Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1179/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünlüyü, mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti, iddia verilməsi müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, üçüncü şəxs X1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cav abdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X3, X4 və X5 üçüncü şəxslər olmaqla) “özəlləşdirmənin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1133/2021 nömrəli, 05 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bxxxxndə yerləşən 137 nömrəli, 9 mərtəbəli binanın 5-ci mərtəbəsində 79.97 kv.metr ümumi, 49.07 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 23 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İŞ ÜZRƏ QƏBUL ED İLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 79.97 kv.metr ümumi sahəsi olmaqla, 49.07 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 23 nömrəli mənzilin X1 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bxxxxndə istifadədə olan 0.1347 ha. torpaq sahəsində yerləşən 137 nömrəli, 9 mərtəbəli binanın 5-ci mərtəbəsində 79.97 kv.metr ümumi, 49.07 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 23 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 23.01.2008-ci il tarixdə ********** nömrəsi ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilməsi və bu qeydiyyatı təsdiq edən çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2939/2020 saylı, 18 iyun 2020-ci il tarixli qərardadı ilə X3, 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə X4 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
5. İddiaçı ərizəsində bildirmişdir ki, üçüncü şəxs X3 ilə 24 sentyabr 1983-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, hə min nikah Bakı şəhəri Səadət sarayında 3655 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin birgə nikahdan doğulmuş uşaqları yetkinlik yaşına çatmışlar. Birgə nikahda olduqları dövrdə ünvan 1 ünvanında yerləşən mənzil order əsasında əvəzsiz olaraq ona və ailə üzvlərinə verilmişdir. Bundan sonra da birgə nikah dövründə X3 19.12.2007-ci il tarixində qeydiyyat orqanına ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 79.97 kv.metr ümumi, 49.07 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 23 nömrəli mənzili adına özəlləşdirmiş, qeyd olunan mənzilə tam mülkiyyət hüququ əldə etmişdir. Həmin daşınmaz əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestri haqqında 631 nömrəli reyestr kitabının, 57918 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd olunan mənz il cavabdeh tərəfindən özəlləşdirilən zaman qanunvericiliyin tələblərinə zidd olaraq X1 ailə üzvlərinin mənzilin özəlləşdirilməsinə razılıq ərizələrinin olmaması nəzərə alınmamışdır. Buna baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə verilmiş ərizədə ailə üzvlərinin özəlləşdirmə ilə bağlı razılıq ərizələrinə adına mənzil özəlləşdirilən X1 özünün məsuliyyət daşıması qeyd olunmuşdur. Həmin mənzil özəlləşdirilən zaman iddiaçının ailə üzvlərinin heç birinin razılığı alınmamış, eləcə də, ailə üzvlərinin mənzilin özəlləşdirilməsinə razılığını ifadə edən ərizələri də, qeyd olunan idarəyə təqdim olunmamışdır. Sadalanan hallar Nəsimi Rayon Məhkəməsində nikahın pozulması və əmlakın bölünməsi barədə 16 yanvar 2020-ci il tarixində keçirilmiş məhkəmə iclası zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş müvafiq sənədlərin əsilləri ilə tanış olarkən iddiaçıya məlum olmuşdur. İddiaçı yuxarıda qeyd edilənlərlə bağlı olaraq hesab edir ki, onun qanunvericilikdə təsbit edilmiş hüquqları pozulmuşdur.
6. Üçüncü şəxs X3 iddia ərizəsinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2939/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim: M.C.Qarayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bxxxxndə istifadədə olan 0.1347 ha. torpaq sahəsində yerləşən 137 nömrəli, 9 mərtəbəli binanın 5-ci mərtəbəsində 79.97 kv.met r ümumi, 49.07 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 23 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 23.01.2008-ci il tarixdə ********** nömrəsi ilə aparılmış qeydiyyatı qanunsuz hesab edilmiş və bu qeydiyyatı təsdiq edən çıxarış ləğv olunmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqanın əmlakın sözügedən mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin iştirakı və məlumatı olmadan üçüncü şəxsin adına sənədləşdirilməsi ilə nəticələnmiş hərəkətsizliyi birbaşa olaraq onların hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğuna görə həmin hərəkətsizliyin qanuniliyini mübahisələndirmək iddiaçının hüququdur və bu hüququn məhdudlaşdırılması inzibati prosessual qanunvericiliyin tələblərinə zidd hesab olunur.
9. Üçüncü şəx s X3 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1133/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: N.Ş.Cəfərov və E.C.Kazımov) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2939/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
11. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün qanunla müəyyən edilmiş iddia vermək müddətini ötürmüşdür. Bu səbəbdən də iddia mümkün sayıla bilməz.
12. İddiaçı apelyasiy a instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğu qeyd edilir. İddiaçı bildirir ki, onun özəlləşmədən məlumatı olmamış, qarşılıqlı iddia verilən zaman məhkəmənin sorğusu əsasında sənədlər tədqiq edildikdən sonra bu hal müəyyənləşmiş və hüququnun pozulmasını bilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: 15. 14 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişlər.
16. Həmin tarixdə məhkəmə prosesində iştirak edən üçüncü şəxs X1 vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qa nunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Mə cəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Mad də 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları pozulmamışdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İddiaçı, üç üncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində 23.01.2008-ci il tarixdə ********** nömrəsi ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilməsi və bu qeydiyyatı təsdiq edən çıxarışın ləğv edilməsinə dair iddia qaldırmışdır. Odur ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır.
22. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür.
23. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümk ünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
24. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüqu q sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
25. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.
26. Apelyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 2008-ci ilin yanvar ayında baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüqu q institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur.
27. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, Nəsimi Rayon Məhkəməsində cavabdehlə aralarında olan nikahın pozulması və əmlakın bölünməsi barədə 16 yanvar 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş müvafiq sənədlərin əsilləri ilə tanış olarkən məlumatlı olmuşdur. Müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 1 0 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna i stinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçının yaşadığı mənzilin hüquqi rejimi ilə 12 il müddətində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının mənzilə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatının olmaması barədə nəticəyə gəlmək çətindir. Çünki iddiaçının mənzildən istifadə üçün məzmununa etimad göstərdiyi (və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya və ya ictimai maraqlara ziyan vurmadığı) hər hansı inzibati akt və ya digər hüquqi əsas yoxdur. Yalnız bu cür əsas olduğu halda qəbul etmək olardı ki, iddiaçı həmin etimada əsaslanmaqla mənzilin sonrakı hüquqi rejimini araşdırmamışdır.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın müddət ötürülməklə verildiyindən mümkünsüzlüyü barədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. 29.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1133/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.