Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1178/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 14.09.2022 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1979-cu il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-68/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona 1 noyabr 2019-cu il tarixli, **********57 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış verilmişdir.
2. İddiaçıya məxsus həmin torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti al tına düşmüşdür.
3. İddiaçı torpaq sahəsinin yolun tikinti altına düşməsi və həmin torpaq sahəsində yerləşən hasarın sökülməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 30 yanvar 2020-ci il tarixli, Q-3/16-727 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. 4. “X3” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, CEG-21/299M nömrəli Qiymətləndirmə hesabatına əsasən, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 1 sotunun bazar dəyəri 8000 manat və torpaq sahəsinin hasarının dəyəri 1566 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 20 fevral 2020-ci il tarixdə cavabdehə qarşı id dia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Saray qəsəbəsində ona məxsus torpaq sahəsi üçün sotu 5000 AZN-dən olmaqla 20000 AZN, eni 23 metr, hündürlüyü 2 metr olan hasar üçün 700 AZN və 2 badam ağacı üçün 500 AZN, ümumilikdə 21200 AZN-nin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində ona məxsus olan 0.15 ha (15 sot) ərazinin 0.11 ha hissəsi yol çəkilişləri ilə əlaqədar olaraq plana düşdüyü üçün ona kompensasiya ödənilmişdir. Bir müddət sonra onun istifadəsində qalan 0.03972 ha ərazini yenidən sənədləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsinə ərizə ilə müraciət edərək yeni çıxarış almışdır. Ona məxsus olan torp ağın dəqiq sərhədlərini bilmək üçün, idarədən mütəxəssislər gəlmiş və GPS vasitəsilə ölçü aparan zaman məlum olmuşdur ki, ona məxsus olan 0.15 ha torpaq sahəsinin hamısı yola düşmüş, istifadəsində torpaq sahəsi qalmamışdır. Qeyd etmişdir ki, hal-hazırda həmin ərazidə 1-ci dərəcəli yol torpaqlarının bazar qiyməti 5000 AZN dəyərindədir. Eyni zamanda ona məxsus olan 0.03972 ha torpaq sahəsində 23 metr enində, 2 metr hündürlüyündə (bir tərəf) hasar və 2 ədəd badam ağacı olmuşdur. Bildirmişdir ki, ona məxsus olan yerdə qalmış torpaq sahəsi bildiriş verilmədən, xəbərdarlıq edilmədən plana salınmışdır. Kompensasiya ödənişləri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sədrin qəbulunda olarkən, torpağının qalan hissəsinin həqiqətən su kollektoru tikintisi ilə əlaqədar olaraq plana düşdüyünü bildirmişlər. Lakin, Bilgəh-Sumqayıt avtomobil yolunun çəkilişi dayandırıldığı, layihənin nə zaman başlanacağının bilinmədiyi, bu yolla bağlı onların büdcəsində pul olmadığı üçün ona məhkəməyə müraciət etməsi bildirilmişdir.
7. İddiaçı 2 iyun 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Bilgəh-Sumqayıt avtomagistral yolunun tikintisi zamanı tikinti altına düşən torpaq sahəsi üçün (hər sotuna) 8000 manat (səkkiz min), torpağı iki tərəfdən əhatə edən 34 metrlik hasar üçün 1700 (bir min yeddi yüz) manat, ərazidə yerləşən çoxillik badam ağacları üçün 500 (beş yüz) manat, ümumilikdə 34200 (otuz dörd min iki yüz) manat cavabdehdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonradan iddiaçı 16 iyun 2021-ci il tarixdə məhkəməyə idd ia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, tikinti altına düşən 4 sot torpaq sahəsinin və cavabdeh tərəfindən sökülmüş hasarın dəyəri olaraq cavabdehdən ümumilikdə 33566 manat kompensasiya məbləğinin tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi aşağıdakılara görə əsassızdır: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində iddiaçıya məxsus 0.15 ha torpaq sahəsinin ilkin olaraq 0.1103 ha hissəsi yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar, sözügedən layihə çərçivəsində müstəqil qiymətləndirici tərəfindən hazırlanmış qiymətləndirmə hesabatına əsasən dəymiş ziyana görə kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyələri əsasında aparılmış və iddiaçının əmlakı müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə edilməklə, ümumilikdə 48504 manat dəyərində müəyyən edilmiş, və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (alıcı) ilə iddiaçı (satıcı) arasında dövlət ehtiyacları üçün alınması məqsədi ilə alqı-satqı müqaviləsi imzalanmışdır. Hesablanmış 48504 manat məbləğində kompensasiya "xxxx" ASC-nə İddiaçı adına köçürülmüş və iddiaçı tərəfindən xx.xx.2014cü ildə alınmışdır. Daha sonra iddiaçının cavabdehə ü nvanlandığı bir neçə müraciətində onun torpaq sahəsinin qalan 0.03972 ha hissəsinin də yolun tikintisi altına düşdüyü bildirilmiş və həmin qalan hissəyə görə kompensasiyanın ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllük əsasında özgəninkiləşdirilə bilər. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlakın bir hissəsinə görə kompensasiya verilməklə ona dəymiş maddi ziyanın əvəzi ədalətli şəkildə ödənilmişdir. İddiaçının torpaq sahəsinin qalan hissəsinin yolun tikintisi altına düşdüyü üçün ona kompensasiyanın verilməsi barədə məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. İddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. İddiaçı məhkəməyə təqdim etdiyi əlavə dəqiqləşdirmə ərizəsində 4 sot torpaq sahəsinə və sökülmüş hasara görə ümumilikdə 33566 manat kompensasiyanın ödənilməsini tələb etmişdir. Bu məbləğlə razı deyilllər, çünki hazırda daşınmaz əmlak (o cümlədən torpaq) bazarında qiymətləri nəzərə alsaq, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşən 4 sotu üçün 32.000 manat və sökülmüş hasar üçün 1566 manat qiymət real və ağlabatan görünmür. Həmin ərazidə layihə çərçivəsində yolun tikintisi altına düşən torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Yəni həmin ərazidə hamıya, o cümlədən iddiaçının özünə də eyni əsaslarla kompensasiyalar hesablanmış və iddiaçı həmin qiymətlə tamamilə razılaşmışdır. Həmçinin həmin torpaq sahəsinin təyinatı əkin sahəsidir. Hesab edirik, iddiaçıya məxsus daşınmaz əmlak qiymətləndirilmiş və qiymətləndirilmə barədə hesabat qüvvədədir. İPM-nin 2.2.7-ci maddəsinə uyğun ol araq inzibati orqanların qanunsuz qərarları (inzibat aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanin ödənilməsi haqqında iddiaya mahiyyəti üzrə baxılması üçün müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. İPM-nin 35.1-ci maddəsində göstərilir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün s ayılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasi Qanununun 89.2-ci maddəsinə əsasən maraqli şəxs kompensasiyanin ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-112/2021 nömrəli, 18 iyun 2021-ci il tarixli qərarı ilə (hakim C.B.Məmmədov) iddia qismən təmin edilmiş, iddiaçıya onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.03972 ha torpaq sahəsinin tikinti altına düşdüyünə görə 31776 manat, cavabdeh tərəfindən hasarın sökülməsinə görə dəymiş ziyana görə 1566 manat, ümumilikdə 33.342 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianı n qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan 15 sot torpaq sahəsinin tamamı “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən, cavabdeh inzibati orqan ona dəymiş ziyanı tam şəkildə ödəməyə borcludur. Lakin o da nəzərə alınmalıdır ki, həmin torpaq sahəsinin 11 sot hissəsinin dəyəri cavabdeh təşkilat tərəfindən iddiaçıya ödənilmiş, yerdə qalan 0.03972 ha torpaq sahəsinə və iddiaçı tərəfindən inşa edilmiş hasara görə kompensasiya ödənilmədiyindən, hazırki mübahisə yaranmışdır. Həmçinin cavabdeh inzibati orqan tərəfindən etiraz ərizəsində iddiaçıya 0.03972 ha torpaq sahəsinə görə kompensasiyanın və sökülmüş hasarın dəyərinin ödənilməməsi etiraf edilmişdir. İşin h allarından göründüyü kimi, iddiaçı dövlət ehtiyacları üçün geri alınan ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya ünvanladığı məktubunda kompensasiyanın ödənilməməsinə əsas kimi müvafiq orqanlara müraciətlərə cavab gəldikdən sonra ona dəymiş ziyanla bağlı kompensasiya ödəniləcəyini bildirmişdir. Göstərilən tarixdən xeyli müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi yubadılır ki, bu halda da iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmçinin iddianın mümkünlük şərtlərinə əməl olunmuş dur.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi “BilgəhSumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya iddiaçıya ödənilməlidir.
13. Cavabdeh və üçüncü şəxs həmin qərardan apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-68/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərardadı ilə (hakimlər: R.Ə.Ağayev /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və İ.K.Dəmirov) üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə məhkəmə icraatında iştirakına xitam verilmiş v ə onun tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən torpaq sahəsi dövlət əhəmiyyətli “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi altına düşmüş, layihəni icra edən cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iddiaçıya ödənilməli olan kompensasiya məbləği cavabdeh tərəfindən ödənilməmiş və cavabdeh kompensasiyanın ödənilməməsinin səbəbi kimi lazımi vəsaitin ayrılmamasını göstərmiş, vəsait ayrılacağı təqdirdə hesablanmış kompensasiya məbləğinin ödəniləcəyini bildirmişdir. Məhkəmə tərəfindən çıxarılmış qərarla da kompensasiya ödəmək öhdəliyi cavabdeh kimi məhz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulmuşdur. Belə olan h alda, hazırkı mübahisə üzrə qəbul ediləcək qərar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmur. Məhkəmə qərarı ilə cavabdeh kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidən tutulmuş kompensasiya məbləğinin daşınmaz əmlak (o cümlədən torpaq) bazarında mövcud olan qiymətlərə münasibətdə real olmaması baxımından torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericiliyin tələblərinin nəzərə alınmaması torpağın alınması prosedurlarına əngəl yaratmaqla, yeni əsassız iddiaların yaranmasına gətirib çıxararaq, dövlət mənafelərinə zidd halların meydana gəlməsinə və əlavə öhdəliklərin yaranmasına səbəb ola biləcəyinə dair dəlil də Maliyyə Nazirliyinin hüquqi marağına toxunma halını yaratmır. Həmçinin nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi tərə findən verilmiş apellyasiya şikayətinin dəlilləri dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinin səmərəliliyini təmin etmək üçün dövlət maliyyə nəzarətinin həyata keçirilməsi ilə əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi isə, işə baxarkən yalnız işə mahiyyəti üzrə və hərtəfli baxılması üçün Maliyyə Nazirliyini üçüncü şəxs qismində icraatın iştirakçısı qismində cəlb etmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-68/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər R.Ə.Ağayev /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və İ.K.Dəmirov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-112/2021 nömrəli, 18 iyun 2021-ci il tarixli qərarı dəyişdirilərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsibdə yerləşən 0,3972 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 13482 (on üç min dörd yüz səksən iki) manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi öhdəliyinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
17. Məhkəmə bu nəticəyə gələrkən, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsi üçün Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna sorğu göndərərək 2019-2020-ci illərə dair Abşeron rayonunun Saray qəsəbəsində (dəqiq yeri bildirilməklə, yəni Masazır gölünün yanında olan işıqfordan yuxarı Saray qəsəbəsi istiqamətində qalxarkən təzə yola girmək üçün baş yoldan sola çıxdıqda 500 metr sonra yol qırağında) yerləşən torpaq sahəsinin bazar qiymətinin “Torpaqların dövl ət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun müəyyənləşdirilməsi məqsədilə, notariatda aparılmış alqı-satqı müqavilələrini tələb etmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən 2019-cu ilə aid 3 ən yüksək qiyməti seçməklə, o cümlədən xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Saray qəsəbəsində 0.03 ha torpaq sahəsi 4.500 manata satılmış, xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı alqısatqı müqaviləsinə əsasən Abşeron rayonunun Saray qəsəbəsində 0.0077 ha torpaq sahəsi 2000 manata satılmış, xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Saray qəsəbəsində 0.0878 ha torpaq sahəsi 18.000 manata satılmış, al qı-satqı müqavilələri üzrə bir sotun qiymətini müəyyən etməklə, yəni, 1-ci – 1500 manat, 2-ci – 2600 manat, 3-cü – 2000 manat olmaqla, 1 sotun orta qiyməti 2033 (1500+2600+2000=6100:3=2033) manat müəyyən edildikdə, iddiaçıya məxsus 0.03972 ha torpaq sahəsinin qiyməti 8075(3.972 sot x 2033 m = 8075) manat təşkil edəcəkdir.
