Məhkəmə qərarları › İş №2-1(102)-1179/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1179/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1179/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə Açar söz: iddia tələbinin mümkünsüzlüyü; subyektiv hüquq GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili iştirakı ilə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “ərizələrə cavab verilməməsinin qanun pozuntusu kimi tanınması və pul vəsaitinin tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2782/2019 nömrəli, 03.12.2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 02.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiaçı, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh inzibati orqana 22.05.2019-cu il və 12.06.2019-cu il tarixlərində sifarişli poçt məktubu ilə ərizə göndərmiş, lakin cavabdeh tərəfindən bugünədək iddiaçının həmin məktublarına heç bir cavab verilməmişdir. Konstitusion hüquqlarının pozulduğunu hesab edən iddiaçı, onun 22.05.2019, 12.06.2019-cu il tarixli ərizələrinə qanunla müəyyən edilmiş müddətdə cavabdehin cavab verməməsinin qanun pozuntusu kimi tanınması və 1 manat 14 qəpik pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh idd ia ərizəsinə yazılı etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının müraciəti Sumqayıt Şəhər İcra Hakimiyyətinin müvafiq məktubu ilə bağlı olmuşdur. Həmin müraciətlər Komitənin Sumqayıt Şəhər İcra Hakimiyyətinə 05.07.2019-cu il tarixli **/**-**** nömrəli məktubu ilə cavablandırılmışdır. Eyni zamanda, iddiaçı 22.05.2019-cu il tarixli, 10.06.2019-cu il tarixli və 12.06.2019-cu il tarixli ərizələri də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuşdur. Öz növbəsində bu müraciətlər Komitənin 05.07.2019-cu il tarixli **/**-**** nömrəli və 14.08.2019-cu il tarixli **/**-**** nömrəli məktubları ilə cavablandırılmışdır. Göründüyü kimi iddiaçının müraciətləri Komitə tərəfindən cavablandırılmış və hərəkətlərində heç bir qanun pozuntusu olmamışdır Məhkəmələrin mövq eyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2019-cu il tarixli, 2-1(81)3765/2019 nömrəli qərarına əsasən iddia rədd edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının hər iki ərizəsinə baxılaraq, ona lazımi cavab verilmiş, iddiaçının ərizələri icrasız qalmamışdır. Odur ki, məhkəmə iddiaçının həmin ərizələrə baxılmamasının qanunsuz hesab edilərək, ərizələrin göndərilməsi üçün poçt xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə tələbini əsassız hesab etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2019-cu il tarixli, 2-1(81)3765/2019 nömrəli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.12.2019-cu il tarixli, 2-1(103)-2782/2019 nömrəli qərardadına əsasən, iddiaçının apellyasiya şikayəti təmin e dilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2019-cu il tarixli, 21(81)-3765/2019 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı, ərizəçi X1 hüquqlarının həyata keçirilməsi ilə bağlı onun nümayəndəsi qismində inzibati orqana müraciət etsə də, Iddiaçı hüquqlarının müdafiəsi üçün iddianı öz adından qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.12.2019-cu il tarixli, 2-1(103)-2782/2019 nömrəli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, apellyasiya şikayətindəki dəlillərinə hüqu qi qiymət verməmişdir. Kassator, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 1.1, 10.1, 10.4-cü, Mülki Prosessual Məcəllənin 9.3-cü, İnzibati Prosessual Məcəllənin 12.1, 14.3, 58.7, 68.2, 69.3, 82, 87.7, 90, 91, 96.5, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.12.2019-cu il tarixli, 2-1(103)-2782/2019 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat veri lməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Ali Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.12.2019-cu il tarixli, 2-1(103)-2782/2019 nömrəli q ərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsə ləni həll edə bilər. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, hazırkı işdə iddiaçı özünün hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə yox, Iddiaçı hüquqlarının müdafiəsi məqsədilə ilk olaraq cavabdehə, sonra isə məhkəməyə mürac iət etmişdir. Bununla bağlı qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun əsas anlayışlarının əks olunduğu 2-ci maddəsinin 3-cü bəndinə görə maraqlı şəxs dedikdə inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin maddənin 4-cü bə ndinə əsasən isə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 71.2-ci maddəsinə əsasən, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Göstərilən normaların məzmunundan görünür ki, maraqlı şəxslər öz hüquq və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə şikayət vermək hüququna malikdirlər. Bunu nla bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər. Hazırkı halda iddiaçı ərizəçi X1 hüquqlarının həyata keçirilməsi ilə bağlı onun nümayəndəsi qismində inzibati orqana müraciət etsə də, Iddiaçı hüquqlarının müdafiəsi üçün iddianı öz adından qaldırmış və ümumiyyətlə Iddiaçı nümayəndəsi olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı, kassasiya şikayətinin dəlillərində apellyasiya instansiya məhkəməsinin işi araşdırmadığını, iddiaçının dəlillərinə münasibət bildirmədiyini qeyd etsə də, məhkəmə kollegiyası iddiaçının bu dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İ nzibati-Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilən prosessual hüquq normalarının tələbləri baxımından Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəm əsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.12.2019- cu il tarixli, 2-1(103)-2782/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar