Məhkəmə qərarları › İş №2-1(102)-1177/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1177/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1177/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(103)-3325/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının atası Qanuni nümayəndə və anası X2 rayonundakı daimi yaşayış yerini tərk etmişlər, hazırda məcburi köçkün statusuna malikdirlər.

2. Bakı şəhəri Nərimanov rayon MKTB 53 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Qanuni nümayəndə və ailə üzvləri - həyat yoldaşı X10, oğlu İddiaçı və qızı X11 Bakı şəhəri, Xan Şuşinski küçəsi, 54 nömrəli evdə məcburi köçkün olaraq müvəqqəti məskunlaşmışlar.

3. Füzuli Rayon İcra Hakimiyyəti başçısının Kürdmahmudlu Kənd İcra Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 (iddiaçının babası) Füzuli rayon Yuxarı Kürdmahmudlu kəndində özünəməxsus yaşayış evi olmuş, 1993-cü il erməni təcavüzkarları tərəfindən işğala məruz qalmış və dağıdılmışdır. Hal-hazırkı vaxta qədər həmin evdə Dövlət tərəfindən tikinti və bərpa işləri aparılmamışdır.

4. Füzuli Rayon İcra Hakimiyyəti başçısının Kürdmahmudlu Kənd İcra Nümayənliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Qanuni nümayəndə halhazırda ailə üzvləri ilə birlikdə Füzuli şəhərində daimi qeydiyyatdadır, o və bütün ailə üzvləri Kürdmahmudlu Kənd İcra Nümayənliyindən vahid aylıq müavinət alır. Ailə üzvləri: arvadı X10, oğlu İddiaçı və qızı X11.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Qanuni nümayəndə, X10 (xx.xx.1982), İddiaçı (xx.xx.2007) və X11 (xx.xx.2009) ünvan 1 ünvanında qeydiyyatdadırlar.

6. İddiaçı ona məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, 1993-cü il tarixdə Füzuli rayonunun işğalından əvvəl işğal olunmamış Kürdmahmudlu kəndində qeydiyyatda olduğu və yaşadığı üçün təmas xətti ləğv edildikdən sonra həmin kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunun verilməsi dayandırıldığından, ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məcburi köçkün stat usunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddia onunla onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə 1993-cü ildə mənfur ermənilər Füzuli rayonunu, o cümlədən digər kəndlər kimi Kürdmahmudlu kəndini də işğal etdikdən sonra ailə üzvləri ilə birlikdə məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmış, işğal zamanı evləri ermənilər tərəfindən yandırılaraq məhv edilmiş, dağıdılmışdır. Qanuni nümayəndə və X10 (1992-ci ildə Füzuli rayonundan məcburi köçkün) ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.2007-ci il tarixdə iddiaçı və 12 mart 2005-ci il tarixdə X8rı doğulmuşdur. Onlar hazırda da ailə üzvləri ilə birlikdə Füzuli şəhəri, S.Hüseynov küçəsi ev 26 ünvanında qeydiyyatdadırlar. Məcburi köçkün düşdükdən sonra ünvan 2 ünvanında məcbu ri köçkün kimi məskunlaşaraq yaşayırlar və cavabdeh tərəfindən bütün ailə üzvləri ilə birlikdə iddiaçı, eləcə də bacısı Zərifə də bütün kommunal, çörəkpulu və digər güzəşt və imtiyazlardan istifadə edirlər. Bu yaxınlarda cavabdehə müraciət edilərək iddiaçı (İddiaçı) 16 yaşına çatdığı üçün ona da məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi xahiş edilmişdir. Lakin cavabdeh xx.xx.2024cü il tarixli məktubu ilə əsassız olaraq 1993-cü il tarixdə Füzuli rayonun işğalından əvvəl işğal olunmamış Kürdmahmudlu kəndində qeydiyyatda olduqları və yaşadıqları üçün təmas xətti ləğv edildikdən sonra həmin kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunun verilməsi dayandırıldığından, xx.xx.2007-ci il təvəllüdlü iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilm əsinin imkan xaricində olduğunu göstərmişdir. X5 1992-ci ildə Füzuli rayonundan, Qanuni nümayəndə isə 1993-cü ildə ünvan 3indən ailə üzvləri ilə birlikdə məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşdıqlarını, Qanuni nümayəndə ilə X5 nikahlarından xx.xx.2007-ci il tarixdə İddiaçı (iddiaçı) və xx.xx.2009-cu il tarixdə isə X11 adlı uşaqlarının doğulmasını, həmin vaxtdan da məcburi köçkün kimi Bakı şəhərində məskunlaşdıqlarını, uşaqların da onlarla bərabər bütün imtiyazlardan istifadə etmələrini və hal-hazırda da evlərinin düşmən tərəfindən dağıdıldığını və həmin evin bərpa olunmadığını, Bakı şəhərində məskunlaşdıqlarını bildikləri halda əsassız olaraq İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtina edilmişdir. Cavabdeh onların məcburi köçkün kimi bu gü n də bütün imtiyazlardan istifadə etmələrini və ata evinin bərpa edilmədiyini nəzərə almamışdır. Ona görə də cavabdehin imtinası qanunsuzdur və əsassızdır.

9. Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, Füzuli rayonu, Kürdmahmudlu kəndi 1993-cü il tarixdə işğaldan azad olunmasına baxmayaraq həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmişdir. Göründüyü kimi, 1993-cü ildə Kürd mahmudlu kəndi işğaldan azad olunduqdan sonra kənd sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşməsı faktı baş verməmişdir. İddiaçının atası 1993-cü ildə işğaldan azad olunmuş ünvan 3i ünvanına qayıtmaq imkanına malik olduğundan Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 1999-cu il 21 may tarixli Qanunun tələblərinə uyğun olaraq məcburi köçkün statusunu itirmişdir. Bu Qanuna uyğun olaraq, 1993-cü il tarixdə işğaldan azad olunmuş Füzuli rayonu, Kürdmahmudlu kəndi ünvanında qeydiyyatda olan şəxslərə məcburi köçkün statusu və onu təsdiq edən sənədin (vəsiqə) verilməsi dayandırılmışdır. Xüsusilə vurğulamaq lazımdır ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü ili n sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində təmas xətti tamamilə ləğv olunaraq əhalinin təhlükəsiz yaşaması və fəaliyyət göstərməsi təmin edilmişdir. Bununla əlaqədar olaraq, Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin verilməsi 2024-cü il 1 may tarixindən etibarən dayandırılmışdır. İddiaçının atası Qanuni nümayəndə 2007-ci ilədək yaşayış yeri üzrə qeydiyyatda olduğu Füzuli rayonu, Kürdmahmudlu kəndi 1993-cü il tarixdə işğaldan azad olunduğundan, həmçinin X4 sonra təmas xətti ləğv edildiyindən, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 21 iyun 2024-cü il tarixli, 21(112)-8998/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla, sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə e tmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Qaydalara əsasən uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Qaydalarda göstərilən hər üç şərt iddiaçıya münasibətdə mövcuddur. Cavabdehin imtinası ilə bağlı məhkəmə qeyd etmişdir ki, ilk növbədə həm iddiaçı, həm də valideynləri ünvan 4 ünvanında qeydiyyatdadırlar. Digər tərəfdən, cavabdeh Qaydaların 14-cü maddəsinə istinad edərək təmas xəttinin ləğv olunduğunu bildirir. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyətini n başçısının Kürdmahmudlu Kənd İcra Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X3 (iddiaçının babası) Füzuli rayon Yuxarı Kürdmahmudlu kəndində özünə məxsus yaşayış evi olmuş, 1993-cü ildə erməni təcavüzkarları tərəfindən işğala məruz qalmış və dağıdılmışdır. Hal-hazırkı vaxta qədər həmin evdə dövlət tərəfindən tikinti və bərpa işləri aparılmamışdır. Bundan əlavə, şəxs yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə və ya dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə məcburi köçkün statusunu itirir. Hazırkı halda isə, cavabdeh iddiaçının (ailə üzvlərinin) yaşadığı yerə qayıtmasına, yaşayış sahəsi ilə təmin olunmasına, təmas xəttinin ləğvind ən sonra Kürdmahmudlu kəndində dağıdılmış evlərinin bərpa olunmasına dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, cavabdeh iddiaçının (ailə üzvlərinin) yaşayış sahəsi ilə təmin olunmasına və ya Kürdmahmudlu kəndinə qayıtmasına, yaşadıqları evlərinin bərpa olunmasına deyil, yalnız təmas xəttinin ləğv edilməsinə istinad edir ki, bu hal Qanunun istinad edilən 14-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) 04 dekabr 2024-cü il ta rixli, 2-1(103)-3325/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. Cavabdeh kassasiya şikayətində iddiaya qarşı yazılı etirazın və apelyasiya şikayətinin dəlillərinə istinad edərək həmçinin qeyd etmişdir ki, iddiaçının anası X7 və atası Qanuni nümayəndə münasibətdə 31 may 2024-cü il tarixində qəbul edilmiş əmrə əsasən onlara verilən vahid aylıq müavi nət dayandırılmışdır. Komitənin 01 iyul 2024-cü il tarixli 01 (L-5) nömrəli protokoluna əsasən onlar məcburi köçkün statusunu itirmişlər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır:... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayı ş yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.... Maddə

9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.... 19. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanı

2. Müəyyən edilsin ki:... həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlər ini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;...

20. Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə

3. Komitənin əsas funksiyaları Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “qaçqın” və ya “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir;...

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, on ların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

25. İş materiallarından göründüyü kimi, iddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan təmas xətti ləğv edildikdən sonra Füzuli rayonu Kürdmahmudlu kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunun verilməsinin dayandırılmasını əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir.

26. İddiaçı cavabdehin imtinasını məhkəmə qaydasında mübahisələndirmiş, işə baxan aşağı instansiya məhkəmələri cavabdehin imtinasını əsassız hesa b edərək bildirmişlər ki, iddiaçı, eləcə də valideynləri ünvan 4 ünvanında qeydiyyatdadırlar. Digər tərəfdən, iş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Kürdmahmudlu Kənd İcra Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X3 (iddiaçının babası) Füzuli rayon Yuxarı Kürdmahmudlu kəndində özünə məxsus yaşayış evi olmuş, 1993-cü il erməni təcavüzkarları tərəfindən işğala məruz qalmış və dağıdılmışdır. Hal-hazırkı vaxta qədər həmin evdə dövlət tərəfindən tikinti və bərpa işləri aparılmamışdır. Bundan əlavə, şəxs yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə və ya dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə məcburi köçkü n statusunu itirir. Hazırkı halda isə, cavabdeh iddiaçının (ailə üzvlərinin) yaşadığı yerə qayıtmasına, yaşayış sahəsi ilə təmin olunmasına, təmas xəttinin ləğvindən sonra Kürdmahmudlu kəndində dağıdılmış evlərinin bərpa olunmasına dair hər hansı bir sübut təqdim edə bilməmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna, eləcə də “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitə si qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarlar qəbul etməkdə səlahiyyətlidir.

28. Tam səlahiyyətli inzibati orqan kimi Qaçqınların və X9 üzrə Dövlət Komitəsi sədrinin 31 may 2024-cü il tarixli, 42 nömrəli əmri ilə Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndindən (Füzuli rayonunu Alıxanlı kəndinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində olan şəxslərə verilmiş məcburi köçkün statusunun 2024-cü il 1 may tarixindən ləğv edilməsi qərara alınmışdır.

29. Qərarda qeyd edilmişdir ki, 1993-1994-cü illərdə Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Kolqışlaq və Mirəşelli kəndləri, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədal ılar, Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Aşağı Yağlıvənd, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dılağarda, Araz Zərgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Kürdmahmudlu, Alıxanlı kəndləri və 2016-cı il 4 aprel tarixdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olunsa da, həmin ərazilər Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə yəni təmas xəttinə yaxın ərazidə yerləşdiyindən, burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkün statusu və məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə dövlət tərəfindən xüsusi qaydada şərait yaradılmışdır. 2020-ci il tarixdə isə X1mış Zəfər nəticəsində əraziləri mizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmiş, əhalinin təhlükəsiz və dinc yaşaması təmin edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd edilən inzibati aktı rəhbər tutaraq bildirir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildiyi halda itirir. Məcburi köçkün statusunun itirilməsi (ləğvi) cavabdehin səlahiyyətinə aid olduğundan və cavabdeh tərəfindən iddiaçının atasının qeydiyyatda olduğu ərazidə olan şəxslərin məcburi köçkün statusu ləğv olunduğu halda, iddiaçı da belə status əldə etmək imkanına malik ola bilməz.

31. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən bu hal nəzərə alınmamış, Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin sədri tərəfindən qəbul edilmiş 31 may 2024-cü il tarixli, 42 nömrəli əmrin iddiaçının atası tərəfindən mübahisələndirilibmübahisələndirilməməsi araşdırılmamışdır.

32. Odur ki, təkrar apelyasiya baxışı zamanı inzibati orqan tərəfindən qəbul edilmiş aktla bağlı iddiaçının məlumatlı olub-olmaması, eləcə də həmin aktın qanunvericiliyə uyğun olaraq mübahisələndirilib-mübahisələndirilməməsi müəyyən edilməlidir.

33. Məhkəmə kollegiyası İPM-in 12.1-ci, 58.7-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməlidir.

34. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməli, yuxarıda qeyd edilən inzibati aktın məcburi köçkün statusu ləğv edilmiş şəxslər tərəfindən mübahisə predmeti olub-olmaması ilə bağlı sorğular verilməli, aparılan araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(103)-3325/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar