Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1179/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi hakim), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüq uqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-3792/2023 nömrəli 06 dekabr 2023-cü il tarixli qərarından cavabdehin kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması haqqında 18 may 2022-ci il tarixli **********6 nömrəli qərarın ləğv edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsi tətbiq edilməməklə, 37.3.1-ci ma ddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6099/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-3792/2023 nömrəli 06 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), R.Səmədov və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmı şdır.
5. Apellyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh əvvəlcə kassasiya şikayəti vermiş, işin kassasiya icraatı zamanı isə ərizə təqdim edərək, kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 7. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna mali kdir.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər; Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmalı, iş üzrə kassasiya icraatına xitam verilməlidir.
10. Belə ki, hazırkı şikayətin geri götürülməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
11. Məhkəmə kollegiyası izah edir ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət ver mə imkanını istisna edir.
12. Göstərilənlərə əsasən və İPM-in 96 və 97-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-3792/2023 nömrəli 06 dekabr 2023-cü il tarixli qərarından cavabdehin kassasiya şikayəti üzrə icraata xitam verilsin.