19. Eyni zamanda, 1 saylı notariat ofisindən 2020-ci ilə dair alınmış alqı-satqı müqavilələrinin ən yüksək 3-ü götürüldükdə torpaq sahəsinin 1 sotu təxminən 5904 manata düşür, iş üzrə birinci instanisya məhkəməsi tərəfindən keçirilmiş qiymətləndirmə zamanı isə 2021-ci il üçün mübahisələndirilən torpaq sahəsinin 1 sotunun orta bazar dəyəri 8000 manat müəyyən edilmiş olsa da, həmin məbləğlər iddia tələbi üzrə əsas kimi götürülə bilməz, ona görə ki, iddiaçıya məxsus torpaq sahəsi 2019-cu ilin əvvəllərində dövlət əhəmiyyətli yolun çəkilməsi səbəbilə cavabdeh tərəfindən müdaxilə edildiyindən notariat ofisindən təqdim edilən istər 2020-ci ilə dair, istərsə də birinci instansiya məhkəməsinin 2021-ci ilə dair əldə etdiyi mütəxəssis rəyindəki qiymətlər nəzərə alına bilməz, lakin cavabdeh orqanın təklif etdiyi məbləğ əsas götürülməklə iddiaçıya ödənilməli olan kompensasiyanın ədalətli məbləğinin müəyyən edilməsi məqsədəmüvafiq hesab edilməlidir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, istər iddia ərizəsinə qarşı etirazda, istər apellyasiya şikayətində, istərsə də məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinə düşən torpaq sahələrinə görə alan orqan olaraq torpağın bir kvadratmetrinə görə əlavə ilə birlik də 30 manat olmaqla, bir sotuna 3000 manat müəyyən olunmaqla kompensasiya məbləği ödənildiyini, o cümlədən iddiaçıya məxsus torpaq sahəsinin də 11 sotuna görə ödənilmiş məbləğ də torpağın bir sotuna 3000 manat olmaqla hesablanmaqla ədalətli kompensasiya verildiyi göstərilmişdir. Kollegiya hesab etmişdir ki, hazırda da iddiaçıya məxsus 3.972 sot torpaq sahəsinə görə bir sotu 3000 manat olmaqla, 11916 manat məbləği müəyyən olunmaqla, torpaq sahəsinin hasarının da sökülməsinə görə hesablanmış 1566 manat olmaqla, ümumilikdə cavabdehdən 13482 manat məbləğinin tutulmaqla iddiaçıya ödənilməsi təmin edilməlidir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə əsasən düzgün nəticəyə gəlsə də, kompensasiya məbləğinin hesablanmasında müəyyən uyğunsuzluq olduğundan, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini yaxud dəyişdirilməsini və iddia tələbinin birinci instansiya məhkəməsinin tutduğu kompensasiya məbləği həddində müəyyən edilməsini xahiş etmişdir.
22. Həmçinin cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. iddiaçının kassasiya şikayətinin dəlilləri
23. İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasına və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna istinad edərək qeyd etmişdir ki, mülkiyyətçinin tələbləri öncədən ödənilməli və əmlak dövlət nəfinə özgənikiləşdirilməlidir və yalnız bundan sonra əmlak dövlət ehtiyacları üçün istifadə oluna bilər. Belə razılıq olmadıqda isə məhkəmənin qərarı əsasında əmlak alınır. Cavabdeh isə əmlakı özaşına zəbt etmiş, hal-hazırda isə ümumiyyətlə hər hansı kompensasiya ödənilməsindən imtina edir. Bundan başqa, məhkəmənin üzərinə qiymətləndirici rolunu götürməsi qanunun tələbinə uyğun deyil. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununa əsasən, mülkiyyətçilərin əmlakı Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və şərtlərlə dövlət ehtiyacları üçün alındıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Digər tərəfdən məhkəmənin bir neçə alqı-satqı müqaviləsinə istinad edərək tutulan məbləği əhəmiyyətli qaydada azaltması, torpağın yerləşmə yerini və digər xüsusiyyətlərini nəzərə almaması tamamilə əsassızdır. b. cavabdehin kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək apellyasiya şikayətini təmin etməmişdir. Belə ki, iddiaçının müraciətinə Agentlik tərəfindən verilmiş cavab məktubunda tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsinin gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacağı bildirilmişdir. Bu da, kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçının qeyd etdiyi tikili (hasar) Agentlik tərəfindən sökülməmişdir və iddiaçı tərəfindən bu barədə hər hansi sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda qeyd edilmişdir ki, tikinti zamanı yol altına düşən torpaqları, əkililəri və tikintiləri siyahıya almaq məqsədilə müxtəlif icra orqanlarının nümayəndələrindən ibarət olan komissiya tərtib olunmuş və həmin komissiya ərazidə daşınmaz əmlaka baxış keçirərək fotoşəkillər hazırlamış və mövcud olan əmlaklar qeydə alınmışdır. Lakin məhkəmələr iddiada göstərilən hasarın mövcud olub-olmamasını araşdırmamışdır. c. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.... Maddə
29. Mülkiyyət hüququ İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər....
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında m üvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikd ən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 246.6. Torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan torpağın ən azı 3 (üç) il ərzində alınmasına təkrar başlanıla bilməz. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər m ünasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 29. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Resp ublikasının Qanunu Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır.... Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alın a bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar;... Maddə
7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan ist ifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir.... Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;... 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir;... Maddə
54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə mər uz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə
55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətini n müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi.... Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 met rədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
30. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normal arının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin, cavabdehin kassasiya şikayətinin dəlilləri isə mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin və iddianın dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya kompensasiyanın ödənilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 38. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə görə, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz.
39. Nəzərə almaq lazımdır ki, iddiaçıya yolun tikintisi altına düşən torpaq sahəsinə görə kompensasiyanın gələcəkdə vəsait ayrıldığı təqdirdə ödənilməsinin öz həllini tapacağı ilə bağlı cavabdehin davranışı yuxarıda istinad olunan normalar baxımından yolverilməzdir. Belə ki, həmin normalara görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənili r.
40. Cavabdeh tərəfindən gələcəkdə vəsaitin ayrılacağı təqdirdə kompensasiyanın ödənilməsi ilə bağlı məsələnin ödəniləcəyi barədə cavabı, xüsusi ilə də iddiaçının torpaq sahəsinin mübahisə predmeti olan hissəsinin artıq yolun tikintisi altına düşdüyünü və həmin vaxtdan kifayət qədər zaman keçdiyini nəzərə aldıqda, iddiaçının tələbinin təmin olunmaması üçün yetərili əsas kimi qiymətləndirilə bilməz. Bundan əlavə, cavabdeh iddiaçıya kompensasiyanın ödənilməsi zamanı vəsait çatışmazlığına istinad etməkdə də haqlı sayıla bilməz. Cavabdeh bununla bağlı yalnız iddiaçının yazılı razılığı olduğu və həmin kompensasiyanın indeksasiya edilməklə ödəniləcəyi təqdirdə qeyd olunan hala istinad edə bilərdi. Digər hallarda belə davranış kompensasiyanın ödənilməsindən yayınma kimi qiymətləndirilməlidir. Ş ikayətin hasarla bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh iddia tələbinə etirazında iddiaçının məhkəməyə təqdim etdiyi dəqiqləşdirmə ərizəsində 4 sot torpaq sahəsinə və sökülmüş hasara görə ümumilikdə 33566 manat kompensasiyanın ödənilməsini tələb etdiyini, ancaq onların bu məbləğlə razı olmadıqlarını bildirmiş, sökülmüş hasar üçün 1566 manat qiymətin real və ağlabatan görünmədiyini qeyd etmişdir. Yəni cavabdeh ilkin məhkəmə baxışında tələbin həmin hissəsinə etiraz etməmiş, bundan başqa məhkəməyə hasarın onun tərəfindən sökülmədiyini təsdiq edən hər hansı mötəbər və ağlabatan sübut təqdim etməmişdir. Həmçinin yolun çəkilməsi faktının və bununla bağlı müvafiq tədbirlərin cavabdehin məsuliyyət sferasına aid olması da cavabdehin həmin dəlilinin əsassız olduğunu təsdiq edir.
