədlər təqdim edilmədiyindən yoxlama zamanı nəzərə alınmamışdır.

61. Cavabdeh apellyasiya şikayətində işin yuxarıda qeyd olunan ziddiyyətli hallarına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilərinə hər hansı münasibət bildirməmiş, araşdırma aparmamış, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır.

62. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82, 87.8-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütl əq əsasdır.

63. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

64. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-624/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar