Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-118/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı MMC-nin Cavabdeh3nə qarşı iş üzrə QƏRAR Açar sözlər: Ağ şəhər ərazisində olmuş qeyri-yaşayış sahəsinə kompensasiya ödənilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X9, vəkili Vəkil1, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vəkili X10 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) Cavabdeh3nə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dö vlət Komitəsi və Maliyyə Nazirliyi) “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1512/2019 saylı, 30 avqust 2019-cu il tarixli qərarından iddiaçı və üçüncü şəxs Maliyyə Nazirliyinin verdiyi kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 21 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1154/2005 saylı, 20 iyun 2005-ci il tarixli qətnaməsi ilə iddiaçılar X9, X24, X8, X4, X11, X12, X25 və X3 “Bakmetal” kiçik dövlət istehsalat kommersiya müəssisəsinin təsisçiləri hesab edilməsi, “Bakmetal” kiçik dövlət istehsalat kommersiya müəssisəsinin hüquqi ünvanının Bakı şəhəri Nobel (keçmiş Fəhlə) prospekti 14 hesab edilm əsi və “Bakmetal” kiçik dövlət istehsalat kommersiya müəssisəsinin həmin şəxslərin təsisçiliyi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Apellyasiya Məhkəməsinin 1MK-5650/05 saylı, 20 iyun 2005-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinə ünvanlanmış 21 noyabr 2013-cü il tarixli, **********7 saylı kompensasiyanın ayrılması barədə məktubda göstərilmişdir ki, Komitə tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi, Nobel prospekti, Y.Səfərov k üçəsi və Xəzər dənizi arasındakı məhəllələri əhatə edən ərazidə salınacaq yeni dənizkənarı bulvar və avtomobil yolu layihələrinin altına düşən dövlət və xüsusi mülkiyyətdə olan müəssisə və obyektlərin köçürülməsi işi həyata keçirilir. İlkin olaraq köçürülən özəl obyektlərin mülkiyyətçilərinə mövcud qanunvericiliyə uyğun şəkildə mülkiyyətçilərə hesablanılmış 35.869.512 (otuz beş milyon səkkiz yüz altmış doqquz min beş yüz on iki) manat kompensasiyanın ödənilməsi üçün maliyyə vəsaitinin ayrılması məqsədi ilə aidiyyəti üzrə tapşırıq verilməsi xahiş edilmişdir. Cavabdehin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış 25 dekabr 2014-cü il tarixli məktubunda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən daxil olmuş 17 dekabr 2014-cü il tarixli məktuba istinadən göstərilm işdir ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq Bakı Beynəlxalq X21 prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsi işinin müvafiq tapşırıq əsasında həyata keçirildiyi, söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı ilkin hesablamaların aparıldığı və ərazinin kadastr xəritəsinin hazırlandığı bildirilir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmış hesablamalara əsasən mülkiyyətçilərə kompensasiya ödənilməsi üçün 31 mily on manatdan artıq vəsait tələb olunur. Həmin ərazidə sökülmüş 25 subyekt mülkiyyətçilərinə indiyədək kompensasiya ödənilməməsi onların müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətləri ilə nəticələnmişdir. Obyektlərin mülkiyyətçilərinə kompensasiya ödənilməsinə tələb olunan vəsait haqqında həmin məlumatları təqdim edilərək baxılması və məsələnin həllinə köməklik edilməsi xahiş olunmuşdur. Cavabdehin Azərbaycan Respublikası Baş Nazirinin müavininə ünvanladığı 24.04.2015-ci il tarixli məktubunda söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən sökülmüş obyektlərin ilkin sənədləri götürülərək mülkiyyətçilərə kompensasiya verilməsi üçün aidiyyəti üzrə 25.12.2014-cü il tarixli məktubla Maliyyə Nazirliyinə göndərildiyi bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdehə ünvanladığı 17 dekabr 2014-cü il tarixli məktubunda söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə kompensasiya ödənilməsi ilə bağlı ilkin hesablamaların siyahısı və ərizənin kadastr xəritəsi təqdim edilmiş, həmin siyahının (12-ci sırada) hazırki iş üzrə iddiaçının Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 14 ünvanında sahəsi 6.240,3 kv.m-dən ibarət, reyestr çıxarışı və şəhadətnamə üzrə tikilisinin olması göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X1 İddiaçı zavodunun istifadəsində olan torpaq sahəsinin kadastr planından çıxarışına əsasən torpaq sahəsi üzərində mövcud olan 6240.3 kv.m tikili sahəsi sökülmüşdür. C avabdehin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı 8 iyun 2015-ci il tarixli məktubdan göründüyü kimi Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab A.