Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1178/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (maddi və mənəvi zərərin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 2-1(103)678/2021 nömrəli iş üzrə 02.02.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona vurulmuş 2000 manat məbləğində maddi zərərin və 3000 manat məbləğində mənəvi zərərin ödənilməsinin cavabdehin öhdəsinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 110 saylı fərdi yaşayış evinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)2410/2011 saylı qətnaməsinə və Ali Məhkəmənin 2(102)-931/07 saylı bildirişinə əsasən məhdudiyyətin mövcud olması göstərilmişdir. O, ünvan 1 ünvanında mərhum X1 yaşadığı hissəsinin uçulub dağılması və mövcud olmaması səbəbindən müvafiq olaraq texniki pasporta dəyişiklik edilməsinin öhdəsinə qoyulmasına dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, bununla bağlı hakim Ş.Məmmədova tərəfindən 2(81)-2410/2011 saylı, 09.12.2011-ci il tarixli sərəncam verilərək Ərazi İdarəsinə göndərilmişdir. İşə baxılarkən o, iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə vermiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)-323/2012 saylı 14 mart 2012-ci il tarixli qərardadı ilə iddianın geri qaytarılması barədə ərizə təmin edilmi şdir, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri ona geri qaytarılması qərara alınmışdır. Yəni bu işə baxılarkən hər hansı bir qətnamə çıxarılmamışdır, həmçinin işə baxıldığı vaxt fərdi yaşayış evinin üzərinə məhdudiyyət qoyulması barədə qərardad çıxarılmamışdır, yəni fərdi yaşayış evinin üzərində həbs qoyulmamış, hər hansı bir hərəkətin aparılması qadağan edilməmişdir. Bundan başqa Ali Məhkəmənin 2(102)-931/2008 saylı, 18 aprel 2008-ci il tarixli qərarı ilə qərardaddan verilmiş şikayət təmin edilməmişdir. Həmçinin məlumdur ki, Ali Məhkəmədə işə baxılarkən qanunvericiliklə əmlak üzərinə məhdudiyyətin qoyulması nəzərdə tutulmamışdır və məhdudiyyət barədə bildirişin də mövcud olması mümkünsüzdür. Nəsimi Rayon Məhkəməsində mirasın qəbulu müddətinin uzadılmasına dair iş üzrə çıxarılmış qətna mə də məhdudiyyətin mövcud olması barədə qeyd edilənlər öz əksini tapmışdır. Cavabdeh tərəfə dəfələrlə ərizə ilə müraciət edərək qanunsuz qoyulmuş məhdudiyyətin götürülməsini tələb etmiş, lakin ərizəsi təmin edilməmişdir və o, Bakı İnzibati Məhkəməsində iddia qaldırmağa məcbur olmuş və Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmiş və məhdudiyyətin götürülməsi cavabdehin öhdəsinə qoyulmuşdur. Göründüyü kimi o, uzun müddət bu qanunsuzluğun aradan qaldırılmasına çalışmış, miras əmlakın sənədləşdirilməsi illərlə uzanmışdır və bu da təbii ki, onun maddi və mənəvi zərərə məruz qalmağı ilə nəticələnmişdir. O, cavabdeh tərəfə müraciət edərək ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb etmiş, lakin bu barədə tədbir görülməmişdir və 07.07.2020-ci il tarixli cavabda “Da şınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun maddələrinə, həmçinin AR Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına və AR Mülki Məcəlləsinin 1097-ci maddəsinə istinad edərək əsas olmadığı və bu səbəbdən də imtina edilməsi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 15.10.2020-ci il tarixli, 2-1(112)5765/2020 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəllənin 21, 1096.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tari xli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarının 1 və 2-ci bəndlərinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14.5, 21.2-ci maddələrinə, İPM-nin 2.2.3, 52, 68.1, 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının iddiası əsassızdır.