41. İddiaçının əmlakın dövlət nəfinə özgəninkiləşdirilməsinin və mülkiyyətçiyə əmlakın dəyərinin ödənilməsinin əvvəlcədən həyata keçirilməsi, yalnız bundan sonra əmlakın dövlət ehtiyacları üçün istifadə oluna biləcəyinin mümkünlüyü ilə bağlı kassasiya şikayətində irəli sürdüyü dəlillərin bu Qərarın 28-31-ci bəndlərində istinad olunan normalar baxımından əsaslı olduğunu qeyd edən məhkəmə kollegiyası, bununla yanaşı onun apelyasiya məhkəməsinin öz üzərinə qiymətləndirici rolunu götürməsi ilə bağlı dəlilinə münasibətdə, iddiaçının qüvvəsində saxlanılmasını arzuladığı birinci instansiya məhkəməsinin qərarının qəbul edilməsi zamanı da kompensasiya məbləğinin müəyyən olunması üçün həmin məhkəmə tərəfindən müvafiq araşdırma və qiymətləndirmə aparıldığını, kompensasiyanın məbləğinin də məhz həmin məhkəmə tərəfindən müəyyən olunduğunu qeyd etməyi zəruri sayır. Nəzərə almaq lazımdır ki, iddiaçının torpaq sahəsinin əsas hissəsi ilə bağlı yuxarıda istinad olunan normalara uyğun olaraq qiymətləndirmə hesabatı hazırlanmış və ona müvafiq kompensasiya ödənilmişdir. İddiaçı həmin hissədə hər hansı mübahisə açmamış və razılaşmışdır. Hazırkı iş üzrə ortada mübahisə predmeti olan 0,03972 ha sahənin hər iki tərəfin qəbul etdiyi kimi yolun tikintisi altına düşməsi fakti var və iddiaçı kompensasiya tələb edərkən məhz həmin fakta əsaslanır və kompensasiya tələb edir. Apelyasiya məhkəməsi həmin sahəyə görə tələb olunan kompensasiyanın həcmini müəyyən etmək məqsədilə hərtərəfli araşdırma apararaq aidiyyəti qurumlara bazar qiymətinin müəyyən olunması üçün müvafiq sorğular göndərmiş və əlaqəli məlumat ları toplamış, eyni zamanda iddiaçının da razılaşdığı əvvəlki qiymətləndirmə hesabatını nəzərə almış, toplanmış məlumatlarla qiymətləndirmə hesabatının müqayisəli təhlili nəticəsində həmin məbləği müəyyən etmişdir. Bu zaman məhkəmə sorğuları torpağın yerləşmə yeri və digər xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmışdır.
42. Digər tərəfdən həm də nəzərə alınmalıdır ki, mübahisə predmeti olan 0,03972 ha torpaq sahəsi cavabdeh tərəfindən faktiki olaraq həmin sahənin əsas hissəsinin iddiaçıdan alındığı dövrdə və həmin məqsədlə istifadə olunmuşdur. Bu işin mübahisə edilməyən halıdır. Həmin dövrdə isə məhz eyni torpaq sahəsinin 0,11 ha hissəsinin qiymətləndirmə hesabatı tərtib olunmuş və həmin hesabata uyğun olaraq iddiaçıya kompensasiya ödənilmişdir. İddiaçı həmin məbləği mübahisələndirməmişdir.
43. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd olunanlar baxımından cavabdeh və iddiaçının kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir. Odur ki, kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdehin kassasiya şikayətləri təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-68/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.