Şərifovun 6 may 2015-ci il tarixli dərkənarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 30 aprel 2015-ci il tarixli məktubu birgə baxılıb həll olunması üçün Maliyyə Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Xətai rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli 149 saylı sərəncamı ilə təsdiq edilmiş 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Bakı Beynəlxalq X21 prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bu lvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin məktubuna əsasən müvafiq tapşırığa uyğun həyata keçirildiyi, söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı ilkin hesablamaların aparıldığı və ərazinin kadastr xəritəsinin hazırlandığı bildirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmış hesablamalara əsasən mülkiyyətçilərə kompensasiya ödənilməsi üçün 31 milyon manatdan artıq vəsait tələb olunur. İddiaçının direktorunun cavabdehə ünvanladığı 27.08.2016-cı il tarixli məktubundan göründüyü kimi Bakı şəhəri Nobel prospekti 14 ünvanında yerləşən və iddiaçının mülkiyyətində olan X21 prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi ol an ərazidə salınmış yeni bulvar və avtomobil yoluna düşmüş 6240.3 kv.m. tikilinin sökülməsi nəticəsində həmin əmlakın dəyərinin bir kv.m. üçün 1000 manatdan (ABŞ dollarının kursunun 1 manat= 0.78 qəpik kursu nəzərə almaqla) ödənilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Cavabdehin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə ünvanladığı 3 dekabr 2015-ci il tarixli məktubda qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin razılığı və Xətai Rayon İcra Hakimiyyətinin 27.11.2015-ci il tarixli məktubuna əsasən “Ağ şəhər” layihəsi çərçivəsində Bakı şəhəri, Xətai rayonu Xəqani Rüstəmov küçəsinin əhatəsində qeyri-yaşayış sahələrinin köçürülməsi məqsədi üçün 7458092,00 manat vəsaitin açılmasına köməklik edilməsi xahiş edilmişdir. Cavabdeh tərəf indən birinci instansiya məhkəməsinə təqdim olunmuş 8 dekabr 2015-ci il tarixli “Razılaşma aktı”ndan görünür ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Bakı Beynəlxalq X21 prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsi ilə əlaqədar olaraq Nobel prospekti 12 ünvanında yerləşən “Atropatena” tikinti istehsalat firmasına məxsus 12x20 ölçüdə tikilmiş ambarın sökülməsi ilə bağlı 96000.00 manat ödənilmişdir. İddiaçı 31 mart 2016-cı il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıya bazar qiymətinə uyğun olaraq hesablanmış 6.240.300 manat məblə ğində kompensasiya, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyinə uyğun olaraq hesablanmış 6.240.300 manat məbləğində bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq, 01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 6.240.300 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 624.000 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlər (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 6.240.300 manat məbləğində pul vəsaitinin 33 faizi məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ərazisi ndə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və mülkiyyətində qeyri-yaşayış sahəsi olmuşdur. Özünü Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmisi kimi təqdim edən şəxsə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin və avadanlıqların siyahısı və hüquqmüəyyənedici sənədləri həmin şəxsə təqdim edildi. Həmin sahə dənizkənarı bulvarın sahəsinin Zığ istiqamətində genişləndirilməsinin icrası ilə əlaqədar sökülmüşdür. Söküntü işləri iddiaçıya heç bir rəsmi xəbərdarlıq edilmədən, 2013-cü ilin iyul-sentyabr aylarında aparılmışdır. Hazırda həmin söküntüdən sonra iddiaçı fəaliyyətini tamamilə dayandırmışdır. Nəticədə bir tərəfdən ona maddi ziyan dəyməkdə davam edir, digər tərəfdən isə vergi ödəyicisi olduğundan, büdcəyə