5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 15.10.2020-ci il tarixli, 2-1(112)-5765/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 2-1(103)-6 78/2021 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 15.10.2020-ci il tarixli, 2-1(112)-5765/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 82-ci maddəsinə, eləcə də birinci instansiya məhkəməsinin də yuxarıda göstərilmiş maddi hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, sübut etmə yükünü daşıyan iddiaçı ona maddi zərərin dəyməsi ilə bağlı öz iddia tələbinin əsasında duran halları sübuta yetirə bilməmişdir. Həmçinin, iddiaçı maddi zərərlə bağlı tələblərini sübuta yetirə bilmədiyindən, mənəvi zərərin ödənilməsi ilə bağlı tələ b də həmin tələblə bağlı olduğundan, həmçinin, vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilmədiyindən, bu hissədə də iddia tələbləri təmin edilə bilməz, buna görə də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya və apelyasiya məhkəməsi iddiaçının iddia tələbinin rədd edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı ona maddi və mənəvi ziyan vurulmasını sübut edə bilməmiş, ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bun dan başqa, cavabdehin hərəkət və hərəkətsizliyində qanun pozuntusu olmamışdır. Hesab edir ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən işin hallarına, işdə olan qanuni qüvvəsini almış məhkəmə qərarlarına obyektiv hüquqi qiymət verilməmiş, işin halları təhrif edilmişdir. Belə ki, əvvəla, işdə olan qanuni qüvvəsini almış Bakı İnzibatı məhkəməsinin 2-1(112)- 905/2020 saylı, 22.05.2020-ci il tarixli qərarı ilə sübuta yetirilmişdir ki, cavabdeh DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının miras əmlakı üzərində məhdudiyyət düzgün qoyulmamış, cavabdehin məhdudiyyətin qoyulması barədə hərəkətləri qanuni olmamışdır. Cavabdehin hərəkətlərində qanun pozuntusunu olması artıq məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Bu sübutu da iddiaçı məhkəməyə təqdim etmişdir.
9. İşdə olan sənədlərdən g öründüyü kimi, İddiaçı miras əmlakı üzərində məhdudiyyət olmasını 2018-ci ildə bilmiş və o vaxtdan 22.05.2020-ci il tarixə kimi bu məhdudiyyətin götürülməsi, miras əmlakının rəsmiləşdirilməsi üçün dəfələrlə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və məhkəmələrə müraciət etmişdir. Bunların hamısına iddiaçı tərəfindən vəsait xərclənmişdir. Sadəcə bu xərclənmiş vəsaitlərin müvafiq sənədləri yığılıb saxlanmamışdır. Həm də ki, qeyd olunan halların sübuta yetirilməsi üçün əlavə bu sənədlərin olmasına heç bir zərurət yoxdur. Bu hallar hamıya bəli olan hallardır.
10. Bununla iddiaçıya maddi ziyan vurulması öz təstiqini tam tapmışdır. Bura iddiaçının ərizə yazdırması, ərizəni yola saldırması və ya aparıb yerində təqdim etməsi, təqdim etmək üçün növbəyə durmasına itirdiyi zamanlar və ödənişlər də dax ildir. Hesab edir ki, iddiaçıya maddi ziyan dəyməsinə dair işdə kifayət qədər sübut, dəlillər vardır. İddiaçı iki il ərzində itirdiyini sadəcə 2000 manat miqdarında dəyərləndirmişdir ki, bu da çox cüzi bir məbləğdir.
11. İddiaçının mənəvi zərərin ödənilməsi barədə iddia tələbi də bilavasitə maddi ziyanın yaranma səbəblərindən yaranmışdır. Yuxarıda qeyd edildiyi kimi məhkəmənin qanuni qüvvəsinin almış qərarı ilə təsdiq olunmuş cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçı fiziki və mənəvi sarsıntılar keçirmiş, iki il müddətində müxtəlif təşkilatlara get-gəl etməklə, qanuni haqqını əldə edə bilməmklə əsəb gərginliyi keçirmişdir. Qanunvericiliyin tələbinə görə qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə olmalı və zərərvuran şəxsin təqsiri mü əyyən edilməlidir. Cavabdehin iddiaçının miras əmlakı üzərində qanunsuz həbs qoyması, ona əsassız imtina verməsi, iddiaçını uzun müddət yazışmalar etməyə, məhkəmə proseslərinə cəlb edilməsi onun təqsirini sübut edən hallardır, cavabdehin qanunsuz hərəkəti bilavasitə iddiaçıya mənəvi ziyan vurulmasına səbəb olmuşdur, iddiaçıya maddi və mənəvi ziyanın bu qanunsuz hərəkət və hərəkətsizlik nəticəsində yaranmışdır. Bu qanunsuz hərəkələrin nəticəsində iddiaçı mənəvi sarsıntı, əsəb gərginliyi keçirmiş, vaxt itkisi olmuş, istirahəti pozulmuşdur. Bu hallar faktiki hallardır, bunları kağız üzərində qeyd etmək mümkün deyildir ki?.
12. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(103)-678/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
15. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. A pelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
17. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
20. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, kasasiya şikayəti 7 səhifədən ibarət olsa da, onun əksər hissəsi işin hallarının, maddi və prose ssual hüquq normalarının sadalanması təşkil edir ki, bununla bağlı xüsusi olaraq vurğulanmalıdır ki, iddiaçı istinad etdiyi maddi hüquq normaları ilə tələb olunan sübutların iddiaçıda mövcud olmamasını özü kasasiya şikayətində yazır.
21. Belə ki, iddiaçı kasasiya şikayətində göstərir ki, “Bu iki il müddətində ərizələr yazılması, məhkəmələrdə iddialar verilməsi, rüsumlar köçürülməsi (yeri gəlmişkən, inzibati mübahisələr üzrə iddiaçılar rüsum ödəməkdən azaddırlar-qeyd Ali Məhkəmənindir), DƏDRX-ə və məhkəmə proseslərinə gedib-gəlmək özbaşına, özü-özünə olmamışdır ki? Bunların hansına iddiaçı tərəfindən vəsait xərclənmişdir. Sadəcə bu xərclənmiş vəsaitlərin müvafiq sənədləri yığılıb saxlanmamışdır”.
22. Eyni zamanda iddiaçı kasasiya şikayətində özü göstərmişdir ki, “Bu qanunsuz hərəkətlər nəti cəsində iddiaçı mənəvi sarsıntı, əsəb gərginliyi keçirmiş, vaxt itkisi olmuş, istirahəti pozulmuşdur. Bu hallar faktiki hallardır, bunları kağız üzərində qeyd etmək mümkün deyildir ki?.”
23. Beləliklə iddiaçı kasasiya şikayətində özü etiraf edir ki, ona cavabdeh tərəfindən maddi və mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı mötəbər sənəd (sübut) mövcud deyildir.
24. Belə olan halda iddiaçının kasasiya şikayətində göstərdiyi bu dəlillər əsaslı hesab edilə bilməz.
25. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin 20 dekabr 2018-ci il tarixli **********47 nömrəli məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 110 saylı fərdi yaşayış evinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)2410/2011 saylı qətnamə si və Ali Məhkəmənin 2(102)-931/08 saylı bildirişlərinə əsasən məhdudiyyətin mövcud olduğu qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-905/2020 saylı, 22 may 2020-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 110 saylı fərdi yaşayış evi üzərində məhdudiyyətin götürülməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
26. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-905/2020 saylı, 22 may 2020-ci il tarixli qərardadına əsasən iddiaçının cavabdehə qarşı daşınmaz əmlak üzərinə qoyulmuş məhdudiyyətin götürülməsinin cavabdehə həvalə edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası o na vurulmuş 2000 manat məbləğində maddi zərərin və 3000 manat məbləğində mənəvi zərərin tutularaq ödənilməsi hissəsində mümkün sayılmamışdır.
27. Bununla yanaşı apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya ünvanlanmış 07 iyul 2020-ci il tarixli, **********44 saylı imtina məktubunda qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)2410/2011 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-931/08 saylı və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2784/2019 saylı bidirişləri ilə bağlı olan işlər üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları (əsli və ya qanunamüvafiq qaydada təsdiq olunmuş surəti) və bu barədə məlumatlar rəsmi qaydada məhkəmədən 1 saylı Bakı Ərazi İdarəsinə daxil olacağı təqdirdə ərizənin məqsədinə qanunamüvafiq qaydada yenidən baxılacağı barədə ona 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Bakı şəhər Nəsimi rayon Məhkəməsinə **********5 saylı, 11.10.2019-cu il tarixli və **********37 saylı 20.11.2019-cu il tarixli məktublar ünvanlanmışdır. ünvan 2ərarından bəlli olur ki, adı çəkilən məhkəmə bildirişlərinə dair yekun məhkəmə aktları və məlumatlar məhkəmənin sorğusu əsasında əldə edilmişdir. Beləliklə, idarə tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmiş, iddiaçıya maddi və mənəvi ziyan vurulmamışdır. Maddi zərəri təsdiq edən hər hansı bir sübut əlavə edilməmişdir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkəti və ya hərəkət sizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
28. Belə olan halda apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5, 21.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarını, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyab r 2008-ci il tarixli 7 №li qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
29. Belə ki, sübutetmə yükünü daşıyan iddiaçı ona maddi və mənəvi zərərin vurulmasını sübut edə bilməmişdir.
30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 21(103)-678/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.