Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1179/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illər sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-404/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına verilən göndərişə əsasən, xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu 2-ci qrup müddətsiz əlildir, doğulandan xəstədir, uşaqlıqdan psixofiziki inkişafdan geri qalıb, hərbidən kəmağıllılığa görə azad olunub, son illər vəziyyəti daha da pis ləşib və dəfələrlə intihara cəhdlər etmişdir. Xəstəyə əsas diaqnoz kimi qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kəskin nəzərə çarpan imbesillik kobud davranış pozuntuları və psixotik daxil olmalarla anamnezində intihar cəhdləri qoyulmuşdur. Xəstənin kənar şəxslərin köməyinə və nəzarətinə daimi ehtiyacı var.
2. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilən məlumata əsasən, xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu ümumi xəstəlik səbəbindən müddətsiz əlildir.
3. Xətai rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin arayışına əsasən, iddiaçı Xətai rayonu, Babək prospekti, ev 92, mənzil 36-da yaşayan, birinci qrup əlil olan, xx.xx.1990-cı il tarixdə anadan olmuş və dərin əqli zəifliyi, qulluq və müa licə tələb edən ciddi davranış pozuntusu olan oğlu Ağalarov Xətai Ehtibar oğluna doğulduğu gündən bu günə kimi qulluq etmişdir.
4. Bakı şəhəri Baş Səhiyyə idarəsi 2 saylı X2 tərəfindən verilmiş “Xəstənin tibbi kartası”ndan çıxarışa əsasən, xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlunun xəstəliyi “anadangəlmə orta debillik dərəcəsində ağıl zəifliyi, kobud davranış pozuntuları ilə. Psixotik epizodlar və intihar cəhdləri ilə” müşahidə olunur.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məktubuna əlavə edilmiş tibbi-sosial ekspertiza sənədlərindən görünür ki, xx.xx.2019-cu il tarixdə Ağalarov Xətai Ehtibar oğlunun qiymətləndirmə məlumatlarına əsasən, anadangəlmə V sinif - Psixi pozğu nluqlar və davranış pozğunluqları ilə müşahidə olunan, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu olan, ağır dərəcədə ifadə olunmuş kəmağıllılıq, kəskin nəzərə çarpan imbesillik dərəcəsində kobud davranış pozuntuları diaqnozu ilə 1-ci qrup əlildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1979-cu ildən kolxozda başlamış, xx.xx.1989-cu il tarixindən xx.xx.19 89-cu il tarixinə qədər Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Bakı Saxsı Qablar Zavodunda, xx.xx.1990cı ildən xx.xx.1994-cü il tarixinə qədər Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyinin 4 N-li Tresti 47 saylı tikinti idarəsində, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinə qədər “Azneft” İB X4 İdarəsində, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinə qədər Abşeron Xüsusi Texnika sexində, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Qaz ixrac” İdarəsində, ümumilikdə 13 il 6 ay müddətində əmək fəaliyyəti göstərmişdir. 1979-1984-cü illər ərzində Azərbaycan SSR Ağsu rayonu ərazisində yerləşən Özbəkistan kolxozuna üzv olmaqla kolxozçu vəzifəsində işləmiş və bu illər ərzində mütəmadi əmək haqqı almışdır.
8. İddiaçı kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normaları nəzərə alaraq hesab edir ki, 1979-1984-cü illərdə əmək fəaliyyəti 495 nömrəli “Kolxozçunun Əmək kitabçası” ilə öz təsdiqini tapdığından sözügedən dövr ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Həmçinin bildirir ki, oğlu xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli TSEK müayinəsinə dair verdiyi arayışdan da g öründüyü kimi, ağır dərəcədə ifadə olunmuş kəmağıllılıq, kəskin nəzərə çarpan imbesillik dərəcəsində kobud davranış pozuntuları diaqnozu ilə 1-ci qrup əlildir. O, yaşa görə pensiyanın təyin edilməsinə dair iddia ərizəsini geri götürərək cavabdehə yenidən müraciət etmiş, lakin cavabdehin 02 aprel 2021-ci il tarixli məktubu ilə müraciətdən imtina edilərək xx.xx.1992-ci il tarixində tərtib olunmuş əmək kitabçasına əsasən sığorta stajının 23 il 5 ay olmaqla qanunla müəyyən edilmiş 25 il müddətindən az olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16.964,74 (on altı min doqquz yüz altmış dörd manat yetmiş dörd qəpik) olmaqla qanunla tələb olunan məbləğdən az olması qeyd edilmişdir. O, hesab edir ki, səkkiz ildən də çox bir müddətdə sağlamlıq imkanları məhdud uşağın t ərbiyəsi ilə məşğul olduğundan, 22 il sosial sığorta stajının nəzərə alınmaqla yaşa görə əmək pensiyası almaq üçün yaş həddi 5 il azaldılmalıdır. Cavabdehin etirazları:
9. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq, tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. xx.xx.1980-cı ildə tərtib olunmuş 495 nömrəli kolxozçunun əmək kitabçasına əsasən minimum adam günü norması 1979-cu il tarixindən 1984-cü il tarixinədək 180 gün müəyyən edilmişdir. İddiaçı 1979-cu ildən 1984-cü ilədək işlədiyi dövrdə kolxozda müəyyən olunmuş minimum adam günü normasını yerinə yetirməmişdir. Beləliklə, iddiaçının kolxozda işlədiyi müddətdə 2 il 9 ay (83+24+116+143+13 3 = 499/180 x 12 = 33 aydan artıq (33,26)) ümumi iş stajı vardır. Həmin əmək kitabçasına əsasən iddiaçının xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək və xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək əmək fəaliyyəti 4 ay 12 gün təşkil edir.
10. İddiaçının təqdim etdiyi xx.xx.2019-cu ildə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə və xx.xx.2021-ci il tarixli qulluq aktına əsasən: xx.xx.1990xx.xx.1994-cü illər üzrə əmək fəaliyyəti dövrü 4 il 1 gün; xx.xx.2001-xx.xx.2008-ci illər üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü 7 il 5 ay 18 gün; xx.xx.2008-xx.xx.2014; xx.xx.2014-xx.xx.2016 və xx.xx.2018-xx.xx.2018-ci illər üzrə əmək fəaliyyəti dövrü 6 il 11 ay 27 gün; xx.xx.2019-xx.xx.2021-ci illər üzrə İ qrup əlillə qulluq dövrü 2 il 6 ay 24 gün təşkil edir. Qeyd olunan ları nəzərə alaraq iddiaçının sığorta stajı 24 il 1 ay 22 gün təşkil edir. Əlavə olaraq bildirilir ki, iddiaçının xx.xx.2006cı il tarixinədək 11 il 9 ay 18 gün ümumi iş stajına əsasən pensiya kapitalı 8.525,73 manatdır. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2019-cu il tarixə indeksləşdirilməklə).
11. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 14.726,10 manat sığorta kapitalı qeydə alınmışdır. İddiaçının təqdim etdiyi 2 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının 92 nömrəli xx.xx.2001-ci il müayinə aktına əsasən, iddiaçının oğlu Ağalarov Xətai Ehtibar oğlunun s ağlamlıq imkanlarının məhdudluğu xx.xx.2001-ci il tarixdən müəyyən edildiyi üçün xx.xx.2021-ci il tarixli qulluq aktında qulluq dövrünün başlanğıcı həmin tarixdən qeyd edilmişdir. X1 Sisteminin Əlillik altsisteminə əsasən Ağalarov Xətai Ehtibar oğluna xx.xx.2019-cu il tarixindən birinci dərəcəli əlillik təyin edilmişdir. Bu səbəbdən iddiaçının birinci dərəcəli əlilə qulluq dövrü həmin tarixdən nəzərə alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(112)-911/2022 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilərək, iddiaçıya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi cavabdehə həvalə edilmişdir.
13. Məhkəmə hesab etmi şdir ki, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə iddiaçının müraciətinin təmin edilməməsi ilə bağlı hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmamış, cavabdeh iddiaçının uşaqlıqdan sağlamlıq imkanları məhdud olan uşağına baxması, iddiaçıdan başqa həmin şəxsə baxan şəxsin olmaması kimi halları nəzərə almamış və iddianın müraciətini formal əsaslarla təmin etməmişdir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-404/2023 nömrəli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məru zəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, əmək pensiyası təyini tarixi iddiaçının 56,5 yaşı tamam olan tarixdən, xx.xx.2019-cu ildən qeyd edilməklə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi yaşa görə əmək pensiyası hüququnun yaranma tarixini dəqiqləşdirməmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası araşdırma apararaq qeyd edir ki, hüququn yaranması tarixi mübahisələndirilməsə də, məhkəmə qərarında dəqiqləşdirilmə aparılmalı iddiaçıya yaşa görə əmək pensiyası xx.xx.2019-cu il tarixdən, 56,5 yaşdan təyin edilməlidir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddi anın təmin edilməməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə düzgün araşdırma və əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti.
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sü butlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu günd ən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklif ləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir. 28. “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddənin məzmunundan da göründüyü kimi, həmin norma Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində tətbiq oluna bilər. Beləliklə, 8.2-ci maddənin tətbiqi üçün iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.
29. İddiaçın ın pensiya yaşına çatdığı vaxtda qüvvədə olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə).
30. Həmin Qaydaların 3.9-cu bəndinə əs asən, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının sağlamlıq imkanı məhdud övladına baxması müddətinin xx.xx.2001ci ildən xx.xx.2008-ci il tarixə kimi, həmçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövrlərini onun stajına aid etmişdir. Bunu onunla əsaslandırır ki, iddiaçının oğlu Ağalarov Xətai Eh tibar oğlunun sağlamlıq imkanının məhdudluğu ilə bağlı müvafiq inzibati orqanın müayinə aktı xx.xx.2001-ci ilə aiddir. Bundan başqa, X1 sisteminin Əlillik altsisteminə əsasən Ağalarov Xətai Ehtibar oğluna xx.xx.2019-cu il tarixindən 1-ci dərəcəli əlillik verilmişdir. Lakin cavabdeh inzibati orqanın sübut qismində nəzərə aldığı 2 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 92 saylı xx.xx.2001-ci il tarixli müayinə aktı xx.xx.2001-ci il tarixə aid olsa da, həmin müayinə aktının məzmunundan aydın olur ki, bu müayinə təkrar müayinə olmuş və TSEK-in diaqnozu kimi doğum travması nəticəsində MBD sindromu qeyd edilmişdir. Həmçinin, işin araşdırılmış hallarından da göründüyü kimi, xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu uşaqlıqdan psixofiziki inkişafdan geri qalmışdır, hərbidən kəmağıllığa görə azad olunmuşdur, xəstəliyi qulluq və müalicə tələb edən ciddi davranış pozuntusudur, bir neçə dəfə Bakı 2 nömrəli Klinik Psixiatriya xəstəxanasında yatmışdır, həmin övladına körpə vaxtından iddiaçı baxmışdır ki, bunun əksini təsdiq edən – yəni qulluğa ehtiyacı olan həmin şəxsə başqa bir şəxsin baxmasını təsdiq edə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, belə sübutlar barədə məlumat verilməmişdir. Belə olan halda, iddiaçının sağlamlıq imkanı məhdud övladına baxması müddətinin xx.xx.2001-ci il tarixdən hesablanması barədə cavabdeh inzibati orqanın mövqeyi əsassızdır.
32. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, cavabdeh inzibati orqan xx.xx.2001-ci ildən xx.xx.2008-ci il tarixə kimi hesablasa da, Məhkəmə kollegiyası hesab edir ki, iddi açının əmək fəaliyyət dövrü istisna olmaqla xx.xx.1994cü ildən xx.xx.2001-ci ilədək olan dövr də doğuşdan xəstə olan sağlamlıq imkanı məhdud övladına qulluq müddəti kimi onun ümumi stajına daxil edilməlidir. Belə olan halda iddiaçının tələb olunan 25 illik stajı tamamlanır.
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı hesab etmir. 34. “Əlillərin sosial müdafiəsi haqqında” (11 aprel 1997-ci ildən - “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında”; 13 iyun 2008-ci ildən “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”) Qanunun (2018-ci il 31 may tarixli, 1153-VQ №-li Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir.
35. Həmin Qanunun 3-cü maddəsinə əsasən, tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçiri lir...
36. Həmin Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbisosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir.
37. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi 2 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 92 saylı xx.xx.2001-ci il tarixli müayinə aktındakı “təkrar” qeydi, əvvəla, özü-özlüyündə, digər sübutlar olmadan iddiaçının övladının əvvəllər də müayinəyə cəlb edildiyini və onun sağlamlıq imkanları məhdud (əlil) uşaq hesab edildiyini qeyd-şərtsiz təsdiq etmir. Başqa sözlə, həmin qeyd nəzərə alınmaqla iddiaçının övladının əvvəllər də müayinəyə cəlb edildiyini yalnız ehtimal etmək olar.
38. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi müayinə aktındakı “təkrar” qeydindən çıxış edərək, iddiaçının övladının 2001-ci ildən əvvəl də TSEK-də müayinəyə cəlb edildiyi qəbul olunsa belə, əvvəlki müayinənin məhz 1994cü ildə keçirildiyini və uşağın sağlamlıq imkanlarının məhdudluğunun (əlilliyinin) həmin ildən müəyyən edildiyini təsdiq edən sübut işdə yoxdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının sığorta stajına aid etdiyi “sağlamlıq imkanları məhdud uşağa qulluq müddəti”nin başlanğıcını, - cavabdehin dəlillərinin əksinə olaraq, - 1994-cü il hesab edirsə, bu halda, məhkəmə işin hallarının araşdırılması prinsipinin tələblərinə uyğun da vranmalı, proses iştirakçılarının təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalı, gəldiyi nəticəni şübhələrdən azad, məhkəmə iclasında tam və hərtərəfli araşdırılmış sübutlara istinadla əsaslandırmalıdır. Hazırkı işdə bu, “sağlamlıq imkanları məhdud uşağa qulluq müddəti”nin başlanğıcının 1994-cü ilə təsadüf etdiyinə münasibətdə baş verməmişdir.
39. Beləliklə, İPM-in 12.1, 12.2, 58.7 və 82 maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.
40. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
41. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-404/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin edilmir. Qərar qətidir.