də ziyan dəyir. Belə ki, söküntü işlərinə Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq vəzifəli şəxsləri rəhbərlik edirdi. Beləliklə, həmin şəxslər istədiklərinə tam nail oldu, yəni söküntü işləri başa çatdırıldı. Hər şey də bundan sonra başlandı. Belə ki, həmin tarixdən sonra demək olar ki, hər gün həmin şəxslərlə əlaqə saxlanılmış, onlar, isə hər dəfə müxtəlif bəhanələr gətirərək, vədlər verərək iddiaçını aldatmış, nəticədə 2 ildən artıqdır ki, ona ödənilməli olan kompensasiyanın ödənilməsi qanunsuz olaraq təmin edilmir. Həmin ərazidə 23-dən artıq sahibkarlıq subyekti ilə yanaşı, 30-a yaxın mənzil mülkiyyətçiləri də var idi. Həmin mənzil mülkiyyətçilərinə həmin vaxt hər kv.m-ə 1500 manatdan olmaqla kompensasiya ödənildi. İddiaçıya isə hər kv.m-ə 1000 manat+20% olmaqla kompensasiya ödəniləcəyi bildirilirdi. Göründüyü kimi, bir tərəfdən mənzil mülkiyyətçilərinə elə h əmin vaxt, özü də 1500 manatdan olmaqla kompensasiya ödənilmiş, digər tərəfdən isə iddiaçıya hər kv.m-ə daha az kompensasiya ödəniləcəyi bildirilmiş, həmin məbləğin isə bu günə qədər ödənilməsi təmin edilməmişdir. Başqa sözlə, mənzil mülkiyyətçiləri ilə iddiaçı arasında ayrı-seçkilik qoyulur. Halbuki, həmin sahibkarlıq subyektlərində 1000-dən artıq işçilər çalışırdı və ailəsini dolandırırdı. Bu gün onların da əksəriyyəti işsiz qalmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X13, 2-1(82)-1606/16 saylı iş) 12 may 2016-cı il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya məxsus olan ünvanında yerləşən 6240.3 kv.m qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin hər bir kvadrat metri 800 manatdan hesablanmaqla, cəmi 4.992.240 ma nat kompensasiyanın iddiaçıya ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X17məruzəçi, X5 və X6, 2-1(103)-2013/2016 saylı iş) 1 dekabr 2016-cı il tarixli qərarı ilə iddiaçı, cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2-məruzəçi, Dadaşov İlqar Ağababaş oğlu və X15, 2-1(102)-2/2019 saylı iş) 13 fevral 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kolleg iyasının 1 dekabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X16məruzəçi, X18 və X14, 2-1(103)-1512/2019 saylı iş) 28 avqust 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, cavabdehin və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayətləri qismən təmin olunaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2016-cı il tarixli qərarı qismən ləğv olunmuş, iddiaçıya məxsus ünvanda yerləşən 6240,3 kv.m qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin hər bir kvadrat metri 300 manatdan hesablamaqla, cəmi 1.872.090 manat kompensasiyanın iddiaçıya ödə nilməsi qərara alınmış, iddia tələbi qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, işdə olan iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 01. 01.2006-cı il tarixə olan təsdiqlənmiş müəssisə balansından görünür ki, əsas vəsaitlərin dəyəri 130.223,20 manat təşkil edir. Həmçinin iddiaçıya kompensasiya məbləği müəyyən edilərkən Maliyyə Nazirliyinin rəyi alınmamışdır. Üçüncü şəxs Maliyyə Nazirliyi kassasiya şikayətində qeyd olunan obyektə yaxın ərazidə yerləşən mülkiyyətçilərə (mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasımda) məxsus qeyri-yaşayış sahələri üçün 1 kv.metr sahə 200-400 manat arasında qiymətləndirildiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, belə xxxxə gəlir ki, ədalətli kompensasiyanın məbləğ i 300 manat məqsədəmüvafiq hesab edilməlidir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının28 avqust 2019-cu il tarixli qərarının qismən-iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Maliyyə Nazirliyikassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının28 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətlərinin dəlilləri: İddiaçının kassasiya şikayətinin əsaslarına görə apellyasiya instansiya məhkəməsinin iddianın “qeyri-yaşayış sa həsinin bazar qiyməti hər bir kvadrat metrinin 300 manatdan hesablanması” hissəsində nəticəsi əsassızdır, yəni həmin məbləğ reallığa və işin həqiqi hallarına uyğun deyildir, həmçinin iddianın qalan hissəsinə heç bir münasibət bildirməməsi qanunsuzdur. Apellyasiya instansiyası məhkəməsinin kompensasiyanın ən azı 1000 manatdan ödənilməli olması barədə işdə olan saysız-hesabsız sübutlara istinad etməyərək, yalnız Maliyyə Nazirliyinin apellyasiya şikayətində qeyd olunan obyektə yaxın ərazilərdə yerləşən mülkiyyətçilərə (mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında) məxsus qeyriyaşayış sahələri üçün 1 kv.m sahəyə 200-400 manat arasında qiymətləndirildiyinin göstərilməsinə istinad edərək və bunu əsas kimi qəbul edərək gəldiyi nəticə həmin qərarın qərəzli olmasını bir daha təsdiq edir. Halbuk i, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəyə gəlməsi üçün iş materiallarında heç bir sübut yoxdur və yuxarıda qeyd edildiyi kimi, kompensasiya ödənilmiş 10 kiçik sahibkarlıq subyektindən 400 manatdan kompensasiya ödənilmiş 2 sahibkarlıq subyektinin nəinki mülkiyyət, ümumiyyətlə heç bir hüquqmüəyyənedici sənədi olmamışdır. İşdə olan “xxxx” MMC-nin 18.01.2016-cı il tarixli ekspert rəyindən görünür ki, “Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 14 ünvanında ümumi sahəsi 6240,3 kv.m olan əmlak kompleksi kimi müəssisənin 2013-cü ilin avqust ayı üçün hesablanmış bazar qiyməti 8.986.000 manat təşkil edir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən də hesablanmış kompensasiyanın məbləği 1 kv.m üçün 1.000 manat müəyyən edilmişdir. Mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında qeyd o lunan obyektə yaxın ərazilərdə yerləşən heç bir mülkiyyətçiyə 1 kv.m sahəyə görə 200-400 manat arasında kompensasiya verilməmişdir. Bu barədə iş materiallarında da heç bir sübut yoxdur. Çünki belə bir hal olmamışdır. Əks halda Maliyyə Nazirliyi tərəfindən müvafiq sübut təqdim edilərdi. Müvafiq orqanların və məhkəmələrin prosesin süni surətdə 6 ildən artıq uzatması, bu müddətdə manatın 2 dəfə devalvasiyaya uğraması, bunun da nəticəsində tələb olunan kompensasiya məbləğinin 2 dəfədən artıq dəyərini itirməsi və bu prosesin davam etməsi səbəbindən iddiaçıya külli miqdarda maddi ziyan dəymişdir. Məlumat üçün bildirək ki, işdən göründüyü kimi, hazırkı iş üzrə iddia bir neçə hüquqi və fiziki şəxs tərəfindən birgə (kollektiv) müraciətlər edilərək, sonradan müvafiq iddialar qaldırılmışdır. Hazırd a ayrı-ayrı icraata ayrılmış həmin işlərdən ikisi ilə bağlı, yəni “xxxx” Kiçik Müəssisəsi və fiziki şəxslər Elman Həbibov, Azər Kələntərlinin iddiaları üzrə yekun qərarlar qəbul edilmişdir. Odur ki, həmin işlər üzrə yekun qərarlar - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-1275/16 saylı 15.12.2016-cı il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1-(102)-956/17 saylı 24.05.2017-ci il tarixli qərarlarının mövcudluğu və artıq icra olunduğu barədə məlumat verilmiş və yekun qərar qəbul edilərkən nəzərə alınması xahiş edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi bu halı da nəzərə almamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar bazar qiymətinə uyğun olaraq hesablanmış kompensasiyanı üçqat aşağı həddə, yəni 300 manat məbləğində müəyyən etməsi əsassız olduğu kimi, iddianın dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməməsinin səbəbini hüquqi baxımdan əsaslandırmaması, 01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər kompensasiya ödənilməli məbləğin hər ay 10 faiz hesablanmaqla adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlər (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində kompensasiya ödənilməli məbləğin 100 faizi məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, həmçinin vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə heç b ir münasibət bildirməməsi tamamilə qərəzlidir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını tətbiq edərkən İPM-in 87, 90, 94, 96.11-cı, Mülki Məcəllənin və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə istinad etsə də, həmin normanı da tərəflərə və işin hallarına münasibətdə qismən düzgün tətbiq və təfsir etmişdir. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.5, 157.8-ci maddələrinə istinad edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayətinin əsaslarına görə məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, o cümlədən məhkəmə tərəfindən kompensasiyanın müəyyən edilməsində qanunvericiliyin tələbləri nəzərə alınmamış və nəticədə kompensasiya məbləği şişirdilmələrə yol verilməklə müəyyən edilmişdir. İddia ərizəsində qeyd olunan tikililərin iddiaçıya məxsus olduğu göstərilsə də, bu faktı tutarlı sübutlarla əsaslandıra bilməmiş, mülkiyyət hüququnu təsdiq edən sənədləri təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barə də hüquqi aktdır. Mülki Məcəllənin 14.3-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Qeyd olunan əmlakların sahəsi və iddiaçıya məxsusluğu ilə bağlı hallar məhkəmə tərəfindən tam araşdırılmamış və lazımi sübutlarla əsaslandırılmamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmçinin Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan obyektə yaxın ərazidə yerləşən mülkiyyətçilərə (mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında) məxsus qeyri-yaşayış sahələri üçün 1. kv. metr sahənin 200-400 manat arasında qiymətləndirildiyi göstərilsə də, məhkəmə hazırkı qeyri-yaşayış sahəsi üzrə mülkiyyət sənədləri olmadığını, onun köhnə tikili olmasını, habelə digər texniki xarakterlərini nəzərə almadan bu obyektin 1 kv.metr üçün 300 manat məbləğində kompensasiya hesablaması aydın deyildir. Eyni zamanda iş üzrə müəyyən edilən məbləğin hesablaması aparılarkən istifadə edilmiş metod və üsullar, mənbələr məhkəmə prosesində tədqiq edilməmiş, məhkəmə öz mülahizəsi ilə kompensasiya hesablamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən isə məhkəmə şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. tərəflərin izahatları: İddiaçını n vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçı və üçüncü şəxs Maliyyə Nazirliyinin kassasiya şikayəti vaxtında, yəni məhkəm ə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı mülkiyyətində olan tikilinin sökülməsinə görə cavabdehdən ona kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının istifadəsində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 14 ünvanında sahəsi 6.240,3 kv.m-dən olan qeyri-yaşayış sahəsi mövcud olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 4 may 2011-ci il tarixli 1490 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq Bakı Beynəlxalq X21 p rospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı ilkin hesablamalar 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmış və onun tərəfindən tərtib olunmuş siyahıda (12-ci sırada) iddiaçının Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 14 ünvanında sahəsi 6.240,3 kv.m-dən ibarət tiklisinin olması göstərilmişdir. İddiaçı hesab edir ki, ona məxsus qeyri-yaşayış sahəsi söküldüyünə görə bir kvadratmetr sahə üçün 1.000 manat olmaqla, əlavə 20% və 10% ödəmələr də nəzərə alınmaqla ona dəyən ziyan ödənilməlidir. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmiş, iddiaçı və üçüncü şəxs Maliyyə Nazirliyi apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermişlər. İddiaçı qeyri-yaşayış sahəsinin düzgün qiymətləndirilmədiyini və qanunda nəzərdə tutulan 20% və 10% əlavənin nəzərə alınmadığını, üçüncü şəxs şikayətində qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olmadığını, tikilinin köhnə və texniki xarakterinin nəzərə alınmadığını bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 17 dekabr 2014-cü il tarixli, **********38 saylı Cavabdeh3nə ünvanladığı məktubunda söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə kompensasiya ödənilməsi ilə bağlı ilkin hesablamalarının siyahısı və ərizənin kadastr xəritəsi təqdim edilmiş, siyahıda 12-ci sırada iddiaçının Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 14 ünvanında sahəsi 6.240,3 kv.mdən ibarət tikilisinin olması göstərilmişdir. Cavabdeh və üçüncü şəxslər tikilinin iddiaçıya məxsus olmamasına dair məhkəmələrə mötəbər sübut təqdim edə bilməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X19rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141- ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X19rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzə rə alınmalı olan amillərdəndir. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasa da, onun həmin əmlak üzərində istifadə hüququnun mövcud olması mülkiyyətə bərabər tutulur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X1 İddiaçı zavodunun istifadəsində olan torpaq sahəsinin kadastr planından çıxarışına əsasən torpaq sahəsi üzərində mövcud olan 6240.3 kv.m tikili sahəsi sökülmüşdür. İddiaçıya məxsus sahəsi 6240.3 kv.m olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikilinin iddiaçıya məxsus olması dövlət orqanlarının məktubları, tikiliyə dair sənədlərlə təsdiq edilir. Araşdırılmalı hallardan biri iddiaçının istifadəsində olan tikilinin söküntü zamanı bazar qiymətinin müəyyən edilməsidir. Obyektin tikildiyi il sənədlərdə əksini tapmamışdır. Belə görünür ki, tikili 2013-cü ildə sökülmüşdür. Tikilinin qiymətləndirilməsinə dair rəylə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd edir. 18 yanvar 2016-cı il tarixli ekspert rəyində 6240.3 kv.m qeyri-yaşayış sahəsinin söküntü tarixinə bazar dəyəri 8.986.00 manat göstərilmişdir. Qeyri-yaşayış sahəsinin sonuncu dəfə olduğu vəziyyətdə texniki pasportu olmadığından, rəy tərtib edilərkən tikili mövcud olmadığından 18 yanvar 2016 -cı il tarixli rəy tikilinin qiyməti ilə bağlı mötəbər sübut kimi qəbul edilə bilməz. O da qeyd edilir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qiyməti sadəcə olaraq onun hər kvadrat metrinə münasibətdə müəyyən edilmiş, lakin sahəyə sərf edilən tikinti materialları, onların aşınmaya məruz qalması, keyfiyyəti nəzərə alınmadan rəy verilmişdir. Üçüncü şəxs Maliyyə Nazirliyinin əmlakın qiymətləndirməsində iştirakının zəruriliyi məhkəmə təcrübəsində öz həllini tapmışdır. Hazırkı işdə də Maliyyə Nazirliyi iştirak etsə də, xüsusi olaraq əmlakın sökülən vaxt mövcud dəyəri ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Bununla belə, əvvəlki kassasiya şikayətində qeyd etmişdir ki, qeyd edilən obyektə yaxın ərazidə yerləşən mülkiyyətçilərə (mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasın da) məxsus qeyri-yaşayış sahələri üçün 1 kv.m sahə üçün 200-400 manat arasında qiymətləndirildiyi halda, iddiaçıya məxsus əmlakın (1980-ci ilə aid tikilinin) 1 kv.m-nin 800 manatdan hesablanması aydın deyil. Göründüyü kimi, üçüncü şəxs Maliyyə Nazirliyi ərazidə qeyri-yaşayış sahələri üçün 1 kv.m sahə üçün 200-400 manat arasında qiymətləndirilmə aparıldığını təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi də ədalətli kompensasiyanın məbləğini orta qiymət kimi 300 manatdan məqsədə müvafiq hesab etmişdir. Maliyyə Nazirliyi ərazidə qeyri-yaşayış sahələri üçün 1 kv.m sahə üçün 200-400 manat arasında qiymətləndirilmə aparıldığını təsdiq etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus əmlakın dəyərinin bir kvadrat metri 400 manatdan hesablanmalıdır. İddiaçıya məxsus əmlak 6240 kv.m olduğundan, onun sahəsinin hər kvadrat metri 400 manatdan hesablanmaqla, bütövlükdə əmlakın dəyəri 2.496.000 manat cavabdehdən alınıb iddiaçıya ödənilməli, bu hissədə kassasiya şikayəti qismən təmin edilməlidir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.1-ci maddəsinə görə alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (mə hdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması sübuta yetmədiyindən adı çəkilən Qanuna uyğun kompensasiya ödənilməli olması barədə iddiaçının şikayətinin dəlili əsaslı sayıla bilməz. Odur ki, bu hissədə iddiaçının şikayəti təmin edilməməlidir. Yuxarıda bəhs edilənləri nəzərə alan məhkəmə kollegiyası üçüncü şəxs Maliyyə Nazirliyinin kassasiya şikayətinin dəlillərini əsaslı saymır. Beləliklə, apellyasiya instansiyası məhkəməsini n qərarı iddianın təmin edilən hissəsində dəyişdirilməli, cavabdehdən tutulmalı məbləğ 2.496.000 manat müəyyən edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1512/2019 saylı, 30 avqust 2019-cu il tarixli qərarı dəyişdirilsin. İddiaçı MMC-yə məxsus ünvanda yerləşən 6240,3 kv.m qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Cavabdeh3 tərəfindən 2.496.000 (iki milyon dörd yüz doxsan altı min) manat İddiaçı MMC-yə ödənilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaç ının kassasiya şikayəti qalan hissədə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-118/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-118/2020
21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver